Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5332/2021 17.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi; ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2376/2021 saylı iş üzrə 12 fevral 2021-ci il tarix li qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 13 yanvar 2017-ci il tarixdə bağlanmış H00117 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində H041KR18-H00117 saylı 31 may 2017-ci il tarixli kredit sazişinə əsasən ona 60 ay müddətinə illik 20 faiz olmaqla 96435 manat kredit verilmişdir. Bu kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında 14 yanvar 2017-ci il tarixdə bağlanmış 3 ədəd ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayo nu, X3 prospektində istifadəsində olan 0,05118 ha torpaq sahəsində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzili və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətində olan torpaq sahəsi (0,03 ha ümumi sahədən ibarət) və həmçinin Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətində olan torpaq sahəsi (0,06 ha ümumi sahədən ibarət) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 31 may 2018 -ci il tarixli H041KR18-H00117 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 31 may 2018-ci il tarixli H041KR18-H00117 saylı kredit müqaviləsi üzrə 93 710,8 manat əsas borcun, 23 513,83 manat faiz borcunun və 14 397,76 manat cərimə borcunun, cəmi 131 622,39 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, həmin vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində istifadəsində olan 0,05118 ha torpaq sahəsində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzili (2 otaq, 30,7 kv.m. yaşayış sahəsindən ibarət) və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətində olan torpaq sahəsi (0,03 ha ümumi sahədən ibarət) və həmçinin Sumqayıt şəhəri, Novxanı bağ massi vi, B-1352A/1 ünvanında mülkiyyətində olan torpaq sahəsi (0,06 ha ümumi sahədən ibarət) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda Cavabdeh2 tərəfindən ipoteka predmeti olan mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin 08 iyun 2020-ci il tarixli qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2020-ci il tarixli 9/2233 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 13 yanvar 2017-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilənin şərtləri və bu müqavilə üzrə bağlanmış 31 may 2018-ci il tarixli H041KR18-H00117 saylı kredit sazişi əsas götürülməklə Cavabdeh1 banka olan borcu 31 may 2020-ci il tarixə (maliyyə arayışının tarixinə) 117 937,15 manat: o cümlədən əsas borc üzrə 96 45 manat, faiz borcu üzrə 21 502,15 manat təşkil edir. Həmçinin, qeyd edilir ki, tərəflər arasında bağlanmış 31 may 2018-ci il tarixli H041KR18- H00117 saylı kredit sazişi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmamışdır.
4. İş materiallarında olan "xxxx" MMC tərəfindən 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 23/25 nömrəli b inanın 69 nömrəli mənzilin bazar dəyəri 55 000 manat, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətində olan 0,03 ha ümumi sahədən ibarət torpaq sahəsinin bazar dəyəri 12 000 manat və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətində olan 0,06 ha ümumi sahədən ibarət torpaq sahəsinin bazar dəyəri 24 000 manat müəyyən edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə 14 oktyabr 2020-ci il tarixli 2(005)-1303/2020 saylı qətnaməsi ilə (hakim V.Ş.Quliyev) qət olunub ki, iddia qismən təmin edilsin, 31.05.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin, əsas borc kimi 93.710,8 manat, faiz borcu kimi 21.502,15 manat, cərimə borcu kimi 1.540 manat, cəmi 116.752,23 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulsun, tutma ipoteka predmeti o lan göstərilən əmlaklara yönəldilsin: 1) Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, X3 pr., ev № 23/25-də yerləşən 69 №-li mənzil; 2) Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, sahəsi 0,06 ha təşkil edən B-1352A/1 №-li bağ sahəsi; 3) Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, sahəsi 0,03 ha təşkil edən B-1352A №-li bağ sahəsi. Qətnamədə mənzilin ilkin satış qiyməti 55.000 manat, sahəsi 0,06 ha təşkil edən bağ sahəsinin ilkin satış qiyməti 24.000 manat, sahəsi 0,03 ha təşkil edən bağ sahəsinin ilkin satış qiyməti 12.000 manat müəyyən edilib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilib.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kredit qaytarılması üzrə öhdəli klərini lazımınca icra etməmişdir. Bununla əlaqədar olaraq, cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, 31 may 2018-ci il tarixli kredit müqaviləsi üzrə 93710.8 manat əsas borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan tələb bu hissədə təmin olunmalıdır. İddia tələbini “cavabdehdən 23513.83 manat faiz borcunun tutulması” hissəsində araşdıraraq, həmçinin məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2020-ci il tarixli 9/2233 nömrəli rəyini əsas götürərək belə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan iddia tələbi bu hissədə qismən təmin edilməli və 21502.15 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən hesablanmış 14397.76 manat cərimə yaranmış borc məbləğ inə mütənasib olmadığından onun məbləği azaldılmalı və 1540 manata endirilməlidir.
7. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 269.5, 317, 319.1, 295, 385.1, 442, 443.1, 448.1, 448.2, 448.4, 467-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır.
8. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1303/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2376/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (s ədrliyi və məruzəsi ilə), E.Nağıyeva və X.Sarıyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin qərardadı əsasında qiymətləndirmə təyin olunmuşdir. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında ipoteka predmeti olan əmlakların bazar dəyəri qətnamədə göstərildiyi kimi müəyyən olunmuşdur: mə nzilin dəyəri 55.000 manat, sahəsi 0,06 ha təşkil edən bağ sahəsinin dəyəri 24.000 manat, sahəsi 0,03 ha təşkil edən bağ sahəsinin dəyəri 12.000 manat. Apellyasiya şikayəti verən şəxs (ipoteka qoyan Cavabdeh1) həmin əmlakların dəyərinin daha yüksək olması barədə sübut (öz təşəbbüsü ilə müstəqil qiymətləndiricidən əldə etdiyi qiymətləndirmə hesabatı və s.) təqdim etməmiş, apellyasiya instansiyasında keçirilən məhkəmə iclasına isə gəlməmişdir. Nəzərə alınmalıdır ki, işdə olan qiymətləndirmə hesabatında əmlakların bazar dəyəri müəyyən edilib, ilkin satış qiyməti isə likvid qiymətdir, yəni bazar dəyərindən aşağıdır. Məhkəmə cavabdehin apellyasiya şikayəti üzrə icraat zamanı yenidən qiymətləndirmə o halda təyin edə bilər ki, işdə olan qiymətləndirmə hesabatında göstərilən qiymətin həqiqiliyini (dəyərdən aşağı olduğunu) şübhə altına alan sübut olsun, hazırkı iş üzrə iş üzrə isə belə sübut yoxdur.
11. Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2376/2021 saylı iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzili öz real qiymətindən dəfələrlə ucuz qiymətləndirilm işdir. Nərimanov rayonu ərazisində rayonun mərkəzi küçəsi sayılan X3 prospekti, ev № 23/25-də yerləşən 69 nömrəli mənzilin ilkin satış qiyməti 51000 (əlli beş min) manat göstərilir. Nərimanov rayon ərazisində 2 otaqlı mənzilin satış qiyməti minimum 90000 (doxsan min) manatdır. Nəinki Bakı şəhərinin mərkəzində, Sumqayıt şəhərinin mərkəzində həmin qiymətə 2 otaqlı mənzil yoxdur. Bundan başqa, iddiaçı tərəf mənim banka olan borcumu ən yüksək dolların manata olan məzənnəsi ilə (1 ABŞ dolları = 1.80 AZN) hesablamışlar. Bu da mənim hüquqlarımın pozulması deməkdir. Bu rəqəmin iddiaçı tərəfin haradan götürməsi mənə məlum deyildir. Apellyasiya instansiyası məhkəməsi bu faktı da nəzərə almamışdır ki, Novxanı bağ massivində B-1352A ünvanında yerləşən 0.03 ha ümumi sahələrdən ibarət torpaq sahələri də real bazar qiymətindən dəfələrlə ucuz qiymətləndirilmişdir. Məhkəmə kollegiyası bu halların heç birini nəzərə almamışdır. Məhkəmə mənzilimin real bazar qiymətini nəzərə almamış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun ziddinə olaraq qətnamə qəbul etmişdir. Bu da qanunvericiliklə tənzimlənən eyni zamanda ipoteka haqqında qanununun tələblərinə cavab vermir və hüquqlarımı pozur. Kassator qətnamənin ləğv edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 269.6-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 402, 403.2, 417.1.4, 417.1.3, 418.1-ci maddələrinə istinad etmişdir.
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olma mışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh1 məhkəməyə teleqram göndərərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyası yerində müşavirə edərək MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
16. Maddə 39.3.3 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edil ir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
23. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi şikayətin işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§20).
25. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§21).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§20). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Cavabdeh1 apellyasiya şikayəti ilə qətnamənin yalnız ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsini mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsində qətnamənin əsaslılığı yalnız ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə yoxlanılmışdır. İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İş materiallarında olan "xxxx" MMC tərəfindən 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzilin bazar dəyəri 55 000 manat, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətində olan 0,0 3 ha ümumi sahədən ibarət torpaq sahəsinin bazar dəyəri 12 000 manat və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətində olan 0,06 ha ümumi sahədən ibarət torpaq sahəsinin bazar dəyəri 24 000 manat müəyyən edilmişdir.
30. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, apellyasiya şikayəti verən şəxs (ipoteka qoyan Cavabdeh1) həmin əmlakların dəyərinin daha yüksək olması barədə sübut (öz təşəbbüsü ilə müstəqil qiymətləndiricidən əldə etdiyi qiymətləndirmə hesabatı və s.) təqdim etməmiş, apellyasiya instansiyasında keçirilən məhkəmə iclasına isə gəlməmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, işdə olan qiymətləndirmə hesabatında əmlakların bazar dəyəri müəyyən edilib, ilkin satış qiyməti isə likvid qiymətdir, yəni bazar dəyərindən aşağıdır. Məh kəmə cavabdehin apellyasiya şikayəti üzrə icraat zamanı yenidən qiymətləndirmə o halda təyin edə bilər ki, işdə olan qiymətləndirmə hesabatında göstərilən qiymətin həqiqiliyini (dəyərdən aşağı olduğunu) şübhə altına alan sübut olsun, hazırkı iş üzrə iş üzrə isə belə sübut yoxdur.
31. Məhkəmə kollegiyası apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya kollegiyası tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələblərinə uyğun olaraq müstəqil qiymətləndiricinin rəyi əsasında ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkə məsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
32. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§22).
35. Məhkəmə kollegiyası qeyd o lunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2376/2021 saylı iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.