Məhkəmə qərarları › İş №2(102)-5210/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5210/2021

10.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5210/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1112/2020 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsindən və qərardadından İddiaçı2, və X tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il tarixli çıxarış əsasında ona məxsus olan X rayonu, X kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdeh X4 hesabına boşaldılması və onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il tarixli çıxarışın etibarsız hesab olunması və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 31.05.2 019-cu il tarixli çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X Ərazi İdarəsi tərəfindən İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh X5 qarşı evin boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair iddiası təmin edilib,********** qeydiyyat nömrəli, 31.05.2019-cu il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı1 xüsusi mülkiyyətində olan X rayonu, X kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdeh X4 hesabına boşaldılması və İddiaçı1nin həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, İddiaçı2 cavabdehlər DƏDRX-nin 4 saylı X Ərazi İdarəsi, Bakı şəhəri, Yasmal rayon İcra və Probasiya Şöbəsi, İddiaçı1 və maraqlı şəxs X5 qarşı çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı1, DƏDRX-nin 4 saylı X Ərazi İdarəsi, maraqlı şəxslər Bakı şəhəri, Cavabdeh1 və X5 qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 ca vabdehlər X7, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə və Bakı şəhəri, Yasmal rayon İcra və Probasiya Şöbəsinə və maraqlı şəxs Xa X qızına qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1112/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs S.Z.in nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələblər irəli sürən üçüncü şəxs İ.A.Xin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, X Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsi qismən – «İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X Ərazi İdar əsi, Bakı şəhəri Cavabdeh1, İddiaçı1 və maraqlı şəxs X5 qarşı çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması tələbinə dair iddia, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X Ərazi İdarəsi, maraqlı şəxslər Bakı şəhəri Cavabdeh1 və X5 qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması tələbinə dair iddia və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X Ərazi İdarəsinə, Bakı şəhəri Cavabdeh1nə və maraqlı şəxs Xa X qızına qarşı çıxarış ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin» hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə ayrıca qərardad çıxarılması, X Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsi – «İddiaçı1 cavabdeh X5 qarşı evin boşaldılaraq təhvil verilməsi və evə köçürülməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi, ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı1 xüsusi mülkiyyətində olan X rayonu, X kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdeh X4 hesabına boşaldılması və İddiaçı1 həmin fərdi yaşayış evinə köçürülsün» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1112/2021 nömrəli, 14.04.2021-ci il tarixli qə rardadı ilə İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs S.Z.in nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələblər irəli sürən üçüncü şəxs İ.A.Xin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, X Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsi qismən – «İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X Ərazi İdarəsi, Bakı şəhəri Cavabdeh1, İddiaçı1 və maraqlı şəxs X5 qarşı çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması tələbinə dair iddia, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X Ərazi İdarəsi, maraqlı şəxslər Bakı şəhəri Cavabdeh1 və X5 qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması tələbinə dair iddia və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X Ərazi İdarəsinə, Bakı şəhəri Cavabdeh1nə və maraqlı şəxs Xa X qızına qarşı çıxarış ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin» hissəsində ləğv edilməsi və mülki iş üzrə həmin hissədə icraata xitam verilməsi, İddiaçı2, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 həmin tələblə inzibati məh kəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı2, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1112/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsindən və qərardadından ayrı-ayılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətləri öyrənilərkən iş materiallarında olan poçt xəbərnamələrindən müəyyən olundu ki, kassatorlar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1112/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsini və qərardadını 17.05.2021 və 19.05.2021-ci il tarixlərdə imza etməklə qəbul etsələr də, qərardaddan kassasiya şikayətlərini 02.07.2021-ci il tarixdə verməklə, qanunla müəyyən edilmiş 10 günlük prossesual müddəti ötürmüşdü rlər. Bundan başqa, müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 adından verilmiş kassasiya şikayəti onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən imzalanmış, lakin X1 adından kassasiya şikayətini imzalamaq səlahiyyətinin Vəkil1 verilməsinə dair etibarnamənin müddəti 01.07.2020-ci il tarixdə bitmişdir (cild 1, s.74). Apellyasiya məhkəməsi isə qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini və X1 adından verilmiş kassasiya şikayətlərinin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasını yoxlamadan kassasiya şikayətlərini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in: - 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rə smi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. - 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. - 408.1.1-cü maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, kassasiya şikayəti qaytarılmalıdır. - 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şik ayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. - 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Hesab edirəm ki, kassasiya şikayətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1 və 408.1.4-cü maddələrinin tələbləri pozulmaqla verildiyindən qərardaddan verilmiş hər 3 kassasiya şikayəti, həmçinin X1 qətnamədən verdiyi kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, həmin şikayətlərin işlə birlikdə geri qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiy ası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 405, 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1112/2020 nömrəli, 14 aprel 2021-ci il tarixli qərardadından verilmiş hər 3 kassasiya şikayəti və eyni tarixli qətnamədən X1 verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Həmin kassasiya şikayətlərinin geri qaytarılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar