Məhkəmə qərarları › İş №2(102)-5221/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5221/2020

02.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5221/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz X3 Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 009732 nömrəli şəhadətnamənin ləğv edilməsi, iddiaçının adına yeni şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellya siya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-1583/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Tara Müəssisəsinin əmlakının özəlləşdirilməsi barədə 009732 nömrəli şəhadətnamənin ləğv edilməsi, şəhadətnamə qeyd edilən vətəndaşların hüquqlarının özünə keçməsini, bu səbəbdən də adına yeni şəhadətnamə yazılmasını Azərbaycan Respublikası Daşınmaz X3 Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1998-ci il tarixli iclas qərarına əsasən X2 əmlakı 15 nəfər kollektiv üzvlərinə verilmişdir. xx xxx 1998-ci il tarixli iclas qərarı ilə texnika 12 nəfərə, 1,5 ha torpa q sahəsi ona verilmiş, qalan əmlak 009732 nömrəli şəhadətnaməyə əsasən kollektivə verilmişdir. Əmlakın ümumi satış qiyməti 16.523.000 manata qiymətləndirilmiş, Tara müəssisəsi kollektivin mülkiyyətinə verilmişdir. Şifahi razılaşmaya əsasən kollektiv üzvləri öz paylarını ona verməklə dəyərini tam ödəmək şərti ilə şəhadətnamənin onun adına keçirilməsinə razılıq vermişlər. Cavabdeh təşkilat onun ərizəsini qəbul etməmiş, faktiki olaraq onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi ilə (hakim T.Ə.Məmmədov) iddianın təmin edilməsi, 009732 nömrəli şəhadətnamənin ləğv edilməsi, İddiaçı hüquqlarının həyata keçirilməsi halları Azərbaycan Respublikası Daşınmaz X3 Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən a radan qaldırılması, onun adına Qusar rayon Tara Müəssisəsinin əmlakının üzərində mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə verilməsi qət edilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz X3 Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti üzrə müddət buraxılmamış hesab edilmiş və apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və Z.Məmmədov) xx xxxx 2020-ci il tarixli 2(105)-1583/2020 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz X3 Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellya siya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2006-cı il tarixli 2-380/2006 saylı qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə Qusar rayon məhkəməsində xx xxxxxxxx 2006-cı il tarixdə baxılmış, cavabdeh Azərbaycan Respublikası Daşınmaz X3i Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinin nümayəndəsi X1 məhkəmə prosesində iştirak etmiş, həmin prosesdə müvafiq izahat vermişdir. Məhkəmə tərəflərin izahatl arını dinlənmiş, təqdim olunmuş sənədlər araşdırılaraq onlara hüquqi qiymət verilmiş və iddiamın təmin edilməsinə dair qətnamə çıxarılmışdır. Qətnamənin surətləri tərəflərə göndərilmiş və qətnamədən apellyasiya şikayətin verilməsi qaydası və müddəti izah edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Daşınmaz X3i Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi qanunla müəyyən edilmiş prossesual müddətdə şikayət verməmiş, 2011-ci ildə qətnamə icraya yönəldilmişdir. Belə ki, 2011-ci ilin aprel ayında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin tapşırığına əsasən, tərəfindən xx xxxxx 2011-ci il tarixli 06,07,08 və 09 saylı qəbzlərlə cəmi 160 manat məbləğində rüsumlar ödənilmiş, sonra isə cavabdeh təşkilat qətnamənin icrasından imtina etmişdir. Qətnamə könüllü icra olunmadığından xx xxx 2017-ci il tarixdə həm in iş üzrə icra vərəqəsi tərtib edilərək məcburi icraya yönəldilmişdir. Göründüyü kimi Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli 2-380/2006 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinin tələblərini pozaraq, həmin maddənin, həmçinin MPM-nin 366-cı maddəsinin tələblərini pozmaqla apelyasiyanı mümkün hesab etmişdir. xx xxxx 2020-ci il tarixdə apellyasiya şikayətinə Sumqayıt Apellyasiya məhkəməsində baxılarkən, Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunan halları tam, obyektiv, hərtərəfli araşdırmamış bu hallara düzgün hüquqi qiymət verməmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 9.3-cü və 88-cı maddələrinin tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. Göründüyü kimi Su mqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 9.3-cü və 88-ci maddələrinin tələblərinə riayət etməməklə, MPM-nin 357.1, 363.1.3, 366-cı maddələrini tətbiq etməməklə Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsi ilə nəzərdə tutulmuş maddi hüquq normalarım pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun izahat vermişlər, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasın a gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiy ası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 009732 nömrəli Şəhadətnamədə göstərilən X2 əmlakı mülkiyyət hüququ əsasında 15 nəfər mülkiyyətçiyə məxsusdur. İddiaçı həmin mülkiyyətçilərlə razılaşdığını və onların bu əmlaka heç bir iddialarının olmamasını göstərərək, əmlak a bütünlüklə ona məxsus olması barədə yeni mülkiyyət şəhadətnaməsinin verilməsini tələb edir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mülkiyyətçiləri işə cəlb etmədən, o cümlədən onların razılıqları olubolmadığını araşdırılmadan 009732 nömrəli şəhadətnaməni ləğv edərək həmin əmlak İddiaçı mülkiyyətinə verilməsi barədə iddianı təmin etməkdə haqlı olmamışdır. Qanunla və tərəfləri n razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olmuşdur. Belə ki, «Daşınmaz X3i haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən «bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır». Notariat haqqında Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən əqdlərin təsdiq edilməsi dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aiddir. Həmin Qanunun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyə tdə olan torpaq sahələrin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notariat qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təstiqlənməlidir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz X3i obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İddiaçı mübahisəli daşınmaz əmlakın digər 14 nəfər mülkiyyətçisinin həmin əmlakdakı paylarını ona satmaları və ya başqa qaydada razılıqla onun adına keçirilməsinə etiraz etmədiklərinə istinad et sə də, belə razılıq və ya payın özgəninkiləşdirilmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən qanunla müəyyən edilmiş qaydada notarial qaydada bağlanmış əqdlə rəsmiləşdirilməmişdir. Belə olan halda isə həmin şəxslərin mülkiyyət hüquqlarına xitam verilməsi üçün qanunla müəyyən edilmiş şərtlər mövcud deyildir. İddiaçının digər mülkiyyətçilərin razılığının olması barədə təqdim etdiyi ərizə və aktlar isə qanunla müəyyən edilmiş qaydada notarial qaydada bağlanmış əqdlə rəsmiləşdirilmədiyindən etibarsız əqdlərdir. Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqd in formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işi n faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra və birinci instansiya məhkəməsinin qətnaməsi artıq qanuni qüvvəyə mindikdə sonra verilmiş, apellyasiya məhkəməsi Mülki Prossesual Məcəlləsinin 357.1-ci və 366-cı maddələrini pozaraq apelyasiyanı mümkün hesab edərək, baxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlilləri əsassızdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qətnaməsinin cavabdehə rəsmi qaydada verilməsi barədə sənədlər mövcud deyildir. Buna görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)1583/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar