Məhkəmə qərarları › İş №2(102)-5253/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5253/2019

22.08.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5253/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh və vəkili iştirakı ilə, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(105)-464/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(012)-3597/2018 saylı qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı və Cavabdeh hər birinin Abşeron rayonu, Saray kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə 1/2 p aylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(105)-464/2019 saylı qətnaməsi ilə ( hakimlər: T.Məmmədov, Ş.Abasov və A.Abbasov) Abşeron Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(012)-3597/2018 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmışdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(105)-464/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahə sinin üzərində inşa edilmiş iki mərtəbəli evin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, aralarında bərabər paylarla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(105)-464/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh və vəkili Zamanov Gülbala Sabir oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Sa lmanova (Feyzullayeva) Xumarə Səadət qızı nikahlarını 17 oktyabr 2008ci il tarixdə bağlamışlar. İş materiallarına əlavə olunmuş Sumqayıt “ASAN xidməti” mərkəzinin notariusunda 01.11.2013-cü il tarixdə təsdiq edilərək 4Ə-1166 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Saray qəsəbəsində yerləşən 0,095 ha torpaq sahəsinin 0,04 ha hissəsini Cavabdeh 4.000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha t orpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 14 noyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 482 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 01 may 2018-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14.11.2013-cü il tarixdə **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 24 saylı Notariat Kontorunda 08 sentyabr 2013-cü il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, X16 ü nvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus olan 1/3 hissəsini oğlu X12 və nəvəsi Cavabdeh bağışlamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, 2 saylı “ASAN xidməti” mərkəzinin notariusunda 30.10.2013-cü il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh, X4, X13 və X8 ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 45,1 kv.m yaşayış sahəsi, 14,4 kv.m yardımçı sahəsi, 59,5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 6/12 hissəsini, X11 6/12 hissəsi istisna olmaqla 20000 manata X1. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2018ci il tarixli, 2(012)-1556/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 17.10.2008-ci il tarixdə Əzizbəyov rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və 20.09.2011-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının başlanğıcının 13 fevral 2018ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” məhdud məsuliyyətli cəmiyyəti Konsaltinq və Qiymətləndirmə Şirkətinin 15 yanvar 2019-cu il tarixli arayışından görünür ki, Abşeron rayonu, Saray ərazisində Badam villalarının yanında, Badam kafesinin a rxasında yerləşən sahələrdə 2013-cü ilin sentyabr-noyabr aylarında mülkiyyətdə olan 1 sot torpağın orta bazar dəyəri 2800-3200 manat arası təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olma yan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümum i əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər 17.10.2008-ci il tarixdə nikaha daxil olduğundan, Abşeron rayonu, Saray kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi tərəflərin birgə nikahda olduqları dövrdə-01.11.2013-cü il tarixdə cavabdehin adına əldə edildiyindən, onların nikahları Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(012)-1556/2018 saylı qətnaməsi ilə pozulduğundan, Abşeron rayonu, Saray kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi onların ümumi birgə mülkiyyəti sayılır və buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində qanuni və əsaslıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(105)-464/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar