Məhkəmə qərarları › İş №2(102)-529/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-529/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-529/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-5711/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra - borcalan) arasında bağlanmış 23.02.2016-cı il tarixli, 104850-130843/5 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana illik faiz dərəcəsi 22% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 77.000 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəlinə əsasən, alınmış kredit vəsaitinə ödənilməli olan faizin həcmi 28,955.45 man at məbləğində nəzərdə tutulmuşdur. Daha sonra Bankla borcalan arasında 23.02.2016-cı il tarixli, 10485-130843/5 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi 17.03.2017-ci il tarixli 1 nömrəli Əlavə Razılaşma bağlanmışdır. Kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi 1) xüsusi mülkiyyət hüququ üzrə borcalanın tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzil və 2) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 27 nömrəli mənzil (bundan sonra – ipoteka predmetləri) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, borcalandan 28.338.25 manat əsas, 13.627.63 manat faiz borcu olmaqla, cəmi 41.965.88 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi (iki mənzil), mənzillərin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh1, Cavabdeh3 1-ci mənzildən, Cavabdeh2 və X1 2ci mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması ha qqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar ona dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bank tərəfindən hər iki ipoteka predmetinə tutma yönəldilməsi barədə ipoteka qoyanlara bildirişlər göndərilmişdir. Borcalan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Bankın ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Borcalanın Banka 09 dekabr 2019-cu il tarixə kredit müqaviləsi üzrə əsas borc məbləği 28.338.25 manat, kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği 13.627.63 manat, cəmi 41.965.88 manat təşkil edir. Məhkəmədə tədqiq edilmiş maliyyə arayışı və hesabdan çıxarış məlumatlarına əsasən, borcalan aldığı kredit vəsaitinə görə 23.02.2016-cı il tarixli, 104850-130843/5 nömrəli kredit müqaviləsinin əsasında imzalanmış 13.03.2017-ci il tarixli razılaşmanın imzalandığı tarixdən, yəni 13.03.2017-ci il tarixdən kredit müqaviləsinin bitdiyi 23.02.2019cu il tarixinədək ümumilikdə 56.075.00 manat məbləğində ödəniş aparmışdır ki, həmin məbləğdən 39.358.68 manat əsas borcun silinməsi, qalan 16.716.32 manat faiz borcunun silinməsi üçün sərf olunmuşdur. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 29.01.2021-ci il tarixli, 9/5352 nömrəli rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 23.02.2016-cı il tarixli, 104850-130843/5 saylı kredit müqaviləsi və həmin mü qavilə əsasında imzalanmış 1 saylı Əlavə Razılaşmada qeyd olunan şərtlər nəzərə alınaraq borcalanın Banka 23.02.2019-cu il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) 19.571.82 manat əsas borcu və 586.07 faiz borcu, kredit müqaviləsinin bitdiyi tarixdən 09.12.2019-cu il tarixədək (illik 5% dərəcəsi ilə hesablanmaqla) 19.571.82 manat əsas borcu və 1.363.50 manat faiz borcu vardır. 23.02.2016-cı il tarixli, 104850-130843/5 nömrəli kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış razılaşma üzrə cərimə bəndi nəzərdə tutulsa da, Bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün sualda qeyd olunan tarixə borcalanın cərimə borcu hesablanmamışdır. "xxxx" MMC-nin 31.05.2020-ci il tarixli əmla kın qiymətləndirilməsi nəticələri haqqında hesabatında qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin qiyməti 65.000 manat, ünvan 2 ünvanında yerləşən 27 saylı mənzilin dəyəri 45.500 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-99/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilmiş, borcalandan Bankın xeyrinə 104850-130843/5 nömrəli 23.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 19.571,82 manat məbləğində əsas borc, 586,07 manat məbləğində faiz borcu olmaqla, cəmi 20.157,89 manat borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka predmetlərinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, borcalanın mülkiyyətində olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 65.000 manat, Cavabdeh2 mülkiyyətində olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 45.500 manat müəyyən edilməsi, mənzillərin satılması və əldə ediləcək vəsaitin borcalanın Banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin borcalana və Cavabdeh2 qaytarılması, əmlakların satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada borcalandan Bankın xeyrinə tutulması, mənzillər hərracda satıldıqda n sonra bir ay ərzində cavabdehlərin mənzilləri tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 300 manat məbləğində pulun borcalandan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun borcalandan tutularaq, "xxxx" MMC-nin hesabına keçirilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə ekspert rəyinə və təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, borcalandan Bankın xeyrinə 16.02.2016-cı il tarixli, 104850130843/5 nömrəli kredit müqaviləsi üzrə 19.571,82 manat əsas və 586.07 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə qeyd e tmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi hissəsində də əsaslıdır. Beləliklə, borc tələbi ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılmalı, mənzillərin dəyəri qiymətləndirmə rəyindəki qiymətlərə əsasən müəyyən edilməli, mənzillər satılmalı, əldə ediləcək vəsait borcalanın Banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ müvafiq olaraq ipoteka qoyanlara qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldikdən və əmlakın açıq hərracdan satılmasından sonra 1 ay ərz ində mənzillərin boşaldılması tələbinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir, mənzillər hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər mənzilləri tərk etməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.4, 269.5, 295, 296, 317, 319.1, 319.3, 319.6, 385.1, 442, 443.1, 448.1, 448.2, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 39, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bank ape llyasiya şikayətində qətnamənin qismən – kredit borcunun tutulması hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin düzgün olmayan ekspert rəyinə istinad etməklə yanlış nəticəyə gəldiyi, ekspertin kapitallaşdırılan 6110,07 manat vəsaiti borcalanın ödənişi kimi qiymətləndirdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Bankın apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı da müvafiq ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 22 iyul 2021-ci il tarixli rəydə də əvvəlki rəylə eyni nəticələrə gəlinmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5711/2021 nömrəl i iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni borcalandan Bankın xeyrinə 104850130843/5 nömrəli 23.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 19.571,82 manat əsas, 586,07 manat faiz borcu olmaqla cəmi 20.157,89 manat borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Bankdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Apellyasiya məhkəməsi Bankın təqdim etdiyi sənədləri ekspert rəyləri ilə birlikdə təhlil edərək hesab etmişdir ki, müvafiq rəylərlə razılaşmamaq üçün hər ha nsı əsas yoxdur və birinci instansiya məhkəməsi kredit borcunun məbləğini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq müqavilə müddətinin bitdiyi tarixədək hesablamaqda haqlı olmuşdur. Məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 14 sentyabr 2020-ci il tarixli rəyində kredit müqaviləsinin bitdiyi tarixdən 09.12.2019-cu il tarixədək borcalanın illik 5% dərəcəsi ilə hesablanmaqla 1363,50 manat faiz borcunun yarandığı göstərilmiş olsa da, Bank iddia tələbində yalnız müqavilə faizini tələb etdiyindən, MPM-in 218-ci maddəsinin tələbi nəzərə alınmaqla məhz müqavilə müddətinin bitdiyi tarixə müəyyənləşdirilən məbləğ əsas götürülməlidir. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - kredit borcunun müəyyən edilməsi hissəsində ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi işdə olan sübutlarla ziddiyyət təşkil edir, məhkəmə bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, iş üzrə təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə Bankın xahişini nəzərə almamışdır. Şikayətdə qeyd olunmuşdur ki, borcalanla bağlanmış kredit müqavil əsinə əlavə olunan ödəniş cədvəlinə əsasən borcalan 36 ay müddətində, hər ayın 22-i tarixində 3027.25 manat olmaqla Banka ödəniş etməli idi. Lakin cavabdeh tərəfindən həmin öhdəliyə lazımi qaydada əməl olunmamış və Banka gecikdirilmələrlə ödəniş aparılmışdır. Bunu nəzərə alaraq, cavabdehin müraciəti əsasında Bankla cavabdeh arasında 17.03.2017-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşma bağlanmışdır. Həmin Razılaşma əsasında kredit müqaviləsinin müddəti və şərtləri cərçivəsində rəsmiləşdirmə günü gecikmədə olan borc kapitallaşdırılmaqla, yeni ödəniş cədvəli verilmişdir. Həmin ödəniş cədvəlindən də görünür ki, 17.03.2017-ci il tarixdə gecikmədə olan 6110.07 manat pul kapitallaşdırılaraq, əsas borca əlavə edilmişdir. İsin qeyd olunan hallarını iş materiallarında olan və ekspertə təqdim edilmi ş hesabdan çıxarışlar, ödəniş cədvəlləri də təsdiq edir. Ekspert rəyləri araşdırılarkən müəyyən olunur ki, ekspert tərəfindən tədqiqat aparılarkən qeyd olunan hallar nəzərə alınmamış, işin həmin hallarına qiymət verilməmiş və təkrarən əsassız olaraq, kredit müqaviləsi üzrə kapitallaşdırılan 6110.07 manat pul ödəniş kimi nəzərə alınmışdır. Halbuki, həmin məbləğ cavabdeh tərəfindən Banka ödənilməmişdir. Belə ki, hesabdan çıxarışdan görünür ki, Bank tərəfindən cavabdehə 07 mart 2016-cı il tarixdə 77.000 manat verilmiş və həmin məbləğ hesaba mədaxil edilmişdir. 17.03.2017-ci il tarixdə kapitallaşdırılan 6110.07 manat məbləğində vəsait də eyni hesaba mədaxil edilmişdir. Bu onu göstərir ki, 6110.07 manat məbləğində vəsait cavabdeh tərəfindən ödənilməmiş, əksinə həmin vəsait Bank tərəfindən hesab a daxil edilərək cavabdeh gecikmə vəziyyətindən çıxarılmışdır. Beləliklə, ekspert tərəfindən iş üzrə borcun məbləği müəyyən edilərkən səhv nəticəyə gəlinmişdir. Məhkəmə tərəfindən də həmin ekspertiza rəyləri əsas götürülərkən işin halları hərtərəfli araşdırılmamış, məhkəmə-mühasibatliq ekspertizasının rəyi işdəki digər sübutlarla birgə tədqiq edilməmiş və nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Şikayətin əsası kimi, MPM-in 14.1, 88, 99.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda borcalan qeyd etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, kassasiya şikayətinin təmin olunması üçün əsas yoxdur. Kassasiya baxışı nın hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Bankın apellyasiya şikayəti əsasında kredit borcunun müəyyən edilməsi hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yox lanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci madd ələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətinin ekspert rəyinin əsassız olması ilə bağlı dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və m əhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5711/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar