Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-535/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7746/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 "xxxx" ASC-in xeyrinə 10iyul 2014-cü il tarixli 120.LN.2105.100714.00001 saylı kredit müqaviləsi üzrə 76345.88 manat əsas, 13390.22 manat faiz və 13390.22 manat cərimə olmaqla, cəmi 103126.32 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanındakı 34 saylı mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin b oşaldılması və Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanındakı 34 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 10 iyul 2014-cü il tarixli 120.LN.2105.100714.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Hacəli oğluna "AGBank” ASC tərəfindən illik 22%-lə 36 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 77000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 1, mənzil 34 fərdi yaşayış evi 13 avqust 2008-ci il tarixli İ-010/İF/MF ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmi ş, dövlət reyestrində qeydə alınmışdır. 28 aprel 2017-ci il tarixə Cavabdeh1 10 iyul 2014-cü il tarixli 120.LN.2105.100714.00001 saylı kredit müqaviləsi üzrə banka 76345.88 manat əsas, 13390.22 manat faiz, və 13390.22 manat cərimə olmaqla, cəmi 103126.32 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeli olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 aprel 2019-cu il tarixli 2(005)-1827/2019 nömrəli qərardadı ilə (hakim Ramin Quliyev) iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 13342 nömrəli 22.01.2020-ci il tarixli rəyindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-dən alınmış kredit vəsaiti üzrə 11.07.2016-cı il tarixə banka ödənilməli olan borcu ümumilikdə 76264,36 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 76264,36 manat, faiz borcu üzrə 0,00 manat. Birinci instansiya məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(005)-76/2020 nömrəli qərardadı ilə (hakim Kəmalə Əmirxanova) iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin 21.01.2021-ci il tarixli QXM 375/M saylı rəyindən görünür ki, ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 100000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(005)-27/2021 nömrəli qətnaməsi ilə (hakim – Kəmalə Əmirxanova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 76264,36 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 76764,36 manatın, həmçinin bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı1 ASC- nin qarşısında girov ilə yüklü edilmiş ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, mənzilin satıldıqdan 1 ay sonra boşaldılması, ekspertiza tədqiqatının dəyəri 145 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh1 77000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götür müşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, ekspert rəyi nəzərə alınmaqla iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli, 76264,36 manat məbləğində əsas borc Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Faiz borcuna gəldikdə isə rəyə əsasən bu hissədə iddia tələbi rədd edilməlidir. Cərimə borcuna gəldikdə isə məhkəmə 76264,36 manat əsas borca nisbətdə 13390,22 manat cərimə borcunu tənasübsüz dərəcədə yüksək hesab edir və 500 manat məbləğində tutulması qənaətinə gəl ir. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 279, 295, 386.1, 442, 445, 448.1, 467, 739.1, 739.2-ci və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin cavabdehdən 76764.36 manaın tutulması hissəsində dəyişdirilərək, həmin məbləğin 51160.36 manat müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO "xxxx" ASC-nin ləğvedic isi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin faiz, cərimə və iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 11 avqust 2021-ci il tarixli, 2(103)-7746/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 76264,36 manat əsas borc, 3000 manat cərimə borcu, cəmi 79264,36 manatın, həmçinin bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı1 ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, mənzilin satıldıqdan 1 ay sonra boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi, ekspertiza tədqiqatının dəyəri 145 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nə ticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozmuş, “cavabdehlərin mənzildən istifadə hüquqularına xitam verilməsi və satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması” tələblərinə ümumiyyətlə münasibət bildirməmiş və bununla bağlı qətnaməni əsaslandırmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində adı çəkilən Cavabdeh1 öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının ona qarşı yönəlmiş əsas və cərimə borcunun ödənilməsi tələbi qismən təmin olunmalıdır. Qeyd olunduğu kimi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli 13342 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-dən alınmış kredit vəsaiti üzrə 11.07.2016-cı il tarixə banka ödənilməli olan borcu ümumilikdə 76264,36 manat məbləğində müə yyən edilir, o cümlədən əsas borc üzrə 76264,36 manat, faiz borcu üzrə 0,00 manat. Mühasibatlıq rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas yoxdur. Kollegiya 22.01.2020-ci il tarixli ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh1 iddiaçı bankın xeyrinə 76264,36 manat kredit borcu tutulmalıdır. Cavabdehin borcun düzgün hesablanmadığını olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, müvafiq borc məbləğləri birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatına əsasən verilmi ş ekspert rəyi ilə müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya məhkəmənin cərimə borcunun məbləğinə dair gəldiyi nəticə ilə isə razılmayaraq qeyd edir ki, hazırki işin hallarından görünür ki, kredit borclusunun 76264,36 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 13390,22 manat dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qismən əsaslıdır və cavabdendən 3000 m anat cərimə borcunun tutulması daha ədalətlidir. Kollegiya, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi bağlı qeyd edir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 21.01.2021-ci il tarixli QXM 375/M saylı rəyindən görünür ki, ünvan 1, mə nzil 34-də yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 100.000 manat təşkil edir. İddiaçı bank həmin məbləği mübahisələndirmədiyi üçün, cavabdeh tərəf isə mənzilin daha da qiymətli olmasına dair sübut təqdim etmədiyi üçün məhkəmə kollegiyası "xxxx" MMC-nin rəyi ilə razılaşır və ilkin satış qiyməti olaraq 100.000 manat müəyyən olmasının daha ədalətli hesab edir. Kollegiya həmçinin hesab edir ki, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalıdır. Bununla belə kollegiya iddia tələbini “cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarına xitam verilməsi” hissələrində əsaslı hesab etmir; belə ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Həmin Qanunun 59.1-ci maddəsinin mənasına görə isə, ipot eka predmetinə tutmanın yönəldilməsi nə hələ mülkiyyət hüququnun itirilməsi demək deyildir, nə də orada yaşayanların həmin sahəni 1 ay müddətində tərk etmələri üçün əsas ola bilməz (59.3-cü maddədə nəzərdə tutulmuş hal istisna olmaqla). Çünkü ipoteka predmetinin yeni mülkiyyətçisi bilinmədən kiminsə mülkiyyətinin əlindən alınması, oranın tərk edilməsi və bu kimi digər hallara yolverilməsi qadağandır və ən azından belə hallar şəxsin konstitusiya hüququnun pozulmasıdır. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsi ndə tutmanın yönəldilidiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Kollegiya iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması” hissəsinin də əsassız olduğunu vurğulayaraq qeyd edir ki, həmin hissə də iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdehdən borc məbləğinin tutulması qət edilmiş və ipoteka predmeti tələbi ödəmədiyi halda icra mərhələsində bu məsələ aktual olacaqdır və həmin mərhələdə qiymət veriləcəkdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil2) kasasiya şikayəti verə rək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin kredit müqaviləsi üzrə münasibətlərinə Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsi tətbiq olunmalı idi. Lakin apellyasiya məhkəməsinin şikayət verilən qətnaməsində birinci instansiya məhkəməsində rəyi alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli 13342 nömrəli rəyinə istinad edilsə də, ekspertiza qarşısında qoyulmuş suallarda həmin normanın tələblərinin nəzərə alınıb-alınmaması yoxlanılmamışdır. Nə birinci instansiya məhkəməsi, nə də apelyasiya məhkəməsi fikir verməmişlər ki, məhkəmə-mühasibatlı q ekspertizasının 22.01.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, onun 11.07.2016-cı il tarixə banka olan əsas borcu 76264 manat 36 qəpik müəyyən edilir. Lakin həmin ekspertizanın "tədqiqat prosesinin təsviri hissəsi'Yıdə göstərilmişdir ki, AH.Əliyevə cəmi 77.000 manat kredit verilmiş və onun tərəfindən 11,07.2016-cı il tarixədək kredit borcu üzrə 57646,56 manat ödəniş aparılmışdır ki, həmin məbləğin 25839,64 manatı əsas borca, 31806,92 manatı isə faiz borcuna silinmişdir. Göründüyü kimi əgər ekspertizanın tədqiqatın təsviri hissəsində göstərilənlərlə hesablansaydı onun banka olan əsas borcu 51160,36 manat olmalı idi. Bu ziddiyyətin aradan qaldırılması üçün təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilsə də təmin edilməmişdir. Belə olan halda, apelyasiya məhkəməsi, işə baxan tam hüquqlu məhkəmə kimi həmin sübuta düzgün qiymət verməməklə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hü ququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəl illəri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, cavabdeh ilkin olaraq kasasiya şikayətində mübahisəyə Mülki Məcəllənin 399.3-cü maddəsinin tətbiq eidlməli olduğu halda tətbiq edilmədiyini göstərmiş olsa da, həmin normada müqavilə üzrə öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anadək qüvvədə olmasının göstərilməsi, o demək deyildir ki, müqavilə müddəti bitmişdirsə öhdəlik daşıyıcısı olan tərəf digər tərəf qarşısında öhdəliklərinin icrasından azad edilməlidir. Həmin norma öhdəliyin icrasının qurtarmasından bəhs edir. Yəni müqavilə müddətinin sonunadək öhdəlik icra edildikdə öhdəliyin xitamına əsas yaranmış olur. Odur ki, qeyd edilən normanın pozuntusuna yol verilməsi halı müəyyən edilmir. Kasasiya şikayətinin dəbbə pulu ilə bağlı dəlili üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya ş ikayətində Mülki Məcəllənin 467-ci maddəsinin pozuntusuna yol verilməsini qeyd etmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası dəbbə pulunu əsas borc məbləğinə münasibətdə tənasübü nəzərə almaqla müəyyən etmişdir ki, həmin normanın da pozuntusuna yol verilməsi halı müəyyən edilmir. Cavabdehin ekspert rəyi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, ekspert rəyinin tədqiqat hissəsində göstərilmiş hallar o demək deyildir ki, tədqiqat gedişində müəyyən edilmiş hallar üzrə göstərilmiş hər hansı xüsusat sonda rəyin nəticə hissəsində də öz əksini tapmalıdır. Ekspertin rəy verməsi xüsusi bilik tələb edən sahəyə aid olduğu üçün məhkəmə üçün aparılmış tədqiqatın nəticəsi olaraq rəyin nəticə hissəsində göstərilmiş xüsusatlar önəm daşıyır ki, apelyasiya kollegiyası da rəyin nəticə hissəsini nəzərə almaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunan halı nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7746/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.