Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5229/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdehnə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank Olmayan Kredit Təşkilati "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə da ir iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2957/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentybar 2018-ci il tarixli, 2(009)2828/2018 saylı qətnaməsi ilə "xxxx" BOKT ASC-nin cavabdehlər X5 və X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, X6 ilə bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə xitam verilməsi, ondan bankın xeyrinə cəmi 23550 ABŞ dolları məbləğində pulun ödənilən anda manata məzənnəsi nəzərə alınmaqla tutulması, tutmanın ipoteka ilə yüklü e dilmiş və X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 130000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyana qaytarılması, ipotekada olan mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması qət edilmişdir.
2. Həmin qətnamədən X2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-134/20 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipo tekanın ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, mənzilin ilkin satış qiyməti 162.000 manat müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qətnamədən X5 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3709/2020 saylı 21,07.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. İş üzrə qətnamə icraya yönəldilmiş, Səbail rayon İcra şəbəsi 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu ilə hərracın keçirilməsini Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nə həvalə etmişdir. 5. "xxxx" MMC tərəfindən ipoteka predmetinin 162.000 manat məbləğində satılması üçün açıq hərracın keçirilməsi 01 dekabr 2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmiş və bu barədə tər əflərə 05 noyabr 2020-ci il tarixli 01 nömrəli bildiriş göndərilmişdir.
6. Hərrac baş tutmadığına görə ilkin satış qiymətindən 15% aşağı - 137700 manat qiymətə 18 dekabr 2020-ci il tarixə təkrar hərrac təyin edilmiş, bu barədə tərəflərə bildiriş göndərilmiş, qəzetdə elan verilmişdir.
7. Səbail Rayon İcra Şöbəsi "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq, borcluların tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız sayılması barədə iddia verildiyinə görə icra sənədi üzrə icraatın dayandırıldığını bildirmiş və hərracın dayandırılmasını xahiş etmişdir.
8. Səbail Rayon İcra Şöbəsi "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq, qeyd olunan icra sənədi üzrə zərurət aradan qalxdığına görə hərrasın davam etdirilməsini xahiş etmişdir.
9. Bundan so nra hərrac təşkilatçısı təkrar hərracın keçirilməsini 02 avqust 2021-ci il tarixə təyin etmiş, tərəflərə bu barədə bildiriş göndərmiş və “Birja yenilikləri” qəzetində elan dərc etmişdir.
10. Təkrar hərrac baş tutmamış və ipoteka predmeti olan əmlak təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə - 103275 manata “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" BOKT ASC tərəfindən əldə edilmişdir. Buna dair 13 avqust 2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır.
11. Tələbkar tərəfindən əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil üzərində tələbkarın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə q eydiyyata alınmışdır.
12. İddiaçının nümayəndəsi L.Zalıyeva tərəfindən banka ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, məhkəmə qətnaməsini könüllü icra edərək mənzili özü satmaq istəyir, bu səbəbdən banka qətnamə ilə müəyyən edilmiş 23550 ABŞ dolları məbləğində vəsaiti ondan əvvəlcədən qəbul etməklə, mənzilin satılmasına dair razılıq verilməsini xahiş edir (i/v 10-11).
13. İddiaçının nümayəndəsi L.Zalıyeva tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, qətnamə ilə müəyyən edilmiş 23550 ABŞ dolları məbləğində vəsaitinin ondan qəbul edilməsini tələbkardan xahiş etmiş, tələbkara ünvanlanmış məktubu əlavə etməklə hərracın dayandırılmasını xahiş etmişdir. (i/v 1213).
14. İddiaçının nümayəndəsi tərəfindən eyni tarixli Səbail Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış müraciətində tələbkar və hərrac mərkəzinə təqdim etdiyi yuxarıda istinad olunan ərizələri qoşmaqla hərracın dayandırılması xahiş olunmuşdur. ( i/v 14-15) İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı X5 cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzi tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04№-li hərracın yekun nəticələri barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(009)- 2828/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə qeyd edilən əmlakın açıq hərracdan satılması üçün Səbail Rayon İcra Şöbəsi "xxxx" MMC-yə sifariş vermişdir. Əmlak açıq hərraca çıxarıldığı zaman tələbkar "xxxx" BOKT MMC-yə müraciət edərək, məhkəmə qətnaməsi ilə təmin edilmiş 23550 ABŞ dolları məbləğində pul vəsaitinin ondan qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda hərrac mərkəzinə və İcra Şöbəsinə müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir. Bundan sonra dəfələrlə tələbkara göstərilən məbləğdə pul vəsaitini ondan qəbul etmələrini xahiş etsə də, tələbkar ondan əlavə olaraq 10000 ABŞ dolları pul vəsaitini tələb etmişdir. Beləliklə məhkəmə qətnaməsi ilə təyin edilmiş pul vəsaitinin ondan qəbu l edilməsi təmin edilməmişdir. Oktyabr ayında ona məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş əmlak dəyərindən ən azı iki dəfə aşağı qiymətə - 103.275 manata tələbkarın mülkiyyətinə verilmişdir
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia təmin edilməmişdir.
18. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC tərəfindən X4 məxsus Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili 103275 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi "xxxx" MMC tərəfindən 13 avqust 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı şəxs X1 hərracın vaxtı və yeri barədə bildirişlər göndərilmişdir.
19. Həmçinin müəyyən edilmişdir ki, “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarix li, xx.xx.2021-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilin açıq hərraca çıxarılması barədə elan dərc edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müəyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur.
21. Məhkəmə “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.2, 41.1, 41.241.5, 44, 53.1, 53.2, 53.3-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 416-cı maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, X2 iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Qətnamədən narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələblərinin təmin olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, 2021-ci ilin yanvar ayında hərracın keçirilməsi barədə məlumat aldıqda o, tələbkar banka məhkəmə qətnaməsi ilə təmin edilmiş 23550 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi barədə müraciət etmiş, lakin bank borcdan əlavə 10.000 ABŞ dolları tələb etmişdir. Daha sonra isə onlar banka müraciət edərək evin onların özləri tərəfindən başqa şəxsə satılması barədə razılıq verilməsini xahiş etmiş, lakin yenə də heç bir razılıq əldə olunmamışdır. Bütün müraciətlər rəsmi şəkildə olmuşdur. Bank onların pis vəziyyətdə olmasından istifadə etmiş, yan var ayında keçirilməli olan hərrac keçirilməmiş, onlara cavab verilməmiş müddət süni şəkildə uzadılmış, daha sonra avqust ayında olan hərracdan onların məlumatı olmamışdır. Rayon məhkəməsi yalnız hərracdan məlumatlı olmalarına istinad edərək iddia tələbini təmin etməmiş, işin faktiki hallarını araşdırmamışdır.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)2957/2022 nömrəli qətnaməsi ilə (hakimlər İ.Şirinov, X.Sarıyev, A.Tanrıverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 16 yavar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16-15/91 saylı xx.xx.2020ci il tari xli sifarişi ilə YYY tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04 №-li hərracın yekun nəticələri barədə protokol və ona əsasən bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir.
25. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı bankdan kredit götürmüş və təminat kimi mülkiyyətində olan mənzili ipotekaya qoymuş, sonradan kredit məbləğini ödəyə bilməmiş, bundan sonra borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi barədə məhkəmə qətnamə qəbul etmiş, son olaraq ondan ümumilikdə 23 550 ABŞ dolları məbləğində pulun tutulması, ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətini isə 162 000 manat müəyyən edilmiş, qətnamə icraya yönəldilmişdir. Hərracdan öncə iddiaçı borc məbləğini könüllü olaraq ödəmək istəmiş və bununla bağlı banka müraciət etsə də, bank ond an öhdəliyin icrası üçün əlavə vəsait tələb etmiş və icranı qəbul etməmiş, bu səbəbdən borclu öhdəliyi icra edə bilməmiş, sonradan borclu mənzilin satışı üçün real alıcı olduğunu və mənzili yaxşı qiymətə sataraq borcu ödəmək istədiyini bildirsə də, bank yenə də borclunun təklifindən imtina etmiş və bu dəfə də icranı qəbul etməmişdir. Eyni zamanda, apellyasiya icraatı zamanı bankın nümayəndəsi ipoteka qoyulmuş mənzil onlar tərəfindən əldə olunanadək borclu tərəfindən borcun ödənilməsinə cəhd olduğunu təsdiq etmiş, lakin borclunun öhdəliyinin icrasını qəbul edilməməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir.
26. Həmçinin, ipotekada olan mənzilin satışı ilə bağlı ilkin hərracın keçirilməsi 01 dekabr 2020-ci il, icra məmuru tərəfindən hərrac mərkəzinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda hərracın dayandırılması xahiş olunsa da, sonradan hərrac 18 dekabr 2020-ci il tarixinə təyin olunmuş, 02 avqust 2021-ci il tarixdə yenidən (üçüncü dəfə) hərrac keçirilmiş, hərrac mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin əmlak 103 275 manata tələbkara təklif olunmuş, 13 avqust 2021-ci il tarixli protokola əsasən Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil bank tərəfindən 103 275 manata əldə edilmişdir.
27. Belə ki, hərrac keçirilənədək iddiaçı (ipoteka saxlayan) tərəfindən əsas öhdəlik üzrə borcun ödənilməsi barədə təkliflə banka (ipoteka saxlayana) müraciət edilməsi hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. 28. “İpoteka haqqında” Qanunun 46.1 və Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinin imperativ tələblərinə əməl olunmamasının müəyyən olunması öz-özlüyündə ipoteka saxlayana məxsus əmlakın satışı ilə əlaqədar hərracın keçirilməsi ilə bağlı bütün hərəkətlərin etibarsızlığını şərtləndirir.
29. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, hərracın keçirilməsi zamanı “İpoteka haqqında” Qanunda, eləcə də Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl edilməsinin ayrıca yoxlanılmasına lüzum yoxdur.
30. Baxmayaraq ki, hərracın keçirilməsi zamanı da cavabdeh hərrac mərkəzi tərəfindən aşkar qanun pozuntularına yol verilmişdir. Belə ki, borclunun müraciəti əsasında sifarişçi kimi icra məmuru hərrac mərkəzinə ünvanladığı hərracın dayandırılması ilə bağlı xx.xx.2020-c il tarixli tapşırığına əməl etməyərək 18 dekabr tarixində ikinci hərracı keçirmişdir. Bundan başqa araşdırmalar zamanı m üəyyən olunmuşdur ki, hərrac mərkəzi tərəfindən 01 dekabr və 18 dekabr tarixlərində iki hərracın keçirilməsinə baxmayarq, 02 avqust 2021-ci il tarixdə qanuna zidd olaraq üçüncü dəfə hərrac keçirilmişdir.
31. Beləliklə, işə baxmış rayon məhkəməsi iddiaçının bütün dəlillərini araşdırmamış, tərəflər arasında yaranmış münasibətlərə düzgün qiymət verə bilməmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir ki, bu da öz növbəsində düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
32. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 43, 46.1, 48, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416, 425.1, 425.2, 445.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 386, 388-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kas sasiya şikayətinin dəlilləri
33. Üçüncü şəxs "xxxx" BOKT ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əsas öhdəlik üzrə borcu bağlamaq niyyətini bəyan etməsi icra işinə xitam verilməsi üçün əsas deyildir. İddiaçı borcunu həm krediti qrafik üzrə ödəməsi üçün nəzərdə tutulan bank hesabına, həm də qətnamənin icra prosesini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ödəyə bilərdi. Faktiki olaraq isə iddiaçı qətnamə üzrə olan borcunu ödəməmişdir. Ümumiyyətlə, iddiaçı əsas öhdəlik üzrə borcun dərhal bağlanması niyyətini heç vaxt bəyan etməmişdir.
35. İddiaçının ipoteka predmetini satmaq istəməsi onun əsas öhdəlik üzrə borcunu tam icra et məsi kimi qiymətləndirilə bilməz. İddiaçı məhkəmə iclasında etiraf etmişdir ki, üçüncü şəxs ilə ipoteka predmeti olan mənzilin satılması üçün danışıqlar aparılan zaman mənzilin satılması üçün müştəri tapsa belə, sonradan həmin şəxs mənzili almaqdan imtina etmişdir. Belə ki, mənzilin satılması üçün real alıcı olmamışdır.
36. İddiaçı icra sənədini könüllü olaraq icra etməmişdir və ya icra etməsinə dair sübutu müvafiq quruma təqdim etməmişdir.
37. Həmçinin, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş borcluya təqdim edildiyi gündən etibarən ipoteka predmeti üzərində ipoteka qoyanın hüquqları məhdudlaşdırılmışdır. Yəni, iddiaçı ipoteka predmeti olan əmlakın satılmasını tələb etmək hüququ yox idi və üçüncü şəxs qanuni olaraq ipoteka predmetinin satılmasına razılıq verməyə bilərdi.
38. Apellyasiya instansiya məhkəməsinin üçüncü şəxsin ipoteka predmetinin satılmasına razılıq verməməsini qanun pozuntusu kimi qiymətləndirməsi qanunvericiliyin tələblərinə ziddir.
39. Bundan əlavə, məhkəmə hərracın üç dəfə keçirilməsi ilə bağlı olan hissədə sübutları düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir.
40. Kassator şikayətini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3, 25.2, 30, 46.1, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5, 20.3, MPM-nin 88ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
42. Maddə 43.8. İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tut mamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
43. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
44. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqısatqı müqaviləsi notariat qayd asında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə
416. Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasla ndırılmalıdır.
52. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.
60. Belə ki, iddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir. İddiaçı t ələbini onunla əsaslandırmışdır ki, ipoteka predmetinin hərracda satışınadək (ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər) əsas öhdəlik üzrə ipoteka qoyan ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsi barədə təklifi ipotekaqoyan qəbul etməmişdir.
61. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqında” qanunun 46.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuşdur.
62. Buna görə də işin halları həmin maddi hüquq normaları əsasında yoxlanılmalı, iddianın təmin olunması üçün “İpoteka haqqında” qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcud olub-olmadığı müəyyən edilməlidir.
63. Bu hallar sübutlar əsasında müəyyən oluna bilər. Çünki MPM-nin 76.1-ci maddəinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
64. İddiaçı bu cür sübut kimi onun icra məmuruna, tələbkara və hərrac təşkilatına xx.xx.2021-ci il tarixdə ünvanlandığı məktubları təqdim etmişdir. Həmin məktublardan tələbkara yazılmış məktubda iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 23550 ABŞ dolları məbləğdə vəsaitin əvvəlcədən qəbul edilməsini və əmlakın alğı-satqısına razılıq verilməsini xahiş etmişdir.
65. Bu məktubun tələbkara çatması mübahisələndirilmir.
66. İddiaçı qeyd edir ki, borcu ödəmək istəsə də, tələbk ar əlavə pul tələb edərək, ondan borc məbləğini qəbul etməmişdir.
67. Cavabdeh iddiaçının bu dəlili ilə bağlı birinci instansiya məhkəməsində bildirmişdir ki, iddiaçı ödəniş etmək istədiyi halda tələbkarın buna mane olması və ya borc məbləğini qəbul etməməsi mümkün deyil. Çünki kredit müqaviləsi üzrə borcun ödənilməsi müvəkkil banklarda olan hesabları vasitəsilə həyata keçirilir (səh 70).
68. Cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsində verdiyi izahatında da qeyd etmişdir ki, hərrac ərəfəsindəki danışıqlarda iddiaçı tərəf mənzil almaq üçün real alıcı tapacağını bildirmiş, lakin konkret addımlar atmamışdır (səh 209).
69. İşdə olan bu sübutlar əsasında apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «hərracdan öncə iddiaçı borc məbləğini könüllü olaraq ödəmək istəmiş və bununla bağlı banka müraciət etsə də, bank ondan öhdəliyin icrası üçün əlavə vəsait tələb etmiş və icranı qəbul etməmiş, bu səbəbdən borclu öhdəliyi icra edə bilməmiş, sonradan borclu mənzilin satışı üçün real alıcı olduğunu və mənzili yaxşı qiymətə sataraq borcu ödəmək istədiyini bildirsə də, bank yenə də borclunun təklifindən imtina etmiş və bu dəfə də icranı qəbul etməmişdir. Eyni zamanda, apellyasiya icraatı zamanı bankın nümayəndəsi ipoteka qoyulmuş mənzil onlar tərəfindən əldə olunanadək borclu tərəfindən borcun ödənilməsinə cəhd olduğunu təsdiq etmiş, lakin borclunun öhdəliyinin icrasını qəbul edilməməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir».
70. Məhkəmə bu barədə nəticəyə gələrkən cavabdehin etiraz dəlillərinin ağlabatan olmadığını əsaslandırmamışdır. Çünki həqiqə tən də iddiaçının tələbkarla razılaşma olmadan borcu bank hesabına ödəmək imkanının olması araşdırlmayıb. Tələbkarın borcu qəbul etməkdən imtina etdiyi halda belə, iddiaçının borcu ödəmək üçün icra məmuruna müraciət etməməsinin səbəbləri də müəyyən deyil.
71. Bu halların araşdırılması həm də ona görə əhəmiyyətlidir ki, iddiaçının qeyd olunan müraciətləri xx.xx.2021-ci il tarixdə olmuş, sonrakı hərrac isə xx.xx.2021-ci il tarixdə keçirilmişdir. Yəni iddiaçının təklifləri real idisə və tələbkar pulu qəbul etməkdən əsassız olaraq imtina etmişdisə, iddiaçının borcu ödəmək üçün qanunla nəzərdə tutulmuş başqa üsullardan istifadə etmək üçün kifayət qədər (7 aydan çox) vaxtı vardı.
72. Bundan başqa, tələbkarın iddiaçıdan əlavə vəsait tələb etməsi barədə hər hansı sübut yoxdur. İddiaçının əsas dəli l kimi irəli sürdüyü “əlavə vəsait tələb etməsi” faktının müəyyən edilməməsi, özlüyündə tələbkarın “borclunun öhdəliyinin icrasını qəbul edilməməsinin səbəblərini izah etmək” öhdəliyindən də azad edir.
73. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsində satışa xitam verilməsi üçün əsas şərt - əsas öhdəlik üzrə bütün tələbin ödənilməsidir. Buna görə də borcun qəbul olunması barədə iddiaçının məktubla müraciəti, Qanunun 46.1-ci maddəsinə istinadən ipotekanın hərracda satışına xitam verilməsi üçün yetərli deyildir. Ümumiyyətlə həmin məktubdan sonra iddiaçının hansı hərəkətləri etməsi sübut olunmalıdır. İddiaçı isə məktubu yazandan sonra tələbkarın pulu qəbul etməkdən imtina etməsi, əlavə ödəniş tələb etməsi barədə hər hansı yazılı və ya sair sübut təqdim etmir. Apellyasiy a instansiyası məhkəməsi yuxarıda göstərilən işin faktik hallarını iddiaçının izahatına əsasən müəyyən etmişdir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
75. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın tə min olunması zamanı apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmişdir.
76. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, hərracın keçirilməsi zamanı hərrac mərkəzinin qanun pozuntularına yol verməsini, icra məmurunun hərrac mərkəzinə ünvanladığı hərracın dayandırılması barədə xx.xx.2020-ci il tarixli tapşırığı olduğu halda buna əməl etməyərək 18 dekabr tarixində ikinci hərracı keçirdiyini, 02 avqust 2021-ci il tarixdə qanuna zidd olaraq üçüncü dəfə hərrac keçirməsini qeyd etmişdir.
77. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ümumiyyətlə nə iddia ərizəsində, nə də birinci instansiya məhkəməsində verdiyi izahatlarında hərracın keçirilməsi ilə bağlı qeyd olunan pozuntulara yol veril məsinə istinad etməmiş, bu hallar iddianın faktik əsaslarını təşkil etməmişdir.
78. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
79. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2957/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.