Məhkəmə qərarları › İş №2(102)-5213/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5213/2022

31.10.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5213/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3410/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsindən cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 15 nömrəli, 88 kv metr ümumi, 47 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 7 nömrəli mənzil tam mülkiyyəti hüququ üzrə İddiaçı adına xx.xx.2006-cı ildə qeydiyyata alınmışdır.

2. «İcarəyə verən» qismində İddiaçı ilə «İcarəçi» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən «İcarəyə verən» özünə məxsus Bakı şəhəri, Şeyx Şamil küçəsində yerləşən 15 saylı evin, ümumi sahəsi 88 kv metr olan 7 saylı mənzili «İcarəçi»yə 3 il müddətinə icarəyə vermiş, aylıq icarə haqqı 850 manat təşkil etmişdir. Həmin müqavilənin 1.4-cü b əndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində “İcarəçi” mülahizəsinə görə istənilən vaxt “İcarəyə verənin” yazılı razılığı ilə öz hesabına fəaliyyəti ilə bağlı sahədə struktur dəyişiklikləri (o cümlədən rabitə, kompyuter, elektrik və s.sistemlərin, avadanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər. Müqavilənin 1.5-ci bəndinə əsasən “İcarəçi”nin apardığı təmir və yenidənqurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişiklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra “İcarəçi” həmin dəyişiklikləri aradan qaldırmağa, “İcarəyə verən” isə bunların dəyərini “İcarəçi”yə ödəməyi borclu deyildir.

3. Səbail RPİ-nin İstintaq Şöbəsin in müstəntiqi Cavid Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh və X10 xx.xx.2021-ci il tarixdə Səbail RPİ-nə ərizə ilə müraciət edərək bildirmişlər ki, İddiaçı adına olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 15 saylı mənzili kirayə götürərək hər ay 800 manat icarə haqqı verməklə obyekt kimi işlətmiş, sonradan mənzilin onlara satılması və adına keçirilməsi barədə razılıq əldə edərək evin 350000 manata almalarına razılaşmış və 2021-ci ilin may ayndan başlayaraq hər ay əmlak üçün 1700 manat pul vermiş, ümumilikdə 219900 manata əmlaka görə ödəniş etmişlər. Pandemiya ilə əlaqədar kirayə haqqını verə bilmədiklərinə görə mülkiyyətçinin nümayəndəsi X3 obyektdən onları çıxaracağını bildirmiş, halbuki, əmlakın 80 faizini onlar artıq ödəmişlər. Göstərilənləri nəzərə alaraq onları aldadaraq 219900 manat pullarını məniməsəyən, 80000 manat təmirə xərclədən şəxslərdən 299900 manat pulu alaraq qaytarılmasına köməklik etməyi, onlardan pulu alan X1 məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişlər. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh və bacısı X10 ilə birlikdə 2011-ci ildə İddiaçı adına olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 15 saylı evi kirayə götürərək hər ay 800 manat icarə haqqı verərək obyekt kimi işlətmiş, icarə haqqını hər ay “Fridman” soyadı olan şəxsə vermiş və onunla icarə müqaviləsi bağlamışlar. 2016-cı il tarixdə Behbudovalar tərəfindən 850 manat olmaqla icarə haqqı X2 verilmişdir. Lakin 2011-ci ildən 2018-ci ilin fevral ayınadək İddiaçı ilə Cavabdeh arasında Azər Hüseynəliyevin iştirakı ilə icarə müqaviləsi bağlanması müəyyən edilməmişdir. Behbudova bacıları ilə kirayə götürdükləri evin satılması barədə razılaşma hazırda mərhum olan “Fridman” soyadlı şəxslə olsa da, bu barədə aralarında heç bir rəsmi sənəd tərtib olunmamış, icarə haqqının və mülkün alınması üçün ödənişlərin edilməsi ilə əlaqədar heç bir qəbz və başqa sənəd tərtib olunmamış, evin alınması barədə razılıq əldə olunması və bunun üçün ödənişlərin edilməsi ilə əlaqədar heç bir sübut əldə etmək mümkün olmamışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən X2 birinci dəfə yalnız xx.xx.2016-cı il tarixdə AR-İ 458686 nömrəli etibarnamə verilmiş və Behbudovanın izahatında göstərdiyi kimi 2012-ci ilin may ayında Azər Hüseynəliyev ona heç bir etibarnamə göstərə bi lməzdi. Günel və Fatima Behbudovalarla İddiaçı adına olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 15 saylı evin kirayə alınması və satılması barədə razılaşma “Fridman” soyadlı şəxslə olmuş, lakin hazırda həmin şəxs ölmüşdür, evin sahibinin atası Hüseyn Əhmədov da hazırda ölmüşdür, evin sahibi olan İddiaçı isə xaricdə yaşayır və adları göstərilən şəxslərin həmin faktla izahatlarının alınması mümkün deyildir. İddiaçı Cavabdeh və sonuncunun İddiaçı qarşı qarşılıqlı iddia ərizələri Səbail rayon Məhkəməsində baxılır. Göstərilənləri nəzərə alaraq Cavabdeh və X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

4. Fatimə Behbudova ilə Azər Hüseynəliyev arasında telefon danışığının səs yazısında Azər Hüseynəliyev tərəfindən 1600 və 2000 manat aylıq pulun öd ənilməsi barədə fikirlər səsləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılması və pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 15, mənzil 7, ümumi sahəsi 88 kv metr olan qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsindən çıxarılmaqla sahənin boşaldılıb İddiaçı təhvil verilməsi, 2020-ci ilin mart ayından hesablanmaqla təhvil verilən günə qədər aylıq 850 manat olmaqla, icarə haqqının və əldən çıxmış faydaya görə 3800 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələb i onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 15, mənzil 7, ümumi sahəsi 88 kv metr olan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci ildən aylıq 850 manata icarəyə verilməsi barədə icra müqaviləsi bağlanmışdır. Lakin icarəyə götürən üzərinə düşən öhdəliyi yerinə yetirməyərək 2020-ci ilin mart ayından bu günə kimi icarə haqqını ödəməmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq boşaltmamışdır. Bununla da cavabdeh icarə müqaviləsinin 4.1-ci bəndinin tələbini pozaraq icarə haqqını ödəməmiş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh müqavilə müddəti bitməsinə baxmayaraq icarəyə götürdüyü sahəni boşaltmaqdan imtina edir və qanunsuz olaraq iddiaçının mülkiyyətdə olan əmlaka sahiblik və istifadə edir. Bununla da iddiaçıya z iyan vurmağa davam edir.

7. Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 215000 manat ödədiyi vəsait, 80000 manat təmir xərcləri, 21500 manat dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, bacısı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində 15 nömrəli, 2 mərtəbəli binada 88 kv metr ümumi sahəsi 47 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 7 nömrəli mənzili icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İcarə haqqı 800 manat, sonralar isə 850 manata razılaşmışlar. Bir müddət sonra ilkin iddia üzrə iddiaçı mülkün satılmasını bildirmiş və onla ra təklif etmişdir. Onlar mülkü almağa maddi imkanları olmadığını bildirmişlər. Cavabdeh hissə-hissə ödənişə razılaşsa, hər icarə haqqını ödəyəndə ödəniş edə biləcəklərini bildirmişlər. Mülkün sahibi İddiaçı xaricdə yaşadığından hissə-hissə ödənişə razılaşmışdır. Belə bir şərt qoymuşdur ki, əmlakın dəyəri son manatına qədər ödənilənədək əmlak icarədə hesab edilir və icarə haqqı vaxtı-vaxtında ödənilməlidir. Əmlakın dəyəri ödənilib qurtaran gün alqı-satqı müqaviləsi bağlanacaqdır. Tərəflər arasındakı şifahi razılığa əsasən uzun müddətli ödənişləri nəzərə alaraq əmlakın qiymətini hər kv metr 3000 manat olmaqla 264.000 manat kimi qəbul etmişlər (həmin vaxt həmin evin kv metr qiyməti 2500-3000 manat arası olmuşdur). Lakin uzun müddətli ödənişə razılaşdıqlarından əmlakın dəyərini 300.000 manata razılaşmışlar. 2012-ci ilin may ayından hər ay 800 manat icarə haqqı və 1700 manat əmlakın dəyəri olaraq ödəniş etməyə başlamışlar. 2015-ci ildən isə qarşılıqlı iddia üzrə cavabdehin tələbi ilə icarə haqqı dəyişmədən əmlaka görə ödənişi 2900 manat qaldırmışlar. 2016-cı ilin mart ayından isə 2500 (icarə haqqı daxil deyil) manatdan 2020-ci ilin mart ayı da daxil olmaqla ödəmişlər. Pandemiya şərtləri əsasında işləmədiyindən iyun ayında 3300 manat (850 manat icarə haqqı olmaqla) və noyabr ayında 3300 manat, dekabr ayında 1800 (850 manat icarə haqqı olmaqla) manat ödəmişlər. İcarə haqlarını cavabdehin tapşırığı ilə X3 alırdı. A.Hüseynəliyev eyni zamanda etibarnamə ilə cavabdehi təmsil edirdi. Ümumilikdə onlar 215.000+2450+ 2450+950=220850 manat əmlaka görə ödəniş etmişlər. İcarə haqqını 2020 -ci ildə 7 ay ödəməmişlər. Bu da onlardan asılı deyildi, dövlət məhdudiyyət qoymuşdur. 215000 manat x 5%=10750 manat x 2 il = 21500 manat. Göründüyü kimi, son iki ili belə götürsələr zərər 21500 manat təşkil etmişdir. İlkin iddia üzrə iddiaçı pandemiya dövründəki icarə haqlarını və ödənişləri onlardan tələb edəndə onlar etiraz etmişlər ki, ölkədəki vəziyyəti hamı bilir. Onlar işləmirlər. İşləməyə-işləməyə iki dəfə 3300 manat ödəmişlər. Bundan başqa, onlar qeyd edilən mənzili təmir edib qeyri-yaşayışa uyğun etmişlər. 80.000 manat təmirə pul xərcləmişlər. Düzdür, danışıqlara təmir xərci aid deyildi. Lakin, ilkin iddia üzrə iddiaçı mənzilin boşaldılması tələbini qoymuşdur. Onun pulu qaytarılmayınca, çəkdiyi xərc ödənməyincə belə iddia əsassızdır. İlkin iddia üzrə iddiaçı əmlakı onlara satdığı nı unudub, onlara təzyiqlər etməyə başlamışdır. İlkin iddiaçı başa düşmürdü ki, nəinki Azərbaycanda, bütün dünyada iqtisadi vəziyyət pisləşib. İddia ərizəsi ilə məhkəməyə müraciət edərək yalnız icarə münasibətlərinə toxunub. Əmlakın satılması ilə əlaqədar hər hansı bir söz belə yazmayıb. Bəs onların pulları necə oldu. Yuxarıda qeyd etdiyi pulları kollektivin yanında vermişlər. Şahidləri var, audioyazılar var. İlkin iddia üzrə iddiaçı pandemiya dövrünü bəhanə edib onların pullarını mənimsəmək istəyir.

9. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi 2020-ci ilin mart ayından ödəmir, ona görə hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Qarşılıqlı iddia tələbləri tam ə sassızdır, heç bir hüquqi əsası yoxdur. Əmlakın mülkiyyətçisinin icarəyə verdiyi əmlakı satmaq niyyəti olmamışdır, onunla əlaqədar ona hər hansı bir pul məbləği verilməmişdir, cavabdeh tərəfindən əmlakın gələcəkdə alınması ilə bağlı aylıq ödənişləri təsdiq yazılı sübutlar mövcud deyil, təmirlə bağlı qarşılıqlı iddia tələbi də əsasızdır, ümumiyyətlə qarşılıqlı iddia tələbi üzrə iddiaçının öz iddiasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. Ona görə də onların tələbi əsaslı hesab edilə bilməz.

10. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, 2020-ci ilin mart ayından obyekt fasilələrlə işləmiş, işləmədiyi və gəlir əldə etmədiyi üçün aylıq icarə haqqının ödənilməsi dayandırılmışdır, lakin 2020-ci ilin 7 ayını n icarə haqqı tam ödənilmişdir. Fəaliyyətə başladığı vaxtdan sonra isə kifayət qədər həmin əmlakın alınması üçün razılaşdırılmış məbləğdən pul ödənildiyindən icarə haqqının ödənilməsi həyata keçirilməmiş, həmçinin əmlak sahibi onların ödənişlərini danmışdır. Əmlakın sonradan razılaşdırılmış 300000 manata alınması ilə bağlı danışıqlar və hər ay ona görə əlavə 2500 manat ödənişlər şifahi formada edilmiş, hər hansı bir yazılı sübut mövcud deyil, bu icarəyə götürən şəxslərin hüquqi savadsızlığı ilə əlaqədar olmuşdur. Lakin kifayət qədər şahidlər var ki, onlar həmin ödənişlərin edilməsini təsdiq edə bilərlər. Eyni zamanda icarəyə götürülən şəxslər tərəfindən obyekt böyük məbləğdə təmir olunmuş, bahalı avadanlıqlar alınmış, ona görə ekspert rəyi ilə müəyyən edilən məbləğlə də razı deyil. İlkin i ddianı qəbul etmir, icarəyə verən şəxsə kifayət qədər böyük məbləğdə pul verilmişdir, verilən pul iddia ərizəsində tələb olunan icarə haqqından dəfələrlə çoxdur.

11. Məhkəmənin iclasında 3-cü şəxs qismində dindirilmiş X3 göstərmişdir ki, İddiaçı atası Hüseyn kişi onun atası ilə dost olmuşlar, ona görə Hüseyn kişini tanımışdır. 2018-ci ildə Mustafanın əmlakını Günelə icarəyə verilməsi ilə bağlı müqaviləni Mustafanın adından o, bağlamışdır, hər ay icarə haqqı konvertdə ona verilirdi, o, da aparıb Mustafanın atasına verirdi. O, hər ay gedib icarə haqqı alırdı. Elə ay olurdu ki, icarə haqqı verilmədiyi üçün 2, bəzən 3 ayın icarə haqqısı birdən ödənilirdi. İcarə haqqı kimi ödənilən pulu Mustafanın atası sayırdı, pulu ona konvertdə verirdi.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 g östərmişdir ki, o, 2012-ci ildən pandemiya başladığı 2020-ci ilin mart ayına qədər həmin obyektdə Günel xanımın sürücüsü işləmişdir. O, təsdiq edir ki, hər ay həm icarə haqqı, həm də razılaşdırılmış əmlakın satışına görə aylıq ödənişləri, cəmi 3300 manatı hər ay o, çatdırmışdır. İlk 3-4 ay adını dəqiq xatırlamadığı şəxsə, ondan sonra Azərə ödəmişdir. Pul onun yanında Günel xanım tərəfindən sayılıb verilmiş, ya konvert, ya da ki, açıq formada həmin pulu Azərə çatdırmışdır.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, o, Günelin yanında 5 ildir ki, işləyir, təsdiq edir ki, hər ay Azər gəlib icarə pulunu obyektdən götürmüşdür. 3300 manat hər ay Azərə pul verirdi, onun 800 manatı icarə haqqı, yerdə qalan sə obyektin onlara qalması üçün idi. Pulu Azərə hər ay ya o, ya da Şərif, Fəridə, Günelin anası və Günel vermişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz göstərmişdir ki, Günel onun müdiri olub, 2013-cü ildən 2020-ci ilədək dərzi işləmişdir. O, təsdiq edir ki, hər ay Azər adlı şəxsə 3300 manat pul verilirdi, onun 800 manatı icarə üçün, qalan məbləğ obyektin onlara qalması üçün verilirdi. Həmin məbləği bir dəfə o, özü şəxsən Azərə vermişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, o, Günelin bacısıdır. 2011-ci ilin yanvar ayında İddiaçı obyektini icarəyə götürmüşlər. O vaxt yaşları az olduğu və təcrübəsiz olduqları üçün ataları ailəsinin tanışı Nəsimi Koçiyevə işlərin aparılmasını və sənədləşməsini tapşırmışdır. İlk vaxtlar Fridman adlı yaşlı kişiyə pul verilmişdir, sonra isə Azərə verilmişdir. İcarəyə veril ən vaxt icarəyə verənin əmlakı satmaq fikiri olmuşdur. Onlar demişlər ki, həmin əmlakın dəyəri müəyyənləşdiriləndən sonra aylıq icarə haqqı ilə yanaşı həmin pulu da verəcəklər. Bir ay təmir üçün onlara vaxt verilmiş, kifayət qədər böyük məbləğdə təmirə xərc çəkmişlər və avadanlıq almışlar, icarə haqqı və əmlakın sonradan alınması barədə razılaşdırılmış məbləğə görə hər ay 3300 manat ödəniş edilmişdir. Ödəniş əsasən anası, Şərif və digər işçilər tərəfindən Azərə verilmişdir. 2020-ci ilin ilk üç ayı ödəniş edilmiş, aprel ayı edilməmiş, sonra iki ay ödəniş edilmiş, yenidən qapanmalar olduğu üçün ilin sonunadək yalnız iki ayın ödənişini etmişlər. Yəni 2020-ci il üçün 7 ayın 3300 manatdan ödənişi edilmişdir. 2021-ci ildə Azər 29000 manat birdəfəyə pul tələb etmişdir ki, icarə münasibətləri dava m etdirilsin. Onlar bunu notariusda rəsmiləşdirilməsini tələb etdikdə Azər razı olmamış və buna görə də ödəniş edilməmişdir. 16. “Yeni Dövr” qiymətləndirmə mərkəzi tərəfindən tərtib edilmiş mənzilin qeyriyaşayış sahəsinə çevrilməsinə aparılan təmir-montaj xərclərinin müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli, YDQ No146 saylı hesabatına əsasən Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 15 nömrəli, 2 mərtəbəli binada 88 kv metr ümumi sahəsi, 47 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 7 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinə aparılan təmirmontaj xərcləri 30464 manat müəyyən edilmişdir.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-49/2022 saylı, 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim X6) ilki n iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh icarəyə verilmiş Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən ümumi sahəsi 88 kv metr olan 15 saylı evin 7 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh İddiaçı xeyrinə 2020-ci ilin beş ayı üçün ödənilməyən icarə haqqının – 4250 (dörd min iki yüz əlli) manat məbləğində pulun tutulması, 2021-ci ilin yanvar ayından başlayaraq həmin mənzil təhvil verilən günə qədər aylıq 850 (səkkiz yüz əlli) manat hesablanmaqla müəyyən edilmiş məbləğin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 215000 manat ödənilən vəsaitin, 21500 manat dəymiş zərərin, 80000 manat məbləğində təmir xərclərinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qarşılıqlı iddia tələblərinin əsassız olduğu üçün təmin olunmaması qət edilmişdir.

18. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra orada nəzərdə tutulmuş şərtlər hər iki tərəf üçün məcburi olduğundan, lakin cavabdeh həmin müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliyi yerinə yetirmədiyindən, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, cavabdeh tərəfindən icarə haqqı ödənilmir. Bununla da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

19. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qanunverciliyin tələbinə əsasən icarəyə götürən şəxs icarəyə götürdüyü əmlakın yaxşılaşdırılması və təmiri ilə əlaqədar çəkilən xərci o halda icarəyə verəndən tələb edə bilər ki, çəkilən xərc müqabilində icarəyə verən varlanmış olsun. Yəni təmir nəticəsində əmlakın dəyəri artmış olsun. Məhkəmə iclasında təqdim olunan müqavilədə icarəyə götürən şəxs tərəfindən icarəyə götürdüyü əmlakla bağlı təmir işlərinin görülməsi, müqavilə müddəti bitdikdən və ya tərəflər arasında icarə münasibətlərinə son qoyulduqdan sonra həmin xərci icarəyə verən şəxs tərəfindən ödənilməli olmasına dair hər hansı müddəa nəzərdə tutulmamış, eyni zamanda qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən belə bir təmir işləri nəticəsində icarəyə verən şəxsin varlanmasına dair sübutlar da məhkəməyə təqdim edilə bilməmişdir. Əksinə təpəflər arasındakı müqavilənin 1.5-ci bəndinə görə “İcarəçi”nin apardığı təmir və yenidənqurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişiklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra “İcarəçi” həmin dəyişiklikləri aradan qaldırmağa, “İcarəyə verən” isə bunların dəyərini “İcarəçi”yə ödəməyi borclu olmaması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi icarəyə götürdüyü əmlakın təmirinə çəkilən xərcin əvəzi kimi icarəyə verən şəxsdən 80000 manat məbləğində pulun tutulmasına dair hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.

20. Məhkəmə iddia tələbinin icarəyə verilm iş əmlakın razılaşdırılmış dəyərindən 215000 manat məbləğində ödənilmiş pul vəsaitinin tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı icarəyə götürdüyü əmlakı almaq məqsədilə icarəyə verən şəxsin müvəkkil etdiyi şəxslə razılaşdırılmış dəyərinin 300000 manat təşkil etməsi, həmin dəyəri aylıq icarə haqqından əlavə ödənişlərlə edilməsi ilə bağlı şifahi qaydada razılığa gəlmələrini, icarəyə götürən şəxsin hüquqi savadsızlığı ilə əlaqələndirmişdir. Yəni tərəflər bununla bağlı hər hansı yazılı müqavilə bağlamamış, edilmiş ödənişlərin təsdiq edən hər hansı sübut mövcud deyildir. Hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsas lanmalıdır.

21. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsinin təşəbbüsü ilə məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə tənqidi yanaşaraq onları mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, həmin şəxslər qarşılıqlı iddia tələbi üzrə iddiaçının mənafeyinə uyğun ifadə verməklə onların işçiləri və tanışlarıdır. Digər tərəfdən kifayət qədər böyük məbləğdə satılan əmlakla bağlı şifahi formada tərəflərin razılaşmasını məhkəmə məntiqli və ağlabatan hesab etmir, daşınmaz əmlakın alqı-satqısının və ğununla əlaqədar ödəmələrin qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməsinə sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehə hər hansı bir maneəçilik olmamışdır

22. Məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçıya ödənilməli olan 215000 manat pulun 5 faizi həddində 2 il müddətinə zə rər kimi 21500 manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, məhkəmə tərəfindən qarşılıqlı iddia tələbi 215000 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edildiyindən, dəymiş zərərə görə 21500 manat pulun tutulması hissəsində də tələb əsassızdır və təmin edilməməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 389.1, 398.1, 399.4, 406.1, 442, 680.1, 680.2, 700.1 və 700.2-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 1, 7, 9 və 12-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 119.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli Qərarına, Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli Qərarına, Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli Qərarına, Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli Qərarına, Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli Qərarına, Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarına, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

25. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətinə başalayan Günel və Fatimə bacıl arının 2011-ci ildə 21-22 yaşları var idi. Ailədə 2 övlad olmaqla xəstə atasından başqa onlara dəstək verə biləcək şəxs olmadığından atası qızların yaşlarının az olması, təcrübələrinin olmaması və ən əsası da qız uşaqları olaraq dövlət orqanlarına gedib-gəlmələrini istəmədiyindən tanışı Nəsimi Korçiyevdən xahiş etmiş ki, VÖEN onun adına açılsın. O, vergi və digər işlərdə qızlara kömək etsin. Məhkəmə icarə müqaviləsinin 2011-ci ildən Nəsimi Korçiyevlə bağlanması, VÖEN-nin Nəsimi Korçiyevin adına olmasına baxmayaraq işin real sahibləri Cavabdeh olduğunu işin mübahisəsiz halı hesab etsə də, nə üçün 2018-ci ilədək icarə müqaviləsi və VÖEN-nin Cavabdeh adına olmasına qiymət vermədiyindən, Cavabdeh müqaviləsiz obyektin alınması barədə razılaşmasına da düzgün qiymət verə bilməzdi. 21-22 yaşda ola n qızların professional şəkildə icarə müqavilələri, ilkin alğı-satqı müqaviləsi və ya ipotaka müqaviləsi bağlamamaları, özadlarına VÖEN açmamaları, atalarının dializ xəstəsi olması, başqa kimdənsə yardım almamaları məhkəmə tərəfindən işin ədalətli araşdırılması üçün mühüm faktlar olmalı idi. Bundan başqa İddiaçı verdiyi etibarnamələrdəki imzaların şübhəli olması, etibarnamə verilərkən onun Azərbaycanda olmaması kimi faktları cavabdeh səsləndirsə də məhkəmə bu faktları da araşdırmamışdır. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 15, mənzil 7, ümumi sahəsi 88 kv metr olan yaşayış sahəsini ilkin olaraq 800 manata icraəyə vermiş və ilkin iddia üzrə cavabdeh həmin mənzili təmir edərək qeyriyaşayış sahəsinə çevirərək moda evi olaraq “FASHİON MİSTERY” by Gunel” markası adı altınd a qadın paltarlarının tikişi ilə məşğul olmuşlar. İcarə müqaviləsini Fridman adlı nümayəndə bağlamış, icarə haqqı da hər ayın sonu ona ödənilirdi. Bir müddət sonra Fridman adlı nümayəndə obyekti satmaq istədiklərini bildirməklə cavabdehlərə təklif etmişdir. Tərəflər arasındakı şifahi razılığa əsasən uzun müddətli ödənişləri nəzərə alaraq əmlakın qiymətini hər kv metr 3000 manat olmaqla 264000 manat kimi qəbul etmişlər (həmin vaxt həmin evin kv metr qiyməti 2500-3000 manat arası olmuşdur). Lakin uzun müddətli ödənişə razılaşdıqlarından əmlakın dəyərini 300000 manata razılaşmışlar. 2012ci ilin may ayından hər ay 800 manat icarə haqqı və 1700 manat əmlakın dəyəri olaraq ödəniş etməyə başlamışlar. 2015-ci ildən isə qarşılıqlı iddia üzrə cavabdehin tələbi ilə icarə haqqı dəyişmədən əmlaka görə ödənişi 2900 manat qaldırmışlar. 2016-cı ilin mart ayından isə 2500 (icarə haqqı daxil deyil) manatdan 2020-ci ilin mart ayı da daxil olmaqla hər ay icarə haqqı da daxil olmaqla 3300 manat ödəmişlər. Ümumilikdə 215 000 ( iki yüz on beş min) manat əmlakın alınması üçün cavabdehlərə ödənilmişdir. Qeyd olunan vəsait Cavabdeh tərəfindən ödənilməsəydi həmin vəsaitin dövriyyəsindən gəlirlər əldə edə bilərdi. Lakin cavabdeh əmlakın alğı-satqısı barədə şifahi razılığın olduğunu dansa da 3300 manatı nə üçün aldığını heç cür əsaslandıra bilməmiş. Məhkəmə isə bu hala düzgün qiymət verə bilməmişdir. Nəticədə Cavabdeh zərər vurulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Məhkəmə prosesində iştirak edən şahidlərin ifadələri ilə eləcə də, səs yazısı ilə 3300 manatın hər ay səlahiyyətli nümayəndə A zər tərəfindən alındığı sübut olunsa da məhkəmə şahid ifadələrinə, eləcə də 3-cü şəxsin səs yazısına, yəni onun 1600 bir, 2000 bir ümumilikdə 3600 manat ödənildiyi barədə etirafına güzgün qiymət vermədiyindən guya 2 və ya 3 ayın birlikdə alınması nəticəsində bu rəqəmin alınması qənaətinə gəlir. Halbuki, səs yazısında açıq-aydın 3600 manat ödənildiyi ifadə edilir. Şahidlər 3300 ödənildiyini ifadə edir. Bundan başqa Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavid Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına istinad etsə də icarə haqqı və obyektə görə ödənişləri 2012ci ildən nümayəndə kimi cavabdehlərdən alan iş üzrə 3-cü şəxs Azərin “Cavabdeh 20172018-ci ildən tanıdığını bildirməklə” yalan ifadəsinə, eləcə də eyni ifadələri məhkəmə zal ında səsləndirməsinə və həm şahid ifadələri ilə həm də səs yazısında Azərin Güneli 2012-ci ildən tanıdığı və pulları məhz onun tərəfindən alındığı bilinsə də məhkəmə mövcud sübutlara düzgün hüquqi qiymət verə bilməmişdir. İş üzrə “Yeni Dövr” qiymətləndirmə mərkəzi tərəfindən tərtib edilmiş mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinə aparılan təmir-montaj xərclərinin müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli, YDQ No146 saylı hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 15 nömrəli, 2 mərtəbəli binada 88 kv metr ümumi sahəsi, 47 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 7 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinə aparılan təmirmontaj xərcləri 30.464 manat müəyyən edilmişdir. Biz qiymətləndirmənin məbləği ilə razılaşmasaq da (obyekt 3 dəfə təmir olunub, qiymətləndirmə evin obyektə çevrilməsi ilə kifayətlənib, yəni son görünən təmiri qiymətləndirmişdir) məhkəmə ekspert rəyini ümumiyyətlə nəzərə almamışdır. İş materiallarından da aydın olur ki, obyekt Günel tərəfindən təmir etdirilib və iddiaçı təmirə heç vaxt etiraz etməmişdir. Hər ay obyektə gəlib pulları götürən Azər və ondan öncəki Fridman evin qeyri-yaşayışa çevrildiyini, Bir sözlə moda evinə çevrildiyini görmüş və buna etiraz etməmişlər. Obyektin yaxşılaşdırılması, yəni dəyərinin artması mülkiyyətçinin bildiyi və istədiyi hal olmuşdur. Maraqlıdır məhkəmə Mülkü Məcəllənin 680-ci maddəsinə istinad etsə də, evin qeyri-yaşayış obyektin çevrildiyini qeyd etsə də obyektin dəyərinin artmasına əsas olan təmirə, yəni yaxşılaşdırmaya düzgün qiymət verməmişdir.

26. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3410/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X7 (sədrlik edən və məruzəçi), X17 və X13) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)49/2022 saylı, 18 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə razılaşmış və belə nəticəyə gəlmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaq la ləğv edilə bilməz.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 389.1, 398.1, 399.4, 406.1, 442, 680.1, 680.2, 700.1 və 700.2-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 1, 7 və 12-ci maddələrinə, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 385.2 və 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti qarşılıqlı i dida ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işdə olan sübutları, şahid ifadələrini (məhkəmədə və istintaqdakı şahidlərin ifadələri), səs yazısı, ekspert rəyi, 3-cü şəxsin yalan ifadəsini (səs yazısı ilə verdiyi ifadələrin zidd olması, Cavabdeh 2017-ci ildən tanıması, aldığı pulun məbləği barədə) tam və hərtərəfli araşdırılmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmə tlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

34. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

35. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

36. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzə rdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri.

39. Maddə 680.2. Kirayəy ə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

40. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

41. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu

42. Maddə

1. İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.

43. Maddə

7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

44. Maddə 9.5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.

45. Maddə

12. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. “Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı

46. Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki Prosessual Məcəllə

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaların a və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtəfli, obyektiiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verrilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə dəyərləndirməyə zərurət görmür.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara ald ı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3410/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar