Məhkəmə qərarları › İş №2(102)-526/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-526/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-526/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-526/2024 Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzildən çıxarılma, mənzilə köçürülmə, mənzildən istifadə hüququnun müvəqqəti saxlanılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh YYYqızına qarşı “mənzildən çıxarılma, mənzilə köçürülmə, mənzildən istifadəyə yaradılan maneələrin qadağan edilməsi” tələblərinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6499/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh YYYqızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi ev 34 ünvanında yerləşən və ümumi sahəsi 63,10 kv.m olan 135 saylı mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi ev 34 ünvanında yerləşən 135 saylı mənzildə X5, Cavabdeh, X6, X10, X9 və X3 qeydiyyatdadırlar.

3. X1 Cəmilə V.V.V qızının bacısının oğlu, Cavabdeh isə YYY Maqsudovun keçmiş həyat yoldaşıdır.

4. X5 ilə Cavabdeh 2018-ci ilin noyabr ayında nikaha daxil olmuş, bu tarixd ən sonra onlar İddiaçı razılığı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi ev 34 ünvanında yerləşən 135 saylı mənzildə yaşamağa başlamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur.

5. Cavabdeh işsiz kimi xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanından cavabdehin çıxarılması, özünün həmin mənzilə köçürülməsi, mənzildən istifadəsinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddi açı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi 34 saylı yaşayış binasında yerləşən 135 saylı mənzil şəxsi mülkiyyətindədir. Mənzili 2006-cı il tarixdə almış, xx.xx.2020-ci il tarixdə mənzilə dair reyestrdən çıxarış verilmişdir. X2 1997-ci ildə vəfat etdiyindən onun 3 azyaşlı uşaqlarının tərbiyəsi ilə məşğul olmuşdur. Bacısının böyük oğlu YYY Maqsudov 1988-ci ildə doğulmuş, 2018-ci ildə YYY evlənmək qərarına gəlmişdir. Evləri darısqal olduğu üçün yeni ailəni öz mənzilinə köçürmüşdür. YYY 2018-ci ilin noyabr ayında cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, bir neçə ay sonra aralarında narazılıq başlamışdır. YYY bildirmişdir ki, cavabdeh mənzilə qeydiyyata alınmasını tələb edir. Bacısı oğlunun xətrinə 2019-cu ildə ca vabdehin formal olaraq mənzilə qeydiyyata düşməsinə razılıq vermiş, lakin mənzildən istifadə hüququna dair ərizə verməmişdir. Cavabdehə elə başa salıblar ki, guya mənzilə hansısa hüquq əldə edib. xx.xx.2019-cu il tarixdə cavabdehin uşağı anadan olmuş, cavabdeh biləndə ki, mənzilə hüquq əldə etməyib, YYYdan mənzil tələb etməyə başlamışdır. Bu mübahisə 2022-ci ilə kimi davam etmiş, onlara mane olmamaq üçün mərhum bacısının mənzilində yaşamışdır. 2022-ci ildə cavabdeh YYY barəsində 33-cü polis bölməsinə şər və böhtan xarakterli ərizə ilə müraciət etmiş, həmin gündən YYY məcbur olub mənzili tərk etmiş, atasına məxsus mənzilə qayıtmış və boşanmağa dair ərizə vermişdir. Cavabdeh mənzilin açarlarını dəyişərək mülkiyyətində olan mənzildən istifadəyə mane olur, mənzilində yaşayır. Faktiki olaraq ca vabdeh mənzili zəbt edib, mənzildən istifadə hüquqlarını pozur.

8. Cavabdeh izahatında bildirmişdir ki, hazırda mənzildən çıxa bilmir və yalnız işlədikdən sonra həmin mənzildən çıxa bilər.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.Məmmədov) 31 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh YYYqızının İddiaçı V.V.V qızına məxsus ünvan 2 ünvanından çıxarılması, İddiaçı V.V.V qızının ünvan 2 ünvanına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 100 manat dövlət rüsumunun Cavabdeh YYYqızından tutulub İddiaçı V.V.V qızına ödənilməsi qət olunmuşdur.

10. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Mənzil Məcəlləsinin 30-cu maddəsi maddəsi baxımından cavabdehin mübahisəli mənzilə istifadə hüququ yoxdur, çünki cavabdeh iddiaç ının ailə üzvü deyildir. Ailə qanunvericiliyinin müddəaları ilə yanaşı, mülki qanunvericiliyin normaları əsasında da cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması halı müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən cavabdehə notarial qaydada mübahisəli mənzilə istifadə hüququ verilməsi halı müəyyən edilmir. Cavabdehin iddiaçıya məxsus mənzildə qalmasını şərtləndirən hüquqi əsaslar olmadığına görə, o həmin mənzildən çıxarılmalıdır. Cavabdehin tələbin bu hissəsinə münasibətdə irəli sürdüyü, hazırda işləməməsi, ona görə də mənzildən çıxa bilməməsi barədə etirazı əsaslı deyildir. Bunun davamı olaraq, mübahisə obyekti olan mənzil mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olduğundan, iddia tələbi İddiaçı mənzilə köçürülməsi hissəsində də əsaslıdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddia tələbi “cavabdeh tərəfindən iddiaçının ünvan 3 ünvanında yerləşən mənzildən istifadəsinə maneələrin yaradılmasının qadağan edilməsi” hissəsində əsaslı deyildir. Belə ki, iddia tələbi “cavabdehin mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi” hissəsində əsaslı hesab edilmişdir. Hazırkı halda cavabdeh tərəfindən iddiaçıya yaradılan maneə cavabdehin həmin mənzildə yaşaması və iddiaçını mənzilə buraxmaması ola bilərdi ki, iddianın qeyd edilən formada təmin edilməsi bu maneəni aradan qaldırmış olur. Digər hər hansı bir maneənin olması halı isə işin halları ilə müəyyən edilmir. İddiaçı tərəf də tələbi bu hissədə cavabdehin mənzili zəbt etməsi, onu mülkiyyətində olan mənzildən istifadə etməyə qoymaması ilə əsaslandırmışdır.

11. Gəldiyi qənaətin hüquqi əsas landırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152.1-ci, 152.5-ci, 228.1-ci və 228.2-ci, Mənzil Məcəlləsinin 30.1-ci, 30.2-ci, 30.3-cü, 30.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə qərarına istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

12. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və mübahisəsi gedən mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin onun maddi vəziyyətini nəzərə almadığı, mənzildən müəyyən müddət üçün istifadə hüququnun saxılması üçün əsasların olmasına qiymət vermədiyi arqumentləri ilə əsaslandırmaqla, Mənzil Məcəlləsinin tətbiq edilməli 30.4-cü maddəsini tətbiq etmədyini irəli sürmüşdür.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6499/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (E.Həsənov (sədrliyi və məruzəsi ilə), hakimlər S.Bəhrəmzadə və X.Mərdanovadan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-c ü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, ş əxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. 15. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bak ı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.

16. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiy a hesab edir ki, cavabdehin mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun apellyasiya şikayəti təmin oluna bilməz.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusyasının 13, 29, Mülki Məcəlləsinin 152, 157.2, 228.1, 228.2, 228.5, 01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9, MPMnin 14.2, 77.1, 88, 217.2, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təm in edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qanununvericilik normalarından görünür ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri üzrə müəyyən olunur. Mülki işin sənədlərindən də görünür ki, o və onun övladı 08 avqust 2019-cu il təvəllüdlü X3 Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, D massivi, S.Cəfərov küçəsi ev 34, mənzil 135-də rəsmi qaydada qeydiyyatda olmaqla həmin mənzildə yaşayırlar. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən bu nəzərə alınmamış və eyni zamanda cavabdehin hüququ kobud şəkildə pozulmuşdur. Bununla da AR MM-nin 27-ci maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də da xil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İşin hallarından aydındır ki, cavabdehin və onun övladının bu mənzildən istifadə hüququ vardır. Təbii ki, cavabdeh də bu hüquqdan istifadə etməlidir. Lakin məhkəmə tərəfindən qanunvericiliyin bu normaları nəzərə alınmamış və cavabdehin bu mənzildən istifadə hüququ olduğu halda, onun bu mənzildən çıxarılması qət edilmişdir. Bununla da məhkəmə tərəfindən AR MM-nin 228.3cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, evin mülkiyyətçisinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin hallarından da görünür ki, cavabdeh ilə evin mülkiyyətçisinin bacısı oğlu arasın da olan ailə münasibətlərinə xitam verilmiş, lakin buna baxmayaraq məhkəmə AR MM-nin 228.5-ci maddəsinə görə cavabdehin və onun övladının bu mənzildə yaşayışını təmin etməli olduğu halda, bunu etməmişdir. Ona görə də məhkəmə tərəfindən AR MM-nin 228.5-ci maddəsinin tələbləri pozulmşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdir ilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata ke çirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

28. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mül kiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2 Bu məlum atlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh YYYqızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6499/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar