Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-520/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi 03.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və vəkili Vəkil1, Cavabdeh, 3-cü şəxs X4 vəkili X5 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3064/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə dair işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı 29 noyabr 2018-ci il tarixli, 77AB9649159 nömrəli etibarnamə ilə mülkiyyətində olan "X12” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək hüququ da daxil olmaqla, idarə etmək, icarəyə vermək, girov qoymaq, lombarda vermək, həmçinin satmaq və dəyişmək, xarici ölkəyə çıxmaq və sair hüqularını 1 il müddətinə Cavabdeh etibar etmişdir. Qeyd edilən etibarnamə 08 aprel 2019-cu il tarixdə ləğv edilmişdir.
2. Azərbaycan Respublikası DİN–i BDYPİ–nin Tovuz RQİ və TB şöbəsinin 07 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, X kəndində yaşayan Cavabdeh Moskva şəhər notariat kontoru tərəfi ndən verilmiş, 77/527–n/77-2018-7-906 reyestr nömrəli 29 noyabr 2018-ci il tarixli etibarnamə əsasında Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 31/19-da yaşayan İddiaçı məxsus “X12” markalı **-EN-*** qeydiyyat nişanlı avtomomaşını Tovuz RQİ və TB şöbəsində komision mağazaya qeydiyyatdan çıxarılaraq X firması tərəfindən 22 dekabr 2018-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X1 adına AA-766586 nömrəli arayış-hesab verilmişdir. Həmin arayış-hesab əsasında X6 22 dekabr 2018- ci il tarixdə qeyd edilən avtomobili öz adına qeydiyyata aldırmış və onun adına AD-339232 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin avtomaşın alqı-satqı müqaviləsinə əsasən, 11 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayonu Təzəkənd kəndində yaşayan X4 adına qeydiyyata alınmış və həmin avtomaşına **-NC-*** qeydiyyat niş anı verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən “X12” markalı **-EN-*** qeydiyyat nişanlı avtomobilin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək, Cavabdeh “X12” markalı **-EN-*** qeydiyyat nişanlı avtomobilin və ya onun dəyərinin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “X12” markalı ** EN *** qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh adına 29 noyabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən notariat kontorunda təsdiq edilmiş etibar namə vermişdir. Həmin zaman avtomobilin dəyərini 56000 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Lakin cavabdeh ona heç bir vəsait ödəmədiyindən alqı-satqı müqaviləsi bağlanmamışdır. Bir neçə ay keçməsinə baxmayaraq, cavabdeh avtomobilin pulunu ödəməmiş və geri qaytarmaqdan qərəzli şəkildə imtina etmişdir. Ona görə də cavabdehin adına verdiyi etibarnaməni 07 aprel 2019-cu il tarixdə ləğv etdirmişdir. Buna baxmayarq ona məxsus “X12” markalı ** EN *** qeydiyyat nişanlı avtomobil cavabdehin qanunsuz istifadəsindədir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 56000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir.
6. Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2(076)-2466/2019 nömrəli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli (hakim N.Paşayev, iş № 2(076)-2466/2019) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “X12” markalı **-EN-*** qeydiyyat nişanlı avtomobilin və ya onun dəyərinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırda iddiaçının mübahisəli avtomobil üzərində mülkiyyət hüququ yoxdur. Həmin avtomobil cavabdehin sahibliyində deyil, başqa şəxsin sahibliyindədir. Lakin iddiaçı tərəfindən mübahisəli avtomobilə dair bağlanmış alqısatqı müqaviləsi mübahisələndirilmədiyindən, həmin şəxsin sahibliyi qanunidir. Ona görə də iddianın avtomobilə münasibətdə tələb hüquq yaranmamışdır.
9. Avtomobilin dəyərinin qaytarılmasına münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı alqı-satqı müqaviləsi olmamışdır. İddiaçı ilə cavabdehin atası arasında olan qarşılıqlı razılaşmaya görə iddiaçı cavabdehə öz iradəsini sərbəst ifadə etmək yolu ilə özünə məxsus mübahisəli avtomobilə dair sərəncam vermək hüququnu nəzərdə tutan etibanamə vermişdir. Cavabdeh iddiaçının verdiyi etibarnamə əsasında mübahisəli avtomobili iddiaçının adından qeydiyyatdan çıxarmışdır. Ondan sonra mübahisəli avtomobil dövlət qeydiyyat nişanı dəyişdirilmədən üçüncü şəxsin adına qeydiyyata alınmışdır. Bununla da cavabdeh iddiaçının verdiyi tapşırığı yerinə yetirmişdir. Hazırkı mübahisəli avtomaşın üçüncü şəxs tərəfindən alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satılmış və avtomaşına yeni dövlət qeydiyyat nişanı verilmişdir. İddiaçının iddi a ərizəsində cavabdehin ona 56000 ABŞ dolları məbləğində ziyan vurması ilə bağlı göstərdikləri işin həqiqi hallarına uyğun deyildir..
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 394, 600, 650, 777.1, 777.2, 779.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 88, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Mehdiyevdən və Ə.Məmmədovdan ibarət tərkibdə, iş № 2(104)-1417/2020) apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(076)-2466/2019 saylı qətn aməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan “X12” markalı ** EN *** qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam hüququ da daxil olmaqla bütün hüquqları, həmçinin idarə etmək, icarəyə vermək, girov qoymaq, lombarda vermək, həmçinin satmaq və dəyişmək, xarici ölkəyə çıxmaq hüququ ilə bağlı digər hərəkətləri yerinə yetirməyi üçün 1 il müddətinə Cavabdeh 29 noyabr 2018-ci il tarixli xxxx nömrəli etibarnamə vermişdir. Bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı mülkiyyətində olan avtomobilə dair Cavabdeh etibarnamə vermiş, sonuncu da onun adından çıxış edərək qeyd olunan nəqliyyat vasitəsini qanuni əsaslarla 22 dekabr 2018-ci il tarixdə Tovuz RQİ və TBŞ-də X1 adına rəsmiləşdirmiş və bu barədə AD-339232 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Daha sonra isə həmin avtomobil alqı-satqı müqaviləsinə əsasən 11 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ-də X4 adına qeydiyyata alınaraq ** NC *** qeydiyyat nömrə nişanı verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş 29 noyabr 2018-ci il tarixli xxxx nömrəli etibarnamə ləğv edilənədək mübahisəli avtomobil digər şəxslərinin mülkiyyətinə keçmişdir. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: V.Həsənov (sədrlik edən və məruzə çi), Ə.Əhmədov və İ.Dəmirov) 16 may 2021-ci il tarixli, 2(102)-3158/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104) -1417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
16. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmuş, o, etibarnamə əsasında cavabdehə verilmiş, cavabdeh tərəfindən nəqliyyat vasitəsi satılmış onun pulu iddiaçıya deyil, iş üzrə üçüncü şəxs olaraq cəlb edilmiş atasına verilmişdir.
17. İddiaçı apellyasiya şikayətində dəlil olaraq nəqliyyat vasitəsinin borc əvəzinə verilmədiyi, alqı-satqı edildiyi və borc münasibətlərinin mövcud olmadığı, belə münasibətlərin mövcud olmasını təsdiq edən sübutların olmadığına istinad etmişdir. İddiaçı məhz həmin dəlillərin araşdırılmasını zəruri hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi isə iddiaçının dəlilləri ilə bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla qətnamənin dəyişdirilmədən saxlanmasına dair məhkəmə aktı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3064/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), R.Mamedov və Ə.Abdullayev) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(076)-2466/2019 nöm rəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin edilməsi, Cavabdeh “X12” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobilin dəyəri qismində 55000 (əlli beş min) ABŞ dolları pulun ödəniş anına manata məzənnə ilə, manat ekvivalentində və məhkəmə xərci qismində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat pulun alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh avtomobili iddiaçının atasına olan pul borcu müqabilində qəbul etdiyini bildirmişdir ki, onun etirazının hüquqi əsasını Mülki Məcəllənin 529.8-ci maddəsi təşkil etmişdir. Belə ki. Mülki Məcəllənin 529.8-ci madəsinə əsasən tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər.
20. Avtomobil rəsmi reyestrdə qeydə alınması tələb edilən daşmar əşya olduğundan ona dair sərəncam verilməsi haqqında müqavilə də notariat qaydasında təsdiqlənməli idi. Yəni, qanunvericilik rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya verilməsi yolu ilə öhdəliyin xitamı üçün razılaşmanın da notarial qaydada təsdiqlənməsini zəruri etmişdir. Digər tərəfdən cavabdeh iddiaçının atasına olan borc öhdəliyinin olmasını və atasının iddiaçıya olan borc tələbinin ona güzəşt edilməsi ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
21. Belə ki, Mülki Məcəllə nin 194,1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
22. Həmin Məcəllnin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur.
23. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki. mülki qanunvericilik rəsmi reyestrdə qeydə alınmış daşınar əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlə isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə görə etibarsızlığına səbəb olur. Bu mənada həm iddiaçının, həm də cavabdehin arqumentinə görə (alqı- satqınm və əmlak verilməsi ilə bağlı öhdəliyin xitamı) 29 noyabr 2018-ci il tarixli, xxxx nömrəli etibarnamənin verilməsi ilə bağlı edilmiş hüquqi hərəkətlər etibarsız olmuşdur. Buna görə də iddiaçının cavabdehdən verdiyi avtomobili, həmin avtomobil isə hazırda cavabdehin sahibliyində olmadığından, ən əsası isə iddiaçının mülkiyyətindən çıxdığından onun dəyərini geri almaq hüquq yaranmışdır. Belə ki, Mülki Məcəllənin 37.5-ci maddəsinə əsasən əqd eti barsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
24. Bundan başqa məhkəmə kolegiyası qeyd edir ki, cavabdeh etibarnamə ilə ona verilmiş hüquqlardan istifadə edərək, avtomobili qardaşı X1 adma qeydə aldırmış və onun adından bağlanmış alqı-satqı müqaviləsi əsasında digər şəxsə satmış və əldə edilmiş gəlirin atasına verildiyini bildirmişdir ki, iddiaçının cavabdehin atasına borclu olması qəbul edildiyi halda da cavabdehin hərəkətləri qanunsuz və etibarsız olmuşdur. Belə ki, mülkiyyətçi tərəfi ndən əmlakın satışından əldə edilmiş pulun müvafiq şəxsə verilməsi ilə bağlı tapşırıq verilmədiyi halda, əldə edilmiş pul vəsaitinin digər üçüncü şəxslərə verilməsi zərər vuran təqsirli hərəkət sayılır ki, belə olduğu təqdirdə də iddiaçının cavabdehdən vurulmuş zərəri tələb etmək hüquq yaranır.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, istər tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığından, istərsə də cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının "X12" markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilindən məhrum olması ilə əlaqədar vurulmuş zərər qismində avtomobilin dəyərini tələb etməsi ilə bağlı iddia tələbi əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İddiaçının nümayəndəsi və vəkili izahat verərək kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilə r. 30. 3-cü şəxs X4 vəkili izahat verərək ədalətli məhkəmə qərarının çıxarılmasını xahiş etdi.
31. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs X6 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
37. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)
38. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. (maddə 139.2)
39. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. (maddə 144.1)
40. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. (maddə 194.1)
41. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. (maddə 194.2)
42. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.. (maddə 329.1)
43. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə337.1)
44. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (maddə 337.5)
45. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. (maddə 529.8)
46. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. (maddə 359.3)
47. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. (maddə 362.1)
48. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (maddə 567)
49. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. (maddə 650)
50. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)
51. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2)
52. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsi n öhdəsinə qoyula bilər. (maddə 1097.1) Mülki Prossesual Məcəllə
53. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
54. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
55. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
56. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3064/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.