Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5328/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyu l 2021-ci il tarixli, 2(107)854/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim, İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, mərhum ata və anasından miras qalmış Zaqatala rayonu Sumaylı kəndində yerləşən ümumi sahəsi 100 kv.m. (yaşayış sahəsi 56 kv.m., köməkçi hissə 34 kv.m.) olan 1930-cu ildə tikilmiş, 4 otaqlı, 0,10 ha həyətyanı torpaq sahəsinin üzərindəki evin, 0,36 ha və 0,093 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli (hakim T.Həsənov, iş № 2(033)-129/2021) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli (hakim T.Həsənov, iş № 2(033)-129/2021) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının tanın ması, mirasın bölünməsi, qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin “torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli (sədrlik edən və məruzəçi M.Əsədli, hakimlər Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)-854/2021) qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(033)-129/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyas ının 24 may 2021-ci il tarixli (sədrlik edən İ.Xəlilov, iş № 2(102)-3716/2021) qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-854/2021 nömrəli iş üzrə üzrə 05 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi və işin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli (sədrlik edən və məruzəçi M.Əsədli, hakimlər Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)-854/2021) qərardadı ilə İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(107)-854/2021 saylı qərarda dından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kasasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)-854/2021 nömrəli qərardadını ləğv edib, işə mahiyyəti üzrə baxılması üçün geri Zaqatala Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və komme rsiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olma sından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı işin halların ı, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını sadalamış, apellyasiya instansiyası məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu göstərmişdir. Kassasiya şikayətində tələb 01.07.2021-ci il tarixli qərardadın ləğv olunması ilə bağlı olsa da, faktiki olaraq yalnız 05.04.2021-ci tarixli qərardada aid hallar formal olaraq sadalanmışdır. Şikayət verilən qərardadla bağlı isə kassator qeyd olunan hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisədə necə tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, ka ssasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)854/2021 nömrəli qərardadından İddiaçı kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5328/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5328/2021
11.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver