Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5396/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1680/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 12 dekabr 2019-cu il tarixli əmrindən görünür ki, 31 dekabr-Yeni il və Dünya Azərbaycanlıların həmrəlik günümünasibətilə Cavabdeh1 rəhbər, inzibatı idarə və müəllim kolektivinə büdcədənkənar vəsait hesabına maddi yardım verilsin.
2. Kollecin müəllimi İddiaçı 65 illik yubileyi münasibətilə 300 manat məbləğində mükafat verilsin, tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılsın. 12 dekabr 2019-cu il tarixli Cavabdeh1ndə tərtib olunmuş aktdan görünür ki, Cavabdeh1 tədris işləri üzrə direktor müavini Həlimə Musayeva, Həmkarlar Təşkilatının sədri Lətafət Məmmədova, YAP-ın sədri Şamama Məmmədova, kadrlar üzrə mütəxəssis Adilə İsmayılova və kollecin pedaqoji şurasının katibi Aygün Ağasıyevanın iş tirakı ilə tərtib edirik həmin aktı ondan ötrü ki, kollecin çalışmanın yaş həddinə çatmış müəllimi İddiaçı müddətli əmək müqaviləsini imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh1 direktoru Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 12.12.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 12.12.2019-cu il tarixdən 15.07.2020-ci il tarixədək 8 ay müddətinə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh1 25.06.2020-ci il tarixli 34 saylı əmrdən çıxarışdan görünür ki, 2019/2020 tədris ili başa çatdığı üçün “Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Təhsil nazirinin 15.07.2011 -ci il tarixli 1404 saylı əmrinə uyğun çalışmanın müddətləri başa çatmış Cavabdeh1ndə çalışan İddiaçı 2020-ci iş ili üzrə 56 təqvim günü məzuniyyət hesablanmaqla əmək müqaviləsinə xitam verilsin. Cavabdeh1 İddiaçı ünvanlanmış 20 iyul 2020-ci il tarixli bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məclləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icransını təmin etmək məqsədilə Təhsil nazirinin 15.07.2011-ci il tarixli 1404 saylı əmrinə uyğun olaraq çalışma müddətinin yaş həddində olduğunuz üçün Cavabdeh1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Cavabdeh1 İddiaçı ünvanlanmış 29 sentyabr 2020-ci il tarixli bildirişindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinin tələblərinə uyğun olaraq Kollecin 12.12.2019-cu il tarixli 100 saylı əmri ilə həmkarlar təşkilatının qərarına əsasən 65 illik y ubileyiniz münasibəti ilə 300 (üç yüz) manat mükafat verilmiş, tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanmışdır. Tədris ili başa çatdığı üçün 25.06.2020-ci il tarixli 34 saylı əmrlə işdən azad olunaraq müddətli əmək müqaviləsinə xitam verilmişdir və bu barədə 20.07.2020-ci il tarixli məktubla Sizə xəbərdarlıq göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 qarşı “işə bərpa və maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə 05 oktyabr 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək əvvəlki iş yeri olan Cavabdeh1ndə müəllim vəzifəsinə bərpa edilməsi, onu qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün 15 sentyabr 2020-ci il tarixdən başl ayaraq işə bərpa olduğu günə qədər olan orta əmək haqqının Cavabdeh1 direktoru Cavabdeh2 tutularaq xeyrinə ödənilməsi, mənimsənilmiş 9476 manat Cavabdeh2 tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2004-cü ildən Cavabdeh1ndə müəllim işləyirdi. İxtisasca iqtisadçı-mühasibdir. 25 iyul 2020-ci ildə aldığı 902 saylı 20 iyul 2020-ci il tarixli məktubda “Təhsil nazirinin 15.07.2011-ci il tarixli 1404 saylı əmrinə uyğun olaraq çalışma müddətinin yaş həddində olduğu üçün Cavabdeh1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilir cümləsi yazılmış, kollecin direktorunun vəzifəsi, adı, soyadı, imzası əvəzinə isə sadəcə “Direktorluq” sözü qeyd olunmuşdur. 30.07.2020-ci ildə ona göndərilmiş 25.06.2020-ci il tarixli 34 saylı əmrd ən çıxarışda da direktorun adı, soyadı və imzası yox idi. Xəbərdarlıq xarakterli məktubla direktorun imzası olmayan "əmr"dən çıxarış məktubu arasındakı fərq bir aydır. Direktorun imzası ilə olan əmri və əmək kitabçasını almamışdır. Lakin 29.09.2020-ci il 938 saylı kollecin direktorunun məktubunu aldıqda Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə ("İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır") uyğunluq görməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci bəndində işəgötürən tərəfindən məzuniyyətdə olduğu vaxt işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Təhsil nazirinin 15.07.2011-ci il 1404 saylı əmrinin 6.2-ci bəndində də 79-cu maddənin bu müddəasına əməl olunmuşdur. Yəni, müəllimlər məzuniyyətdən qayıtdıqdan sonra onların əmək müqvilələrinin ləğv olunması tədbirləri həyata keçirilir. Yəqin ki, direktor Cavabdeh2 yeni işçilər götürmək üçün çox tələsib. Kollecin direktorunun adı, soyadı, imzası olmayan məktubların göndərilməsində onun Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsaslanmaq istəyi dayanıb (bu onun 29.09.2020-ci il 938 saylı məktubunda üzə çıxdı). Yəni, 1 ay vaxt ötsün və məhkəməyə şikayət etmək mümkün olmasın. Çünki, kollecdə əmək müqavilələrinin ləğv edilməsinin sənədləşdirilməsi düzgün aparılmayıb, Əmək Məcəlləsinin 84-cü maddəsinin müddəalarına əməl olunmayıb. Təhsil nazirinin 15.07.2011-ci.il 1404 saylı əmri isə 65 yaşdan yuxarı müəllimlərin öz fəaliyyətlərini tənzim lənməsi üçün verilən əmrdir, birbaşa əmək müqaviləsini ləğv etmək üçün deyildir. Düzgün aparılmayıb, əməl olunmayıb sözlərimə qarşı direktorun cavabı belə oldu: “Nə olsun ki, sənədlər düzgün tərtib olunmayıb, əsas odur ki, sizi işdən çıxartmışam”. Əmək Məcəlləsinin Kommentariyasının 84-cü maddəsinin 2-ci bəndində yazılıb: "Şərh olunan maddənin 2-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə (sərəncamda, qərarda) bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar qeyd olunmalıdır. Əks halda əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qərar çıxarıla bilər". 15 iyul 2020-ci ildən 10 sentyabr 2020-ci ilədək məzuniyyətdə olmuşdur. Qeyd edir ki, ölkə Prezidentinin "mən işəgötürənlərə göstəriş vermişəm ki, pandemiya dövründə heç bir işçi işdən çıxarılmasın" sözlərini əhalinin əksəriyyəti əzbər bilir. Bu ildən qərara alındı ki, Azərbaycanın orta məktəblərində çalışan 65 yaşdan yuxarı müəllimlər təqaüdə göndərilsinlər. Bu ali və orta ixtisas təhsili müəssisələrinə aid deyildir. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqı ödənişlərinin məbləği təhsilverənlərin maaşlarına mükafat kimi əlavə edilir. Cavabdeh1ndə 130 civarında təhsilverənin çalışdığını və orta hesabla 600 təhsilalanın 600 manatdan təhsil haqqı ödədiyini nəzərə alsaq hər təhsilverənə ildə ən azı 600x600=2769 manat mükafat düşdüyünü hesablamış olarıq. İldə bu məbləğin 400 manatını ancaq alırdı. Qalan 2369 manatını kollec in direktoru Cavabdeh2 öz istədiyi kimi xərcləyirdi. Dörd il ərzində kollecin direktoru onun 4x2369=9476 manat mükafatını mənimsəyib. "Nə olsun ki, sənədlər düzgün tərtib olunmayıb, əsas odur ki, sizi işdən çıxartmışam" deməklə qanunun aliliyinə hörmət etməyən, Prezidentin göstərişlərini yerinə yetirməyən kollec direktoruna ondan mənimsədiyi pulları niyə bağışlamalıdır? Odur ki, onun əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək əvvəlki iş yeri olan Cavabdeh1ndə müəllim vəzifəsinə bərpa edilməsi, onu qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün 15 sentyabr 2020-ci il tarixdən başlayaraq işə bərpa olduğu günə qədər olan orta əmək haqqının Cavabdeh1ndən tutularaq xeyrinə ödənilməsi, mənimsənilmiş 9476 manat Cavabdeh2 tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılm asını məhkəmədən xahiş etdi. Şamaxı Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2(046)-949/2020) İddiaçı Cavabdeh1nə qarşı “işə bərpa və maddi zərərin ödənilməsi tələbinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 direktoru Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 12.12.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən müqavilədə göstərilən 8 ay müddət qurtardığı vaxtdan, iddiaçının 25.06.2020-ci il tarixli 34 saylı əmr ilə 2019/2020 tədris ili başa çatdığı üçün “Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Təhsil nazirinin 15.07.2011 -ci il tarixli 1404 saylı əmrinə uyğun çalışmanın müddətləri başa çatmış Cavabdeh1ndə çalışan İddiaçı 2020-ci iş ili üzrə 56 təqvim günü məzuniyyət hesablanmaqla əmək müqaviləsinə xitam verilmişdir. Tərəflərin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi 30.07.2020-ci il tarixdən etibarən 1 təqvim ayı ərzində mövcud sübutlarla məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı hazırkı tələblə 05 oktyabr 2020-ci il tarixdə müraciət etməklə iddia müddətini keçirmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə (sədrliyi və məruzəsi ilə), hakimlər L.Məmmədova və T.Quliyev, iş № 2(105)-1680/2021) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin iş üzrə 11 noyabr 2020 -ci il tarixli 2(074)-949/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli 2(105)-1680/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlillə ri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 375.2-ci maddəsinə əsasənməhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək k itabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməs i barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil ed ilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istin ad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsi nə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətində istinad olunan dəlillərlə eyni və mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1680/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.