Məhkəmə qərarları › İş №2(102)-5382/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5382/2022

29.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5382/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, ipoteka predmetinə yönəltmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il tarixl i 2(103)-4528/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 26 faizlə, 24 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

2. İddiaçı ASC ilə Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 özünə məxsus ünvan ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh1 həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 25.000 manat kredit məbləğinin, ona hesablanmış faizlərin və digər ödənişlərin təminatı kimi ipoteka qoymuşdur.

3. İddiaçı ASC-nin 25 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 25 yanvar 2019-cu il tarixli müqavilə üzrə 25 fevral 2021-ci il tarixə əsas borc üzrə 14013.79 manat, faiz borcu üzrə 3236.84 manat olmaqla, cəmi 17250.63 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - Cavabdeh1 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc- 14013.79 (on dörd min on üç manat, yetmiş doqquz qəpik) manat, əsas b orca hesablanmış faiz borcu- 3236.84 (üç min iki yüz otuz altı manat, səksən dörd qəpik) manat olmaqla, cəmi- 17250.63 (on yeddi min iki yüz əlli manat, altmış üç qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 130 (bir yüz otuz) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi; - tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi; - ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi; - ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh3 ünvan ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edib, izahatında göstərmişdir ki, onun bankın iddia ərizəsində qeyd etdiyi məbləğdə borcu yoxdur, faizlər şişirdilmişdir. xx.xx.2020-ci il tarixi də daxil olmaqla ödəniş cədvəlində qeyd edilmiş formada ödənişləri etmişdir. Pandemiya dövrü olduğundan və oğlu 2 dəfə ürəyindən ağır əməliyyat olunduğundan ödənişləri edə bilməmişdir. Əvvəlki dövrdə isə ödənişləri vaxtında etmişdir.

7. Məhkəmənin 2(007)-1857/2020 nömrəli, 28 aprel 2020-ci il tarixli qərardadına əsasən “X1 Mərkəzi” MMC tərəfindən iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmiş, 23 avqust 2021-ci il tarixli 059 nömrəli hesabat aktı ilə ünvan ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı dövrə bazar qiymətinin 216300 manat, likvid dəyərinin isə 195000 manat olması müəyyən edilmişdir.

8. Məhkəmənin 2(007)-1857/2020 nömrəli, 20 sentyabr 2020-ci il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03 fevral 2022-ci il tarixli, 9/7847 saylı rəyi ilə müəyyən edilmişdir ki, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2021-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka 13948.07 manat əsas borcu, 3223.55 manat faiz borcu olmaqla, cəmi 17171.62 manat borcu vardır.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(007)102/2022 nömrəli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, Cavabdeh1 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 nömrəli kredit müqaviləsi üzrə 13948.07 manat əsas borc, 3223.55 manat faiz borcu olmaqla, cəmi 17171.62 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 130 manat xərcin, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, hərracda ilkin satış qiymətinin 195.000 (yüz doxsan beş min) manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cava bdeh2 verilməsi, ipoteka predmetinin hərracda satıldıqdan sonra Cavabdeh2 və Cavabdeh3 ünvan ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə əsas və faiz borclarının məbləğini ekspert rəyinə, ipoteka predmetinin ilkin satış qiymətini isə qiymətləndirmə hesabatına uyğun olaraq müəyyən etmişdir.

11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 279, 295, 296.1, 317, 319.1, 319.4, 385.1, 386.1, 421.2, 442, 448.1, 739.1, 739.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən – tutmanın bank qarşısında ipotekaya qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra Cavabdeh2 və Cavabdeh3 ünvan ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, borc artıqlaması ilə hesablanmışdır. Məhkəmə borcun ödənilməsinin pandemiya ilə əlaqədar mümkün olm amasını nəzərə almamışdır. Pandemiya ilə əlaqədar borcun ödənilməsi imkanının zəifləməsi cavabdehin risk dairəsinə daxil deyildir. Nəticədə cavabdeh həm şişirdilmiş borcu ödəməlidir, həm də yüksək bazar dəyəri olan daşınmaz əmlakı hərracla əlindən alınır.

14. Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsi Mülki kollegiyasının 2(103)4528/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, borc alan Cavabdeh1 bank qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmi ş pul öhdəliyi olması məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur. Qeyri-yaşayış sahəsi bank ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən həmin kreditin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Borc alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilmiş və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunmuşdur. Yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə. 1.0.9. İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

25. Maddə. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərk ən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayin ə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.

40. Borcun məbləği ilə bağlı məsələnin ətraflı araşdırılmamasına dair hallar işin faktiki halları ilə bağlıdır. Həmin h allar işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən həll edildiyindən zəruri sübutlar həmin məhkəmələrə təqdim edilməlidir.

41. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, ka ssasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Cavabdeh şikayətində analoji olaraq apellyasiya şikayətindəki dəlilləri sadalamışdır. Həmin dəlillər borcun məbləğinin düzgün hesablanmaması, bununla bağlı ekspert rəyinin düzgün tərtib edilməməsi, onun tərəfindən edilmiş ödənişlərin düzgün silinməməsi ilə bağlıdır.

43. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 3 fevral 2022-ci il tarixli, 9/7847 saylı rəyi ilə müəyyən edilmişdir ki, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2021-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka 13948.07 manat əsas borcu, 3223.55 manat faiz borcu olmaqla, cəmi 17171.62 manat borcu vardır.

44. Əvvəla, borcun məbləği ilə bağlı təkrar ekspertiza keçirilməsinə zərurətin yaranması dəlili əsaslı deyil. Borcun məbləğinin müəyyən edilməsi ilə əlaqədar məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və onun əsasında 1-ci instansiya məhkəməsi borcun məbləği ilə bağlı yekun nəticəyə gəlmişdir.

45. Təkrar ekspertizanın keçirilməsi əsasları qanunla müəyyən edilir (MPM-in 102.2.). Məhkəmələr iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut kimi dəyərlədirmişlər. Hər bir etiraz əsasında təkrar ekspertiza keçirilməsi MPM-in 102.2-ci maddəsinin dispozisiya şərtləri ilə əhatə olunmur. Cavabdeh ekspert rəyinin obyektivliyini şübhə altına alan sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməmişdir. Ona görə iş üzrə yenidən təkrar ekspertiza keçirilməsinə zərurət yaranması barədə dəlil əsaslı deyil.

46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (20-21&).

47. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət vermişdir. 48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və pro sessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)-4528/2022 saylı qətnaməsi kassasiya şikayətinə əsasən də yişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar