Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5398/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2(103)2338/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş 2(005)-53/2018) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əsas borcun, ödənilməmiş faizl ərin və dəbbə borcunun alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iddiaçının xeyrinə 57.719,17 ABŞ dolları əsas, 10.466,41 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə, 841,21 ABŞ dolları əldən çıxmış fayda formasında vurulmuş zərər, cəmi 71.026,79 ABŞ dollarının, bildiriş qeydə alınması üçün ödənilmiş 30 manat, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması, borcun Cavabdeh1 məxsus N ünvanında yerləşən, dəyəri 172.590 manat müəyyən edilmiş, tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250.000 manat müəyyən edilməklə Cavabdeh3 məxsus N küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilərə k açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, dəbbə puluna aid hissədə dəyişdirilərək, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunun məbləği 200 ABŞ dolları müəyyən edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ilə Cavabdeh1 arasında 12.12.2014-cü il tarixli kredit müqavilələrinə əsasən Bank tərəfindən Cavabdeh1 ayrı-ayrılıqda illik 30 faizlə, 120 ay müddətinə 35.000 ABŞ dolları, illik 17 faizlə 30 ay müddətinə 23.000 ABŞ dolları və illik 17 faizlə 30 ay müddətinə 87.000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi 12.12.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh3 məxsus N küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Eyni tarixli girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus N ünvanında yerləşən, dəyəri 172.590 manat müəyyən edilmiş, tərkibi müxtəlif çeşidli mətbəx əşyaları girov qoyulmuşdur. 2017-ci ilin yanvar ayında İddiaçı iddia əriz əsi və daha sonra iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən 12.12.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən bankın xeyrinə cəmi 159.428,26 ABŞ dolları borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək əldən çıxmış faydaya görə ondan 841,21 ABŞ dollarının tutulmasının qanunsuz olmasını əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər işin baxılma vaxtı və yeri ba rədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi yalnız əldən çıxm ış faydanın tutulmasına dair hissədə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. İş materiallarından görünür ki, bankın iddia tələbi əsas kredit borcunun, faiz borcunun, cərimə borcunun, əldən çıxmış faydanın tutulması və həm də tutmanın ipoteka predmetinə yönəldilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (445.1.) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclu dur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (445.7.) Qanunun göstərilən norması əldən çıxmış faydaya görə cavabdehdən 841,21 ABŞ dolları məbləğində pulun tutulmasına imkan verdiyindən məhkəmə kollegiyası iddianı həmin hissədə əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv
Məhkəmə qərarları › İş №2(102)-5398/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5398/2019
01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver