Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5369/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilin mülkiyyətə verilməsi üçün zəruri olan əqdin notariat qaydada bağlanması. Podrat münasibətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdehin vəkili Vəkil3 iştirakı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3133/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil Cavabdeh MMC-nin xüsusi mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 2775 nömrəli reyestr kitabının 258712 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cinayət işinin başlanması haqqında qərara əsasən Azərbaycan Respublikası Mənzil İnşaat Agentliyinin və Litva Respublikasının vətəndaşı X1n müraciətləri əs asında toplanmış 02/2-7839-20 №li material üzrə X2 və X3 barələrində Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həmin qərarda müəyyən edilmiş hallara görə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 3 otaqlı, 34 saylı mənzil təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətlərin obyekti deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzillə bağlı notariat rəsmiləşdirməsinin təmin edilməsinə məcbur edilməyə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, nümayəndəsi tərəfindən 10 iyul 2020-ci il tarixdə Cavabdeh MMC-yə müraciət edilərək, mübahisəli mənzilə olan hüquqların özgəninki ləşdirilməsi ilə bağlı notariat rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəf heç bir ağlabatan izahat verilmədən, onun mənzili ilə bağlı notariat rəsmiləşdirməsinin həyata keçirilməsindən imtina edilmişdir ki, bu da onun həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasına maneəçilik yaradır. Həmin binada eyni hüquqlarla mənzil əldə etmiş digər şəxslərlə notarial qaydada rəsmiləşdirmə həyata keçirilmişdir. Hazırkı iddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanındakı 29 saylı binanın 7-ci mərtəbəsindəki 3 otaqlı, sahəsi 80,4 kv metr olan 34 saylı mənzil qabaqcadan qeydiyyat hüququ ilə Cavabdeh MMC-yə məxsus olmuş, onunla Cavabdeh MMC arasında 27 iyun 2018-ci il tarixdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlanmış, həmin tarixdə də tərəflər arasında “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın təhviltəslimi üzrə” 03 saylı Akt imzalanmış və onun tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə və borcun olmamasına dair maliyyə arayışı verilmişdir. Qeyd edilən sənədlərlə həmin mənzilə olan hüquqların iddiaçıya keçməsinə baxmayaraq, cavabdeh hüquqlardan sui-istifadə etməklə, həmçinin mənzilə dair rəsmiləşdirməni ehtiva edən öhdəliyi-həmin əqdin notariat rəsmiləşdirməsi öhdəliyini icra etməməklə Mülki Məcəllənin normalarını, o cümlədən, əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmək tələblərini pozmuşdur. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 17.1, 425.1, 425.2 və 442-ci maddələri ilə əsaslandıraraq, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 3 otaqlı, 34 saylı mənzillə bağlı hüquqların notariat rəsmiləşdirməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim edimişdir: Cavabdeh MMC və İddiaçı arasında bağlanmış 27 iyun 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”yə əsasən Podratçı Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 80,4 m2 olan, 34 saylı mənzilin tikintisini, əlavə olaraq mənzili daxili təmir i şləri, su, elektrik, istilik xətləri, mətbəx mebeli, avadanlıq və daxili qapılar olmaq şərti ilə 8 ay müddətində sifarişçiyə təhvil verməyi öz öhdəsinə götürmüşdür; Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 80,4 m2 olan, 34 saylı mənzilin ümumi dəyəri tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu qalmamışdır; 27 iyun 2018-ci il tarixli 03 saylı Təhvil-təslim aktına görə Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 3 otaqlı, 34 saylı mənzil Cavabdeh MMC ilə vətəndaş İddiaçı arasında bağlanmış 27 iyun 2018-ci il tarixli Çoxmənzilli yaşayış binasının tikintisi haqqın da fərdi müqaviləyə əsasən Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış (reyestr nömrəsi **********18-05301-093041, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 20.12.2017) vətəndaş İddiaçı adına verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməməklə yanaşı, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin o, izahatında göstərmişdir ki, müqavilə saxtadır və müqavilədə mənzilin dəyəri barədə məbləğ göstərilməyib. 2014-cü il tarixli əmrə əsasən Mayıl İbadova ancaq alğı-satqı səlahiyyəti verilmişdir. Lakin o, səlahiyyətlərini aşaraq İddiaçı ilə sadə yazılı müqavilə bağlamışdır. Hal-hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X4 və X2 barəsində bir mən zilin bir neçə adama satılması faktları ilə əlaqədar cinayət işi istintaq edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 27 iyun 2018-ci il tarixdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlanmışdır. Tərəflər arasında 27 iyun 2018-ci il tarixdə “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın təhviltəslimi üzrə” 03 saylı Akt imzalanmış və İddiaçı mənzilin dəyərinin tam ödənilməsinə və borcun olmamasına dair maliyyə arayışı verilmişdir. Mənzil faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Lakin cavabdeh iddiaçının həmin mənzillə bağl ı hüquqların notariat rəsmiləşdirilməsindən əsassız olaraq imtina edir. Cavabdeh tərəf mübahisəli mənzillə bağlı iddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin saxta olduğunu göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı cavabdeh tərəf iddiaçı ilə bağlanmış müqaviləni imzalayan X4 barəsində bir mənzilin bir neçə adama satılması faktlarına görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaq edildiyini göstərsə də, məhkəməyə təqdim edilmiş cinayət işinin başlanması haqqında qərarda hazırkı mübahisəinin predmeti olan mənzilin üçüncü şəxslərə də satılması ilə əlaqədar məlumatın öz əksini tapmadığı müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 178.8-ci maddlərinə istinadla əsaslandırmışdır. Cavabde h qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, Emin Mehdiyev) 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina № 29-da yerləşən 34 №-li mənzilin İddiaçı mülkiyyətinə verilməsi üçün zəruri olan əqdin notariat qaydasında bağlanması vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina № 29-da yerləşən 34 №-li mənzillə bağlıdır. 27.06.2018-ci il tarixdə mənzilə dair iddiaçı ilə cavabdehin arasında “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” müqavilə bağlanıb. Müqaviləyə əsasən cavabdeh həmin mənzili tikməyi, iddiaçı isə mənzilin qiymətini tam ödəməyi öhdəsinə götürüb. Cavabdehin verdiyi maliyyə arayışına görə iddiaçı mənzilin dəyərini tam ödəyib və cavabdehə borcu yoxdur. “Hüquqların qabaqcadan qeydiyyatı barədə” daşınmaz əmlakın dövlət reyestrindən arayışa görə cavabdehin mənzil üzərində mülkiyyət hüququ 20.12.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Cavabdeh aktla həmin hüququ iddiaçıya verib. O cümlədən mənzil iddiaçının sahibliyində və istifadəsindədir. Məhkəmə hesab etmişdir ki, çoxmənzilli yaşayış binasında mənzil tikintisi ilə bağlı münasibətlər podrat müqaviləsi ndən irləi gələn münasibətlərdir. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Göründüyü kimi “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi ilə mülkiyyəti sifarişçiyə vermək podratçının vəzifəsi kimi müəyyən edilib. Ona görə də cavabdeh mənzil üzərində mülkiyyəti iddiaçıya verməyə borcludur, bununla bağlı bütün zəruri hərəkətləri etməlidir. Apellyasiya şikayətində cavabdeh “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 27.06.2018-ci il tarixli müqaviləni etibarsız hesab edildiyini qeyd etmişdir. Cavabdehin 1-ci dəlili ondan ibarət olmuşdur ki, iddiaçı həmin mənzili əldə etmək üçün cavabdehlə notaria t qaydasında müqavilə bağlamalı idi. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçını hazırkı tələbi məhz notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. Əgər notariat qaydasında bağlanmış müqavilə mövcud olsayıdı hazırkı tələbin irəli sürülməsinə zərurət olmazdı. Ona görə də bu dəlil iddianın rədd edilməsinə əsas ola bilməz. Cavabdehin 2-ci dəlili ondan ibarət olmuşdudur ki, müqaviləni cavabdehin adından bağlayan Mail İbadova (MMC-nin Baş direktoruna) cavabdehin təsisçiləri tərəfindən mənzilləri yalnız alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmək səlahiyyəti verilmişdi. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin halın mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxd ur. İddiaçı ilə bağlanmış müqaviləni cavabdehin səlahiyyətli şəxsi (MMC-nin Baş direktoru) imzalayıb və müqavilə cavabdehin möhürü ilə təsdiq olunub. Müqavilə bağlanana qədər iddiaçıya Baş direktorun belə müqavilə bağlamağa səlahiyyətinin olmaması barədə məlumat verilməyib. Cavabdehin 3-cü dəlili ondan ibarət olmuşdur ki, müqavilədə və maliyyə arayışında mənzilin qiyməti qeyd olunmayıb. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, belə müqavilələrdə qiymət mühüm (zəruri) şərt deyil. Ona görə də qiymətin göstərilməməsi müqavilənin etibarsızlığına səbəb ola bilməz. Maliyyə arayışında cavabdeh etiraf edib ki, iddiaçı mənzilin qiymətini tam ödəyib. Əgər iddiaçının həmin müqavilə üzrə cavabdehə borcu qalıbsa cavabdeh müvafiq sübutlar təqdim etməklə qiymətin ödənilməsi barə də tələb irəli sürə bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə kooperativlərlə bağlı maddi hüquq normalarına istinad edib, lakin hazırkı mübahisənin tərəfi MMC-dir, kooperativ münasibətləri mövcud deyil. Bunda başqa birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində cavabdehin üzərinə vəzifə qoyularkən “mənzillə bağlı hüquqlarının notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsi” ifadəsindən istifadə olunub, bu ifadə hüquqi müəyyənliklə bağlı tələbə cavab vermir, çünki hansı hüququn və hansı hərəkətin nəzərdə tutulduğu aydın deyil. Ona görə də apellyasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, mənzilin iddiaçının mülkiyyətinə verilməsi üçün zəruri olan əqdi iddiaçı ilə bağlamaq vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin belə əqd bağlamaq vəzifəsi Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişindən irəli gəlir. Cavabdeh başqa mülki işdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 27.06.2018-ci il tarixli müqavilənin etibarsız sayılması barədə tələb irəli sürsə də, məhkəmə hesab etmişdir ki, həmin hal hazırkı iş üzrə icraatın dayandırılmasına əsas deyil, çünki müqavilənin etibarsız sayılması üçün cavabdehin istinad etdiyi halların hazırkı işdə araşdırılması və qiymətləndirilməsi mümkündür. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kass asiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə kollegiyasının iclası nda kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kolle giyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3133/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-5369/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5369/2021
01.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver