Məhkəmə qərarları › İş №2(102)-5285/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5285/2019

18.09.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5285/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh X qarşı “işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) İddiaçı cavabdeh X qarşı “işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseyn, hakimlər E.Nəbiyev və R.Qurbanov) Nəsimi rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X qarşı “işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X 29 avqust 2018-ci il tarixli, 108-k saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının, vurulmuş maddi və mənəvi zərərin cavabdeh X tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində yalnız X tanınmasın ı, cavabdeh X 29 avqust 2018-ci il tarixli, 108-k saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh X tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X 11.04.2012-ci il tarixli 41 nömrəli əmrinə əsasön 11.04.2012-ci il tarixindən X nəzdində olan 28 May qəsəbəsindəki həkim məntəqəsinə analıq məzuniyyəti yerinə 1,0 ştat vahidi sah ə terapevti vəzifəsinə işə qəbul edilmişdir. X 29.12.2012-ci il tarixli 171 nömrəli əmrinə əsasən iddiaçı X olan 28 May qəsəbəsindəki həkim məntəqəsində analıq məzuniyyəti yerinə 1,0 ştat vahidi sahə terapevti işləyən İddiaçı 29.12.2012-ci il tarixindən daimi olaraq 1,0 ştat vahidi 28 May həkim məntəqəsində həkim terapevt vəzifəsinə keçirilmişdir. X 24.04.2018-ci il tarixli 41-K saylı əmrinə əsasən 23.04 və 24.04.2018-ci il tarixlərində işə üzrsüz səbəbə gəlmədiyinə görə X Terapiya şöbəsinin Sahə həkimiterapevti İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş müraciət əsasında toplanmış 02/2-134 C saylı material üzrə iddiaçı barəsində 12 iyul 2018-ci ildə fakta görə Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. X 29.08.2018-ci il tarixli 108-K saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 29.08.2018-ci il tarixdən xitam verilmişdir. İddiaçı bildirir ki, Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirdikdən sonra müxtəlif yerlərdə çalışmışdır. Son olaraq 11 aprel 2012-ci il tarixli, 41 saylı əmrlə X sahə terapevti vəzifəsində işə başlamışdır. Son aylarda X rəhbərliyi dəyişilmiş və yeni təyin edilmiş baş həkim işə başladığı gündən ona qarşı həkimə yaraşmayan kobud münasibət bəsləmişdir. Rəhbərlik dəyişildiyi andan etibarən yeni rəhbər və digər baş həkimlər tərəfindən ona qarşı müxtəlif təzyiqlər edilmiş, əhaliyə yüksək səviyyədə xidmət göstərməyinə maneələr yaradılmış, işinə dair səlahiyyətləri əlindən alınmışdır. O, işlədiyi səhədə xidmət etdiyi əhalinin ondan razı olmaları barədə rəhbərliyə ünvanlanan çoxsaylı ərizələrə heç bir münasibət bildirilməmiş, bu da azmış kimi rəhbərlik tərəfindən davamlı təzyiqlər artıq hədə-qorxu və şantaja çevrilmiş və rəhbərlik təkidlə ondan işdən çıxmağı barədə ərizə yazmağı tələb etmişdir. O, buna öz etirazını bildirsə də, rəhbərlik heç bir əsas gətirmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əlində əsas tutaraq 29 avqust 2018-ci il tarixdə 108-k saylı əmrlə onu tutduğu vəzifədən azad etmişlər. Lakin verilmiş əmrdə işdən çıxarılmağına dair heç bir izah qeyd edilməmişdir. X rəhbərinin bu hərəkəti qanuni deyil, odur ki, həmin əmr qanunsuz hesab edilməli, o, əvvəlki işə bərpa ed ilməli və işdən qanunsuz çıxarıldıqdan sonra məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən alınaraq ona ödənilməlidir. Cavabdeh X bu qanunsuz hərəkəti barədə dəfələrlə BX və yuxarı instansiyalara müraciətlər etsə də, hazırkı vaxta qədər müraciətlərə heç bir cavab verilmədiyindən, o, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü və 300-cü maddələrinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu qanunvericiliyin tələbinə uyğun olmadığı halda əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilir və məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzi fəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya işlədiyi müdətdə işə üzrsüz səbəbə gəlmədiyinə görə töhmət verilmiş, 27.11.2017-ci il tarixli 810030 seriyalı və 27.12.2017-ci il tarixli 810135 seriyalı əmək qabiliyyəti olmaması barədə vərəqələr saxtalaşdırılaraq X1 adına dəyişdirilmiş, onun əmək qabiliyyəti olmaması Həkim Məsləhət Komissiyasının rəyi olmadan saxta sənədlər əsasında uzadılmışdır. Toplanmış sənədlər Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş fakta görə cinayət işi başlanılmışdır. 073991 saylı əmək qabiliyyətinin olmaması vərəqəsi iddiaçı tərəfindən doldurularkən saxtakarlığa yol verilmişdir. Əmək qabiliyyətinin olmamasÇ'Vərəqəsi rəngli kserokopiyadan çıxarılaraq surəti doldurulmuş, sonradan Həkim Məsləhət Komissiyası üzvlərinin təkidindən sonra əmək qabiliyyəti olmaması vərəqəsinin əslini bir həftə sonra cırılmış vəziyyətdə gətirmişdir. Bununla bağlı 21.08.2018-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmkarlar təşkilatı tərəfindən əmək müqaviləsinin ləğvinə etiraz edilməmişdir. İş materiallarından görünür ki, iddiaçıya X 24.04.2018- ci il tarixli 41-K saylı əmrinə əsasən 23.04 və 24.04.2018-ci il tarixlərdə işə üzrsüz səbəbə gəlmədiyinə görə töhmət verilmişdir. Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş müraciət əsasında toplanmış material üzrə 12.07.2018-ci il tarixdə cinayət işinin başlanm ası haqqında qərar qəbul edilmişdir. İddiaçı tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsinin saxtakarlığa yol verilərək doldurulması barədə 21.08.2018-ci il tarixdə akt tərtib edilmiş, 29.08.2018-ci il tarixdə Tibbi Şuranın iclası keçirilmiş İddiaçı işində yol verdiyi ciddi nöqsanlar müzakirə edilmişdir. 27.02.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı barəsində tərtib olunmuş 30.11.2018-ci il tarixli ittiham aktı məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinin e) (əmək fəaliyyəti zamanı yol vefdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin- və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) və ə) (əmək funksiyasını pozduğuna görə ə vvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) bəndlərində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verilmiş, apellyasiya instansiya məhkəməsi işin hallarına və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddə lərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar