Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5300/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 may 2022-ci il tarixli, 2(103)3112/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Birinci iş üzrə İşin h allarına görə, İddiaçı cavabdehlər X9, X4 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 evin 11 saylı mənzilinin cavabdeh X1 dair notarial qaydada təsdiq edilmiş 23 fevral 2016-cı il tarixli, 4Ə-164 reyestr qeydli, İP-AS 016 AİF saylı ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh1 satılmasında dair notarial qaydada təsdiq edilmiş 29 aprel 2017-ci il tarixli, 4Ə-117 reyestr qeydli alqı-satqı müqaviləsinin və mənzilin Cavabdeh3 adına özgəninkiləşdirməsinə dair notarial qaydada təsdiq edilmiş 01 oktyabr 2018-ci il tarixli, 4Ə- 225 reyestr qeydli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların ləğv edilməsi və əmlaka dair hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, ki, 16 iyun 2011-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 158.94 kv.metr olan 4 otaqlı 11 saylı mənzilə xüsusi mülkiyyət hüququ tanınıb və həmin mənzili 2006-cı ildə tikinti kooperativindən alıb və sonradan kredit ilə sənədləşdirib. X3 həmin mənzilə gəlin gəlib və övladları Cam Əli Fuad oğlu və X15 da doğulduqdan sonra orada qeydiyyatda olmaqla yaşayıblar. Cavabdeh1 X3nın arvadıdır. Digər Cavabdeh2 isə arvadının rəfiqəsidir. Sonradan ailəsi onun çətin və problemli günlərində ona dəstək durmayıb, əmlaklarını talayaraq, qanunsuz satıb pulundan bəhrələniblər. Belə ki, iş problemləri ilə əlaqədar Azərbaycan Respublikasından g etməli olub və burada olmadığından mənzilin və digər əmlaklarının idarə olunmasının rəsmiləşdirilməsi məqsədilə dostu Şahid1 adına etibarnamə verib. Şahid1 həmin etibarnamə üzrə səlahiyyətlərini notarial qaydada təsdiq edilmiş 13 sentyabr 2014-cü il tarixli etibarnamə ilə iş Cavabdeh1 etibar edib və sonuncu əmlakların satılmasının təşkil olunmasına şərait yaradıb. Belə ki, ona məxsus olan mənzili notariatda təsdiq etməklə 23 fevral 2016-cı il tarixli və İP-AS 016 AİF saylı “ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirməklə 100.000 manata satışını təşkil edərək yalançı alıcı Xn adına sənədləşdiriblər. Həmin sənədləşmə zamanı tərəflər yalandan beh müqaviləsi tərtib edib, mənzili kənar şəxsin adına keçirdikdən sonra öz əmlakı kimi yenidən notarial qaydada 29 aprel 2017-ci il tarixli, 4Ə-117 reyestr qeydli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 adından guya 100.000 manat ödəməklə qaynanası X adına keçirib, daha sonradan mənzili notarial qaydada təsdiq edilmiş 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə 285.000 manata Cavabdeh3 adına özgəninkiləşdirib. Beləliklə cavabdehlər qanunsuz olaraq onun mənzilini özgəninkiləşdiriblər və külli miqdarda ziyan vuraraq əsassız varlanıblar. Uzun illər Azərbaycanda olmadığından və X10 şəhərində yaşadığından bu alqı-satqı müqavilələrindən məlumatsız olub və bu barədə son vaxtlar xəbər tutub və ona məlum olub ki, əmlakı etibarnamə ilə formal olaraq özgəninkiləşdirilib və sonradan satılaraq pulu mənimsənilib. Daha sonra iddiaçı, iddia ərizəsinə dəqiqləşmə verərək göstərmişdir ki, mübahisəli mənzil onun tərəf indən "xxxx" MTK-dan əldə olunub və 2008-ci ildə adına Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən 08 fevral 2008-ci il tarixli, 024812 saylı order verilib. Həmin vaxt əsil ata adı və soyadı X8 olub. Bakı şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsinin 15 aprel 2008-ci il tarixli 02 saylı Akt qeydinə əsasən adı İddiaçı dəyişdirilib. X anasının sonradan ailə qurduğu şəxsdır və “adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” ona 28 fevral 2009 tarixli Şəhadətnamə verilib. İlk öncə mənzilə 09 fevral 2010-cu il tarixli Çıxarış verilib, daha sonra kredit götürülməsi məqsədilə əmlak özgəninkiləşdirilərək öz adına sənədləşdirilib. 16 iyun 2011-ci il tarixli Çıxarışa əsasən onan mənzilə mülkiyyət hüququ tanınıb. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ünvan 2 ünvanda yerləşən mənzilin X satılması barədə notarial qaydada təsdiq edilmiş 23 fevral 2016-cı il tarixli, 4Ə164 reyestr qeydli, “ipoteka ilə yüklü edilmiş əmlakın alqı- satqı müqaviləsi”nin, Cavabdeh2 adından Cavabdeh1 satılması barədə notarial qaydada təsdiq edilmiş 29 aprel 2017-ci il tarixli, 4Ə-117 reyestr qeydli alqı-satqı müqaviləsinin və mənzilin Cavabdeh3 adına özgəninkiləşdirməsi barədə notarial qaydada təsdiq edilmiş 01 oktyabr 2018-ci il tarixli, 4Ə-225 reyestr qeydli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərin adına verilmiş və Cavabdeh3 adına verilmiş 04 oktyabr 2018-ci il qeydiyyat tarixli Çıxarış üzrə qeydin ləğv edilməsi və əmlaka dair hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icr aat Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi (hakim Vahid Hacıyev) iddia rədd edilib. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İkinci iş üzrə İddiaçı Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin cavabdeh tərəfindən 01 oktyabr 2018-ci il tarixdə notarial qaydada bağlanmış və reyestrdə 4Ə-225 nömrə altında qeydə alınmış alqı-satqı müqaviləsi əsasında X satılması nəticəsində əldə olunmuş 285.000 manat, mənzilin real bazar dəyərindən aşağı qiymətlə satılması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 65.000 manat, cəmi 350.000 manat pulun Cavabdeh1 tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, qayınanası Cavabdeh1 və keçmiş arvadı Sənəm Dadaşova qanunsuz olaraq onun mənzilini özgəninkiləşdiriblər və ona külli miqdarda ziyan vuraraq əsassız varlanıblar. Əgər mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı bağlanmış müqavilələri etibarsız hesab etmək mümkün deyilsə, o zaman Cavabdeh1 mənzilin satılması nəticəsində Cavabdeh3 aldığı 285.000 manat pul ondan alınaraq ona ödənilməlidir. Çünki, Cavabdeh1 həmin məbləği özündə saxlamaqla onun hesabına əsassız varlanıb. Bundan başqa nəzərə alınmalıdır ki, ona məxsus mənzilin real bazar dəyəri 350.000 manat təşkil edir. Lakin Cavabdeh1 mənzili tez satmaq və gəlir əldə etmək niyyətində olduğu üçün mənzili daha aşağı qiymətə- 285.000 manata sat maqla ona (350.000- 285.000) 65.000 manat maddi zərər vurmuşdur ki, bu zərərin əvəzi də ona ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Emin Mehdiyev) iddia rədd edilib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Yuxarıda qeyd edilən hər iki mülki iş iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olub və bir icraatda birləşdirilib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və V.Ə.İbayev) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, həmin qətnamə dəyişdirilmədən saxlanılıb, Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, həmin qətnamə ləğv edilib və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia qismən təmin edilib və Cavabdeh1 285.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə müvafiq qərar qəbul edilməsi xahiş olunub. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərb aycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2022-ci il tarixli, qərar ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 iyul 2021-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddiasının təmin olunmayan hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayə tinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisələndirilən hissədə iddiaçı cavabdeh tərəfindən mübahisəli mənzilin 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılması nəticəsində əldə edilmiş 285.000 manatın ona ödənilməsini xahiş edir və tələbini onunla əsaslandırıb ki, Cavabdeh1 onun mənzilini özgəninkiləşdirib və ona külli miqdarda ziyan vurmaqla onun hesabına əsassız varlanıb. Halbuki, Cavabdeh1 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 285.000 manat pulu daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə adına qeydə alınmış mənzilin satılması nəticəsində əldə edib. Məhz bu iş üzrə qeyd olunan müqavilənin, həmçinin mənzilin Cavabdeh1 tərəfind ən əldə edilməsi barədə alqı-satqı müqaviləsinin etibarsızlığı tələbləri təmin edilməyib və qətnamə həmin hissədə mübahisələndirilməyib. Bu baxımdan Cavabdeh1 mülkiyyətində olan mənzilin alqı-satqısı üzrə əldə etdiyi 285.000 manat pul hesabına əsassız varlandığı barədə iddiaçının tələbi qanunvericiliyin tələbləri ilə uzlaşmır. İşin müəyyən edilmiş faktiki hallarına görə Cavabdeh1 yalnız 23 fevral 2016-cı il tarixli ipoteka ilə yüklü edilmiş mənzilin alqı-satqı müqaviləsi üzrə etibarnamə əsasında iddiaçının adından çıxış edib və müqavilə üzrə ona çatacaq pulu alıb. Lakin, iddiaçı iddia ərizəsində Cavabdeh1 həmin müqavilə əsasında əldə etdiyi pulu deyil, məhz 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 aldığı 285.000 manat pulun ona ödənilməsini iddia edir. Göründü yü kimi iddiaçı cavabdehin ona 285.000 manat pul ödəməli olmasını əsaslandıra və sübut edə bilməyib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 359.1, 646.1, 1091-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini p ozub və işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Belə ki, cavabdeh ona məxsus olan mənzili heç bir hüquqi əsası olmadan Cavabdeh3 satmaqla onun hesabına əsassız varlanıb. Ona görə də cavabdeh əldə etdiklərini onun tələbi ilə ona qaytarmağa borcludur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın mübahisələndirilən hissədə təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 1 evin 11 saylı mənzili 09 fevral 2010-cu il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olub. 14 noyabr 2009-cu ildə iddiaçı rəsmi nikah əsasında Sənəm Dadaşova ilə ailə qurub və onların birgə nikahından 2 övladı doğulub. İddiaçı "xxxx" ASCnin Baş direktoru işləyib və Bankın fəaliyyətində aşkar edilmiş pozuntulara görə 2013-cü ildə cinayət işi başlanıb, iddiaçı Azərbaycan Respublikasını tərk edib və bir neçə il ərzində xaricdə (Dubay şəhərində) yaşayıb. O, 24 iyun 2019-cu il tarixdə Azərbaycana qayıdıb, istintaq orqanı tərəfindən həbs edilib və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Həmçinin, mübahisəli mənzil 13 may 2011-ci il tarixli alqı-satqı və ipoteka müqavilələrinə əsasən "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilib. Daha sonra işdən görünür ki, notarial qaydada təsdiq edilmiş 09 iyun 2013-cü il tarixli etibarnaməyə əsasən iddiaçı, ona məxsus əmlaka (o cümlədən mübahisəli mənzilə) dair bütün səlahiyyətləri 3 il müddətinə qüvvədə olmaqla Şahid1 etibar edib, sonuncu isə iddiaçının adından 13 sentyabr 2014-cü il tarixdə Cavabdeh1 (iddiaçı nın qayınanasıdır) adına 09 iyun 2016-cı il tarixədək qüvvədə olmaqla etibarnamə verib. Səlahiyyətlər sırasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakların idarə edilməsi və onların üzərində sərəncam verilməsi səlahiyyəti də nəzərdə tutulub. Etibarnamə əsasında iddiaçının adından çıxış edən Cavabdeh1 ipoteka ilə yüklü olan sözügedən mənzili 23 fevral 2016-cı il tarixli ipoteka ilə yüklü edilmiş mənzilin alqısatqı müqaviləsinə əsasən X satıb. Müqavilədə mənzilin satış qiyməti 100.000 manat müəyyən edilib və mənzilin dəyərinin 54.400 manatının alıcı tərəfindən birdəfəlik olaraq, 45.600 manatının isə kredit müqaviləsi üzrə satıcının hüquq və vəzifələrinin alıcıya verilməsi yolu ilə ödənilməsi nəzərdə tutulub. Mənzil 26 fevral 2016-cı il tarixli Çıxarışa ə sasən mülkiyyət hüququ üzrə X adına qeydə alınıb. Notarial qaydada təsdiq edilmiş 29 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X tam mülkiyyət hüququ üzrə ona məxsus olan mənzili 100.000 manata Cavabdeh1 satıb. 19 may 2017-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə ona məxsus olan mənzili 285.000 manata Cavabdeh3 satıb və 04 oktyabr 2018-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, hazırda iddiaçı cavabdehdən sözügedən mən zilin 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılması nəticəsində əldə edilmiş 285.000 manat pulun ona ödənilməsini iddia edir və tələbini onunla əsaslandırıb ki, Cavabdeh1 onun mənzilini qanunsuz olaraq özgəninkiləşdirib və ona külli miqdarda zərər vuraraq onun hesabına əsassız varlanıb. Halbuki Mülki Məcəllənin əsassız varlanmanın anlayışını müəyyən edən 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan, yəni buna haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, əsassız varlanma dedikdə b ir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir. Əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etmiş varlanmış şəxs, digəri isə bunun nəticəsindəəmlak itkisinə məruz qalmış şəxsdir. Baxılan iş üzrə Cavabdeh1 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 285.000 manat pulu daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə adına qeydə alınmış mübahisəli mənzilin satılması nəticəsində əldə edib. Məhz bu iş üzrə qeyd olunan müqavilənin, həmçinin mübahisəli mənzilin Cavabdeh1 tərəfindən əldə edilməsi barədə alqı-satqı müqaviləsinin etibarsızlığı tələbləri təmin edilməyib və qətnamə həmin hi ssədə mübahisələndirilməyib. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan mənzilin alqı-satqısı üzrə əldə etdiyi 285.000 manat pul hesabına əsassız varlandığı barədə iddiaçının tələbi qanunvericiliiyn tələbləri ilə uzlaşmır. Həmçinin qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilə lər bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı və sair maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülki yyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqısı müqaviləsidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin qeyd edilməlidir ki, əqdlər, eləcə də alqı-satq ı müqaviləsi təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Mülki Məcəllənin 359.1-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmsayıb hesab edir ki, Cavabdeh1 yalnız 23 fevral 2016-cı il tarixli ipoteka ilə yüklü edilmiş mənzilin alqı-satqı müqaviləsi üzrə etibarnamə əsasında iddiaçının adından çıxış edib və müqavilə üzrə ona çatacaq pulu alıb. Lakin, iddiaçı iddia ərizəsində Cavabdeh1 həmin müqavilə əsasında əldə etdiyi pulu deyil, məhz 01 oktyabr 2018-ci il ta rixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 aldığı 285.000 manat pulun ona ödənilməsini iddia edir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi, iddiaçı cavabdehin ona 285.000 manat pul ödəməli olmasını əsaslandıra və sübut edə bilməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisə li hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırma ğa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 may 2022-ci il tarixli, 2(103)-3112/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5300/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5300/2022
06.12.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver