Məhkəmə qərarları › İş №2(102)-5375/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5375/2022

14.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5375/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə (Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cav abdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsi əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-101/2022 nömrəli, 4 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı uzun illər ərzində Cavabdeh1ndə əvvəlcə gözətçi, d aha sonra isə həmin müəssisənin sahibi X6 adlı Türkiyəli iş adamının sürücüsü işləmişdir.

2. İddiaçı 2000-ci ildən ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. ünvan 2əsi ilə həmin evə qeydiyyata alınmışlar.

3. Evin eskiz layihəsi iddiaçının müraciəti əsasında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və Sabunçu rayon İcra Hakimiyyətinin 19 noyabr 2012-ci il tarixli, 572 saylı sərəncamı ilə yaşadıqları ev hüquqi qeydiyyata alınmışdır.

4. Bakı Şəhər İcra Hakimiyyətinin 20 sentyabr 2016-cı il tarixli, 378 saylı sərəncamı ilə tikmiş olduğu evin 0,18 ha həyətyanı torpaq sahəsi mövcud vəziyyətdə onun istifadəsinə verilmişdir.

5. Tərəflər arasında daha əvvəllər də məhkəmə mübahisələri olmuşdur. Tərəflər arasında mübahisələr 2014-cü ildə başlamışdır.

6. Sabunçu Rayon Məhkə məsinin 18 noyabr 2014-cü il tarixli, 2(008)-1842/2014 saylı qətnaməsi ilə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən evin sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair iddia tələbi rədd edilmişdir.

7. Həmin qətnamədən iş üzrə iddiaçı“ X5 Pazarlama LTD” müəssisəsi tərəfindən apellyasiya şikayəti verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X10 və Ağac Ürünləri LTD” şirkəti ilə “Başkan Qida Sənaye və Pazarlama Anonim Şirkəti” arasında bağlanmış 07 dekabr 1999-cu il tarixli 01 nömrəli, “Başkan Qida Sənaye və Pazarlama Anonim Şirkəti” ilə “Aze Başkan Fındık Sənaye LTD“ şirkəti arasında bağlanmış 27 iyun 2000-ci il tarixli 09 nömrəli, “Aze Başkan Fındık Sənaye LTD“ şirkəti ilə Cavabdeh1 şirk əti arasında bağlanmış 26 aprel 2003-cü il tarixli alqı-satqı müqavilələrinin tamamilə, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2011-ci il tarixli, 3124 nömrəli alqı-satqı müqaviləsinin qismən 1331 kv metr hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən verilmiş 13 iyul 2011-ci il tarixli, ******* nömrəli reyestrdən çıxarışın qismən ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Cavabdeh1 sahibi X2 razılığı ilə şirkətə məxsus torpaq sahəsinə bitişik sahədə fərdi ev tikərək ailəsi ilə birlikdə yaşamağa başlamışdır. 2014-cü ildən etibarən aralarında məhkəmə mübahisələri olmuşdur. Cavabdeh şirkətə 2,4 ha torpaq sahəsi a yrılmasına baxmayaraq, müəssisənin rəhbərliyi iş üzrə digər cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi ilə sövdələşərək istifadəmizdə olan torpaq sahəsi də daxil olmaqla cəmi 2,5331 kv metr torpaq sahəsini xx.xx.2011-ci il tarixli, 3124 nömrəli alqı-satqı müqaviləsi əsasında almış və mülkiyyətinə keçirmişdir. Alqı-satqını rəsmiləşdirmək üçün cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi 2000-ci ildən yaşadıqları evin yerləşdiyi torpaq sahəsini də plan-sxemə daxil edərək, razılaşdırmaq üçün səlahiyyətli dövlət orqanı olan Bakı şəhər İcra Hakimiyyətinə deyil, torpaq ayırmaq səlahiyyəti olmayan Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmiş, 2,5331 kv metr torpaq sahəsini Cavabdeh1nə satmışdır. Halbuki mövcud qanunvericilikdə Bakı şəhər rayonlarının İcra Hakimiyyətlərinə torpaq sahələri ayırmaq və torpaq sahələrinin satılması üçün plan-sxemlər təsdiq etmək səlahiyyəti verilməmişdir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, iddia qanuni və əsaslı olduğundan tam təmin edilməlidir. İddiaçınin istifadəsində olan həmin torpaq sahəsi bir gün də olsun Cavabdeh1 istifadəsində olmamışdır və daş hasarla cavabdehin ərazisindən təcrid edilmişdir. Həmin torpaq sahəsi heç şirkətə lazım da deyildir, çünki 2003-cü ildən fəaliyyətini dayandırmış cavabdeh şirkətin hal-hazırda 2 hektara yaxın qamışlıqdan və yaşıllıq ərazidən ibarət torpaq sahəsi vardır, həmin torpaq sahəsi istifadəsiz qalmışdır. Bu faktları əks etdirən fotoşəkillər məhkəməyə təqdim olunmuşdur. İş üzrə digər cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi qüvvədə olan qanunvericiliyin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin tələblərini kobud şəkildə pozaraq, müvafiq sərəncamla və ayrıc aktı ilə ayrılmamış, iddiaçının istifadəsində olan 1331 kv metr torpaq sahəsini də heç bir hüquqi əsas olmadan “ X5 Pazarlama LTD” şirkətinin mülkiyyətinə satmışdır. İş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəssisəyə 2,4 ha torpaq sahəsi ayrıldığını bildiyi halda, İddiaçı istifadəsində olan 1331 kv metr torpaq sahəsini də tərtib etdikləri plan-sxemə əlavə edərək razılaşdırılması üçün Sabunçu rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Bu fakt barədə id diaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilən kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 93 saylı sərəncamı ilə inzibati icraat başlanmış, xx.xx.2015-ci il tarixli, M-154 saylı məktubla Cavabdeh1 şirkətinə müraciət olunaraq, torpaq sahəsi xarici şirkətə icarə əsasında verilməli olduğu üçün dövlət büdcəsinə 912000 manat icarə haqqı borcunun ödənilməsi və Şirkətin istifadə etmədiyi şam ağaclarından ibarət yaşıllıq ərazinin dövlət mülkiyyətinə qaytarılması tələb olunmuşdur. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti indiki cavabdehlərə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində Cavabdeh1 şirkətinin adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia qaldırmış, iddia təmin edilmədiyi halda həmin məhkəmə qərarından apellyasiy a şikayəti vermişdir. Bakı şəhər İcra hakimiyyətinə yeni başçı təyin olunduqdan sonra Bakı Şəhər İcra Hakimiyyəti adından hazırkı iddianın əsasını təşkil edən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə “ X5 Pazarlama LTD” şirkəti arasında bağlanmış 23 iyun 2011-ci il tarixli, 3124 saylı torpağın alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırılmadığından, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin imzaladığı 04 oktyabr 2019-cu il tarixli, 3i-434/2019 saylı qərardadda göstərilən tövsiyyələri əsas tutmaqla hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddiaçının vəkili və nümayəndəsi yuxarıda qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, təmsil etdiyi Komitə ilə Cavabdeh1 şirkəti arasında bağlanmış 23 iyun 2011-ci il tarixli, 3124 saylı torpağın alqısatqı müqaviləsi qüvvədə olan qanunvericiliyin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” əsasnamənin tələblərinə uyğun olaraq bağlanmış və onun əsasında da dövlət reyestrindən çıxarış verilmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş edir.

12. Məhkəmə icraatı zamanı Sabunçu rayon məhkəməsində iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiası üzrə 18 noyabr 2014-cü ildə baxılmış 2(008)-1842/2014 saylı mülki işin materiallarına baxış keçirilmi ş və iş materiallarına əlavə olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2014-cü il tarixli 19685 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsi və orada inşa olunmuş ev Cavabdeh1nə məxsus torpaq sahəsinin ərazisi daxilində yerləşir. Ona görə də mübahisəli torpaq sahəsinin üst-üstə düşməsi faktının müəyyən olunmasi üçün ekspertiza keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

13. Məhkəmə icraatı zamanı Sabunçu rayon məhkəməsinin qeyd olunan qanuni qüvvəyə minmiş 18 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı “ X5 Pazarlama LTD” şirkəti ilə yaranmış əmək münasibətləri əsasında onun razılığı ilə mübahisəli torpaq sahəsində 2000-ci ildə özünə bir mərtəbəli yaşayış evi inşa etmişdir və həmin vaxt şirkət mübahisə li torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. 2006cı ildə isə İddiaçı məhkəmə qərarı ilə yaşadığı ünvana qeydiyyata alınmışdır.

14. Eyni zamanda şirkətlə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi arasında mübahisəli torpaq sahəsinə alqı-satqı müqaviləsi bağlanarkən və DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən şirkətin adına 2,5331 kv metr torpaq sahəsinə çıxarış verilərkən, İddiaçı istifadəsində olan torpaq sahəsində inşa etdiyi evə hüququnun artıq mövcud olması nəzərə alınmamışdır.

15. Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 30 dekabr 2019-cu il tarixli, 2(008)-7343/2019 nömrəli qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia tələbi qismən – Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair 23 iyun 2011-ci il tar ixli, 3124 nömrəli müqavilə qismən, 1331 kv metr torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 13 iyul 2011-ci il tarixli, ******* nömrəli (qeydiyyat nömrəsi **********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə qismən –sərəncamla ayrılmamış 1331 kv metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi” hissəsində təmin olunmuş, digər şirkətlər arasında bağlanmış 07 dekabr 1999-cu il tarixli, 27 iyun 2000-ci il tarixli və 26 aprel 2003-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin olunmamışdır.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda bild irdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh1 şirkəti ilə mübahisələndirilən xx.xx.2011-ci il tarixli torpağın alqı-satqı müqaviləsini bağlayarkən, Respublika Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “ Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin müddəalarına istinad edilmişdir.Halbuki, həmin “Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanın 3-cü bəndində açıq göstərilib ki, hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarının satılması bir şərtlə həyata keçirilə bilər ki, həmin torpaq sahələri hüquqi şəxslərin qanuni istifadəsində olsun. Bu “ Əsasnamə“nin 12-ci bəndinə dəyişiklik edilməsi haqqında xx.xx.1999-cu il tarixli, 136 saylı Prezident Fərmanında gö stərilir ki, hüquqi şəxslər özəlləşdirilmiş obyektlərin altındakı torpaq sahələrini satın almaq istədikdə,həmin torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənədi (torpaq sahəsinin ayrılmasını təsdiq edən qərar və icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisələndirilən xx.xx.2011-ci il tarixli,3124 saylı torpağın alqı-satqı müqaviləsinin bağlanılması üçün əsas olmuş plan-sxemin Sabunçu rayon İcra Hakimiyyəti ilə razılaşdırılması da qüvvədə olan qanunvericilik aktları ilə ziddiyyət təşkil edir. Əvvəla, sözügedən “ Əsasnamə” də bilavasitə göstərilib ki,torpaq sahəsinin satılması üçün torpağın ayrılması haqqında qərar ( sərəncam) və ayrıc aktı tələb olunmalıdır.İndiki halda isə b elə bir qərar mövcuddur və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəssisəyə 2,4 ha torpaq sahəsi ayrıldığına görə, Əmlak Məsələləri Dövlət Komitəsi cavabdeh şirkətə yalnız qərarla ayrılmış 2,4 ha torpaq sahəsini sata bilərdi. Belə olduğu halda cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının 2000-ci ildən tikib yaşadığı evin həyətyanı sahəsini plan-sxemə əlavə edərək, Sabunçu rayon İcra hakimiyyəti ilə razılaşdırmaqla istinad etdikləri “Əsasnamə”nin tələblərini pozmuşdur ki, bu da Ermənistan qaçqını olan bir ailənin gələcəkdə evsiz qalmasına səbəb ola bilər. Həm qüvvədə olan torpaq qanunvericiliyində, həm də Prezident Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında“ Əsasnamədə dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyət lərinə aid edilmişdir. Bakı səhər İcra Hakimiyyəti isə iddiaçının müraciəti əsasinda yol verilmiş qanunsuzluğun aradan qaldırılması və Ermənistan qaçqını olan iddiaçının hüquqlarının bərpası üçün hələ 21 may 2015-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 şirkətinin adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini xahiş etmiş, hətta xx.xx.2016-cı il tarixli 378 saylı sərəncamla İddiaçı 2000-ci ildən faktiki istifadəsində olan torpaq sahəsini də onun adına rəsmiləşdirmişdir.

17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2 və 158.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv e dilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, məhkəmə tərəfindən iş üzrə iddia müddətinin tətbiqinə, iddiaçının subyektiv hüququnun olub-olmamasına, iddiaçının istinad etdiyi rəsmi sənədlərlə hüquqların yaranması anına, iş üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilən hallara düzgün hüquqi qiymət verilməməsi, sübutları düzgün qiymətləndirməməsi ilə əsaslandırılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 04 iyul 2022-ci il tarixli, 2(103)-101/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qisməniddia tələbinin təmin edilmiş hissəsində (Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair 23 iyun 2011- ci il tarixli, 3124 nömrəli müqavilə qismən-1331 kv metr torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli,0242482 nömrəli (qeydiyyat nömrəsi **********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə qismən – sərəncamla ayrılmış 1331 kv metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi hissədə) ləğv olunmuş, iddia həmin hissədə rədd edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində 2(008)-1842/2014 saylı mülki işin materiallarına baxış keçirmiş olduğunu qeyd etsə də mülki iş materiallarında, məhkəmə iclas protokolunda başqa hər hansı bir iş materiallarına baxış keçirilməsi təsdiq edilmir. Bundan əlavə 18 noyabr 2014-cü il tarixli Sabunçu rayon məhkəməsinin Qətnaməsindən müəyyən olunur ki, yaranmış əmək münasibətləri əsasında cavabdeh müəssisənin razılığı ilə İddiaçı mübahisəli torpaq sahəsində 2000-ci ildə özünə bir mərtəbəli yaşayış evi inşa etməsi deyil, xidməti gözətçi evinə müvəqqəti yaşamaq üçün icazə aldığı bildirilir. Həmçinin, 18 noyabr 2014-cü il tarixli Sabunçu rayon məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 şirkətinin hazırkı iş üzrə İddiaçı qarşı evin özbaşına tikili hesab olunma qla sökülməsi tələbi rədd olunmuşdur. Həmin Qətnamədə istinad olunmuşdur ki, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 572 saylı Sərəncamı ilə İddiaçı mübahisəli ünvanda inşa etdiyi iki yaşayış otağından sahəsi 53,3 kv. metr. və 19,6 kv. metr qonaq otağından, 39,8 kv. metr. köməkçi sahədən ibarət mövcud bir mərtəbəli yaşayış evi, həyətdə sahəsi 16,6 kv. metr. anbar sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınması qərara alınmışdır.(həmin sərəncamın ləğvinə dair X5 Pazarlama Ltd şirkətinin iddiası üzrə icraat 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı işə baxılıb qurtarana kimi dayandırılmışdır.) 2006-cı il tarixdən isə İddiaçı həmin fərdi yaşayış evinə qeydiyyata alınmışdır. Məhkəmə Kollegiyası qeyd e dir ki, xx.xx.2014-cü il tarixli Sabunçu rayon məhkəməsinin Qətnaməsinə əsasən X5 Pazarlama Ltd şirkətinin hazırkı iş üzrə İddiaçı qarşı evin özbaşına tikili hesab olunmaqla sökülməsi tələbinin rədd olunması, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 572 saylı Sərəncamı ilə İddiaçı mübahisəli ünvanda inşa etdiyi iki yaşayış otağından sahəsi 53,3 kv. metr. və 19,6 kv. metr qonaq otağından, 39,8 kv. metr. köməkçi sahədən ibarət mövcud bir mərtəbəli yaşayış evi, həyətdə sahəsi 16,6 kv. metr. anbar sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınmasının qərara alınması, həmçinin 2006-cı il tarixdən İddiaçı həmin fərdi yaşayış evinə qeydiyyata alınması İddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsinə dair qanuni əsaslarla hüququn yaranmasına səbəb olmamı şdır. Müəyyən olunduğu kimi, İddiaçı mübahisəli torpaq sahəsinə qanunsuz olaraq sahiblik etmiş və ev tikmişdir.Heç bir hüquqi əsas olmadan İddiaçı verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 378 saylı sərəncamı isə dövlət mülkiyyətində olmuş və dövlət tərəfindən də xx.xx.2011-ci il tarixdə (yəni Sərəncamdan beş il əvvəl) qanuni əsaslarla X5 Pazarlama Ltd şirkətinə satılmış və Daşınmaz Əmlakın Dövlət Reyestrində müəssissənin mülkiyyəti olmaqla xx.xx.2011-ci il tarixli ******* nömrəli dövlət reyestri ilə qeydə alınmış torpaq sahəsi barədə verilmişdir. Bununla belə, Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının hazırki tələb üzrə subyektiv hüquqa malik olmasına hüquqi qiymət verilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya məhkəməsi tər əfindən mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək üçün ekspertiza təyin olunmuş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 saylı sərəncamı ilə İddiaçı istifadəsinə ayrılmış 0,18 ha torpaq sahəsi tam ölçüdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair 23 iyun 2011-ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsi üst-üstə düşür. Sabunçu rayon Məhkəməsinin Qətnaməsində qeyd edilmişdir ki, “X5 Pazarlama” şirkətinin istifadəsində olan torpaq sahəsinin ölçüsü 2.4 ha olduğundan, Əmlak Komitəsi yalnız 2.4 ha torpaq sahəsi sata bilərdi və belə halda İddiaçı yaşadığı evin həyəty ani sahəsini plan-sxemlə əlavə edib Sabunçu rayon icra hakimiyyəti ilə razılaşdırılmaqla “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin tələbini pozmuşdur. Aşağıdakı səbəblərdən Kollegiya hesab edir ki, bu epizod üzrə məhkəmənin qəldiyi nəticə yalnışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1637 saylı sərəncamı ilə ilkin olaraq mübahisəli torpaq sahəsi “X10 Ürünləri Ltd” müəssisəsinə ayrılarkən, ayrılmış torpaq sahəsinin ölçüləri Qərarda göstərilməmişdir. Belə halda Torpaq Məcəlləsinə əsasən “X8 Pazarlama Ltd” şirkətinə istifadə üçün ayrılmış və faktiki istifadə olunan torpaq sahəsinin ölçüləri müəyyən edilməsi mümkün olmadığından aşağıdakı qanuni tələblər Əmlak Məsləri Üzrə Dövlət Komitəsi Tərəfindən yerinə yetirilmişdir. Kollegiya qeyd edir ki, göründüyü kimi, burada X5 Pazarlama Ltd şirkətinə əlavə hər hansı bir topaq sahəsi istifadəyə və ya icarayə verilmir və bunun üçün Əmlak məsələləri üzrə Dövlət Komitəsinin Bakı Şəhər icra hakimiyyətinə müraciət etməsinə heç bir qanunda tələb qoyulmamışdır. X4 İcra hakimiyyətinin əlaqələndirici və torpağın monitorinqi funksiyasını həyata keçirilməsi nəzərdə tutulur ki, faktiki istifadə olunan torpaq sahəsinin ölçüləri müəyyən edilir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətinə olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Yəni Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 378 saylı sərəncamı ilə İddiaçı istifadəsinə ayrılmış 0,18 ha torpaq sahəsi tam ölçüdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair 23 iyun 2011-ci il tarixli 3124 nömrəli müqavilə ilə Cavabdeh1nə satılmış torpaq sahəsi üst-üstə düşür. Həmçinin, müəyyən olunduğu kimi, İddiaçı mübahisəli torpaq sahəsinə qanunsuz olaraq sahiblik etmiş və ev tikmişdir. İddiaçı verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 378 saylı sərəncamı isə dövlət mülkiyyətində olmuş və dövlət tərəfindən də xx.xx.2011-ci il tarixdə (yəni bu Sərəncamdan beş il əvvəl) qanuni əsaslarla Cavabdeh1 şirkətinə satılmış və Daşınmaz Əmlakın Dövlət Reyestrində müəssissənin mülkiyyəti olmaqla 13 iyul 2011-ci il tarixli ******* nömrəli dövlət reyestri ilə qeydə alınmış torpaq sahəsi barədə verilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 373.2, 567, 568.1 və 646.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23 və 46-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasını (Mülki Məcəllənin 354.2-ci maddəsini) mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı Bakı şəhər İH-nə müraciəti (məlumatı) əsasında Bakı şəhər İH tər əfindən xx.xx.2015-ci il tarixdə inzibati icraat başlanılmış olsa da, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hazırkı iddianın əsasını təşkil edən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 3124 saylı torpağın alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırılmadığından, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin imzaladığı xx.xx.2019-cu il tarixli, 3i434/2019 saylı qərardadda göstərilən tövsiyyələri əsas tutmaqla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də hazırkı iddia tələbinə münasibətdə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyənləşdirilmiş etibarsız əqdlər üzrə müddətin axımı 2015-ci ildən deyil, xx.xx.2019-cu il tarixdən, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.201 9-cu il tarixli, 3i-434/2019 saylı qərardadının qəbul edildiyi tarixdən başlanır. Bundan əlavə, məhkəmə aktı qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə qəbul edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə apelyasiya şikayətinə dair təqdim etdiyim etirazda göstərilən xüsusatlara ümumiyyətlə münasibət bildirib hüququ qiymət verməmiş, eləcə də cavabdeh müəssisəyə Bakı şəhər İcra Hakimiyyətinin 19 dekabr 1996-cı il tarixli, 1637 saylı sərəncamında 2,5331 kv. metr torpaq sahəsinin ayrılmasının göstərilmədiyi, həmin sərəncamın ayrılmaz hissəsi olan 10004 nömrəli inşaat pasportu və 08 yanvar 1997-ci il tarixli, 97/10 nömrəli ayrıc aktına əsasən 2,4 ha torpaq sahəsinin ayrılması mübahisəsiz olduğu və cavabdeh müəssisəyə əl avə hər hansı torpaq sahəsinin ayrılması haqqında iş materillarında hər hansı sübutun olmadığı halda, nəyə əsasən torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli, 3124 nömrəli müqavilə ilə cavabdeh müəssisəyə 2,5331 kv metr torpaq sahəsinin satılmasını (ayrıc aktında torpaq sahəsinin ölçüsünün 2,4 ha göstərildiyi halda, alqı-satqı müqaviləsində torpaq sahəsinin nəyə əsasən 2,5331 kv metr göstərilməsi faktını) araşdırmamış, bununla da Mülki-Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Odur ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh1 (vəkil Ramil Məmmədzadə) kassasiya şika yətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər.

26. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhər İH-də çalışmış, bu səbəbdən də onun müraciəti əsasında Bakı şəhər İH məhkəmədə iddia qaldırmışdır. Lakin iddia tələbi təmin olunmamışdır. 5 il sonra iddiaçı şəxsən məhkəmədə iddia qaldırdığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsini tətbiq etmişdir. Bundan əlavə, iş üzrə məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilmiş və 1331 kv metr torpaq sahəsinin BŞİH-nin Sərəncamla ayrıldığı 2,4 ha torpaq sahəsinə aid hissədə yerləşdiyi bir daha təsdiq edilmişdir. Odur ki, məhkəmə Mülki Prosessual Mə cəllənin 372.1-ci maddəsinin tələblərini pozmamışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı barəsində qanunsuz tikinti və torpağın zəbt edilməsi barədə 3 may 2007-ci il tarixli Xüsusi qərardadın nəzərə alınaraq, demək olar ki, mübahisələndirilən qətnamənin düzgün olmaması, prosessual pozuntular barədə kassatorun fikri tam yanlışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

28. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

29. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə ə şyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

31. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

32. Maddə 46. 3-cü və 4-cü hissələr. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

33. Maddə 56. 1-ci hissə. Azərbaycan Respublikası nın torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

34. Maddə 60. 1-ci hissə. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı t ərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilərinə əsaən araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

44. İşdən görünür ki, İddiaçı iddia tələbləri “X10 və Ağac Ürünləri LTD” şirkəti ilə “Başkan Qida Sənaye və Pazarlama Anonim Şirkəti” arasında bağlanmış 07 dekabr 1999-cu il tarixli 01 nömrəli, “Başkan Qida Sənaye və Pazarlama Anonim Şirkəti” ilə “Aze Başkan Fındık Sənaye LTD“ şirkəti arasında bağlanmış 27 iyun 2000-ci il tarixli 09 nömrəli, “Aze Başkan Fındık Sənaye LTD“ şirkəti ilə Cavabdeh1 şirk əti arasında bağlanmış 26 aprel 2003-cü il tarixli alqı-satqı müqavilələrinin tamamilə, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2011-ci il tarixli, 3124 nömrəli alqı-satqı müqaviləsinin qismən 1331 kv metr hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən verilmiş 13 iyul 2011-ci il tarixli, ******* nömrəli reyestrdən çıxarışın qismən ləğv olunması barədədir.

45. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair 23 iyun 2011-ci il tarixli, 3124 nömrəli müqavilə qismən, 1331 kv metr torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adın a verilmiş 13 iyul 2011-ci il tarixli, ******* nömrəli (qeydiyyat nömrəsi **********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə qismən – sərəncamla ayrılmamış 1331 kv metr qət olunmuş torpaq sahəsinə aid hissədə ləğv edilməsi hissədə təmin olunmuş, digər şirkətlər arasında bağlanmış 07 dekabr 1999-cu il tarixli, 27 iyun 2000-ci il tarixli və 26 aprel 2003-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində rədd edilmşidir.

46. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verməmiş, Cavabdeh1 iddianın təmin olunması hissədən, yəni ƏMDK ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair müqavilənin 1331 kv metr torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş dövlət reyestr indən çıxarışın 1331 kv metr hiisədə ləğv olunması hissədən kassasiya şikayəti vermişdir. Hazırkı kassasiya baxışının predmeti yalnız cavabdeh şirkətə torpaq sahəsinin satılmasının və həmin alqı-satqı əsasında cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarışın qanuni və əsaslı olub-olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaətidir.

47. İşdən materiallarına görə iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında 2,5331 kv metr torpaq sahəsinin alqı-satqısına dair 23 iyun 2011-ci il tarixli, 3124 nömrəli müqaviləni və həmin müqaviləyə əsasən 1331 kv metr torpaq sahəsinə Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışı mübahisələndirir. Cavabdeh1nə ƏMDK tərəfindən satılmış 2,5331 kv metr torpaq sahəsi dövlət əmlakı olmuşdur, alqı-satqı müqaviləsinin mə zmumuna görə torpaq sahəsinin satılması dövlət əmlakının özəlləşdirilməsi qaydasında həyata keçirilmişdir, bunun üçün isə alqı-satqının əsasını təşkil edən səlahiyyətli dövlət orqanın qərarının olması şərtdir. İddiaçı torpaq sahəsinin alqı-satqısının etibarsızılığını irəli sürsə də, həmin alqı-satqının əsasını təşkil edən səlahiyyətli dövlət orqanın dövlət əmlakının özəlləşdiriliməsirnə dair qərarını mübahisələndirməmiş, işə baxan aşağı instansiya məhkəmələri isə bu məsələni diqqətdən qaçırmış, işin nəticəsi, iddia tələblərinə hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın olub-olmadığını müəyyən etməmişdir.

48. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bak ı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

49. Şərh edilnələrə əsasən kassasi ya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-101/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsin ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

50. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-101/2022 nömrəli mülki iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üəün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar