Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5384/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzildən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh və onun vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4728/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiy a şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 26.01.2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsi ilə X5 ünvan 1 ünvanında yerləşən 18 kv.m olan mənzili tam mülkiyyət üzrə qardaşı İddiaçı bağışlamış, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.01.2020-ci il tarixli Çıxarış verilmişdir. Sabunçu Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(008)-1433/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh X4 qarşı mənzilə istifadə hüququnun tanınması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.09.2020-ci il tarixli, 2(103)-5968/2020 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən tə min edilmiş, Sabunçu Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(008)-1433/2020 saylı qətnaməsi ləğv edilərək yenidən iddiaçı Cavabdeh X4 qarşı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13-cü mənzilindən (bundan sonra – mübahisəli mənzil) çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qardaşı X3 məsləhəti ilə Bakıda ev almaq qərarına gəlmiş, alacaqları evin dəyərinin yarısını o, yarı hissəsini də qardaşının ödəcəyi barədə razılaşmışlar. 2005-ci ilin təqribən avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ev taparaq evin qiymətini 45000000 manata (AZM) ev satanla razılaşmışlar. Razılaşmadan 4 gün sonra alacaqları evin yarı pulunu yəni 22500000 manatını iddiaçı qardaşına vermiş, yerdə qalan 22500000 (iyirmi iki milyon beş yüz manat) pulu isə qardaşı Kərimov Rəfail vermişdir. Bakıdan ev almağı qardaşı ona məsləhət bildiyi üçün, satın alınan evin də öz adına sənədləşdirilməsinə razılıq vermişdir. Şərtləri isə belə olmuşdur ki, e vin alınmasına verilmiş pul qaytarılarsa, ev həmin şəxsin olacaq. Qardaşı pulunu qaytarmağa imkanı olmadığı üçün ona demişdir ki, nə vaxt lazım olsa evi onun adına keçirər. Bu baxımdan 26.01.2020-ci il tarixdə bağışlama müqaviləsi ilə qardaşı Rəfail evi iddiaçının adına sənədləşdirmişdir. Bağışlanma müqaviləsindən əvvəl qardaşı oğlu, onun arvadı və uşaqları hal-hazırda mülkiyyətində olan evdə yaşayırdılar. Qardaşı oğlu Məhəmməd evdən çıxmiş, lakin cavabdeh evi boşaltmır və çıxmır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmədiklərini cavabdehin əlavə tikilidə yaşadığını və həmin tikilinin iddiaçıya aidiyyətinin olmadığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) 2(008) -679/20 nömrəli iş üzə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin mülkiyyətçisi iddiaçıdır. Cavabdehin isə həmin evə istifadə hüququ yoxdur. Cavabdeh qeyd olunan mənzilə istifadə hüquqlarının tanınması barədə tələblə məhkəməyə müraciət etmiş və onun bu tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Vətəndaşın sosial müdafiəs i və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisəli mənzilə hər hansı bir hüququ olmadan zəbt etmiş və həmin mənzilin mülkiyyətçisi olan iddiaçının xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaratdığından iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, iddiaçının mənzil üzərində mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün mübahisəli mənzil cavabdehin qanun suz sahibliyindən geri alınmalı və cavabdeh həmin həmin mənzildən çıxarılmalı, iddiaçı isə həmin mənzilə köçürülməlidir. Məhkəmə cavabdehin iddiaçıya məxsus olmayan evdə yaşaması dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbində məhz iddiaçının mülkiyyətində olan, qanunla ona məxsus olan (çıxarışa əsasən) mənzildən çıxarılma və köçürülmə tələbi qoyulduğuna görə iddianın təmin edilməsi də həmin mənzilə aiddir. Cavabdehin həmçinin qeyd olunan evdən başqa hər hansısa tikiliyə köçürülməsi və sair tələbi ilə bağlı iddiaya ayrıca iddia tələbi çərçivəsində baxıla bilər. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 218.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının mülkiyyətində olan mənzildə deyil, dövlət reyestrində qeydiyyata alınmamış, vaxtilə öz valideynləri tərəfindən hazırda iddiaçının mülkiyyətinə keçən mənzilin divarına bitişik inşa edilmiş özbaşına tikilidə azyaşlı uşaqları ilə yaşayır. İddiaçının mülkiyyətinə keçən 18 kv.m-lik ərazidən isə yol kimi istifadə edir. Elə bu faktın özü iddiaçının öz mülkiyyətində olmayan əraziyə heç bir subyektiv hüququ olmadığı halda iddialı olması və birinci instansiya məhkəməsinin bunu görməzlikdən gəlməsi aşkar qəbul edilmiş qətnamənin qanunsuz olduğunu təsdiq edir. Apelyasiya inst ansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) 2(103)-4728/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlili birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərkən də irəli sürmüş, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya məxsus olmayan evdə yaşaması dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia tələbində məhz iddiaçının mülkiyyətində olan, qanunla ona məxsus olan (çıxarışa əsasən) mənzildən çıxar ılma və köçürülmə tələbi qoyulduğuna görə iddianın təmin edilməsi də həmin mənzilə aiddir. Cavabdehin həmçinin qeyd olunan evdən başqa hər hansısa tikiliyə köçürülməsi və sair tələbi ilə bağlı iddiaya ayrıca iddia tələbi çərçivəsində baxıla bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı dəlillərini əsassız saymış və qeyd etmişdir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Cavabdeh (V əkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli evin ətrafında özbaşına tikililər vardır. Həmin tikililərin birinə də o, gəlin köçmüş, cehiz əmlakı ora gətirilmiş və o, uzun illərdir ki, orada yaşayır. Yəni o, yaşadığı otaq qayınatasının xüsusi mülkiyyətinə aid deyil və qayınatası tərəfindən qardaşı Malikə bağışlanmamışdır. Yaşadığı ev özbaşına tikilidir. Həmin evin nə qayınatasının xüsusi mülkiyyətinə nə də onun qardaşı Malikin xüsusi mülkiyyətinə heç bir aidiyyəti yoxdur. Bu fakt 19.03.2020-ci il tarixində keçirilmiş Azərbaycan Respubli kasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin məhkəmə tikinti texniki ekspertizasının rəyində də öz təsdiqini tapmışdır. Belə ki, ekspertin rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfındən Akif Mustafayev küçəsinin 6 saylı evin 13 saylı mənzilinə dair 14.04.2005-ci il tarixli Texniki pasportun məlumatları ilə yaşayış evinin faktiki vəziyyəti, tikililərin sahələri, ölçüləri və tikililərin təyinatları fərqli olduğunu nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsinin 6 saylı binada yerləşən hazırda faktiki olaraq Cavabdeh istifadəsində olan yaşayış sahəsi iddiaçının mülkiyyətində olan 13 saylı mənzil ilə eynilik təşkil etmir. Göründüyü kimi işdə ziddiyyətlər olduğu halda nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi mübahisəli yerə baxış keçirib həqiqətənmi onun iddiaçının evində yaşayıb-yaşamadığını və ya özbaşına tikilidə yaşayıb-yaşamadığını araşdırmamışdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, mülkiyyətində olan mənzilin 18 kv.m başqa qalan hissəsi özbaşına tikilidir və o həmin öz başına tikilidə yaşayır və 18 kv.m sahədən isə yol kimi istifadə edir. Bununla bağlı qeyd etmək lazımdır ki, mübahisəli mənzil 32.34 kv.m-dir. Onun 18 kv.m yaşayış sah əsi, 14.34 kv.m sahəsi yardımçı sahədir, yəni hamam sanitar qovşağı, mətbəx və koridordan ibarətdir. Həmin mənzil 1939-cu ildə tikilmişdir. Cavabdehin atası həmin ünvanda heç bir tikili aparmamışdır və yenə həmin ünvanda heç bir qanunsuz, özbaşına tikili yoxdur. Bundan başqa cavabdeh məhkəməyə ekspertiza rəyi təqdim etmiş, həmin ekspert rəyində qeyd olunmuşdur ki, mənzilin 2005-ci ildə verilmiş texniki pasportunda qeyd olunan vəziyyəti indiki vəziyyəti ilə üst-üstə düşmür. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkan ıdır. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər d avam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cavabdeh iddiaçıya məxsus mübahisəli mənzildə deyil, həmin ünvanda yerləşən özbaşına tikilidə yaşadığını bildirir. Məhkəmə kollegiyası qeyd e dir ki, iddiaçının hazırkı tələbi mübahisəli mənzillə bağlıdır. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. İşə baxan məhkəmələr məhz iddiaçıya məxsus olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını və iddiaçının həmin mənzilə köçürülməsini məsələsini həll etmişdir. Belə ki, iddiaçının mülkiyyət hüququ yalnız mənzilə dair texniki pasportda göstərilən tikililərə şamil olunur. Mülkiyyət hüququnun obyekti olan daşınmaz əmlakın texniki göstəriciləri (əmlakın hansı tikililərdən ibarət olması, həmin tikililərin ölçüləri və s. ) texniki pasportla müəyyən edilir. Odur ki, iddiaçının iddiası əsasında cavabdeh onun mülkiyyətində olan mənzilin texniki pasportunda göstərilən tikililərdən çıxarılır. Əgər həqiqətən də cavabdeh iddiaçıya məxsus mübahisəli mənzildə deyil, başqa tikilidə yaşayırsa bu zaman hazırkı iş üzrə qəbul edilmiş qətnamələr cavabdehin heç bir mənafeyinə toxunmur və kassasiya şikayətində qeyd edilən hallar qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4728/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.