Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5385/2021 04.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlundan, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1 və Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-988/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarının və qərara əlavə edilmiş cizginin surətindən görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqına dair aktın surətindən görünür ki, İddiaçı Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı əsasında ona ayrılmış Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsi üçün 672 manat haqq ödəmişdir. Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 25 oktyabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarına əsasən İddiaçı Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadə etdiyi fərdi yaşayış evinin tikintisi üçün 300m2 ( hər m2 üçün 2 manat 24 qəpik, cəmi 672 manat ödəməklə) torpaq sahəsi ayrılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2020-ci il tarixli, 10/88 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış ev inin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi ilə hazırki iş üzrə Cavabdeh istifadəsində olan hasarlanmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc 75,68 manat, məhkəmə ekspertiza tədqiqatının dəyəri isə 50 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Xocəsən Bələdiyyənin 10 dekabr 2007-ci il tarixli qərarı ilə Xocəsən Bələdiyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş, göstərilən ölçü və ünvana uyğun olaraq cizgi təqdim edilmişdir. Torpağın satış qiymətinə uyğun məbləğ bələdiyyə büdcəsinə ödənilmişdir. Bu günə qədər Xocasən Bələdiyyəsinə torpaq vergisi ödənilir, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 17 sentyabr 2019-cu il məktubundan görünür ki, sözügedən torpaq sahəsinin ayrılması Dövlət Arxivinin Bakı filialında mövcuddur. Torpaq sahəsinin bir hissəsi hasara alınmış, maddi imkan olmadığından tikinti işləri aparılmamışdır. 2019-cu il tarixdə, müəyyən işlərin görülməsi ilə əlaqədar torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsində razılıq olmadan iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililər inşa etmiş, yarı qalmış hasarı tamamlayaraq torpağı zəbt etmişdir. Cavabdeh cizgi-planı üzrə koordinatları və sərhədləri naturada təyin edilmiş 3 sot torpaq sahəsinə giriş-çıxış yollarını bağlamış, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən çıxmır və qanunsuz tikilini sökmür. Qeyd edilən hal ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət olunmuş, araşdırılma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh torpaq sahəsini mülkiyyətçinin razılığı olmadan ələ keçirib özbaşına tutmuş, həmin torpaq sahəsində qanunsuz tikinti işləri apararaq onun torpaq üzərində sahiblik, istifadə, mülkiyyət hüququnu pozmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli, iş № 2(001)-1975/2020) İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 75,68 (yetmiş beş manat, altmış səkkiz qəpik) məbləğində vəsaitin İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi ("xxxx" ASC-nin Xətai filialı, filialın kodu 200071, vöen **********, SWİFT kod AİİBA Z2X, müxbir hesab AZ37NABZ********************, benefisiarın adı Kadastr və Yerqur Layiha TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, Vöen **********), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi sahəsinin y erləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olduğu iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materialları ilə müəyyən olnur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan sənayə təyinatlı torpaq kateqoriyasına aiddir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin tələbi torpaq sahəsinin mülkiyyətçisi və ya ona qanuni əsaslarla sahiblik edən şəxs irəli sürə bilər, iddiaçının isə belə subyektiv hüququ mövcud deyil. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-988/2021) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1975/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ape lyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, mübahisəsi gedən sahənin iddiaçının mülkiyyətinə verildiyi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təq dim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub- pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apelyasiya şikayətinin təmin olunması mümkün deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiy a şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-988/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmələr tərəfindən iş həll edilərkən proessual və maddi hüquq normalarının tələbi pozulmuşdur. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə ona Xocəsən bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikntisi üçün 300 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş, göstərilən ölçü və ünvana uyğun olaraq cizgi təqdim edilmişdir. Torağın satış qiymətinə uyğun məbləği bələdiyyə büdcəsinə ödəmişdir. Torpaq sahəsinin ona ayrılmasına dair sənədin surəti Dövlət Arxivində mövcuddur. Məhkəməyə yenidən ekspertiza keçirilməsi xahiş olunmuş olsa da vəsatəti təmin olunmamışdır. Cavabdeh göstərir ki, mübahisəli torpaq sahəsini X2 2014-cü il tarixdə hasarlanmış və darvaza ilə birlikdə 3500 manata almış, lakin buna dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərin uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası Cavabdeh izahatını dinləməmişdir Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə müb ahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin şəxsin şikayətində göstərilənlərə münasibətdə tam yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin t əkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka ( əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar müba hisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunm uş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasə n hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv ed ib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırır ki, «.. kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir.» Lakin işin araşdırılmış halları onu təsdiq edir ki, apelyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbi ilə bağlı subyektiv hüququnun olub-olm amasının araşdırılması istiqamətində, iddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibətdə heç bir prosessual imkanlardan istifadə etməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert rəyində isə göstərilir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşüb-düşməməsini müəyyən etmək mümkün olmaması qeyd edilmişdir. Ekspert öz növbəsində Əmlak Məsələləri Dövlət Xidməti y anında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etmişdir. Lakin hər iki rəylə müəyyən olunur ki, torpaq sahəsinin əlavəsi olan sənədlə torpaq sahəsinin yerləşmə yeri hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyi üçün rəy verilməsi mümkünsüz olmuşdur. İddiaçı isə apelyasiya şikayətində və eyni zamanda kassasiya şikayətində təhqiqatın tam aparılmaması səbəbindən yenidən ekspertizanın təyin olunmasına israr etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, torpaq sahəsinin iddiaçıya ayırmış müvafiq bələdiyyədən torpaq sahələrinin ayrılma koordinatlarının əldə edilməsi zəruri olmuşdur. Qeyd edilməlidir ki, hazırkı mübahisə müvafiq bələdiyyə qərarlarına əsaslanaraq torpaq sahəsinə sahiblik və istifadə hüquqları əldə etdiklərini iddia ed ən iddiaçı və cavabdeh arasında yaranmışdır. Belə olan halda işin düzgün və hərtərəfli həll edilməsini şərtləndirən amil məhz hər iki tərəfə torpaq sahəsinin ayrılmasına əsas olan sənədi verən Bələdiyyənin işə cəlb edilməsi mütləq və zəruri olmuşdur. Bütün bunlar isə baxılan iş üzrə iddiaçı tərəfin iddiasında və cavabdeh tərəfin etirazında istinad etdiyi dəlillərin araşdırılmaması və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş və mübahisə faktiki olaraq həll edilməmiş qoyulmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiy i nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən torpaq sahəsinin yerləşmə yeri, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlərinə uyğun yerləşibyerləşməməsi, cavabdehin faktiki istifadə üçün imkanlarının olub-olmaması, bu halların araşdırılması üçün müvafiq bələdiyyənin işə cəlb edilərək torpaq sahəsinin yerdə quruluşunu müəyyən edən sənədləri əldə edərək, yenidən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin məsələsini müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-988/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5385/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5385/2021
04.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver