Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5383/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Sumqayıt şəhər İcra Şöbəsinə (üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Sumqayıt şəhər İcra Şöbəsinə (üçüncü şəxs "xxxx" BOKT Açıq Sə hmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2828/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02 avqust 2016-cı il tarixdə "xxxx" BOKT ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış və sonuncuya 48 ay müddətinə illik 28% dərəcəsi ilə 12 000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. 02 avqust 2016-cı il tarixdə kredit müqaviləsinin təminatı kimi İddiaçı özünə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evini "xxxx" BOKT ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsində ipoteka predmetinin qiyməti qiymətləndirici rəyi əsasında 30000 manat məbləğində müəyyən edilmişdir.
3. Göyçay Rayon Məhkəməsinin 2(046)-390/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 11572 ABŞ dolları 09 sent əsas, 1954 ABŞ dolları 48 sent faiz, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 13626 ABŞ dolları 57 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdeh İddiaçı tutulub İddiaçı "xxxx" BOKT ASC-nə ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191 G saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin s atış qiyməti 38.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; Əldə edilən vəsaitdən 13626 ABŞ dolları 57 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25 manat pulun iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi qət edilmişdir. Eyni zamanda qətnamənin mətnindən müəyyən olunur ki, İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etmişdir.
4. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və Sumqayıt şəhəri İcra İdarəsinin icra məmuru hərracın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra hərrac təşkilatı yazılacaq) 145/6 saylı, xx.xx.2019-cu il tarixli sifariş vermişdir.
5. Hərrac təşkilatçıs ı hərracın keçirilməsini xx.xx.2019-cu il tarixə təyin etmiş, bu barədə ipoteka qoyana və tələbkara xx.xx.2019-cu il tarixli bildiriş göndərilmiş, hərracın keçirilməsi barədə “Birja yenilikləri” qəzetində elan verilmişdir.
6. Həmin hərrac baş tutmadığına görə təkrar hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuş, bu barədə ipoteka qoyana və tələbkara xx.xx.2019-cu il tarixli bildiriş göndərilmiş, hərracın keçirilməsi barədə “Birja yenilikləri” qəzetində elan verilmişdir.
7. Təkrar hərrac baş tutmadığına görə hərrac təşkilatçısı xx.xx.2019-cu il tarixli məktub göndərərək, ipoteka predmetinin təkrar hərracda olan ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 24255 manat olmaqla qəbul etməyi ipoteka saxlayana təklif etmişdir. 8. 02 dekabr 2019-cu il tarixdə "xxxx" MMC i lə "xxxx" BOKT ASC arasında hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmış, sonuncu Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evini 0,03 ha torpaq sahəsi ilə birlikdə 24225 manata almışdır.
9. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evi xüsusi mülkiyyəti hüququ ilə tam payda "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə keçmiş və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə dövlət reyestrində qeydiyyat aparılmışdır.
10. Sumqayıt Şəhər Məhkəməsinin 2(046)-2100/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı əşyaları ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evindən çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkə məsində icraat
11. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Sumqayıt şəhər İcra Şöbəsinə qarşı hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evinin satılması ilə əlaqədar keçirilmiş hərracı və "xxxx" MMC tərəfindən həmin bağ evinin auksion vasitəsi ilə satılmasına dair keçirilmiş hərracın nəticələrinin, xx.xx.2019-cu il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı ona pula ehtiyacı olduğunu deməsi və kredit götürüləcəyi halda borcu tezliklə ödəyəcəyini vəd etməsi səbəbi ndən iddiaçı özünə məxsus evi ipoteka İlə yüklü edərək 12000 ABŞ dolları məbləğində pul götürülməsinə dair kredit müqaviləsi imzalamışdır. Həmin müqavilə üzrə aylıq kredit ödənişini iddiaçının tanışı ödəyirdi və iddiaçının bu hallarla bağlı məlumatı olmurdu. Müqavilədən 4 il keçmiş və iddiaçı hesab etmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilib və kredit borcu bağlanıb. İddiaçı Sumqayıt şəhər İcra Şöbəsinə dəvət olunmuş və orada icra məmuru iddiaçıya bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin qətnaməsi icra olunaraq iddiaçıya məxsus olan bağ evi hərracdan satılmışdır və iddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılmalıdır. İddiaçı bildirir ki, məhkəmə proseslərindən onun xəbərini olmamış, bildirişlər almamış, məhkəmə proseslərinə dəvət olunmamış və bunun nəticəsində Göyça y Rayon Məhkəməsinin qətnaməsini almamış və ümumiyyətlə həmin qətnamədən xəbəri olmamışdır. Daha sonra həmin qətnamə icraya yönəlmiş, və icra məmuru tərəfindən aparılan icra hərəkətlərindən, yəni bağ evinin hərraca çıxarılmasından və sonrakı proseslərin heç birindən iddiaçının məlumatı olmayıb. İcra məmuruna müraciət edərək iddiaçıya məxsus bağ evinin satılmasına dair müqavilə və hərrac protokolunun surətini istəsə də, sənədləri iddiaçıya təqdim edə bilmədiyini deyərək bildirmişdir ki, Sumqayıt şəhər İcra Şöbəsi iddiaçıya məxsus bağ evini açıq hərracdan satışa çıxarmış və sifarişçi kimi icranı "xxxx"nə tapşırmışdır. «Daşınar və daşınmaz əmlakın satışı üzrə Hərrac mərkəzi» isə iddiaçının iştirakını təmin etmədən, iddiaçının xəbəri olmadan bağ evinin qiymətləndirilməsini keçirmədən 60000 man at dəyərində olan bağ evini 38 000 manat qiyməti ilə hərraca çaxarmış, yəni cavabdeh həmin bağı düzgün qiymətləndirməmiş, bazar qiymətindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarmış, iddiaçının qiymətlənmədə və hərracda iştirakını təmin etməmişdir. Daha sonra, Hərrac mərkəzi, özəl bağ sahəsini və üzərində olan bağ evini dəyərindən qat-qat aşağı qiymətə "xxxx" BOKT-a satmışdır.
13. Üçüncü şəxs "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi Göyçay Rayon Məhkəməsinin qətnaməsində iddiaçının cavabdeh kimi izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirməsi ilə bağlı məlumat öz əksini tapmışdır. Eyni zamanda mübahisə edilən əmlak satılmamışdan əvvəl iddiaçı Azərbaycan Respublikası Prezident Administrasiyasına on a məxsus əmlakın satışa çıxarılması barədə teleqram vurmuşdur ki, bütün bunlar iddiaçının gedən proseslərdən xəbərdar olduğunu göstərir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(005)-3555/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verildiyi görünür. Bundan əlavə, iddiaçı girov qoyulmuş əmlakın qiymətləndirilməsi ilə narazı olduğunu bildirərək, hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, girov əmlakların hərraca çıxarılması üçün ilkin satış qiyməti məhkəmənin qətnaməsində öz əksini tapmışdır. Qətnamə icra edildiyi zaman isə əlavə qiymətləndirmə keçirilmədən, məhkəmə tərəfindən müəyyən edilmiş qiymətlə hərraca çıxarılmışdır. Məhkəmə iddiaçının dəlillərini və ümumilikdə iddianı əsassız hesab edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, Azərbaycan Respublikası Mülki Məcəllənin 415.1, 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 119.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını araşdırmamışdır. Cavabdeh "xxxx" MMC tərəfindən onun iştirakı təmin edilmədən, xəbəri olmadan bağ evinin qiymətləndirilməsini keçirmədən 60000 manat dəyərində olan bağ evini 38000 manat qiyməti ilə hərraca çıxarmışdır. Yəni cavabdeh təşkilat onun bağ evini düzgün qiymətləndirməmiş, bazar qiymətindən dəfələrlə aşağı qiymətə hərraca çıxarmış, onun qiymətləndirmə və hərracda iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əsassız sübutlara istinad edilmiş, guya onun məhkəmə bildirişlərini, hərracın keçirilməsi barədə bildirişləri alması qeyd edilmişdir. Lakin onun bu proseslərdən məlumatı olmamış, hərrac barədə ona heç bir məlumat verilməmişdir.
19. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2828/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin İddiaçı özünə aid olunması qət edilmişdir.
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Həmçinin Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş qətnamə ilə 38.000 manat müəyyən edilmiş, mənzil həmin qiymətlə hərraca çıxarılmış, lakin təkrar hərrac baş tutmadığından ipoteka saxlayan bağ evini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə, yəni 24225 manata əldə etmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 319.5, 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.3, 43.4, 43.5, 43.6, 43.7-ci, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarındakı hüquqi mövqelərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə kollegiyası onun faktiki yaşadığı ipoteka predmeti olan ünvana bildirişin verilməməsini nəzərə almamışdır. Nəticədə hərracın keçirilməsindən məlumatsız olmuş və ipoteka haqqında qanunun tələbləri təkrarən pozulmuşdur. Fiziki şəxsin adətən yaşadığı yer onun daimi yaşayış yeri sayılır. Məhkəmə proseslərindən onun xəbəri olmamış, bildirişləri almamış, məhkəmə proseslərinə dəvət olunmamış və bunun nəticəsində, bağ evinin hərraca çıxarılmasından və sonrakı proseslərin heç birindən məlumatı olmamışdır. Məhkəmə kollegiyası yalnız işdə olan cavabdeh tərəfin sənədlərinə əsaslanmış, onun tərəfindən irəli sürülmüş faktlara və dəlillərə hər hansı hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Mülki Məcəlləsi
25. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
26. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
27. Maddə 416.1 Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
28. Maddə 416.2. Hərracın etibarsız sayılması h ərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu
29. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 f aizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
30. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
31. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçiril ir.
32. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
33. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-8-ci paraqraflarında qeyd olunmuşdur. İddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlili ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqı nda” qanunun 42.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 416.1-ci maddəsində nəzərdə tutulmuşdur.
49. İşə baxmış məhkəmələr də işin hallarını həmin maddi hüquq normaları əsasında yoxlamış, iddianın təmin olunması üçün “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmələr müəyyən etmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Həmçinin Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş qətnamə ilə 38.000 manat müəyyən edilmiş, m ənzil həmin qiymətlə hərraca çıxarılmış, lakin təkrar hərrac baş tutmadığından ipoteka saxlayan bağ evini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə, yəni 24225 manata əldə etmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 30 lekabr 2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
51. İddiaçının məhkəmə iclasları barədə məlumatının olmaması barədə dəlili isə hərracın nəticələrinin etibarsız sayılması üçün Mülki Məcəllənin 416-cı maddəsində və “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara aid deyildir.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 319.5-ci maddəsinin, “İpoteka haqqında” Qanunun 43.4, 432.5 və 43.7-ci maddələrinin köhnə redaksiyada mətnlərini də qətnamədə qeyd etmişdir. Lakin məhkəmə kollegiyası iddianın maddi hüquqi əsasını təşkil edən mərkəzi normalar kimi “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi və Mülki Məcəllənin 416.1-ci maddələri çıxış etdiyinə görə, bu halı qətnamənin ləğvi üçün əsas hesab etmir.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2828/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.