Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-528/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh1nə və Bakı Şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarının etibarsızlığı, problemli kreditlər üzrə icra hərəkətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassatorun vəkili Vəkil, iddiaçının vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-748/2020 nömrəli iş ü zrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)6637/2017 nömrəli qətnaməsinə əsasən, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) «İnqilab» filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 25748-İF-KM-10/15 saylı və xx xxxxxxx 2015-ci il tarixli, 25749İF-KM-10/15 saylı kredit müqavilələrinin ləğv edilməsi, xx xxxxxxx 2015-ci il tarixli, 25748İF-KM-10/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı və X4 müştərək qaydada ümumilikdə 6706 ABŞ dolları məbləğində pulu n tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq Banka ödənilməsi, xx xxxxxxx 2015-ci il tarixli, 25749-İF-KM-10/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı və X4 müştərək qaydada ümumilikdə 9460 manat məbləğində kredit borcunun tutularaq, Banka ödənilməsi, həmin tutmanın cavabdeh X2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən 13 saylı evin 7 saylı mənzilinə (bundan sonra – ipoteka predmeti və ya mənzil) yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 45000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc öd ənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan X3 qaytarılması qət edilmişdir. Bakı Şəhəri Cavabdeh2 (bundan sonra İcra şöbəsi) Cavabdeh1nə (bundan sonra – Hərrac Təşkilatı) ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubu ilə mənzilin satışının təşkil edilməsi, satışdan əldə olunan məbləğin İcra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. Hərrac Təşkilatının xx xxxx 2019-cu il tarixli, 35/5 nömrəli hərracın yekunları barədə protokoluna əsasən, ipoteka predmeti hərraca çıxarılmış, əmlakın ilkin hərrac qiyməti 45000 manat müəyyən edilmişdir. Cavabdeh3 ASC-nin məktubuna əsasən, 28688 manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxx 2019-cu il tarixli müqaviləyə görə, Bank ipoteka predmetini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı qiymətlə - 28688 manata əldə etmişdir. İddiaçı Banka olan borcları “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublkasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının (bundan sonra – Fərman) tətbiq dairəsinə düşmüş və Fərmana əsasən onun Banka olan borcları azaldılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı mənzilə dair hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 35/5 nömrəli protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, İcra şöbəsinin sifarişi əsasında Hərrac Təşkilatı tərəfindən ipoteka predmeti olan mənzilə dair keçirilmiş hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 35/5 nömrəli Protokolun və Banka bağlanmış xx xxxx 2019-cu il tarixli əmlakın alqı-satqısı barədə müqavilənin ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fərmanın 8.10-cu bəndinə müvafiq olaraq mübahisəyə dair məhkəmə qərarı hazırda icra mərhələsində olduğundan, Bankla aralarında yaranmış problem həll edilənədək icra işi ilə əlaqədar bütün hərəkətlərin dayandırılması barədə xx xxxx 2019-cu il tarixdə sifarişçi İcra şöbəsinə, Banka və Hərrac təşkilatına rəsmi qaydada (eyni mətnlə) ərizə ilə müraciət etmişdir. İddiaçıya İcra şöbəsindən bildirmişlər ki, Fərmana əsasən icra dayandırılmışdır. L akin sonradan məlum olmuşdur ki, hərrac keçirilmiş və Bank ipoteka predmetini əldə etmişdir. Halbuki Fərmana uyğun olaraq kredit borcu 8000 manatdan çox hissədə azaldılmışdır. Hesab edir ki, Fərmanın 8.10-cu bəndinə müvafiq olaraq mübahisəyə dair məhkəmə qərarı icra mərhələsində olduğundan, verilmiş sifariş üzrə icra hərəkətləri dayandırılmadığından, hərracın nəticələri ləğv edilməlidir. Məhkəmə iclasında Bankın nümayəndəsi Fərmanın iddiaçının Banka olan borcuna şamil ediyini mübahisələndirməmiş, lakin qeyd etmişdir ki, kredit borcu ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hərrac əsaslı olaraq təşkil edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-3703/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim – V.Quliyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən Banka və İcra şöbəsinə ünvanlanmış və həmin təşkilatlara daxil olmuş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən, o, Hərrac təşkilatının sifariş əsasında mənzilin satışına dair açıq auksion keçirilməsi barədə xx xxxx 2019-cu il tarixinə bildiriş verdiyini, Fərmanın 8.10-cu bəndinə müvafiq olaraq mübahisəyə dair məhkəmə qərarı hazırda icra mərhələsində olduğundan, Bankla aralarında yaranmış problem həll edilənədək icra işi ilə əlaqədar bütün hərəkətlərin dayandırılmalı olduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, Fərmanda onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin xüsusi həlli qaydasını müəyyənləşdirildiyi və fiziki ş əxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən Fərmanın müddəaları tətbiq olunduqdan sonra mübahisə həll edilməmiş qalarsa, əmlak hərraca çıxarıla bilər. Məhkəmə öz mövqeyini Fərmanın 5, 6.2, 8.6, 8.10-cu bəndlərinə, “İcra haqqında” Qanunun 17.1.4, 19.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-748/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, Bankın apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fərmanın icrası ilə əlaqədar iddiaçıya kompensasiya hesablanaraq onun Banka olan borc məbləği silinmişdir. Lakin kompensasiya ödənildikdən sonra, yəni Fərmanın Bank tərəfindən icrasından sonra da, iddiaçının Banka borcu qalmışdır. Bu səbəbdən də, hərrac keçirilmiş və tələbkar qanuna müvafiq olaraq mənzili əldə etmişdir. Bundan başqa, Fərman həm kompensasiyanın verilməsini, həm də qalıq məbləğlərin restrukturizasiyasının aparılmasını nəzərdə tutmuşdur, lakin iddiaçını n Fərmanın müddəalarına əsasən Banka olan qalıq borc məbləğlərinin restrukturizasiyası nəzərdə tutulmamışdır. Belə ki, əgər Fərmanın icrası ilə əlaqədar hər iki kredit məbləği üzrə qalıq borca dair restrukturizasiya proseduru nəzərdə tutulsaydı, belə olan halda Bank bunu icra edərdi. Lakin Fərmanın icrası ilə əlaqədar kompensasiya verilməsi nəzərdə tutulduğundan, Bank kompensasiyanın verilməsini icra etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi səhvən “İcra haqqında” Qanunun 17.1.4cü maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə Bank arasında bağlanmış kredit müqavilələri Fərmanın təsir dairəsinə düşdüyünə görə iddiaçının borclarının bir hissəsini dövlət qarşıladığı üçün hərrac üzrə icraat dayandırılmalı idi. Beləliklə, məhkəmə həmin maddəni düzgün tətbiq etməmiş və bununla da əsassız qətnamə çıxarmışdır. Kassator daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hərracın yekunları barədə protokolun və alqı-satqı barədə müqavilənin ləğv edilməsi barədə qətnaməsini qanuni hesab etsə də, Mülki Məcəllənin 416.1-ci maddəsinin tələblərini pozaraq, qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, işə apellyasiya qaydasında baxan məhkəmə qeyd etmişdir ki, məhkəmə protokolun və alqısatqı müqaviləsinin ləğvini qət etsə də, mahiyyət etibarı ilə onların etibarsız hesab edilməsi nəticəsinə gəlmişdir. Kassasiya şikayətində prosessual hüquq normalarının pozuntusu ilə əlaqədar qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda n sonra – MPM) 218.3-cü maddəsini pozaraq protokolun və müqavilənin ləğvi tələbi irəli sürüldüyü halda, tələbi protokol və müqavilənin etibarsızlığı kimi qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar... “İcra haqqında” Qanun İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir (maddə 1.1) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərman Fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682000000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 ABŞ do lları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır (5-ci bənd). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər (6.2-ci bənd). Məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar MPM-in və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur (8.10-cu bənd). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesa b edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunmalıdır ki, Fərmana əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, Banklara bir ay müddətində məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyə edilmişdir. Fərmanın 8.10cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə, həmçinin icra sənədi üzrə icraata xitam verilməsi ilə əla qədar MPM-in və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi Fərmanda görülməsi müəyyən edilən tədbirlər yekunlaşmadan Fəmanın təsir dairəsinə düşən problemli kreditlərə dair icra sənədləri üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsinin yolverilməz olduğu barədə qanuni nəticəyə gəlmişdir. İş üzrə Fərmanın tətbiqi nəticəsində İddiaçı Banka olan problemli kreditinin məbləğinin azaldıldığı məhkəmə baxışı zamanı Bank tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxildir. Bu baxımdan “İcra ha qqında” Qanunun 1.1-ci maddəsinə uyğun olaraq Fərmanın icra hüquq münasibətlərinin tənzimlənməsinə yönəlmiş müddəaları icra haqqında qanunvericiliyin tərkib hissəsinə çevrilməklə icra orqanları və icra icraatınən digər iştirakçıları üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində Fərmanla yanaşı, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə istinad etməsi qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Eyni zamanda Kollegiya iş üzrə MPM-in 218.3-cü maddəsinin tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlillərini də formal hesab edir. Nəzərə alınmalıdır ki, MPM-in 418.3-ci maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozun tu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-748/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.