Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5367/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə şərtlərinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3206/2022 nömrəli mülki iş üzrə 07 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Al i Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında notariat qaydada bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh mülkiyyət hüququ əsasında özünə məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103R saylı, ümumi sahəsi 0,044 ha olan torpaq sahəsinin 0,022 ha hissəsini (bundan sonra - mübahisəli torpaq sahəsi) 80000 manata iddiaçıya satmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2463/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddiaçının cavabdehə qarşı mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və cavabdehdən həmin alğı-satqı ilə bağlı aldığı 80000 manat və notariat xərcləri üçün ödədiyi 332 manatın, cəmi 80332 manatın alınıb iddiaçıya verilməsi barədə iddiası rədd edilmişdir. Qətnamədə göstərilmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni satıcı tərəfindən yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinin tələblərinin icra edilməməsi müqavilənin etibarsız hesab edilməsi tələbi üçün deyil, müqavilənin ləğv edilməsi, müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün əsas hesab edilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə Bakı şəhəri 52 saylı notariat kontorunda onunla cavabdeh arasında bağla nmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehdən müqavilənin şərtlərinə görə ödədiyi 80000 manat, bank və notariat xərclərinə görə ödədiyi 322 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7-ci maddəsinə əsasən, itirilmiş mənfəət olaraq tələb olunan məbləğin beş faiz məbləğində 4000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, həmin torpaq sahəsinin qalan hissəsi 08 sentyabr 2020-ci ildə X1. Bağlanmış müqavilənin 7-ci bəndinə əsasən alğı-satqı müqaviləsi təsdiq olunduqdan sonra, satıcı daşınmaz əmlaka dair sənədləri alıcıya verməyə borcludur. Bu halda söhbət satılan torpaq sahəsinin çizgisindən, yəni bölgü sxemindən gedir. Cavabdeh ona bildirmişdir ki, torpaq sahəsinin ümumi cizgisinin birinci alıcıya, X2 vermişdir. O da öz növbəsində torpaq sahəsinin bölünməsi üçün çizgini DƏDRX-ə təqdim etdiyini və bölgü sxeminin 16 oktyabr 2020-ci il tarixində hazır olacağını bildirmişdir. İddiaçı 16 oktyabr 2020-ci il tarixdə birinci alıcı ilə əlaqə saxlamış və o, bölgü sxeminin surətini iddiaçıya vermişdir. Onunla birlikdə bölgü sxeminə əsasən torpaq sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, ona satılan torpaq sahəsinin yarıdan çoxu, təxminən 126 m2 birinci alıcı tərəfindən hasara alınmışdır. İddiaçı bu məsələnin araşdırılmasını tələb etdikdə, Asif torpağın bu formada ona satılmasını bildirmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, müqavilə bağlanmamışdan əvvəl satıcının ona göstərdiyi t orpaq sahəsinin böyük bir hissəsi əslində zəbt olunmuş torpaq sahəsi olmuşdur. İddiaçı aldadıldığını başa düşmüş və satıcıdan pulunun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh bu günə qədər pulu qaytarmamışdır.
5. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı alqısatqı müqaviləsinin 7-ci maddəsinə istinad edərək hesab edir ki, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçı özü etiraf edir ki, cavabdeh bölgü sxeminin torpaq sahəsinin digər hissəsini ondan əvvəl alan digər payçı olan Asif Həsənova təqdim olunmuş, Asif Həsənovla əlaqə saxlamış və ona məlum olmuşdur ki, çizgi xx.xx.2020-ci il tarixdə hazır olacaqdır. Sonradan cizgini əldə etmişdir. Həmin dövrdə iddiaçını alqı-satqı müqaviləsini bağlamağa heç kim məcbur etməmişdir. Belə olsa idi, hazı rda qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin olunardı. Cavabdehin alqı-satqı müqaviləsi üzrə 7-ci maddənin tələblərinin pozulması barədə tələbi əsassızdır. İddiaçının hər iki iddiasının digər əsası müqavilənin 8-ci maddəsinə əsasən alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak vermək öhdəliyinin pozulmasıdır. Lakin, nə alqı-satqı satqı zamanı, nə alqı-satqıdan sonra daşınmaz əmlaka dair hər hansı məhdudiyyətin, üçüncü şəxslərin hüququnun olmasına dair müraciətin olması öz təsdiqini tapmamışdır. Belə bir məhdudiyyət olsa idi, alğı-satqı müqaviləsinin bağlanmasından imtina olunardı. Bundan başqa, alqı-satqı müqaviləsi imzalanmadan qabaq hər iki tərəf əraziyə baxış keçirilmiş, iddiaçı ərazini yax şı tanıdığından, faktiki ölçülər barədə məlumatlı olduğundan ərazidə çox qalmaqdan imtina edərək notariusa getməyi cavabdehə təklif etmişdir. Ərazidə olan, ərazinin faktiki ölçüsünü görən, bununla razılaşaraq notariusda alğı-satqı müqaviləsinə imza edən şəxsin sonradan müqavilədən müxtəlif bəhanələrlə birtərəfli qaydada imtina etməsi əsassızdır.
6. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iddiaçı tərəfin vəsatəti ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2463/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verdiyi izahatı video yazısına baxış keçirilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 sentyabr 2021-ci il tarixli, 2(011)-6111/2021 saylı qətnaməsi ilə (hakim L.Rəhimli) iddia qismən təmin edilmiş, cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış 21 sentyabr 2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 80000 manat, 287,50 manat və gecikdirilmiş vaxt üçün illik beş faiz 4000 manat əldən çıxmış fayda olmaqla, cəmi 84287,50 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi video yazıya baxış keçirərək, müəyyən etmişdir ki, sənədlə, yəni müqavilə ilə torpaq sahənin ölçüsü 0,022 ha olsa da, faktiki satılan torpaq sahəsinin ölçüsü az olması cavabdehin vəkili tərəfindən faktiki olaraq mübahisələndirilməmişdir. Cavabdehin vəkilinin izahatından müəyyən olunur ki, ümumiyyət lə 0,022 ha torpaq sahəsi mövcud olmadığından, torpağı satan cavabdeh 0,022 ha torpaq sahəsini iddiaçıya təhvil verə bilməzdi.
9. Məhkəmə, həmçinin cavabdehin iddia tələblərinə etirazına hüquqi qiymət verərək, vurğulamışdır ki, cavabdehin “iddiaçı alğı-satqı müqaviləsi bağlanmamışdan əvvəl torpaq sahəsinin olduğu əraziyə baxmış, faktiki ölçülər barədə məlumatlı olmuşdur” barədə izahatından məlum olur ki, cavabdeh alğı-satqı müqaviləsi bağlanarkən 0,022 ha ölçüdə torpaq sahəsinin gələcəkdə təhvil verə bilmədiyini bilirdi. Bu isə cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğu, lazımınca icra etmədiyi və bununla da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu anlamına gəlir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi ilə üzə rinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, o, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçı alğı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
11. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən əsaslıdır, ona görə ki, müqavilənin notarial qaydada təsdiq edilməsi üzrə çəkilmiş xərclər 322 manat məbləğində deyil, 287,50 məbləğində müəyyən olunur. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilməli, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi ləğv edilərək, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmiş 80000 manat məbləğində zərər, müqavilənin notarial qaydada təsdiq edilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 287,50 manat və iddiaçının tələbi həcmində gec ikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 4000 manat (80000x5/100=4000 manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 421.1, 421.2, 424.5, 445.7-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinı, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının əraziyə baxdığı, hasara alınmış ərazini mövcud vəziyyətdə qəbul etdiyi, hasarlanmış ərazini və qonşunun hasarının enini və uzununu gördüyü, mövcud vəziyyətdə alqı-satqı üçün notariusa getməsi, nə alqı-satqıdan qabaq, nə alqı-satqı zamanı aldığı torpağın sərhədləri barədə heç bir pretenziya və tələb irəli sürməməsi, cizginin alqı-satqı zamanı təsdiqlənməsini tələb etməməsi və buna dair heç bir qeyd-şərt irəli sürməməsi, hazırda qonşu olduğu mülkiyyətçilərlə illərdir məhkəmə mübahisələri olması və ərazinin faktiki və hüquqi vəziyyətindən iddiaçının kifayət qədər məlumatlı olması, iddiaçının müqavilə bağlanarkən hasar daxilində baxıb gördüyü və qiymətini razılaşdırdığı torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlaması və s. dəlillərlə əsaslandırmışdır.
15. Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 22(103)-3206/2022 nömrəli mülki iş üzrə 7 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh satılmış daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə (həmçinin, daşınmaz əmlaka dair sənədləri) 22 sentyabr 2020-ci il tarixdən iddiaçının faktiki sahibliyinə verməli idi. Lakin, bu hal baş verməmişdir. Cavabdeh tərəfin özü də bu halı inkar etmir, həqiqətən iddiaçıya müqavilədə göstərilən 220 kv.metr ölçüdə torpaq sahəsini təhvil verə bilmədiyini istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətində qeyd etmişdir. Cavabdeh bunu iddiaçının əvvəldən (alqısatqı müqaviləsi bağlanmamışdan əvvəl) torpaq sahəsini mövcud vəziyyətdə baxıb bəyənməsi, bundan sonra könüllü olaraq alqı-satqı müqaviləsini bağlaması kimi izah etmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
17. Həmçinin apelyasiya məhkəməsi qeyd etmişdir ki, əgər həqiqətən cavabdehin bildirdiyi kimi satılan torpaq sahəsinin ölçüsü daha az olmuşdursa, müqavilədə konkret ölçünün göstərilməməsini cavabdeh tərəf izah edə bilməmişdir. İddiaçı tərəf isə bu halı təsdiq etməmiş, cavabdeh tərəfindən ona məhz mü qavilədə göstərilən ölçüdə torpaq sahəsinin göstərilməsini, lakin müqavilə bağlandıqdan sonra həmin ölçüdə torpaq sahəsini ona təhvil verməməsini qeyd etmişdir.
18. İddiaçı hazırkı vəziyyətdə alqı-satqı müqaviləsindən imtina etmək hüququna malikdir. Çünki, cavabdeh (satıcı) alqı-satqı müqaviləsində nəzərdə tutulan daşınmaz əşyanı iddiaçıya (alıcıya) təhvil vermək öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh isə bunun əksini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kass asiya şikayəti iddia ərizəsinə verilmiş etiraz və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tədqiqat obyektini ekspertizaya təqdim etmədən, buna dair cavabdehin etirazlarına hüquqi qiymət vermədən iddia ərizəsində göstərilən əsaslarla yekun qərar qəbul etməklə kobud prosessual pozuntuya yol vermişdir. Tərəflər arasında yerin sənəd üzrə koordinatlarının faktiki ölçü ilə uyğun olmadığı mübahisəli olmasa da, faktiki kvadrat olaraq tərəfin istədiyi kvadrat mövcuddur. Lakin iddiaçı bununla qane olmayaraq ölçünün hansı hissədə az olduğunu sübut edə bilməmişdir. Məhkəmə qətnaməsində alqı-satqı müqaviləsinin 7 və 8-ci maddələrinin tələblərinin pozulmasını, Mülki Məcəllənin 445.7-ci maddəsinin hazırkı hala tətbiqini hüquqi baxımdan əsaslandır mamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
23. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 2
4. Maddə
568. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
25. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğısatqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
26. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslər in hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
27. Maddə 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
28. Maddə
646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
29. Maddə 646.2 Bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
30. Maddə 648.1. daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
31. Maddə 649. satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
41. Nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə baxışı zamanı iddiaya verdiyi etirazında, apellyasiya və kassasiya şikayətlərində ləğv olunması tələb olunan alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam yerinə yetirdiyini, müqavilənin predmeti olan torpaq sahəsini üçünc ü şəxslərin hüquqlarından azad şəkildə iddiaçıya təhvil verdiyini iddia etməmiş, əksinə bu öhdəliyi tam yerinə yetirmədiyini, lakin iddiaçı aralarında bununla bağlı şifahi razılıq olduğunu bildirmişdir. Kasasiya şikayətində də cavabdeh tərəflər arasında yerin sənəd üzrə koordinatlarının faktiki ölçü ilə uyğun olmadığını bir daha təsdiq etmişdir.
42. İşə baxmış məhkəmələr belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə aralarında müqavilədən kənar şifahi razılığın olduğunu sübuta yetirə bilməmişdir.
43. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən mövcud vəziyyətdə alıcının (iddiaçının) əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüquqları yaranmış və baxılan iş üzrə iddiaçı həmin normada ona verilmiş ikinci hüququndan istifadə etmişdir.
44. Kassasiya ş ikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3206/2022 nömrəli mülki iş üzrə 07 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.