Məhkəmə qərarları › İş №2(102)-5353/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5353/2019

19.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5353/2019 19.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, İddiaçı vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2, cavabdehlər Cavabdeh4 və Cavabdeh5-nin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(005)591/2018 saylı qətnaməsi ilə (hakim F.Abdıyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 29.12.2010-cu il tarixli təminatsız kredit müqaviləsi üzrə 107911,21 manat məbləğində əsas, 19552 manat məbləğində faiz, cəmi 127463,21 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh X5 məxsus olan ünvan 1 fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - X5 qaytarılması, ipoteka predmeti olan ünvan 1 fərdi yaşayış evinin ilkin satış qiym ətinin ******* manat məbləğində müəyyən edilməsi, ünvan 1 fərdi yaşayış evi satıldıqda X9 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda onun məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(103)-2316/2019 nömrəli qətnaməsi ilə (hakimlər X.Mərdanova, F.Babayev və E.Həsənov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(005)591/2018 saylı qətnaməsi İddiaçı və Cavabdeh2 apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçıkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(103)-2316/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməs ini xahiş etmişdir. Cavabdeh2kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(103)-2316/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 münasibətdə tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 29 may 2009-cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə cəmi 99000 manat əsas kredit borcunun tutulması, Cavabdeh1 22 fevral 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə cəmi 84000 manat əsas kredit borcunun tutulması, Cavabdeh 2 29 dekabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 117911,21 manat əsas, 19552 manat faiz, cəmi 137463,21 manat borcun tutulması, Cavabdeh3 10 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə cəmi 12560 manat faiz borcunun tutulması, Cavabdeh3 14 iyun 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə cəmi 2061 manat faiz borcunun tutulması, Cavabdeh4 28 dekabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə cəmi 109000 manat əsas borcun tutulması, Cavabdeh4 28 noyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 60000 manat əsas, 8.450 manat faiz, cəmi 68.540 manat bor cun tutulması, cavabdeh “xxxx” MMC-dən 03 dekabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 279377 manat əsas, 2865,26 manat faiz, cəmi 282242,26 manat borcun tutulması, qeyd edilən kredit müqavilələri üzrə tutmanın mülkiyyət hüququ üzrə X5 məxsus olan ünvan 1 istifadədə olan 0,06195 ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307,4 kv.m. yaşayış, 538,7 kv.m. köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, tələb yönəldilən fərdi yaşayış evinin satıldıqdan 1 ay sonra boşaldılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, X5 qarşı tələbin irəli sürülməsinə baxmayaraq, onu texniki səhv nəticəsində iddia üzrə cavabdeh qismində müəyyən etmədiklərini, buna görə də, X4 hazırki mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(103)-2316/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 kassa siya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(103)-2316/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 münasibətdə tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı vəkili Vəkil1kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 vəkili Vəkil2kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5-nin vəkili Vəkil3 iddiaçının kassasiya şikayət inin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin onlara münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəkillərini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayətləri qismən təmin edilməldir. Aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində izahat verən İddiaçı Əmanətlərin Sığortalanması Fondu nun nümayəndəsi X4 bildirmişdir ki, 3 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 20.05.15-ci il tarixdə 2.000 manat, 29.05.2009-cu il tarixli və 30.06.2009-cu il tarixli kredit müqavilələrinin hər biri üzrə ayrıayrılıqda sonuncu dəfə 03.06.2015-ci il tarixdə 1.000 manat, 28.12.2010-cu il tarixli və 28.10.2011-ci il tarixli kredit müqavilələrinin hər biri üzrə ayrı-ayrılıqda sonuncu dəfə 20.05.2015-ci il tarixdə 1.000 manat məbləğində ödəniş edilmişdir. Bu hal müvafiq hesabdan çıxarışlarda və maliyyə arayışlarında öz əksini tapır. Lakin bu ödənişlərin edilməsi ilə bağlı kassa mədaxil orderlərini aşkar etmək olmur. Halbuki, bu orderlər olmuşdur. Araşdırma zamanı həmin ödənişlərin X10 adlı işçi tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Bu şəxs vaxtı ilə bankın idarə hey ətinin sədri olmuş X7 tərəfindən işə qəbul edilmiş və onun yaxşı münasibətdə olduğu və etibar etdiyi işçisi olmuşdur. Hər ikisinin barəsində cinayət işi açılmış və onlar məsuliyyətə cəlb edilmişlər. Ehtimal olunur ki, həmin orderlər X1 tapşırığı əsasında məhz Əlizadə Sürayyə tərəfindən aradan çıxarılmışdır və bu səbəbdən hazırda tapılmır. Belə ki, hazırki iş üzrə cavabdehlər kredit müqavilələrini imzalasalar da, həmin müqavilələr üzrə kreditlər həqiqətdə X7 tərəfindən götürülmüşdür. Məhz bu səbəbdən bütün bu müqavilələrdən irəli gələn öhdəliklərin təminatı olaraq X8 öz mülkiyyətində olan əmlakı bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bu şəxs X1 atasıdır və onun digər cavabdehlərə hər hansı aidiyyəti yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəb ul edilməsini məhkəmədən xahiş etmişdir. Rayon məhkəməsi, eləcə də apelyasiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bu məqamlara aydınlıq gətirməmiş, iddiaçı tələbkarın izahatındakı ziddiyətin səbəbini aydınlaşdırmamışdır. Belə ki, kredit müqavilələri üzrə verilmiş pulların bankın məsul işçisi X3 tərəfindən götürülməsini iddia edən tələbkar eyni zamanda həmin məbləğin pul götürməmiş (iddiaçının deməsinə görə) cavabdehlərdən tutulmasını xahiş etmişdir. Hüquq nəzəriyyəsində müqavilənin bağlanmış hesab edilməsi anına görə müqavilələrin iki növü müəyyənləşdirilir: a) konsensual - tərəflər müqavilənin şərtləri barədə tam razılığa gəlməsidir; b) real-bu müqavilədə tərəflərin razılığa gəlməsi kifayət deyil, bunun üçün tərəflər müəyyən hərəkətləri də yerinə yetirməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kollegiya qeyd edir ki, məhkəmə ziddiyətli sübutlar əsasında qərar qəbul etmiş, müqavilə bağlanmış şəxslərin həqiqətən də müqa vilədə göstərilmiş pul məbləğlərini bankdan şəxsən alıb-olmamalarını araşdırmamış, cavabdehlərin özlərinin şəxsən dindirilməsini təmin etməmiş, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməklə kassa məxaric orderlərindəki imzaların, eləcə də banka pul ödənilməsinə dair sənədlərdəki imzaların cavabdehlərə məxsus olmasını araşdırmamış, bununla da bankdan pul məbləğinin X3, yaxud cavabdehlər tərəfindən götürülməsini dəqiqləşdirməmişdir. Belə ki, iddiaçının nümayəndəsinin göstərdiyi kimi əgər pul məbləğləri X3 tərəfindən götürülmüşdürsə həmin müqavilələrin cavabdehlər üçün iddiaçı qarşısında öhdəlik yaratması istisna olunur. İşə yenidən baxılarkən göstərilən hallar aydınlaşdırılmalı, cavabdehlərlə bağlanmış müqavilələr üzrə pul məbləğinin bankdan X3 tərəfindən götürülməsi aşkar olunarsa onun əməllərində cinayət tərkibinin olması, bu barədə xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməsi müzakirə edilməklə mübahisəyə nəticə verilməlidir. İşə yenidən baxılarkən pul məbləğlərinin cavabdehlər tərəfindən alındığı müəyyən edilərsə o zaman ayrı-ayrı müqavilələr üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi ətrflı araşdırılmalı, cavabdehlər tərəfindən aparılması iddia olunan ödənişlərin qəbulunu icra etmiş X11 dindirilməklə ödənişlərin həqiqətən də icra olunub-olunmaması dəqiqləşdirilməli, ödəniş sənədlərinin müəyyən edilməsi üçün təkrar təşəbbüs göstərilməlidir. İddia tələbləri üzrə həqiqətən də cavabdehlərin öhdəlik daşımaları müəyyən edilərsə iddia müddətinin ötürülmə səbəbləri aydınlaşdırılmalı, bu halda vəzifəli şəxslər tərəfindən sui-istifadə hallarına yol verilm əsi, iddia ərizəsinin qəsdən yubadılmaqla verilməsi halı müəyyən edilərsə buna xüsusi qərardad çıxarılmaqla münasibət bildirilməlidir. Şərh olunanlardan göründüyü kimi apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, sübutların obyektiv qiymətləndirilməsi təmin edilməmişdir. C.Əzimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarına əsasən: “Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şü bhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib- edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar t arixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri isə Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normaya əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası belə qərara gəlir ki, MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar