Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5333/2020 01.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Əhməd Abbas oğlu, İddiaçı Cavabdeh və digərlərinə qarşı “mənzilin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınması” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-3527/2020 saylı qərardadından Cavabdeh verdiyi şikayətin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-3527/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim S.R.Səlimova) Cavabdeh mülki işin aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkə məsinə göndərilməsi barədə vəsatəti təmin edilməyib. Cavabdeh qərardan şikayət verib. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə sözügedən qərardaddan Cavabdeh verdiyi şikayət təmin edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilib. Mülki iş materiallarını öyrənib hesab edirəm ki, aşağıdakılara görə İddiaçı Cavabdeh və digərlərinə qarşı “mənzilin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınması” iddiasına dair mülki işin kasasiya qaydasında icraata qəbul edilməsindən imtina edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, Cavabdeh yazılı vəsatətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, rəsmi qeydiyyatda olduğu ünvanın Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndinin olmasını göstərib, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsini xahiş edib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməyib. Sonradan Cavabdeh qərardaddan verdiyi şikayət həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə deyil, Ali Məhkəməyə göndərilib. Göründüyü kimi Cavabdeh vəsatətində məhkəmə aidiyyətini deyil, ərazi aidiyyətini mübahisələndirib və onun vəsatəti ərazi aidiyyətinin pozulması ilə bağlı olub. Əvvəla, Azərbaycan Respublikası MPM-nin 3-cü fəslində məhkəmə aidiyyətindən, 4-cü fəslində isə əra zi aidiyyətindən bəhs olunur və bunlar fərqli anlayışlardır. Məhkəmə aidiyyəti, yəni mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, MPM-nin tələblərinə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsi). İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə hazırki mülki işə ümumi məhkəmədə baxılmalıdır, yəni hazırki mübahisənin kommersiya məhkəməsinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsində göstərilir ki, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. M əhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 403-1-ci maddəsində isə, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılmasının prosessual qaydası müəyyən edilib göstərilib. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsində göstərilir ki, kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu madədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Mə cəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Sadalanan prosessual normaların mənasına görə mübahisənin ərazi aidiyyəti üzrə ümumi məhkəmələr arasında deyil, məhkəmə aidiyyəti üzrə ümumi məhkəmə ilə kommersiya məhkəməsi arasında fikir ayrılığı yarandığı hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki halda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi mülki işi ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Ali Məhkəməyə göndərərkən, məhkəmə aidiyyəti ilə, ərazi aidiyyətini biri-birindən ayıra bilməyib və onların fərqli anlayışlar olmaqla, ərazi aidiyyətinə dair məhkəmələr arasında yaranmış fikir ayrılığının Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinin tələblərinə əsasən deyil, həmin Məcəllənin 45.5, 45.5-ci maddələrin in tələbləri ilə tənzimlənməsini nəzərə almayıb. Belə ki, həmin maddələrin mənasına görə, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi prosessual qanunvercilikdə ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı yarandığı hallarda mülki işin baxılması üçün bir məhkəmədən digərinə verilməsi kasasiya instansiyası məhkəməsinin deyil, apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilib. Ona görə də hazırki mülki işin kasasiya qaydasında icraata qəbul edilməsindən imtina edilməli və mülki iş sonrakı pro sessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 411-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh və digərlərinə qarşı “mənzilin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınması” iddiasına dair mülki işin kasasiya qaydasında icraata qəbul edilməsindən imtina edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5333/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5333/2020
01.10.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver