Məhkəmə qərarları › İş №2(102)-5394/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5394/2020

23.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5394/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, qanunsuz tikilinin sökülməsi, sübutetmə, subyektiv hüquq) Cəfərov Araz Əhməd oğlunun katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)706/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi, mühəndisi və sahə nəzarətçisi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli aktda göstərilmişdir ki, “əraziyə baxış zamanı ünvan 1küçəsi (ünvan 1) 170 “K” saylı ünvanda yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan tikinti işləri aşkar olundu. ünvan 1küçəsi (ünvan 1) 170 “K” saylı ünvan MKİS-də olan sənədlərə əsasən Cavabdeh istifadəsində olan bir mərtəbəli, həyət tipli, özəlləşdirilmiş özbaşına tikili kimi yaşayış evidir. Yerində yoxlama zamanı məlum oldu ki, həmin ünvanda Cavabdeh tərəfindən yaşadığı mənzilin dam hissəsində qeyri-qanuni olaraq tikinti işləri aparır.” 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 15 saylı xəbərdarlıq məktubunda sonuncudan aparmış olduğu qeyriqanuni tikintini bir gün müddətində söküb əvvəlki vəziyyətə gətirməsi göstərişi verilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 2 ünvanında yaşayan X3 ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 03/Bİ/387 saylı məktubunun surətindən görünür ki, ünvan 1 küçəsi 170 ünvanındakı evinin divarının üzərində qeyriqanuni 2-ci mərtəbə inşa edilməsi nəticəsində hava axınının və günəş şüalarının qarşısının kəsilməsindən narazılığını bildirən X2 Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə ünvanlanmış xx.xx.2019-cu il daxilol ma tarixli müraciətinə baxılmış, yerində baxış zamanı müəyyən edilmişdir ki, əvvəllər özbaşına inşa edilmiş tikililərin yerləşdiyi ərazidə, ünvan 1 170 ünvanında, X1 yaşadığı evlə qonşu evin arasındakı hasarın üzərində, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə, eləcə də tikinti norma və qaydalarına zidd olaraq 70 kv.m.-dən artıq sahədə əlavə 2-ci mərtəbənin qeyri-qanuni tikintisi aparılmış və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstərişlərin verilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Nəsimi Rayon Mənzil-Kommunal Təs ərrüfatı Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 küçəsi, 170K ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa etdiyi qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ünvan 1 küçəsi 170k saylı ünvanda heç bir müvafiq icazə sənədləri olmadan mənzilinin üst hissəsində qanunsuz tikinti işləri aparılmışdır. Həmin əraziyə xidmət göstərən 59 saylı MKİS tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir ki, apardığı qeyri-qanuni tikilini söküb əvvəlki vəziyyətinə qaytarsın. Lakin cavabdeh bu işləri yerinə yetirməkdən imtina etmişdir. Ona görə də bu barədə xx xxxx 2019-cu il tarixli akt t ərtib olunmuşdur. Cavabdehin özbaşına heç bir müvafiq icazə sənədi olmadan apardığı tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının” tələblərinə ziddir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)4905/2019 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia təmin edilmiş, Cavabdeh ünvan 1 saylı ünvanda inşa etdiyi qanunsuz tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi və həmin ərazinin cavabdeh in vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin xx xxxxxx 2001-ci il tarixli Sərəncamına istinad edərək hesab etmişdir ki, həmin MKTB, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən hazırki iddia tələblərini irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, ünvan 1 saylı ünvanda inşa edilmiş tikinti özbaşına tikili və dəyişiklikdir, ona görə də iddia tələbləri haqlı sayılmaqla təmin edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-4905/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)706/2020 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Hüseynin sədrliyi və məruzəsi ilə, İ.Ə.Kərimlidən və H.H.Əhmədovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-4905/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən Cavabdeh inşa etdiyi əlavə tikilinin şəhərsalma və tikinti normalarının tələblərinə uyğun inşa edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, xx xxxxx 2020-ci il tarixdə məhkəmə ekspertizasının aparılmasınd an imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. Apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nəsimi Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 03/Bİ/387 saylı məktubuna istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-706/2020 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəf həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrində əlavə tikilinin, həqiqətən də qanunsuz olub-olmaması, şəhərsalma və tikinti normalarına uyğun olun-olmaması və buna müvafiq olaraq üçüncü şəxs X1 evini havasız və işıqsız qoyub-qoymamasının aydınlaşdırılması məqsədi ilə ekspertizanın təyin edilməsi ilə bağlı vəsatət vermişdir. İş üzrə tikinti-texniki ekspertizasının təyin edilməsinə baxmayaraq, xx xxxxx 2020-ci i l tarixdə ekspertizanın aparılmasından imtina daxil olmuş və məhkəmə təkrar ekspertiza təyin etməmişdir. Həmçinin məhkəmə iclasında əlavə olaraq tikintisi həyata keçirilən obyektin 12 metri aşmadığı, şəhərin estetik görünüşünə heç bir xələl gətirmədiyi və üçüncü şəxs X3 məxsus evlə arasında bir maşının keçə biləcəyi kifayət qədər yer olduğu bildirilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaları na baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh, habelə vəkilləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia məhkəmələr tərəfindən tam təmin edildiyindən və cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var dır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitammı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə h üququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydaları nı ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; 92.4.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçi nin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətb iqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.10-cu maddəsinə əsasən həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2 -ci maddəsinin birinci cümləsində, 95.3cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndi nə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kasasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxla nılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb ed ir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi həmin məsələyə hüquqi qiymət verərkən Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin xx xxxxxx 2001-ci il tarixli Sərəncamına istinad etmişdir. Halbuki, qeyd olunan Sərəncam özbaşına tikilinin sökülməsi üçün məhkəməyə müraciət etməyə subyektiv hüququ müəyyən edən normativ akt kimi qiymətləndirilə bilməz. Digər tərəfdən iddiada bilavasitə qe yd olunmasa da, işin mahiyyətindən müəyyən olunur ki, iddiaçı hazırki tələbi üçüncü şəxs X1 şikayətinə əsasən irəli sürmüşdür. Lakin cavabdehin apardığı tikinti işlərinin üçüncü şəxsin hüquq və mənafelərinə toxunduğu qəbul edilsə də, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin bununla bağlı iddia irəli sürmək hüququna malik olub-olması məsələsinə məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmənin qənaətinə görə özbaşına olması iddia olunan tikilinin sökülməsi ilə bağlı iddianı irəli sürmək hüququ yalnız həmin tikilinin inşası nəticəsində hüquq və mənafeləri pozulan şəxsə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquq olsa da belə, işə mahiyyəti üzrə baxan məhkəmələr iddia olunan tikilinin özbaşına tikili olması, mövcud şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olub-olmaması məsələlərini ətraflı araşdırmamışlar. Belə ki, həmin məsələ xüsusi bilik tələb etməklə, müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə müəyyən oluna bilər. Lakin birinci instansiyası məhkəməsi araşdırma apararkən belə ekspertiza təyin etməmiş və iddiaçının əməkdaşlarının tərtib etdiyi aktı əsas götürərək, cavabdeh tərəfindən inşa edilmiş tikintinin özb aşına tikili və dəyişiklik olması qənaətinə gəlmişdir. Halbuki, həmin aktda “ünvan 1küçəsi (ünvan 1) 170 “K” saylı ünvan MKİS-də olan sənədlərə əsasən Cavabdeh istifadəsində olan bir mərtəbəli, həyət tipli, özəlləşdirilmiş özbaşına tikili kimi yaşayış evi” olması qeyd olunmaqla, ziddiyyətli məlumatlar əks olunmuş və həmin sənəd iddianın təmini üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən isə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertin xx xxxx 2020-ci il tarixli Məlumatı ilə mübahisəli tikiliyə aid olan texniki sənədlərin təqdim olunmaması əsası ilə iş materialları ekspertiza keçirilmədən geri qaytarılmışdır. Bundan sonra cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə mübahisələndirilən ünvana dair texniki pasport təqd im olunsa da, apelyasiya instansiyası məhkəməsi ekspertizanın keçirilməsinə dair qərardadının icrasını təmin etməmiş, üçüncü şəxsin məhkəməyə təqdim etdiyi, ekspert rəyini əvəz etməyən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 2 ünvanında yaşayan X3 ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 03/Bİ/387 saylı məktubunun kserosurətinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarına əsasən cavabdehin nümayəndəsi apelyasiya məhkəməsinin sonuncu iclasında iş üzrə ekspertiza keçirilməsinin təmin edilməsi ilə bağlı vəsatət vermiş, məhkəmə vəsatəti təmin etməsə də, mövqeyini Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsi nin ikinci cümləsinə uyğun olaraq əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrin hazırki tələbi göstərilən qaydada araşdırması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə yanaşı, eyni zamanda mülkiyyət hüququnun pozulmasını da ehtimal edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tə ləblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olubolmamasını araşdırmalı, prosessual qənaət prinsipini əsas götürməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin təmin edilməsi məsələsini həll etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)706/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar