Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5204/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-106/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-106/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və qeyrilərinə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbinə dair və müstəqil tələb irəli sürən XXX oğlunun cavabdehlər Cavabdeh1 MTK və qeyrilərinə qarşı “ protokolların və sonrakı redaksiyada nizamnamələrin etibarsız hesab edilməsi və pul tələbinə” dair iddia ərizəsi üzrə işə baxılması üçün aidiyyəti üzrə Bakı Koomersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili X1 şikayət vermiş və Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-106/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403-1.5-ci maddəsinin tələblərinə əsasən şikayətin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya şikayəti Mülki Prossesual Məcəllənin tələblərinə uyğun verilmədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in: - 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. - 403-1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. -403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. - 408.1.3. kassasiya şikayətinə vəkilin orderi əlavəı edilmədikdə, kassasiya şikayəti qaytarılır. Lakin şikayət və ona əlavə edilmiş sənədlərdən görünür ki, şikayət iddiaçı XXX nümayəndəsi və vəkili X1 tərəfindən imzalansa da, şikayətə vəkilin orderinin əsli yox, kserosurəti əlavə edilmişdir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, MPM-ə əlavə edilmiş 403-1-ci maddənin tətbiqi kassasiya instansiyası ilə yanaşı birinci instansiya məhkəmələrinin üzərinə də müəyyən prosessual vəzifələr qoymaqla, onlar tərəfindən məhkəmə aidiyyəti ilə bağlı yaranan fikir ayrılıqlarına dair qərardadların qəbulundan fərqli olaraq, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsin ə verilməsinə baxmayaraq, şikayətlər hər bir halda vəkil tərəfindən tərtib edilməli, habelə müvafiq order əlavə edilməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə bu şikayətlər vəkil tərəfindən tərtib edilmədikdə və ona vəkilin orderi əlavə olunmadıqda, MPM-in 4031.4-cü maddəsindən çıxış edilməklə, həmin Məcəllənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmiş 408.1.3-cü maddəsinin müddəaları tətbiq edilib, şikayət geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 403-1.4-cü maddəsinə əsasən şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair bu qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq qanunvericiliyə edilən sözügedən dəyişikliklərə uyğun olaraq birinci instansiya məhk əməsi MPM-in 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində MPM-in 403-1.5-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Birinci instansiya məhkəməsi tərəfindən isə Mülki Prossesual Məcəlləsinin qeyd edilən müddəaları və müvafiq Plenum qərarının tövsiyyələri nəzərə alınmamış və şikayətin prossesual əsasları yoxlanılmadan şikayət baxılması üçün göndərilmişdir. Buna görə, şikayət Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4031.4 və 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün işlə birlikdə Bakı şəhər Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-1 və 408-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-106/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərardadından verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5204/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5204/2021
03.08.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver