Məhkəmə qərarları › İş №2(102)-5362/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5362/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5362/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1026/2020 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-27/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Quliyev) İddiaçı ASC Cavabdeh2 və digərlərinə qarşı “kr edit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit müqavilsi üzrə öhdəliklərin icrası və vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 20.495,80 ABŞ dolları, faiz borcuna görə 3.487,06 ABŞ dolları, hesablanmış peniyaya görə 500 ABŞ dolları, cəmi 24.482,86 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 28.1 kv.metr olan 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, h əmin qeyri-yaşayış binasının ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Cavabdeh2 məxsus sözügedən qeyri yaşayış binasının boşaldılması və həmin qeyri-yaşayış binasının satışından əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1026/2020 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov sədrlik edən, məruzəçi, M.M.Hüseynov və G.Q.Abbasov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kasasiya şikayəti verib. İŞİN HAL LARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh1la iddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məznnədə əsas borca görə 20.495,80 ABŞ dolları, faiz borcuna görə 3.487,06 ABŞ dolları, hesablanmış peniyaya görə 1.142,53 ABŞ dolları olmaqla, cəmi 25.125,39 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 28.1 kv.metr olan 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdeh Asəf Həbibovun iddiaçıya olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus sözügedən qeyri-yaşayış binasına tutma y önəldildikdən və həmin qeyri-yaşayış binası satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavabdeh Asəf Həbibovun digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı ASC, Cavabdeh2, vəkili Vəkil, digər cavabdehlər İradə Həbibova, Yusif Həbibov, Nəsib Həbibov və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hü quq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.2.1, 448.1-ci maddələrinin və dig ər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 25.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, digər Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 28.1 kv.metr olan 1 mərtəbəli qeyri yaşayış binası iddiaçının xeyrinə ipoteka qoyulub və həmin ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 42.000 manat məbləğində müəyyən edilib. İpoteka hüququ, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş iddiaçının xeyrinə dövlət qeydiyyatına alınıb. Bundan sonra, iddiaçı ilə borclu Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma bağlanıb. Eyni zamanda iddiaçı ilə digər Cavabdeh2 arasında ipoteka müqaviləsinə əlav ə bağlanıb. Daha sonra, iddiaçının xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən, borclu Cavabdeh1 iddiaçıya ödənilməmiş 20.495,80 ABŞ dolları əsas, 3.487,06 ABŞ dolları, 1.142,53 ABŞ dolları penya olmaqla, cəmi 25.125,39 ABŞ dolları təşkil edir. Həmçinin, işə əlavə edilmiş “xxxx” MMC xx xxxxxx 2019-cu il tarixli qiymətləndirici rəyinə əsasən, ipoteka qoyan Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 28.1 kv.metr olan 1 mərtəbəli qeyri yaşayış binasının xx xxxxxx 2019-cu il tarixə bazar qiyməti 45.000 manat təşkil edir. Eləcə də işə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, mərhum Cavabdeh1 ölümündən sonra xx xxxx 2018-ci il tarixdə arvadı İradə Həbibovanın, övladları Yusif Həbibov və Nəsib Həbibovun adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsini n pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmə məsi və sonunucunun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları, işə əlavə edilmiş sübutlarla, o cümlədən maliyyə arayışı ilə tam təsdiq edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh2 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsini, qiymətləndiricinin rəyinin ipoteka predmetinin real bazar qiymətini əhatə etməməsini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işdən görünür ki, ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 42.000 manat məbləğində müəyyən edilib və məhkəmə araşdırması zamanı borclu Cavabdeh2 həmin qiymətlə razılaşmadığı üçün məhkəmə tərəfindən müstəqil qiymətləndici “xxxx” MMC dəvət edilərək, həmin ipoteka predmetinə qiymətləndiricinin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən 45.000 manat qiymət qoyulub və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 -cü maddəsində də göstərilir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərək, qərarda ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması əsasında, bu barədə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1026/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar