Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5215/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə və üçüncü şəxs Azərbaycan Respublikasının Prezident Administrasiyasına qarşı “yeni xasiyyətnamənin verilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yeni xasiyyətnamənin verilməsi, maddi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-1654/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Bakı Dövlət Universitetinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xasiyyətnamənin məzmununa daxil edilmiş yalan və saxta məlumatların ləğv edilərək konkret faktlar və rəsmi sənədlər əsasında yeni xasiyyətnamənin tərtib olunması və təhrif olunmuş yalan məlumatlardan ibarət xidməti xasiyyətnamənin tərtibi nəticəsində bu günə qədər digər qurumlarda işə düzələ bilməməsi səbəbindən vurulmuş minimum əmək haqqı miqdarında aylıq 250 AZN olmaqla 36 ay müddətində cəmi 9000 AZN məbləğində maddi ziyanın cavabdehdən alınaraq onun bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 16.12.1980-ci ildən 12.05.2017-ci il tarixədək 37 illik əmək fəaliyyəti dövründə Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə qüsursuz xidmət etmiş, dəfələrlə universitet rəhbərliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin mükafatlarına layiq görülmüş, gərgin əməyinin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 30.10.2009-cu il tarixli Sərəncamı ilə “Tərəqqi Medalı” ilə təltif olunmuşdur. İşlədiyi müddət ərzində intizam məsuliyyətinə cəlb olunma mış, öz işinə vicdanla yanaşmış və üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişdir. 05.05.2017-ci il tarixli ərizə ilə Bakı Dövlət Universitetinin rektoruna müraciət edərək öz hesabına 2 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsini xahiş etmiş, məzuniyyətə buraxmamış və 3 gün üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı 12.05.2017-ci il tarixli 1/156 saylı əmrlə tutduğu vəzifədən azad edilməklə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmrin surətini əldə etdikdən sonra digər qurumlarda işə qəbul edilməklə bağlı rəsmi müraciətlər etmiş və işə qəbulla bağlı ondan xidməti xasiyyətnamə tələb olunmuşdur. Bununla bağlı Bakı Dövlət Universitetinə 01.03.2019-cu il tarixli müraciət ünvanlanmış və xasiyyətnamənin təqdim olunması xahiş edilmişdir. Bakı Dövlət Universitetinin 03.04.2019-cu il tarixli məktubu ilə xasiyyətnamə aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunmuş xasiyyətnamə ilə tanışlıq nəticəsində məlum olmuşdur ki, bu sənədin mətninə daxil edilmiş məlumatlar yalnız anket məlumatlarından ibarətdir və Əmək Məcəlləsinin 88-ci maddəsinin tələblərinə cavab vermir. Yenidən Bakı Dövlət Universitetinə 10.04.2019-cu il tarixli müraciət ünvanlayaraq xidməti xasiyyətnamənin tərtib edilərək aidiyyəti üzrə təqdim olunması xahiş edilmiş, Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva yenidən əvvəlki xasiyyətnamənin mətninə bir neçə əlavələr etməklə barəsində yeni məzmunlu xasiyyətnamə tərtib etmiş 03.05.2019-cu il tarixli məktubla aidiyyəti üzrə ünvanlamışdır. Tərtib edilmiş xasiyyətnamənin mətninə daxil edilmiş məlumatla rla tanışlıq nəticəsində məlum olmuşdur ki, guya o 2005-2017-ci illər ərzində öz vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı bir sıra nöqsanlara yol vermiş, şifahi xəbərdarlıqlara baxmayaraq dəfələrlə Kimyanın tədrisi metodikası kafedrası üzrə ona ayrılmış dərs yükünün yerinə yetirilməsinə məsuliyyətsiz yanaşmış, bir çox hallarda dərsləri kafedranın digər müəllimləri tərəfindən əvəz edilmiş, rəhbərlik etdiyi Tədris hissəsinin işinə nəzarəti də lazımi səviyyədə həyata keçirməmiş, 8-11 may 2017-ci il tarixlərdə isə üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı rektorluğa Kimya fakültəsinin dekanı və Kimyanın tədrisi metodikası kafedrasının müdiri tərəfindən verilmiş təqdimatlar əsasında, BDU üzrə verilmiş 12.05.2017-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vəz ifəsindən azad edilmişdir. Xasiyyətnamədə qeyd olunan məlumatların həqiqiliyinin yoxlanılması məqsədilə Bakı Dövlət Universitetinə 14.05.2019-cu il tarixli müraciət ünvanlanaraq ona verildiyi iddia olunan şifahi xəbərdarlıqlarla bağlı toplanmış inzibati icraat materiallarının təqdim olunması xahiş olunmuş, tələb olunan materiallar təqdim olunmamış və işəgötürən ona şifahi xəbərdarlıqların verilməsi faktını sübut edə bilməmişdir. Konkret faktların mövcudluğu sübut etmişdir ki, tərtib edilmiş xasiyyətnamə onun şəxsi və peşəkarlıq keyfıyyətlərinin aşağı səviyyədə olması barədə fikir formalaşdırmış, bu fıkirlər əsasında bu günə qədər də digər qurumlarda işə düzələ bilməmiş, işsiz qalması nəticəsində isə ona maddi və mənəvi ziyanlar vurulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Aya z Məmmədov) 2(004)-3358/2020 saylı 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Dövlət Universiteti və üçüncü şəxs Azərbaycan Respublikasının Prezident Administrasiyasına qarşı yeni xasiyyətnamənin verilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Bakı Dövlət Universiteti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinin tələblərinə müvafiq qaydada yeni xasiyyətnamə tərtib olunaraq, İddiaçı rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə iddianın xasiyyətnamənin verilməsi hissəsində təmin olunmasının mübahisələndirilməsini məqbul saymamış, habelə, iddiaçının vurulmuş maddi ziyanın ödənilməsinə dair gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəl məmişdir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 88, 292, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddələrinə istinadən əsaslandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyekti v qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 04 fevral 2021-ci il tarixli 2(103)-1654/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh Bakı Dövlət Universiteti tərəfindən AR Əmək Məcəlləsinin 88-ci maddəsinin tələblərinə müvafiq qayda da yeni xasiyyətnamə tərtib olunaraq, İddiaçı rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinə 1-ci hissəsinə görə işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Həmin Məcəllə nin 292-ci maddəsinin 2-ci hissəsinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq, iddianın xasiyyətnamənin verilməsi hissəsində təmin olunmasının mübahisiləndirilməsini məqbul saymamış, habelə, iddiaçının vurulmuş maddi ziyan ın ödənilməsinə dair gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq, hesab etmişdir ki, İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 fevral 2 021-ci il tarixli 2(103)-1654/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki mübahisənin mahiyyəti üzrə həlli ilə bağlı apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş apellyasiya şikayətinin əsasından görünür ki, şikayət birinci instansiya məhkəməsinin qəbul etdiyi 02 noyabr 2020-ci il tarixli qətnamənin ləğvinə yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin mülki iş üzrə qəbul etdiyi 04 fevral 2021-ci il tarixli qətnamənin əsaslandırıcı hissəsinin 3-cü səhifəsində qeyd olunur: "Məhkəmə işə baxan birinci instansiya məhkəm əsi ilə razılaşaraq iddianın xasiyyətnamənin verilməsi hissəsində təmin olunmasının mübahisələndirilməsini məqbul saymır." Həmçinin qətnamənin bu hissəsinin əvvəlində qeyd olunur: “İşin hallarında görünür ki, Bakı Dövlət Universiteti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinin tələblərinə müvafiq qaydada yeni xasiyyətnamə tərtib olunaraq, İddiaçı rəsmi qaydada təqdim edilmişdir.” Qətnamənin əsaslandırıcı hissəsində yer alan bu müddəalarla sübut olunur ki, iş üzrə cavabdeh qismində işdə iştiraka cəlb edilmiş Bakı Dövlət Universiteti iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatında olarkən iddianı etiraf edərək yeni məzmunda xasiyyətnamə tərtib etmiş və aidiyyəti üzrə məhkəmə iclasında hakim Ayaz Məmmədovun vasitəsilə iddiaçıya təqdim etmişdir. Bu faktın möv cudluğu birmənalı şəkildə sübut edir ki, cavabdeh iddianı etiraf etmiş, məhkəmə isə bu etirafı öz hərəkəti ilə təsdiq etmişdir. Məhz bu səbəbdən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddianın xasiyyətnamənin verilməsi hissəsində mübahisələndirilməsini məqbul saymamışdır. Bu halda istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi yeni xasiyyətnamənin verilməsi hissəsində iddianın təmin olunmasına dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbini rəhbər tutaraq qətnamə qəbul etməli idilər. Lakin işin faktiki hallarından aydın şəkildə görünür ki, birinci instansiya məhkəməsi iddia tələblərinin rədd olunmasına dair qətnamə qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şik ayətini təmin etməyərək qanunsuz qətnaməni dəyişdirmədən qüvvədə saxlamış, nəticədə isə istinad olunan prosessual hüquq normasının tələbi kobudcasına pozulmuş və bu pozuntu mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməli olduğu halda Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərindən irəli gələn zəruri prosessual hərəkətlərin də icrasını təmin etməmiş, bununla prosessual hüquq normalarının tələbləri yenə də kobudcasına pozulmuş, nəticədə isə əsassız, ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Qətnamənin təsviri-əsaslandırıcı hissəsindən aydın şəkildə görünür ki, Azərbaycan Respublikasının Mülki prosess ual Məcəlləsinin 88-ci maddəsinin tələbləri kobudcasına pozularaq mülki iş üzrə məhkəməyə təqdim olunmuş sübutlar tədqiq olunmamış, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 218.1, 220.4-cü maddələri ilə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 04 fevral 2021-ci il tarixli qətnamənin müddəalarını müqayisələndirdikdə aydın şəkildə görünür ki, bu qətnamə mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, iş materiallarında olan sübutların tətbiq edilməməsi və qiymətləndirilməməsi, eləcə də iddianın mahiyyəti ilə bağlı xüsusi əhəmiyyət kəsb edən yeni “xasiyyətnamə”nin tərtibatını əks etdirən konkret faktların qətnamənin əsaslandırıcı hissəsində yer almaması və məhkəmənin bu halın mübahisələndirilməs ini məqbul saymaması nəticə etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Yeni “xasiyyətnamə”nin tərtib edilməsi ilə iddianı etiraf etmiş cavabdehə qarşı münasibətdə Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbi əsasında iddianın təmin olunmasına dair qətnamə qəbul etməli olan hər iki məhkəmə instansiyası iddianı rədd etməklə birmənalı şəkildə düzgün olmayan qətnamə qəbul etmişlər. Yeni ‘‘xasiyyətnamə”nin tərtib olunmasına baxmayaraq cavabdeh tərəfindən yenə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əməl olunmamış, bununla da bu maddi hüquq normasının tələbi kobudcasına pozulmuşdur. Belə ki, istinad olunan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsində qanunveric i orqan qeyd edir ki, işçinin müraciəti əsasında işəgötürən onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Lakin bu maddi hüquq normasının müddəalarına zidd olaraq cavabdeh Bakı Dövlət Universiteti tərəfindən üç dəfə ayrı-ayrı vaxtlarda tərtib olunmuş “xasiyyətnamələr"in məzmununda qeyd olunan məlumatlardan aydın şəkildə görünür ki, bu “xasiyyətnamələr”in heç biri iddiaçının Bakı Dövlət Universitetindəki 37 (otuz yeddi) illik pedaqoji əmək fəaliyyətinin peşəkarlığını və işgüzarlıq səviyyəsini əks etdirməmiş və bu “xasiyyətnamələr”in heç birində onun şəxsi xüsusiyyətləri öz əksini tapmamışdır. Konkret faktların mövcudluğundan göründüyü kimi Bakı Dövlət Universiteti hər dəfə ona qarşı münasibətdə aşkar qərəzli mövqe nümayiş etdirərək obyektiv “xasiyyətnamə” tərtib etməkdən məqsədyönlü şəkildə yayınmış, nəticədə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 88-ci maddəsinin tələbi kobudcasına pozulmuşdur. İstər Bakı Dövlət Universitetinin rəsmi mövqeyindən, istərsə də hər iki məhkəmə instansiyasının qənaətindən belə nəticə yaranır ki, iddiaçının Bakı Dövlət Universitetindəki 37 (otuz yeddi) illik əmək fəaliyyəti yalnız bir səhifəlik anket məlumatlarından ibarət “xasiyyətnamə” ilə xarakterizə olunur və bu İllər ərzində ona verilmiş mükafatlar və dövlət təltifləri faktlara əsaslanmamışdır. Təbii ki, burada konkret faktların mövcudluğu ilə sübut olunur ki, Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru X1 ayrı-ayrı vaxtlarda iddiaçı barəsində tərtib etdiyi "xasiyy ətnamələr”in məzmununa təhrif olunmuş yalan məlumatlar daxil etmişdir. Mülki mübahisəni mahiyyəti üzrə həll etməyə çalışan hər iki məhkəmə instansiyası isə həqiqətin müəyyən olunmasında maraqlı olmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 125-cı maddəsinin Vİİ hissəsində isə xüsusilə qeyd olunur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İstinad olunan bu konstitusion hüquq normasının tələbinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsinin 3-cü səhifəsinə daxil etdiyi müddəalarda iddianın xasiyyətnamənin verilməsi hissəsində təmin olunmasının mübahisələndirilməsini məqbul saymayaraq işin həqiqi hallarını müəyyən etməkdən məqsədyönlü şəkildə yayınmışdır. Nəticədə isə mülki mübahisə ilə bağlı məhkəmə icraatının qənaəti həqiqə tin müəyyən edilməsini təmin etməmişdir. Həmçinin iddia tələblərinin 2-ci bəndinə münasibətdə də məhkəmə instansiyaları qeyriobyektiv və aşkar ədalətsiz mövqe nümayiş etdirərək iddiaçının işsiz qalması nəticəsində qanuni mənafeyinə 36 (otuz altı) ay ərzində 9000 AZN (doqquz min manat) məbləğində maddi zərərin vurulmasına dair iddianı əsassız hesab etmişlər. Bununla bağlı hər hansı bir sübuta əsaslanmadan apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsinin 3-cü səhifəsində qeyd edir ki, iddiaçının vurulmuş maddi ziyanın ödənilməsinə dair gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir.” (MPM 81, 82.1) İşlədiyi müddət ərzində Tədris hissəsinin müdiri kimi aylıq əmək haqqı 1057 AZN (min əlli yeddi manat), baş m üəllim kimi isə 190 AZN (yüz doxsan manat) olması faktı Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən tərtib olunmuş haqq-hesab sənədlərində göstərilən məlumatlarla təsdiqini tapır. İşdən azad edildikdən sonra barəsində saxta məlumatlardan ibarət “xasiyyətnamələr”in tərtib edilməsi yenidən işə qəbul edilməyinə real maneələr yaratmış və bunun nəticəsində adi mülkiyyət dövrü şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Mübahisənin mahiyyəti ilə bağlı hər iki məhkəmə instansiyasının qəbul etdiyi qətnamələrin əsaslılığı və qanuniliyi kassasiya qaydasında yoxlanılmalı, apellyasiya instansiyası məhkəməsi əsassız, ədalətsiz və qanunsuz qətnaməsi ləğv edilməli və iş üzrə mövcud olan konkret faktlar əsasında kassasiya instansiyası məhkəməsinin əsaslı, ədalətli və qanuni qərarı qəbul edilməklə iddia tələbləri təmin olunmalıdır. İşdə iştirak edən şəxslərdən məhkəməyə kassasiya şikayətinə dair etiraz və ya izahatlar daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin m ünasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 88.1. İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Maddə 88.2. İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə gö ndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyy əti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1654/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə