Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-535/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8ə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-6103/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 13 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) 2015-ci il tarixdən “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”ndə (bundan sonra – cavabdeh, yaxud məktəb) istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. Eyni zamanda 2013-cü ildən 9 saylı Binəqədi ikinci seçki dairəsində katib işləmişdir.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli, 28 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 28 saylı əmr ləğv edilməklə əvvəlki işinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh pudlik hüquqi şəxsdə istehsalat təlimi ustası işində işləmişdir. İşlədiyi müddətdə dərs apardığı qruplarda heç bir neqativ hal aşkar edilməmişdir. Eyni zamanda o, 2013-cü ildən hazırki vaxtadək 9 saylı Binəqədi ikinci seçki dairəsində katib vəzifəsində işləmişdir. Lakin Zülfüqar xx.xx.2021-ci il tarixdə X9 və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru təyin olunandan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, işçiləri formal əsaslarla işdən azad etmək, 2021/2022-ci tədris ilində qanuni şəkildə dərs saatları ilə təmin olunmuş istehsalat təlimi ustalarından kütləvi şəkildə dərslərdən imtina ərizəsi alaraq, yeni dərs saatları tətbiq etmək, mərkəzdə ******* saylı qrupda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixlərdə dərs saatlarının və sinif jurnalındakı qayıbların ağardıcı ilə düzəliş etmək kimi qanunsuz hərəkət etmiş, onu bu barədə irad bildirdiiyinə görə münasibətləri pozulmuş, direktor ona qarşı qərəzli olmuşdur. X4 saxtakarlıqları örtbasdır etmək üçün məktəbin tələbələri Mehman Həsənovun, Amil Bəşirovun, Vüsal Hüseynovun və Ozal Məmmədlinin vasitəsilə ona şər-böhtan ataraq, qrupun işinə qarışmaq ittihamı ilə qrupdan uzaqlaş dırılmışdır. Şikayət edən həmin tələbələr direktora müraciət edərək, onlara dərsdən icazə verilməsini xahiş etmiş, direktor da öz növbəsində onlara icazə vermişdir. xx.xx.2023-cü il tarixdə direktor X2 İttifaqının bütün üzvlərinin olmamasına baxmayaraq iclas keçirtmişdir. İclasda iştirakçılar onu digər qrupa keçirilməsini direktora təklif etsə də, direktor buna məhəl qoymamış və bildirmişdir ki, “başqa qrup yoxdur”-deyərək bundan imtina etmişdir. Sonradan aydın olmuşdur ki, işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq çıxarılmışdır. Əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi şagirdlərlə kobud davranması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə onlara bilik və bacarıqlarını düzgün aşılamamasını göstərilmişdir. Halbuki belə hallara yol verməmişdir ö Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Cavabdehin nümayəndəsi iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Yüksək gərginlikli hava xətlərinin və təmas şəbəkəsinin elektrik montyoru-xətçi” ixtisaslı qrupun istehsalat təlimi ustası vəzifəsində çalışmışdır. Fəaliyyəti dövründə vəzifə borcunu tam yerinə yetirmədiyinə görə bir dəfə töhmətlə cəzalandırılmış, dəfələrlə şifahi xəbərdarlıq almışdır. Buna baxmayaraq iddiaçı öz işində dönüş yaratmaq əvəzinə ciddi nöqsanlara yol verməkdə davam etmişdir. Belə ki, həm 2021-2022-ci, həm də 2022-2023-cü tədris illərində iddiaçı rəhbərlik etdiyi qrupların tələbələri ilə qarşılıqlı anlaşılmazlıq, qrupdaxili çəkişmələr m üşahidə olunmuşdur ki, bunun da nəticəsində 2021-2022-ci tədris ilində töhmətlə cəzalandırılmışdır. Həmin tədris ilinin sonunda onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığı üçün gələcəkdə belə nöqsanlara yol verməyəcəyini bildirmiş və əmək müqaviləsini yeniləyərək, fəaliyyətinə davam etmək barədə ərizə ilə xahiş etmişdir. Xahişi nəzərə alaraq diaqnostik qiymətləndirmədən keçmiş olduğu ixtisas üzrə 2022-2023-cü tədris ilində təşkil edilmiş ******* saylı, “Yüksək gərginlikli hava xətlərinin və təmas şəbəkəsinin elektrik montyoru-xətçi” ixtisaslı qrupun istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin dekabr ayında ******* saylı qrupun nümayəndəsi tərəfindən tələbələrin imzası ilə direktorun adına müraciət daxil olmuşdur. Müraciətdə istehsalat təlimi ustası İddia çı başqası ilə əvəz edilməsi xahiş olunmuşdur. Məsələnin araşdırılması məqsədilə Təhsilalanlarla iş şöbəsinin müdiri Nəzakət Allahverdiyeva ilə birlikdə əvvəlcə İddiaçı, sonra isə qrup tələbələri dinlənilmişdir. Tələbələr İddiaçı dərslərin tədrisini düzgün aparmadığını və nəticədə tələbələrdə tədris müddəti ərzində mövzu üzrə bilik və bacarığlarının inkişafına yönələn heç bir irəlilləyiş olmadığını bildirmişlər. Həmçinin qrup nümayəndəsindən digər müəllimlərin tədris prosesi zamanı yaranmış problemləri audio-video qeydini ona göndərilməsini tələb etmiş, bunun müqabilində tələbələrə yüksək qiymət etmişdir.
6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ******* saylı qrupun tələbələrinin Mərkəzin direktoru Zülfüqar Əsgərova olunmuş müraciətin məzmununa görə xx.xx.2022-ci il tarixdə məktəbdə istehsalat təlimi zamanı qrup rəhbərləri olan İddiaçı tərəfindən oxuduqları ixtisasa uyğun heç bir bilik və bacarığa yiyələnməmişlər. 2-ci günlər keçirilən 8 saat dərs zamanı demək olar ki, boş oturmuşlar. xx.xx.2022-ci il tarixdən Biləcəri dəmiryolu stansiyasına təcrübə üçün müəssisəyə yollansalar da, ixtisasları ilə bağlı heç bir təlimat keçməmişlər. Dəfələrlə bu barədə özünə bildirilsə də, heç bir nəticəsi olmamışdır. Təlimə ancaq qeydiyyat jurnalında imza edərək getmişlər.
7. Həmçinin xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərova ünvanlanmış müraciətin məzmununa əsasən ******* saylı qrupun tələbələri istehsalat təlimi ustası İddiaçı qrup tələbəl əri ilə davranış qaydalarına düzgün riayət etmədiyinə, başqa müəllimlərin dərsinə girərək dərsə mane olduğuna görə də onu digər istehsalat təlimi ustası ilə əvəz edilməsinin nəzərdən keçirilməsini xahiş etmişlər.
8. Bundan əlavə xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ******* saylı qrupun tələbələri olan Məmmədov Fikrət, Vəlixanova Mariya, Pənahov Məhəmməd, Bəşirov Amil, Mirzəxanov Tariyer, Tarıverdiyev İlkin, Məmmədov Səid, Hüseynov Vüsal, Qasımov Elman, Əliyev Yusif, Əliyev Arif, Həsənov Mehman və s. şəxslər tərəfindən (ayrı-ayrılıqda) Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərova olunmuş müraciətin ümumi məzmunu İddiaçı dərslərin gedişatına mane olması, tələbələri qiymət yazmamaqla hədələməsi və digər müəllimlərin dərs prosesinin audio-videosun qeydə alıb yüksək qiymət yazmaq vədi ilə ona verilməsi barədə şikayətlər təşkil etmişdir.
9. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli aktın məzmununa əsasən ******* saylı qrupun tələbələrinin mərkəzin direktoruna təqdim etdikləri müraciətin araşdırılması məqsədi ilə həmin qrupun müəllimlərindən və istehsalat təlimi ustasından yazılı izahatlar tələb edilmişdir. Lakin İddiaçı tələbələrinin şikayətinin tələblərinə və məzmununa uyğun heç bir yazılı izahat verməyəcəyini bildirmişdir.
10. Həmçinin, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixində keçirilmiş iclasın protokoluna əsasən iddiaçı rəhbərlik etdiyi ******* saylı qrup tələbələri arasında yaranmış münaqişənin müzakirəsi aparılmışıdır. Nəticədə xx.xx.2022-c i il tarixində iddiaçıdan izahat alınmışdır.
11. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərov tərəfindən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5 saylı təqdimata əsasən, Mərkəzin ******* saylı qrupunun tələbələrinin yazılı müraciəti ilə iddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmir. Belə ki, tələbələrlə davranışı, fənn müəllimlərin dərslərini pozması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə bilik və bacarıqların tələbələrə düzgün aşılamaması ilə yanaşı onun kobud rəftarı tələbələrin etirazına səbəb olmuşdur. Tələbələrin yazılı şikayəti əsasında onlar tək-tək dindirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində keçirilmiş iclasda qrupda təhs il alan 14 tələbədən 13 tələbə iddiaçı ilə bağlı şikayəti şifahi şəkildə təsdiq etmişlər və qrupun istehsalat təlimi ustasının dəyişdirilməsini tələb etmişlər. Müəllim-tələbə konflikti xx.xx.2022-ci il tarixindən başlamışdır. Qrupla söhbətdən sonra iddiaçı ilə danışıqlar aparılmışdır. Belə ki, ona başqa qrupa istehsalat təlimi ustası keçirilməsi və əlavə dərs saatı ilə təmin olunması təklif olunmuş, lakin o, ona edilən təklifdən imtina etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi xahiş olunur.
12. İş materiallarında olan, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X3 xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokoluna əsasən, təqdimat təmin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqav iləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
13. Həmçinin, son haqq-hesab vərəqəsinə əsasən iddiaçı 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarının ödənişi həyata keçirilmişdir.
14. Bundan əlavə, ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin 02 mart 2023-cü il tarixli məktubunun məzmununa əsasən, Bakı Şəhər İdarəsinə təqdim edilmiş bank hesabı çıxarışa əsasən İddiaçı sonuncu ödənişin xx.xx.2022-ci il tarixində ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan pozuntularla əlaqədar olaraq, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin” direktoru X1 İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 1
5. Cavabdeh tərəfindən ünvanlandığı xx.xx.2023-cü il tarixli, 69 nömrəli məktuba əsasən, 09 yanvar 2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilmiş, ona çatası son əmək haqqı isə 31 yanvar 2023-cü il tarixdə hesablanaraq aidiyyəti üzrə göndərilmişdir. Hesabatın gecikdirilməsinə səbəb yeni ilin ilk ayında Dövlət büdcəsindən maliyyələşən digər idarə və təşkilatlarda olduğu kimi onlarda da maliyyə sənədlərinin işlənməsinin 7 saylı xəzinədarlıq idarəsi tərəfindən gecikdirilməsidir. İşə xitam verilməsi cari ilin yanvar ayına təsadüf etdiyindən Dövlət büdcəsindən maliyyələşmə 25-29 yanvar 2023-cü il tarixdə açılmışdır.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1966/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilməsi, İddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq İddiaçı ödənilməsini qət etmişdir. (hakim A.N.Novruzova)
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 28 nömrəli əmrində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X3 xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Pozuntuların əsası ki mi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iddiaçı barəsində şikayət məzmunlu izahatlarına istinad edilmişdir. Tələbələrinin iddiaçı barəsində şikayət məzmunlu izahatlarında göstərilən hallar cavabdeh Mərkəzin rəhbərliyi tərəfindən tam yoxlanılmamış, formal mülahizələrlə İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
18. Bundan başqa Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X3 xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışa əsasən iddiaçının digər bir qrupun “istehsalat təlimi ustası” vəzifəsinin həvalə olunması təklif olunsa da, sonuncu bunu qəbul etməmişdir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitamına əsas olacaq konkret hallar müəyyən edilməmişdir.
19. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işəgötürən iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verərkən əmri əsaslandırmamış, tələbələrin müraciəti əsasında hər hansı xidməti araşdırma aparmamış, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması və ya işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsinə dair konkret hallar aşkar edilməmişdir.
20. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərdiyi digər əsaslarla bağlı isə məhkəmə qeyd etmişdir ki, “əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozma” əmək müqaviləsinə xitam verilməsinin tamamilə müstəqil əsasıdır və bu hal konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə işçinin əmək müqaviləsinə həmin əsasla xitam verilə bilməz. Başqa sözlə, işçinin əvvəllər hər hansı bir səbəblə intizam tənbehi almış olması 6 ay ərzində onun əmək müqaviləsinə xitam verilməsinə o halda səbəb ola bilər ki, həmin dövr ərzində işçi əmək müqaviləsi ilə ona tapşırılmış əmək funksiyalarını pozmuş olsun. Cavabdeh məhkəmə iclasında iddiaya etirazının əsası kimi iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə və 13 may 2022-ci il tarixdə töhmət və şiddətli töhmət verilməsinə istinad etsə də, Azərbayca n Respublikası ƏM-nin 190-cı maddəsinin 1-ci bəndi bəndinin tələbi baxımından həmin intizam tənbehi 6 ay qüvvədə olmuşdur.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 42.1, 45.4, 47, 56.2, 287, 288 və 292-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki iş üzrə toplanmış sübutların məcmusunu tədqiq edərkən belə nəticəyə gəlmişdir ki, guya iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş konkret hallar müəyyən edilməmişdir. İşçi ilə işəgötür ən arasında mövcud olmuş əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün işçinin əmək funksiyalarının yerinə yetirilməməsi nəticəsində əmək və icra intizamının normal ahəngi pozulmalı və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. İş materiallarında mövcud olan ******* saylı qrupun adından “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 rəhbərinə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli kollektiv müraciətlərdən görünür ki, qrupda olan tələbələrə təlim keçirilən zaman iddiaçı tərəfindən mütəmadi olaraq cəmiyyət arasında təşəkkül tapmış davranış qaydalarına riayət edilmir, oxuduqları ixtisas üzrə onlara heç bir bilik verilmir, iddiaçı başqa müəllimlərin də rslərinə müdaxilə etdiyi üçün əmək və icra intizamının normal ahəngini pozur və bəzi günlərdə tələbələr dərslərdə boş oturduqları üçün vaxtlarını səmərəsiz keçirirlər. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli 403 saylı Əmri ilə təsdiq edilmiş “Peşə məktəbi və peşə litseyinin istehsalat təlimi ustası haqqında” Əsasnaməyə əsasən, istehsalat təlimi ustası davranış və nizam-intizam qaydalarına riayət etməlidir, əməyə münasibətdə şagirdlərə nümumə olmalıdır, onlara müraciətdə pedaqoji nəzarəti gözləməlidir, şagirdlərin şəxsiyyətinə hörmətlə yanaşmalıdır və onlara yüksək səviyyədə peşə təlimi keçməlidir. Beləliklə, iddiaçı tərəfindən əmək vəzifələrinin yetərincə yerinə yetirilməməsi nəticəsində, tələbələrin Azərbaycan Respublikası Konstitusiyasında və “Təhs il haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş yüksək keyfiyyətli təhsil almaq hüquqları pozulmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi tələbələrin müraciətlərini böhtan xarakterli məlumatlar kimi qəbul edərək formal mülahizələr siyahısına daxil etmişdir. Bununla bağlı bildirir ki, tələbələrin məlumatlarının böhtan xarakterli olduğu yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə sübut edilə bilər. Beləliklə, tələbələrin şikayətlərinin böhtan xarakterli olub-olmaması birinci instansiya məhkəməsində mübahisə predmeti olmamış və digər məhkəmə qətnaməsi ilə sübut edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi, işəgötürənin iqtisadi baxımdan daha güclü tərəf olduğunu qeyd edərək, işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünün tətbiq edilməsini əsassız hesab etmişdir. Məhkəmənin qeyd etdiyi dəlilinə münasibətdə bildirilməlidir ki, Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh növlərindən konkret olaraq hansı hallarda işçi barəsində tətbiq edilməsi əmək qanunvericiliyi ilə müəyyən edilməmiş və işəgötürənin mülahizəsinə buraxılmışdır. Belə ki, Əmək Məcəlləsinin 186.3-cü bəndinin tələblərinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
24. Belə ki, müxtəlif vaxtlarda həm tələbələr, həmçinin kollektivdə çalışan digər həmkarlar tərəfindən rəhbərliyin ünvanına iddiaçının davranışı ilə bağlı şikayətlər daxil olmuşdur. Yuxarıda qeyd edilən işin hallarından müəyyən et mək olar ki, iddiaçı əmək kollektivi arasında böyük nüfuza malik olmamış və eyni zamanda peşakarlıq səviyyəsi də aşağı olmuşdur. Eyni zamanda, tərəflər arasında mövcud olmuş əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməmişdən əvvəl, işəgötürən tərəfindən iddiaçı - İddiaçı barəsində əmək vəzifələrinin pozulması ilə bağlı xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə intizam tənbehinin növləri olaraq töhmət və şiddətli töhmət verilmişdir. Beləliklə, iş materiallarında mövcud olan sübutların məcmusundan görünür ki, işəgötürən işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünü tətbiq etməmişdən əvvəl, digər yüngül intizam tənbeh növlərindən istifadə etmiş, lakin iddiaçı bundan nəticə çıxartmamışdır.
25. Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6103/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayevdan və G.T.Axundovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1966/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd olunması qət etmişdir.
26. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına uyğun düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arını düzgün tətbiq etməmişdir. İşçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatına qabaqcadan təqdimatla müraciət edilmiş, müvafiq əsaslandırma sənədləri təqdimata əlavə olunmuş və əvvəlcədən həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla son haqqhesab aparılmışdır.
27. Məhkəmə həmçin in qeyd etmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilmişdir. İddiaçının tələbələrlə davranışı, fənn müəllimlərin dərslərini pozması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə bilik və bacarıqların tələbələrə düzgün aşılamaması ilə yanaşı onun kobud rəftarı tələbələrin və fənn müəllimlərinin etirazlarına səbəb olmuşdur. Qeyd olunan bu hallar Mərkəzin ******* saylı qrupunun tələbələrinin və müəllimlərin yazılı müraciətlərinə əsasən öz təsdiqini tapmışdır. Həmçinin xx.xx.2022-ci il tarixində keçirilmiş iclasda qrupda təhsil alan 14 tələbədən 13 tələbə iddiaçı ilə bağlı şikayətlərini şifahi şəkildə təsdiq etmiş, onlar, qrupun istehsalat təlimi ustasının dəyişdirilməsini tələb etmişlər. Həmkarlar İttifaqı tərəfindən xx.xx.2023-cü il tarixdə direktor, tədris şöbəsi, fənn müəllimləri və ******* saylı qrupun tələbələrinin iştirkaı ilə keçirilən iclasda Mərkəzin direktoru Zülfüqar Əsgərovun ünvanladığı xx.xx.2023-cü il tarixli 5 saylı təqdimat müzakirə edilmiş, araşdırmaya təqdim olunmuş sənədlərlə iddiaçı tərəfindən qanunvericiliyinin tələblərinin və müəssisədaxili qaydaların pozulması halı aşkar edilmiş, buna görə onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
28. İddiaçının əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi nəticəsində işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi ilə bağlı apellyasi ya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tədris müəssisəsində müəllim işləməsi nəzərə alınaraq onun tərəfindən peşə fəaliyyəti zamanı müəllim adına xələl yetirən hərəkətə yol verilməsi təhsil müəssisəsinin qanunla qorunan mənafelərinə ziyan dəymiş olur, o, bu cür hərəkətlə hətta gələcək nəslin savadlı, mədəni, tərbiyəli, mənəvi olaraq sağlam böyüməsini təhlükə altına qoymaqla dövlətin ümumi maraqlarına zərər vurmuş olur.
29. İddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
30. Apellyasiya məhkəməsi gəldiyi nətic əni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 3.5, 10, 70, 71, 72, 80.1, 80.2, 186.2 və 292.2-ci maddələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə və MPM-nin 14.1, 14.2, 77.1 və 88-ci maddərlərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən çixarılma barədə əmr əsaslandırılmamış, işəgötürənin mənafeyinə xələl gətirməsi, hansı hüquq pozuntusunun olması öz əksini tapmamışdır. Belə ki, bu əsasla iddiaçının işdən çıxarılması onun əmək hüquqlarının işəgötürən tərəfindən kobud şə kildə pozulmasıdır, tam qanunsuz və əsasızdır və işəgötürən tərəfindən heç bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, intizam tənbehi 13 may 2022-ci il tarixdə verilmişdir - işdən çixarılma barədə əmr isə 09 yanvar 2023-cü il tarixdə imzalanmışdır. Həmçinin Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünü tətbiq etməmişdən əvvəl, digər yüngül intizam tənbeh növlərindən istifadə edilməmişdir.
33. Bundan başqa, məhkəmə tərəfindən tərəflərin qarşılıqlı münasibətləri araşdırılmamış, kollektivdə bu cür halların baş verməsinin əsl səbəbi müəyyən edilməmişdir. Həmçinin “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin X3 6 saylı 09.01.23-cü il tarixli protokolunda qeyd olunmuş iştrakçılardan (H İnın idarə heyəti, tədris şöbəsinin və fənn müəllimləri, ******* saylı ixtisas qrupun tələbələri) heç biri məhkəməyə dəvət olunmamış, iclasın keçirilməsində qanun pozuntularının olubolmadığı araşdırılmamışdır.
34. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənd ilə, 186.3 və 190.1-ci maddələri, MPM-nin 77.1, 88 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi
36. Maddə 70, «ç» bəndi. İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsi nin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
37. Maddə 71, 2-ci və 3-cü bəndləri. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
38. Maddə
72. Aşağıdakı hallar işçi tə rəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
39. Maddə 80, 1-ci 2.-ci hissələri. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisəni n həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
40. Maddə 1, 2 və 3-cü hissələr. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu məlumat göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
41. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdi kdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ə saslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır. Kassasiya baxışının hədləri:
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini di nləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
53. Belə ki iddianı rədd edən apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən zaman işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmamış. Əmək Məcəlləsində göstərilən qaydalara riayət olunmuş, iddiaçının tələbələrlə davranışı, fənn müəllimlərin dərslərini pozması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə bilik və bacarıqların tələbələrə düzgün aşılamaması, tələbələrlə və müəllimlərlə kobud rəftarı onun tərəfindən qəsdən və etinasızlıqla əmək funksiyasını pozulması və vəzifə bor cunu (öhdəliklərini) yerinə yetirilməməsi olmaqla Mərkəzin müəllimlərinin və ******* saylı qrup tələbələrinin yazılı müraciətləri və onların iclasda şifahi şəkildə verdikləri izahatları öz təsdiqini tapmışdır. İddiaçının tədris müəssisəsində müəllim işləməsi nəzərə alınarsa onun bu hərəkətləri təhsil müəssisəsinin qanunla qorunan mənafeyinə və cəmiyyətitn ümumi maraqlarına zərər vurmuşdur.
54. İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün cavabdeh tərəfindən göstərilən əsaslar kimi Mərkəzin direktoruna Mərkəzin ******* saylı qrupun tələbələrinin ayrı-ayrılıqda və kollektiv müraciətlərini, Mübarizə Cəfərov və Tamella Məmmədova adlı fənn müəllimlərinin Mərkəzin direktoruna müracətlərini, bu müraciətlərin 26 dekabr 2022-ci il tarixl i iclasda müzakirəsinin nəticələrini göstərmişdir. Həmin müraciətlərdən görünür ki, tələbələr oxuduqları ixtisasa uyğun heç bir bilik və bacarığa yiyələnməmələri, 2-ci günlər keçirilən 8 saat dərs zamanı demək olar ki, boş qalmaları, xx.xx.2022-ci il tarixdən Biləcəri dəmiryolu stansiyasına təcrübə üçün müəssisəyə yollansalar da, ixtisasları ilə bağlı heç bir təlimat keçməmələri, təlimə ancaq qeydiyyat jurnalında imza etmək üçün getmələri, İddiaçı onlarla kobud davranması, başqa müəllimlərin dərsinə girərək dərsə mane olması, onları qiymət yazmamaqla hədələməsi və digər müəllimlərin dərs prosesinin audio-videosunu qeydə alıb yüksək qiymət yazmaq vədi ilə ona verilməsi kimi hərəkətlər etməsini göstərmiş, İddiaçı başqa istehsalat təlimi ustası ilə əvəz olunmasını xahiş etmişlər.
55. Tələbələ rin məlumatlarında göstərilən halların həqiqət olduğunu qəbul edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin hallar digər hər hansı bir sübutla öz təsdiqini tapmır, Mərkəzin isehsalat təlimi ustası və müraciət edən tələbələrin aid olduğu ******* nömrəli qrupun rəhbəri kimi iddiaçının göstərilən hərəkətləri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilk növbədə tələbələrin özlərinin biliklərinin, peşə bacarıqları və vərdişlərinin aşağı olmasında, tədris-istehsalat işlərini və təlim proqramlarını müəyyən edilmiş texniki tələblər səviyyəsində yerinə yetrməmələrində, onların gündəlik davranışlarında, daxili intizam qaydalarına əməl etməmələrində özünü göstərməli idi. Lakin göstərilən halları təsdiq edən sübutlar işəgötürən tərəfindən təqdim olunmamış, bu cür halların mövcud olması müəyyən edilməmiş, əksinə fənn müəllimlərinin Mərkəzin direktoruna yazdıqları məlumatlarda qrup tələbələrinin bilik səviyyəsinin, etik davranın qaydalarının, dərsə davamiyyətinin yüksək olduğu bildirilmişdir.
56. İddiaçı göstərmişdir ki, tələbələrin onun başqa istehsalat təlimi ustası ilə əvəz olunması barədə müraciətləri və müraciətlərdə göstərilən əsassız xüsusatlar oqnlara qarşı tələbkar olması, tələbələrin əsassız olaraq dərsdən yayınmalarının qarşısını alması, onlara üzrlü səbəblər olmadaq icazə verməməsi ilə bağlı olmuşdur.
57. İşə baxan apellyasiya məhkəməsi göstərilən halları nəzərə almamış, tələbələrin məlumatlarında göstərilən halları təsdiq edən faktların müəyyən edilməsi ilə bağlı rəsmi sənədlərin təqdim olunması cavabdehə təklif edilməmiş, iddia çının göstərdiyi halları isə ümumiyyətlə diqqətdən kənarda qoymuşdur.
58. Fənn müəllimləri Mübarizə Cəfərov və Tamella Məmmədovanın məlkmatlarana gəldikdə onlar özləri etiraf etmişlər ki, bu dərsin boş keçməsi və qrup jurnalında ağardıcıdan istifadə edilməklə düzəliş olunması ilə bağlı olmuşdur.
59. Göründüyü kimi cavabbeh işəgötürən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru iddiaçı tərəfindən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi qənaətinə gələrkən iddiaçının başqa istehsalat təlimi ustası ilə əvəz olunmasında maraqlı olan tələbələrin və yol verdikləri nöqsanlara görə irad bildirdiyi fənn müəllimlərinin həqiqət olması müəyyən edilməmiş məlumatlarına əsaslanmışdır. Həmin məlumatların həqiqət olması, iddiaçının özünün ə mək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirib-yetirməməsi faktını təsdiq edən rəsmi sənədlərin olması müəyyən edilməmişdir.
60. İşdən daha sonra görünür ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv olunması barədə işəgötürən cavabdehin 09 yanvar 2023-cü il tarixli 28 nömrəli əmrində də əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir ki, bu da həmin əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi əsaslarından biridir.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yen i apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6103/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.