Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5398/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Amid Əbülfəz oğlunun, Cavabdeh vəkili Vəkil iştirakları ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1788/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(007)95/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim M.Q.Sadıqov) iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış 06.08.2014-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 27.021,74 ABŞ dollarının, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.397,04 ABŞ dollarının, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 50 ABŞ dollarının (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın və “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq banka ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, artıq qala biləcək məbləğin cavabdehə qaytarılması, mənzilin məcburi qaydada boşaldılması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun cavabdehə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1788/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməs i ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2018-ci il tarixli qətnaməsinin apelyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilməsi, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında 06.08.2014-cü il tarixdə bağlanmış 129909-CNS-7618 №-li “Girovlu istehlak kredit müqaviləsi” üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.205 (üç min iki yüz beş) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, müəyyən edilmişdir ki, hazırki iş ü zrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2018-ci il tarixli qətnamənin qalan hissəsi, yəni «“Girovlu istehlak kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 27.021 (iyirmi yeddi min iyirmi bir) ABŞ dolları 74 (yetmiş dörd) sent, cərimə borcunun ödənilməsi məqsədilə 50 (əlli) ABŞ dolları, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat və “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Bakı şəhəri, **-ci mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 100.000 (yüz min) manat müəyyən edilməsi, mənzilin satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin banka olan borcunun ödənilməsi, artıq qala biləcək məbləğin Cavabdeh ödənilməsi, satıldığı halda mənzilin məcburi qaydada boşaldılması, ekspertiza tədqiqatının xərcinin Cavabdeh aid edilməsi və bu məqsədlə ondan 50 (əlli) manat məbləğində pulun dövlət nəfinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi» barədə hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə kredit borcu üzrə cəmi 30.276 (otuz min iki yüz yetmiş altı) ABŞ dolları 96 (doxsan altı) sent (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul tutulmalıdır. İşin halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddianın həcminin azaldılması barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 06.08.2014-cü il tarixdə bağlanmış 129909-CNS-7618 №-li “Girovlu istehlak kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 27.021,74 ABŞ dollarının, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.397,04 ABŞ dollarının, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 414,71 ABŞ dollarının, cəmi isə 30.833,49 ABŞ dollarının (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, “ Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmetinə - cavabdehə məxsus olan və Bakı şəhəri, **-ci mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 68.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına banka olan kredit borcunun ödənilməsi, ipoteka predmeti olan əmlakın məcburi qaydada boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə cavabdeh arasında bağlanmış 06.08.2014-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsinə” əsasən bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 25 faiz dərəcəsi ilə, 36 ay müddətinə 42.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında göstərilən müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 19.02.2016-cı il tarixli 01 saylı “Razılaşma” bağlanaraq müqavilə üzrə 19.02.2016 il tarixə olan borc məbləği kapitallaşdırılmış və 28.450 ABŞ dolları məbləğində müəyyənləşdirilərək borcun illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarılması razılaşdırılmışdır. Cavabdeh “Girovlu istehlak krediti müqaviləsindən” irəli gələn öhdəliklərinin təminatı məqsədi ilə mülkiyyətində olan mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla bank arasında 06.08.2014-cü il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmışdır. Buna baxmayaraq cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmə miş, krediti və ona hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə cavabdehlərin banka 04.11.2016-cı il tarixə 27.021,74 ABŞ dolları məbləğində əsas, 3.397,04 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməklə cavabdehə cərimə tətbiq etmişdir ki, ödənişin gecikdirilməsinə görə yaranan cərimə borcunun məbləği 414,71 ABŞ dolları təşkil edir. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün 30 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. İş üz rə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası tutulmalı olan borc məbləğini daha yüksək məbləğdə müəyyən etmiş, faiz borcu Mülki Məcəllənin 741-ci maddəsinə əsasən düzgün müəyyən edilməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin fakt iki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Amid Əbülfəz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Vəkil, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Amid Əbülfəz oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan bank ilə cavabdeh arasında bağlanmış 06.08.2014-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsindən” gö rünür ki, bu müqaviləyə əsasən bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 42.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan bank ilə cavabdeh arasında bağlanmış “Girovlu istehlak krediti müqaviləsinə” dəyişiklik və əlavələr edilməsi barədə 01 №-li 19.02.2016-cı il tarixli “Razılaşmadan” görünür ki, bu “Razılamaya” əsasən kredit alan cavabdehin banka 19.02.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 28.450 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan bank tərəfindən təqdim edilmiş “Arayışdan” görünür ki, cavabdehin banka 29.08.2018-ci il tarixə olan əsas borcu 27.021,74 ABŞ dolları, faiz borcu 414,71 ABŞ dolları, cərimə 414,71 ABŞ dolları təşkil edir. İşin materiallarından görünür ki, cavabdeh id diaçı bank qarşısında “Kommersiya krediti müqaviləsi” üzrə üzərinə öhdəlik götürsə də, bu öhdəliyi icra etməmiş, krediti və ona hesablanmış faizləri Banka ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddia ərizəsi ilə tutulması tələb olunan faiz borcunun məbləği düzgün hesablanmamış və bu hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş rəydə öz əksini tapmışdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi faiz borcun u bankın tələb etdiyi məbləğdə cavabdeh tərəfdən tutmuşdur. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 02.02.2017-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Bank tərəfindən tələb olunan kredit borcunun, o cümlədən də faiz borcunun düzgün hesablanıb-hesablanmadığına dair ekspert qarşısında sual qoymuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 22.07.2017-ci il tarixli, 5339 nömrəli ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, 06.08.201 4-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsinin” və 19.02.2016-cı il tarixli “Razılaşmanın” şərtləri nəzərə alınmaqla, 19.07.2016-cı il tarixə cavabdehin banka olan faiz borcu 3.205,22 ABŞ dolları təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış “Girovlu istehlak krediti müqaviləsi” üzrə bank tərəfindən tələb olunan faiz borcu bu sahədə xüsusi biliyə malik olan ekspertin rəyinə görə 3.205,22 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi rəyi nəzərə almamış, faiz borcunu bankın tələb etdiyi həcmdə - 3.397,04 ABŞ dolları məbləğində təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş ekspert rəyinin doğruluğuna şübhə ilə yanaşmadığından (belə ki, bu halın əksini, yəni tələb olunan borc məbləğinin daha a z olduğunu təsdiq edən mötəbər sübut, ən azından adi riyazı hesablama iddiaçı bank tərəfindən məhkəmələrə təqdim olunmamışdır) hesab etmişdir ki, rəy mötəbərdir və qətnamə cavabdehin banka olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və bu məbləğ rəyə uyğun şəkildə 3.205,22 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448-ci maddəsinin tələbinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir, cavabdehin apelyasiya şikayətinin dəlili bu hissədə əsaslıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən tutulmalı olan borc məb ləğinin daha yüksək məbləğdə müəyyən edildiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 741-ci maddəsinə əsasən faiz borcunun düzgün müəyyən edilməməsinə dair kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, həmin maddədə faiz borcunun necə hesablanması deyil, nə vaxt ödənilməsi təsbit olunmuşdur. Bundan əlavə Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən “Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər”. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də ka ssasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1788/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5398/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5398/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver