Məhkəmə qərarları › İş №2(102)-5374/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5374/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5374/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)5568/2020 saylı qərardadından iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, iş № 2(011)-375/20 18) iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, N qızı və Cavabdeh3 qarşı iddiası qismən təmin olunaraq Cavabdeh1 və Cavabdeh3 cəmi 427.612,51 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulub ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, tutmanın N qızının mülkiyyətində olan mənzilinə yönəldilməsi, mənzilin satıldıqdan 1 ay sonra sonuncunun oradan çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov, iş № 2(103)9464/2018) iddiaçı- bankın ləğvedicisinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəm əsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2020-ci ilin fevral ayında iş üzrə iddiaçı N qızı (ipoteka qoyan) Xətai rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti vermək üçün müəyyən olunmuş müddət ötürülməmiş hesab edilmişdir. Həmin qərardaddan ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Azərbaycan Respublikası MPM-nin 269.2-ci maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından bankın ləğvedicisi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir. İşin halları: xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 17 faiz olmaqla 36 ay müddətinə 290.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi bank tərəfindən X1 ilə ona məxsus mənzilə dair ipoteka müqaviləsi, Cavabdeh3 ilə isə zaminlik müqaviləsi bağlanmışdır. 2016-cı ilin noyabr ayında bankın ləğvedicisi iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və zamin Cavabdeh3 kredit müqaviləsi üzrə yaranmış borca görə cəmi 474.960,75 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi kassasiya şikayəti verərək prosessual müddətlərlə bağlı qərardadlardan şikayət verilməsi məsələsinin MPM-nin 133-cü maddəsi ilə tənzimlənməsini, 133.6-cı maddədə isə prosessual müddətlərə dair məsələ üzrə qərardadlardan işdə iştirak edən şəxslərin şikayət vermək hüququnun müəyyən olunmamasını, göstərilən vəziyyətdə bankın şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamasını əsas göstərməklə xx xxxxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materia llarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qərardad ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi bankın ləğvedicisinin apelyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edərkən MPM-nin 395-ci maddəsinə istinad edərək məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadından apelyasiya şikayətinin verilməsinin qanunda nəzərdə tutulmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan halları nəzərə almadan həmin nəticəyə gəldiyindən q ərardad qanuni sayıla bilməz. İş materiallarından görünür ki, Cavabdeh1, Cavabdeh3 kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın cavabdeh N qızına məxsus ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən həmin iş üzrə iddiaçı olan bankın ləğvedicisi tərəfindən və həm də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən apelyasiya qaydasında mübahisələndirilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versələr də qanunda müəyyən olunmuş prosessu al müddəti ötürdükləri üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə onların kassasiya şikayətləri geri qaytarılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə xx xxxx 2019-cu il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti isə, işdən göründüyü kimi, bundan sonra verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin Sehranə Mustafayeva tərəfindən mübahisələndirilən qətnaməsi bütövlükdə dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin qanuniliyinin yenidən yoxlanılması üçün əsaslar qalmamışdır. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi bankın ləğvedicisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edərkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış və onlara müvafiq hüquqi qiymət vermədən nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qərardad ləğv olunmalı və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar