Məhkəmə qərarları › İş №2(102)-5364/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5364/2019

27.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5364/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 27 avqust 2019-cuil iş № 2(102)-5364 Bakı şəhəri AzərbaycanRespublikası AliMəhkəməsininMülkikollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbasoğlununsədrliyi, KalbalıyevAslanKalbalı oğlu, İbayevVəfaddin Ələm oğlundanibarəttərkibdə, məhkəmə iclaskatibiAllahverdizadə Xnun katibliyi, iddiaçının nümayəndəsi X2, iddiaçının vəkili X1iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhiyəddin oğlu və üçüncü şəxs LPO “xxxx” ASC-yə qarşı kredit üzrə borcun, borca hesablanmış faizlərin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb inə dairmülkiiş üzrə Bakı ApellyasiyaMəhkəməsiMülkiKollegiyasının24 aprel 2019-cuiltarixliqərardadındaniddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı ASCninkassasiya şikayəti üzrə işə açıqməhkəmə iclasındabaxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəriXətaiRayonMəhkəməsinin 20 sentyabr 2018-ciiltarixliqətnaməsiilə (hakim N.Misirzadə)iddiaçıAzərbaycan Respublikası Mərkəzi Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhiyəddin oğlu və üçüncü şəxs LPO “xxxx” ASCyə qarşı kredit üzrə borcun, borca hesablanmış faizlərin tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsitələbinə dairiddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-3318/2019, sədrlikedənX.Sarıyev, hakimlərE.Şamayev, Ş.Məhərrəmova)iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhiyəddin oğlu və üçüncü şəxs LPO “xxxx” ASCyə qarşı kredit üzrə borcun, borca hesablanmış faizlərin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, ape llyasiya instansiya məhkəməsi qərardad qəbul edərkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhiyəddin oğluna və üçüncü şəxs ləğv preosesində olan “xxxx” ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra “Fond”) qarşı 11.085.000 manat əsas və 1.862.611,39 manat faiz borcunun tutulması, tutmanın ipoteka predmetləri ola n daşınmaz əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin fond tərəfindən satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına borcun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında iddiaçıya ödənilməsinə dair iddia vermişdir. Qeyd edilən iddia üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı “Banklar haqqında” qanunun 81-ci maddəsi ilə əsaslandırmışdır. Belə ki, “Banklar Haqqında” Azərbaycan Respublikası Qanunun 81-ci maddəsinə əsasən: 1 Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 2 qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 3 bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. 81.1-1. Bu Qanunun 81.1 -ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir. 4 Ləğvedici bu Qanunun 81.1 -ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qən aətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər. ' 5 Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir. 6 Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Mülki iş materiallarından görünür ki, kreditor olan iddiaçının tələbi ləğvedici tərəfindən təsdiqlənmişdir. Qeyd edilən normaları əsas tutan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kreditor olan id diaçının təsdiqlənmiş tələblərinin təminatı olan ipoteka predmetləri ləğvedici olan LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satıla bilər və bu hüquq yalnız ləğvediciyə məxsusdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Ona görə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı deyildir. İşin halları ilə müəyyən edilir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Fond tərəfindən mübahisələndirilmiş və sonuncu qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin yalnız ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə ləğv edilməsi ni xahiş etmişdir. Yəni apellyator verdiyi şikayətdə qəbul edilmiş qətnamənin iddiaçının xeyrinə əsas borcun, faiz borcunun tutulmasını və tutmanın qətnamədə göstərilən qaydada ipoteka predmetlərinə yönəldilməsinə aid hissələrini mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi Fond qətnamədən hissəvi şikayət verdiyi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6- cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi yalnız şikayət verilən hissədə qətnamənin qanuniliyini və əsaslılığını yoxlamalı olduğu halda mübahisə edilməyən hissələri də yoxlamaqla qəbul edilmiş qətnaməyə tam hüquqi qiymət vermişdir. Bununla yanaşı mübahisəyə “Banklar haqqında” Qanunun 81-ci maddəsini tətbiq edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qeyd edilən maddədə qanunverici üçüncü şəxslərin mülkiyyətində olan və ipotekaya qoyulmuş əmlakların deyil, bankın aktivlərinə daxil olan əmlakların ləğvedici tərəfindən hərracda satılmasını və bunun yalnız açıq hərrac vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Həmçinin qeyd edilən maddədə ipotekaya qoyulmuş əmlakların məhkəmə qaydasından kənar ləğvedici tərəfindən müstəqil surətdə satılmasına dair müd dəa yoxdur. Çünki qanunverici ipotekaya qoyulmuş əmlaka tələbin yönəldilməsini müvafiq iddia verilməklə məhkəmə qaydasında həyata keçirilməsini nəzərdə tutmuşdur. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Aslan Kalbalıyev Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar