Məhkəmə qərarları › İş №2(102)-5303/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5303/2022

18.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5303/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və Cavabdeh2 (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Laçınov Nurməhəmməd Yovmiddin oğlu və X3 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Laçınov Nurməhəmməd Yovmiddin oğlu və X3 cəlb edilməklə) alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-631/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı və üçüncü şəxs Laçınov Nurməhəmməd Yovmiddin oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala rayonu, Muxax kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,1785 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) İddiaçı həyat yoldaşı X4 məxsus olmuş, sonuncu xx.xx.1999-cu il tarixdə ölmü şdür.

2. İddiaçı 13 noyabr 2013-cü il tarixdə Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən mərhum ərindən miras qalmış evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq, sənədlər toplamaq, sənədləşmələrdə əvəzindən imza etmək, həmin evə dair bütün əməliyyatları yerinə yetirmək, evi satarkən və bağışlayarkən əvəzinə imza etmək, torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etmək səlahiyyətlərini nəzərdə tutan etibarnamə vermişdir. Həmin etibarnamə əsasında hərəkət edən Cavabdeh1 müraciəti əsasında torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İddiaçıya xx.xx.2014-cü il tarixdə X2 vərəsəsi kimi mübahisəli torpaq sahəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Torpaq sahəs i xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir.

4. Cavabdeh1 iddiaçı tərəfindən 13 noyabr 2013-cü il tarixdə verilmiş etibarnamə əsasında onun nümayəndəsi qismində çıxış edərək mübahisəli torpaq sahəsinə dair qızı Cavabdeh2 ilə 16 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq, həmin əmlakı 5400 manata sonuncuya satmışdır.

5. Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir.

6. Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə ölmüşdür İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə (bundan sonra – Notariat Ofisi), Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 18 saylı Zaqatala Ərazi İdarəsi, Laçınov Nurməhəmməd Yovmiddin oğlu və X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" etibarsız hesab edilməsi, mübahisəli torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dö vlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Daha sonra, iddiaçının nümayəndəsi iddia ərizəsinin tələb hissəsinin dəyişdirilməsi barədə ərizə verərək, iddiaçı ilə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi, mübahisəli torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahi ş etmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin 2(033)-256/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 324.1, 325.3, 354.2, 359.1, 359.3, 362.1, 421-424, 567, 646.1, 646.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1508/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 149.2, 359.1, 359.3, 362.1, 365.1.2, 387.3, 421.1, 421.2, 422.1, 567, 646-cı, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-969/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbini dəyişsə də iddianın əsaslarını dəyişməmiş və iddia ərizəsini əqdlərin etibarsızlığı halları (təmsilçinin səlahiyyətli olmaması, özü üçün əqd bağlaması) ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən həm əqdlərin ləğvi, həm də etibarsızlığı ilə bağlı maddi hüquq normalarına istinad etməklə, iddianı təmin etmiş və müqaviləni ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə müqavilənin ləğvi ilə bağlı maddi hüquq normalarına istinad etməklə, öz mövqeyini müqavilənin etibarsızlığı ilə bağlı dəlillərlə əsaslandıraraq müqavilənin ləğvi barədə iddianı rədd etmişdir. Yuxarıda da qeyd olun duğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən işə baxan məhkəmənin etibarsızlıq əsasları ilə müqaviləni ləğv etməsi və ya həmin əsaslar olmadığından bundan imtina etməsi maddi hüquq normalarının pozuntusunu təşkil etməklə, son nəticədə düzgün olmayan məhkəmə aktının qəbulu ilə nəticələnir. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan, müqavilənin etibarsızlığı barədə dəlillərlə əsaslandırılmış iddia tələbi əsasında müqavilə ləğv edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, həmin məhkəmənin yol verdiyi eyni p rosessual pozuntuları təkrarlamış, iddiaçının istinad etdiyi etibarsızlıq hallarının sübuta yetirilməməsi əsası ilə, lakin müqavilənin ləğvinə dair hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinadla müqaviləni ləğvi tələbini rədd etmişdir.

18. İş üzrə Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə, yəni iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən xeyli əvvəl ölmüşdür. Bu hal isə həmin şəxsə qarşı verilmiş iddia tələbinə aid hissədə iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur. Mülki Məcəllənin 25.2-ci və MPM-in 48, 153.2.1-ci maddələrinə əsasən ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığından ona qarşı iddia irəli sürülə və belə iddia icraata qəbul edilə bilməz. Əgər icraata qəbul edildikdən sonra bu hal müəyyən edilərsə MPM-in 261.0.1-ci maddəsinə əsasən həmin şəxsə aid hissədə iş üzrə icraata xitam verilməlidir. Lakin işə baxmış məhkəmələr bütün məhkəmə prosesləri barədə digər tərəflərlə yanaşı, ölmüş şəxsə də bildirişlər göndərmiş, həmin şəxsin iştirakı olmadan iclasın keçirilməsi mümkünlüyünü müzakirə etmiş və həmin şəxsə qarşı verilmiş iddiaya mahiyyəti üzrə baxmışlar. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli 2(107)631/2022 nömrəli qərardadı ilə (hakimlər – Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)256/2021 nömrəli qətnaməsi qismən, Cavabdeh1 münasibətdə iddianın təmi n edilməsi hissəsində ləğv edilmiş və həmin hissə üzrə mülki işin icraatına xitam verilmişdir.

20. Məhkəmənin 26 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Laçınov X1 Hürüney Boro qızının verdiyi etibarnamədə göstərilən səlahiyyətlərindən istifadə edərək sonuncunun adından qanunla nəzərdə tutulmuş qaydada torpaq sahəsinin alqı-satqısını həyata keçirmişdir. Belə ki, İddiaçı 13 noyabr 2013-cü il tarixli etibarnamədə Cavabdeh1 digər səlahiyyətlərlə yanaşı özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayark ən əvəzində imza etmək səlahiyyətini də etibar etmişdir. Cavabdeh1 isə məhz həmin qanuni səlahiyyətindən istifadə edərək sözügedən torpaq sahəsinin alqı-satqısını həyata keçirmişdir. 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilmir.

22. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün qanuni əsas mövcud deyildir. Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyat isə 16 iyul 2018-ci il tarixli a lqı-satqı müqaviləsinin nəticəsində aparılmış, daha sonra isə həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas olmadığına görə onun əsasında aparılmış qeydiyyatın və verilmiş Çıxarışın da ləğv edilməsi üçün əsas yoxdur.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 25.2, 337.1, 337.2, 337.3, 337.4 və 337.5-ci maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassas iya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan 13 noyabr 2013-cü il tarixli etibarnamə ilə iddiaçı Nəbiyeva X5 rayonu, Muxax kəndinə yerləşən ərinə məxsus evə vərəsəlik hüququnun rəsmiləşdirilməsini və ona dair sərəncam verməyi, həmçinin özünə məxsus torpaq sahələrini satarkən və bağışlayarkən imza etməyi etibar etmişdir. Lakin, qətnamədən də göründüyü kimi, məhkəmə iş materiallarında olan etibarnamənin məzmununu təhrif etmiş və etibarnamədə qeyd ol unan cümlələri, bir cümlə altında birləşdirərək sanki ərindən miras qalmış torpaq sahəsinə dair də sərəncam verilməsi ilə bağlı etibarnamədə qeydin olması təəssüratı yaratmağa çalışmışdır.

27. Üçüncü şəxs Laçınov Nurməhəmməd Yovmiddin oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Hacı Ağayevin adına reyestrdən çıxarış verilən zaman Daşınmaz Əmlakın Dövlət Reestri Xidməti haqqında Qanununun 8-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə aktlarından görünür ki, mübahisəli torpağın mərhum Hacı Ağayevin hansı qaydada istifadəsinə verilməsi barədə akt mülki işdə yoxdur. Bu da maddi hüquq normasının pozulması kimi qiymətləndirilməl idir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

30. Maddə 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya inst ansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(107)-631/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar