Məhkəmə qərarları › İş №2(102)-5273/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5273/2021

05.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5273/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə» dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-612/2021 nömrəli, 02.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları

1. İddiaçı cavabdehin ərinin qardaşı arvadıdır. Onlar gəlin kimi əvvəllər bir mənzildə yaşamışlar. İddiaçı həmin münasibətlər çərçivəsində cavabdehin ondan dəyəri 3970 manat olan qızıl-zinət əşyasını götürdüyünü, lakin sonradan geri qaytarmadığını iddia edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə»dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 3970 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdehlə onlar hər ikisi bir ünvanda yaşamaqla bir ailənin gəlinləri olmuşla r. İki qardaşın həyat yodaşları kimi bir ünvanda yaşamışlar. Münasibətlər yaxşı olduğu üçün hər şeydən ümumi istifadə etmişlər, eləcə də ona məxsus qızıl-zinət əşyalandan da lazım olanda, toya gedəndə hər ikisi istifadə etmişlər. Qızıl-zinət əşyaları ona məxsus otaqda bir qabın içində idi və heç bir razılıq almadan da cavabdeh də istifadə edirdi. 2015-ci ilin sonlarında qızılları yerində görməyəndə cavabdehdən qızılların harda olduğunu soruşmuş, cavabdeh demişdir ki, toya taxmış, sonra da anasıgilə getmiş, orda qalmış, gətirəcəkdir. Bir neçə gün, bu gün, sabah gətirəcəyini desə də, gətirməmiş, sonra isə ailədə narazılıq yarandığı üçün həyat yoldaşı ilə həmin mənzildən çıxıb onun valideynlərinin evində yaşamağa başlamışlar. Bu ərəfədə də cavabdehdən qızılları qaytarmağı tələb etsə də, cavab deh hər dəfə bir bəhanə gətirmiş, sonuncu dəfə demişdir ki, əgər qızılları qaytarmasa, onu polisə verəcəkdir. Cavabdeh isə ona demişdir ki, hara istəyirsən müraciət et. O, da məcbur olub polisə şikayət etmişdir. Polisdə araşdırma zamanı cavabdeh izahatında qızılların onda olduğunu, lombarda qoyduğunu etiraf etmiş, amma demişdir ki, guya qızılları o, özü könüllü ona vermişdir. Polis araşdırmanın sonunda ona məktubla cavab vermişdir ki, bu iş mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməlidir. Bu illər ərzində atası, qardaşı burda olmadığı və həyat yoldaşı da ona məhkəməyə ərizə verməyə icazə vermədiyi üçün məhkəməyə ərizə verə bilməmişdir. İndi isə hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən qızıllarını tələb edir. Cavabdeh ona məxsus Qızıl tros sep kolye-əyarı 750, çəkisi 23 qram, qiyməti-1600 manat, Qızıl komplekt sırğa-üzük (italyan)əyarı 750, çəkisi 14 qram, qiyməti-1000 manat, Brilyant qaşlı qızıl nişan üzüyü-əyarı 750, çəkisi 8 qram, qiyməti 600 manat, Qızıl komplekt sırğa-üzük, əyarı 750, çəkisi-11 qram, qiyməti-770 manat, cəmi 3.970 manat dəyərində olan qızıl-zinət əşyalarını götürmüş və mənimsəmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1337/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsi (hakim A.İsmaylov) ilə iddia təmin edilmiş, Cavabdeh qızıl kolye əyarı 750, çəkisi 23 qram, qiyməti-1600 manat, qızıl komplekt sırğa-üzük (İtalya)-əyarı 750, çəkisi 14 qram, qiyməti 1000 manat, brilyant qaşlı qızıl nişan üzüyü-əyarı 750, çəkisi 8 qram, qiyməti 600 manat, qızıl komplekt sırğa-üzük, əyarı 750, çəkisi-11 qram, qiyməti 770 manat dəyərində olan qızıl-z inət əşyaları və ya onların dəyəri olan 3.970 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-cİ maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 02.03.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər-L.Məmmədova (sərlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş; Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1337/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə v ə əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçının iddiasının rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayəti nə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlak ını geri tələb edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə. 184.2. hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

23. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-də verdiyi izahatından görünür ki, o, İddiaçı qızıl-zinət əşyalarını aldığını, həmin qızıl-zinət əşyalarından 210 manat dəyərində olan qızılı qaytardığını və qalan qızıl-zinət əşyalarının dəyəri olan pulu isə anasından alıb İddiaçı qaytaracağını bildirmişdir.

24. İş materiallarına əlavə edilmiş 29.09.2020-ci il tarixli mütəxəssiz rəyindən görünür ki, 1 ədəd kolye 750 əyyar, 23 qram qiyməti 2300 manat, Qızıl komplekt sırğa və üzük, İtaliya 750 əyyar çəkisi 14 qram-dəyəri 1100 manat, Brilyant qaşlı üzük 750 əyyar çəkisi 8 qram-qiyməti 1400 manat, Qızıl komplekt sırğa üzük 750 əyyar çəkisi 11 qramdəyəri 1050 manat, cəmi ümumi məbləğ 5850 manat təşkil edir. Ümumi qızıl zərgər əşyalarının ümumi məbləği 5850 manat dəyərində mütəxəssis X1 tərəfindən rəy verilmişdir və beləliklə cəmi məbləğ 3970 manat məbləğində təşkil edir.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəz ifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

26. Belə ki, iddiaçı öz tələbini ca vabdehin Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-də verdiyi izahatla sübut edir. Cavabdeh etiraf edir ki, qızıl əşyaları iddiaçıdan götürmüşdür. Həmin əşyaların iddiaçı tərəfindən könüllü olaraq verilməsi və yaxud xəbəri olmadan götürülməsi hazırkı işdə əhəmiyyət kəsb etmir. Əhəmiyyət kəsb edən ondan ibarətdir ki, qiymətli əşyalar iddiaçıya məxsus olub, cavabdeh onları götürdüyünü etiraf edir, lakin qaytarmasını sübuta yetirə bilmir. Həmin əşyaların cavabdehin ərinin borcuna görə iddiaçının özü tərəfindən cavabdehə verilməsi, iddiaçının razılığı ilə lombarda qoyulması, əldə olunan vəsaitin yenidən iddiaçıya verilməsi ilə bağlı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə həmin halları sübuta yetirə bilməmişdir.

27. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəflərin təqdi m etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında qərar çıxarır. Ona görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ona görə işin faktiki hallarının hərtərəfli araşdırılmaması ilə bağlı şikayətdə qeyd olunanlar keçərli deyil.

29. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-612/2021 nömrəli, 02.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar