Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5381/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdehlərin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-855/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cav abdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 48 ay müddətinə, illik 20 faiz olmaqla, 126.227,00 ABŞ dolları məbləğində pul ayrılmışdır. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq, İddiaçı İKB ASC ilə ipoteka qoyan borc alan Cavabdeh1 arasında bağlanmış 14.10.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan özünə məxsus olan xxx küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzili kredit müqaviləsi üzrə özünün yaranmış öhdəliyinin təminatı kimi ipotekaya qoymuşdur. İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.10.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır.
2. İddiaçı İKB ASC-nin 05.07. 2019-cu il tarixli maliyyə aray ışından görünür ki, Cavabdeh1 14 oktyabr 2014-cü il tarixli müqavilə üzrə 05.07. 2019-cu il tarixə əsas məbləğ üzrə 116.980,15 ABŞ dolları, faiz borcu üzrə 86.241,65 ABŞ dolları, cərimə borcu üzrə 6757,9 ABŞ dolları, əldən çıxmış fayda üzrə 4273,75 ABŞ dolları olmaqla, ümumilikdə 209.979,7 ABŞ dolları borcu vardır. 3. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 08.01.2020-ci il tarixli rəylə müəyyən edilmişdir ki, xxx küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilin hazırkı bazar qiyməti 148.800,00 (yüz qırx səkkiz min səkkiz yüz) manat təşkil edir;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10.06.2020-ci il tarixl i 969 nömrəli rəyindən görünür ki, Cavabdeh1 oğlunun 14 oktyabr 2014-cü il tarixli, xxx nömrəli kredit müqaviləsi üzrə 03.10.2019-cu il tarixə əsas borc üzrə 117.129,11 ABŞ dolları, faiz borcu üzrə 75.04,97 ABŞ dolları borcu vardır. 5. 21.11.2019-cu il tarixli Azərbaycan Respublikasının Maliyyə bazarına nəzarət palatasının məktubunun məzmunundan görünür ki, Cavabdeh1 01.03.2019-cu il tarixinə 116.980,15 ABŞ dollarında əsas borcu vardır. Həmin məbləğ 10.000,00 ABŞ dollarından artıq olduğu üçün onunla İddiaçı İKB ASC arasında bağlanılmış 14.10.2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli 551 saylı Fərmanının təsiri altına d üşmür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 116.980,15 ABŞ dolları məbləğində əsas borcun, 69.344,27 ABŞ dolları məbləğində faiz borcunun və 6.757,9 ABŞ dolları məbləğində cərimə borcunun, eləcə də, kredit müqaviləsi üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumillikdə cəmi 197.356,07 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsümünün, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödəni lmiş 10 manat dövlət rüsümünün və 20 manat xidmət haqqının tutulması, həmin tutulmanın Cavabdeh1 məxsus olan xxxx küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilinin hərracdan satışdan sonra əldə olunan vəsaitin hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus xxxx küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilinə tutm yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və Banka təhvil verilməsi ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bağlanmış 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 20 faizlə 48 ay müddətinə 126.227,00 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki xxx küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzili 2014-cü ilin 14 oktyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bundan əlavə, Cavabdeh2 ilə 14 oktyabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış və 05 iyul 2019-cu il tarixədək Cavabdeh1 banka həmin kredit müqaviləsi üzrə 116.980.15 ABŞ dolları məbləğində əsas borcu, 69344.27 ABŞ dolları məbləğində faiz borcu və 6757.9 ABŞ dolları məbləğində cərimə borcu, borcun 14.10.2018-ci il tarixdən 05.07.2019-cu il tarixədək gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları olmaqla, cəmi 197.356,07 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda Reyestr orqanına da, ərizə göndərilmişdir. Ərizə həmin orqanda qeydə alınmışdır. Cavabdeh bildirişə heç bir məhəl qoymamış və borcunu ödəməkdən yayınmışdır.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(007)168/20 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia qismə n təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 116.980,15 ABŞ dolları məbləğində əsas borc, 69.344,27 ABŞ dolları məbləğində faiz borc və 2000,00 ABŞ dolları məbləğində cərimə borcu, eləcə də, kredit müqaviləsi üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumillikdə cəmi 192.598,17 ABŞ dolları məbləğində və 30 manat ödənilmiş dövlət rüsümunun əvəzi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsümu və 20 manat xidmət haqqının əvəzinin tutularaq İddiaçı İK B ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan xxx küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 148.800,00 manat müəyyən edilməsi, və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçi Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 oğlu tərəfindən boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 İddiaçı İKB ASC ilə bağladığı 14.10.2014-cü il tarixli kredi t müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Bundan əlavə Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı İKB ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 oğlu zaminliklə t əmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür.
11. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərdən 14 oktyabr 2014-cü il tarixli, xxx nömrəli kredit razılaşması üzrə 116.980,15 ABŞ dolları, faiz borcu üzrə 86.241,65 ABŞ dolları tələb edilsə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, sözügedən kredit üzrə Cavabdeh1 iddiaçı banka həmin müqavilə üzrə 117.129,11 ABŞ dolları kredit borcu, 75.04,97 faiz borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə ekspert rəyini mötəbər sübut növündə qəbul edərək borclulardan rəylə müəyyən edilmiş məbləğlərdə əsas və faiz borcunun tutulmasını məqsədə müvafiq hesab edir.
12. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab etmşdir ki, xxx saylı kredit razılaşması üzrə ekspertiza rəyi ilə əsas borc qismində 117.129,11 ABŞ dolları, faiz borcu qismində 75.043,97 ABŞ dolları borc müəyyən edilsə də, cavabdehdən əsas borc qismində iddia tələbi həcmində 116.980,15 ABŞ dolları və faiz borcu qismində iddia tələbi həcmində - 69.344,27 ABŞ dolları borc tutulmalıdır.
13. Bundan başqa borclu Cavabdeh1 ona məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı İKB ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 148. 800,00 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, hərrac yolu il ə satıldıqdan sonra mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır.
14. Həmçinin məhkəmə işin hallarını nəzərə alaraq, hesab etmişdir ki, 6-SMEGZ-10-2041-14 nömrəli kredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır.
15. Məhkəmə iddia tələbinin cavabdehlərin “mənzildən istifadə hüququnun itirilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, nə qədər ki, iddiaçı mənzilin mülkiyyətçisi kimi qeydə alınmamışdır, belə tələb irəli sürməsi üçün əsaslar yoxdur. Ona görə iddia həmin hissələrdə təmin edilməməlidir.
16. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” ilə bağlı hissəsinə münasibətdə isə qeyd etmişdir ki, t ərəflər arasında bağlanmış müqavilədə qeyd edilən hal nəzərdə tutulmamışdır. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borcun ümumi qaydada tutulması nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279, 295, 296.1, 442, 448.1, 445.7, 449.1, 449.2, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 47.4, 59.3.2-ci, Mülki Prossesual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-855/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), R.Həsənov və E.Kazımov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 250 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza M ərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2020-ci il tarixli, 9/5768 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 14 oktyabr 2018-ci il tarixinə iddiaçıya olan əsas kredit borcu 117 129,11 ABŞ dolları, faiz borcu 69366,46 ABŞ dolları, 14 oktyabr 2018-ci il tarixdən 05 iyul 2019-cu il tarixədək 5% ilə hesablanmış faiz borcu 4245,93 ABŞ dolları təşkil edir.
21. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə isə cavabdehdən iddia tələbi həcmində 116 980,15 ABŞ dolları məbləğində əsas borc, 69.344,27 ABŞ dolları məbləğində faiz borcu, 2000,00 ABŞ dolları məbləğində cərimə borcu, eləcə də kredit müqavilə si üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda tutulmuşdur ki, bu da ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcu məbləğindən azdır. Bu baxımdan birinci instansiya məhkəməsi borcun tutulmasını iddia tələbi həcmində təmin etməkdə haqlı olmuşdur və iddiaçı qətnaməni mübahisələndirmədiyindən hazırda ekspert rəyini əsas götürməklə borcun yenidən hesablanması cavabdehin mənafeyinə zidd olardı. 22. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 aprel 2021-ci il tarixli, 27 saylı hesabata əsasən xxx küçəsində yerləşən 24 saylı binanın 20 saylı mənzilinin likvid dəyəri 105 000 manat təşkil edir.
23. Birinci instansiya məhkəməsi müvafiq mütəxəssis rəyinə əsaslanaraq mənzilin ilkin satış qiymətinin 148.800,00 manat olması qənaətinə gəlmişdir. Qətnamə bu hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh isə qətnamənin həmin hissəsini ilkin satış qiymətinin aşağı göstərilməsi əsası ilə mübahisələndirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mənzilin ilkin satış qiymətini hazırkı mütəxəssis rəyindən daha artıq müəyyən etmişdir. Cavabdeh tərəf mənzilin dəyərinin 148.800,00 manatdan artıq olduğunu bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qətnaməni ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirmədiyindən, cavabdeh isə qətnaməni həmin hissədə ilkin satış qiymətinin aşağı olması əsası ilə mübahisələndirdiyindən hazırda ilkin satış qiymətinin ekspert rəyi ə sasında yenidən müəyyən olunması cavabdehin mənafeyinə uyğun deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 aprel 2021-ci il tarixli, 27 saylı hesabatı əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Cavabdehlərin vəkili izahat verərək kassa siya şikayətinin təmin edilməsini. apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
34. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)
35. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xid mətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
36. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
37. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
38. Öz h üquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
39. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
40. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmə tlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
41. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
42. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
43. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)
44. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısı nda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1)
45. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1)
46. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) “İpoteka haqqında” Qanun
47. Borclu əsas öhdəliyi icra etmədikd ə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)
48. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)
49. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)
50. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1).
51. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəs aitin qalan hissəsi ipoteka qoyana qaytarılır. (maddə 47.4) Mülki Prossesual Məcəllə
52. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
53. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
54. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
55. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 59. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 aprel 2021-ci il tarixli, 27 saylı hesabatının əsassız olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidi r. 60. “X1rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-855/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.