Məhkəmə qərarları › İş №2(102)-5400/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5400/2021

18.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5400/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz istifadədən geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-229/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı alqı-satqı müqaviləsinə əsasən X kəndi ərazisindən 1,05 ha pay torpaq sahəsi satın almış, aldığı torpaq sahəsinin mülkiyyət hüququna dair onun adına 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Eləcə də, onunla qonşuluqda Cavabdeh1 xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bundan başqa, həmin ərazidə cavabdehlərdən Cavabdeh2 və 4 nəfər ailə üzv lərinin paylı olaraq mülkiyyətlərində 0,23 ha həyətyanı torpaq sahəsi və Cavabdeh3 və 4 nəfər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərində 0,25 ha həyətyanı torpaq sahəsi vardır. İş üzrə tərəflərin torpaq sahələrinə dair hüquqları dövlət qeydiyyatına alınmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (mütəxəssis rəyini Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİnin mütəxəssisi vermişdir) 11 oktyabr 2019-cu il tarixli rəyindən məlum olur ki, 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus X kəndi ərazisində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi n aturada yerində mövcud deyildir. Onun naturada istifadə etdiyi torpaq sahəsi ilə sənəddə göstərilən torpaq sahəsinin kordinatları arasında kəskin fərq var.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ("xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən) 20 aprel 2020-ci il tarixli, 32007 saylı rəyindən görünür ki, 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən İddiaçı məxsus olan, X kəndi ərazisində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində göstərilən cizgilər daxilində naturada mövcuddu r. Həmin rəyə əsasən iddiaçıya aid, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 23.04.2018-ci il tarixli, xxx nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən otuzdurulmuşdur. Eyni zamanda İddiaçı mülkiyyətinə aid 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 torpaq sahələri tam olaraq üst-üstə düşdüyündən onların sənədlərində qeyd olunan ölçü daxilində iddiaçının torpaq sahəsinin cavabdehlər t ərəfindən istifadə edildiyi müəyyən edilmişdir.

4. Məhkəmə Ekspertizası Mərkəzinin ("xxxx" MMC-nin 05 noyabr 2020-ci il tarixli, 07 saylı mütəxəssis rəyinə əsasən tərtib edilib) 29 dekabr 2020-ci il tarixli, 10/2707 saylı rəyindən görünür ki, işdə olan 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə aid, Xaçmaz rayonunun Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçü sənədi torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş əraziyə uyğun işlənmədiyindən bu sənəddə qeyd edilmiş torpaq sahəsi öz yerindən kənarda yerləşir. Lakin torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarının bölgü layihəsinə əsasən həmin RX ******* nömrəli çıxarışın işlənməsinə əsas olmuş 69 nömrəli pay torpağının yerləşmə yerinə uyğundur. 23 may 2018-ci il tarixli, RX ******* qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 mülkiyyətinə aid Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçü sənədi torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş əraziyə uyğun işlənmədiyindən bu sənəddə qeyd edilmiş torpaq sahəsi öz yerindən kənarda yerləşir. Lakin torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarının bölgü layihəsinə əsasən həmin RX ******* nömrəli çıxarışın işlənməsinə əsas olmuş 69 nömrəli pay torpağının yerləşmə yerinə uyğundur. xxx seriyalı, xxx kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsas ən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin kəndin ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin yeri ərazinin yerquruluşu planına əsasən dəqiqləşdirilərkən məlum oldu ki, həmin xəritədə JN-117G seriyalı həyətyanı sahə cəmi 0,05 ha qeyd olunmuşdur. Cavabdeh2 istifadəsində olan yerdə qalan 0,18 ha torpaq sahəsi həmin yerquruluşu planında 227 BB seriya ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeydə alınmışdır. Həmin 0,05 ha torpaq sahəsi öz yerindədir. JN-053B seriyalı, 30205028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin kəndin ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin yeri ərazinin yerquruluşu planına əsasən dəqiqləşdirilərkən məlum oldu ki, həmin xəritədə JN-053B s eriyalı həyətyanı sahə mübahisələndirilən hissədə yoxdur. Cavabdeh3 istifadəsində olan torpaq sahəsi həmin yerquruluşu planında 236 BB seriya ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeydə alınmışdır. Bu səbəbdən də JN-053B seriyalı şəhadətnaməyə əsasən 0,25 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmadı. İddiaçı mülkiyyətinə aid 1,05 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər hansı birinin torpaq sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. İddiaçı mülkiyyətinə aid 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh2 tərəfindən 950 kv.metr və Cavabdeh3 tərəfindən 1500 kv.metr hissədə istifadə edilir

5. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02 mart 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 v ə ailə üzvlərinin adına olan xxx saylı, xxx kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında 0,05 ha qeyd olunmuşdur. Bundan əlavə, X1 və ailə üzvlərinin adına olan 0,25 ha torpaq sahəsinə verilmiş JN-053B saylı, 30205028 kodlu torpağın mülkiyyətə vüerilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi aşkar edilməmiş və həmin şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmişdir. Qeyd edilmişdir ki, xxxx saylı, xxx kodlu və xxx saylı, xxx kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin veri lməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 aprel 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyəti olan, X kəndi ərazisində yerləşən 1,05 ha torpaq sahəsinin 0,30 ha hissəsinin cavabdehlərin qanunsuz istifadələrindən alınaraq istifadəsinə qaytarılması və 1,05 ha torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənəddə göstərilən plan və cizgilər daxilində tamlığının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinə əsasən xxx kəndi ərazisindən 1,05 ha pay torpaq sahəsini satın almış, aldığı torpaq sahəsinin mülkiyyət hüququna dair onun adına 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun həmkəndliləri, həm də onun torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin istifadəçiləridirlər. Cavabdehlər hazırda onun mülkiyyətinə verilmiş 1,05 ha torpaq sahəsinin 0,30 ha hissəsini tutaraq özlərinin olduğunu iddia edirlər və öz torpaq sahələrinə qatmaqla qanunsuz olaraq istifadə edir lər. Dəfələrlə cavabdehlərdən torpaq sahəsini boşaltmalarını tələb etsə də, cavabdehlər torpaq sahəsini geri qaytarmaqdan imtina edirlər və iddia edirlər ki, onun tələb etdiyi torpaq sahəsi guya onlara aid ərazidir. Cavabdehlərin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur.

8. Xaçmaz Rayon Məhkəməsinin (hakim X.Quliyev) 20 may 2020-ci il tarixli, 2(067)51/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 24 aprel 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə aid X kəndi ərazisində yerləşən 1,05 ha pay torpaq sahəsinin 0,30 ha hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz istifadələrindən alınaraq İddiaçı istifadəsinə qaytarılmaqla iddiaçının mülkiyyətinə aid 1,05 ha torpaq sahəsinin tamlığı həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətinə aid pay torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur.

10. Məhkəmə tədqiqatı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus torpaq sahəsini hər hansı ölçüdə tutmadıqlarını, torpaq sahələrindən həmin torpaq sahələrinin mülkiyyət sənədlərində olan cizgilər daxilində istifadə etdiklərini göstərsələr də öz etirazlərının əsası kimi istinad etdikləri halları sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməm işlər və həmin hallar aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır.

11. Lakin aparılmış məhkəmə araşdırması zamanı mütəxəssis və ekspert rəyləri ilə cavabdehlərdən Cavabdeh1 İddiaçı məxsus 1,05 ha pay torpaq sahəsini hər hansı ölçüdə tutmadığı və iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir..

12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən edilsə də iddiaçı tələbində mülkiyyətinə aid 1,05 ha pay torpaq sahəsinin 0,30 ha hissəsinin cavabdehlərin qanunsuz istifadələrindən alınaraq öz istifadəsinə qaytarılmaqla 1,05 ha torpaq sahəsinin həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində olan plan və cizg ilər daxilində bərpa edilməsini xahiş etdiyindən məhkəmə hesab edir ki, iddia tələbinə verilmiş tələb üzrə- 0,30 ha torpaq sahəsinə münasibətdə hüquqi qiymət verilməklə qətnamə çıxarılmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4, 146.2, 152.1, 152.5, 157.2, 178.1, Mülki Prossesual Məcəllənin 117, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-229/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(067)- 51/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməməsi, apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 verilməsi, mübahisə üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 100 manat (50+50) pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin etsə də, qətnamənin nəticə hissəsində iddianın təmin edilməyən hissəsinin nədən ibarət olduğunu göstərməmiş, prosessual pozuntuya yol vermişdir.

17. Bundan başqa İddiaçı özünə məxsus torpaq sahəsinə dair 24 apre l 2018-ci il tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Lakin iş materiallarından görünür ki, bu reyestrdəki qeydiyyat və onun əlavəsi olan torpaq sahəsinin planı və ölçüsündəki kordinatlarla, əmin qeydiyyatın aparılması üçün əsas olmuş 69 saylı pay torpaq sahəsinə dair dövlət aktındakı kordinatlar arasında uyğunsuzluq vardır. Belə ki, işdəki mütəxəssis və onların əsasında verilmiş ekspert rəylərindən görünür ki, 24 aprel 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə aid, X kəndi ərazisində yerləşən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçü sənədi torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş əraziyə uyğun işlənmədiyindən bu sənəddə qeyd edilmiş torpaq sahəsi öz yerindən kənarda yerləşir. Lakin torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarının bölgü layihəsinə əsasən həmin RX ******* nömrəli çıxarışın işlənməsinə əsas olmuş 69 nömrəli pay torpağının yerləşmə yerinə uyğundur. Başqa sözlə, qeyd olunan ekspert rəyinə əsasən iddiaçının hazırda mövcud hüquqmüəyyənedici sənədləri ilə faktiki torpaq sahəsinin kordinatları arasında uyğunsuzluq vardır.

18. Qeyd olunan rəydən məlum olur ki, iş üzrə Cavabdeh1 mülkiyyətinə aid Hacıəhmədoba kəndi ərazisində yerləşən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçü sənədi də torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verilmiş əra ziyə uyğun işlənmədiyindən bu sənəddə qeyd edilmiş torpaq sahəsi öz yerindən kənarda yerləşir.

19. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, torpaq islahatı aparılan zaman vətəndaşlara verilmiş pay torpaqlarına dair Dövlət aktları əsasında mülki-hüquqi əqdlər bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən tərtib olunan plan və ölçülərin kordinatları ilə ilkin torpaq ayırma sənədlərinin kordinatları arasındakı uyğunsuzluq tez-tez təkrarlanan və məhkəmə mübahisələrinə səbəb olan hallara çevrilmişdir.

20. Məhz bu səbəbdən də “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı ilə (2.5-ci bəndi) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. ki, torpaq islahatı aparılan zaman vətəndaşlara ver ilmiş pay torpaqlarına dair Dövlət aktları əsasında mülki-hüquqi əqdlər bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən tərtib olunan plan və ölçülərin kordinatları ilə ilkin torpaq ayırma sənədlərinin kordinatları arasındakı uyğunsuzluq tez-tez təkrarlanan və məhkəmə mübahisələrinə səbəb olan hallara çevrilmişdir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparıl ması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

22. Məhkəmə kol legiyası hesab etmişdir ki, yuxarıda qeyd olunan səbəblərdən iddiaçının hazırda mövcud hüquqmüəyyənedici sənədlərə istinad edib cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun 0,30 ha torpaq sahəsini zəbt etmələrini iddia etməsi əsassızdır. Eləcə də, Cavabdeh1 izahatından, həmçinin ekspert rəyindən göründüyü kimi o, qətnamədən şikayət verməsə də, onun da torpaq sahəsinin yeri sürüşdürülmüş, daha doğrusu hüquqmüəyyənedici sənədlərdəki kordinatlarla faktiki vəziyyət arasında uyğunsuzluq vardır.

23. Digər tərəfdən, ekspert rəyinə görə xxx seriyalı, xxx kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin kəndin ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin yeri ərazinin yerquruluşu planına əsasən dəqiqləşdirilərkən məlum ol ub ki, həmin xəritədə xxx seriyalı həyətyanı sahə cəmi 0,05 ha qeyd olunmuşdur. Cavabdeh2 istifadəsində olan yerdə qalan 0,18 ha torpaq sahəsi həmin yerquruluşu planında xxx seriya ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeydə alınmışdır. Həmin 0,05 ha torpaq sahəsi öz yerindədir. xxx seriyalı, xxx kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin kəndin ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin yeri ərazinin yerquruluşu planına əsasən dəqiqləşdirilərkən məlum olub ki, həmin xəritədə xxx seriyalı həyətyanı sahə mübahisələndirilən hissədə yoxdur. Cavabdeh3 istifadəsində olan torpaq sahəsi həmin yerquruluşu planında xxx seriya ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeydə alınmışdır. Bu səbəbdən də xxx seriyalı şəhadətnaməyə əsasən 0,25 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır.

24. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə bütün tərəflərin istifadə etdikləri torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərində göstərilmiş kordinatlar ilə faktiki vəziyyəti arasında müəyən uyğunsuzluq vardır.

25. Yekun olaraq məhkəmə kollegiyası hesab etmişdir ki, AR MPM-in 77.1-ci maddəsinə əsasən sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı ona məxsus 1,05 ha torpaq sahəsinin 0,30 ha hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə dair də məhkəməyə əsaslı şübhələrdən kənar heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir.

26. İddiaçının 1,05 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən müdaxi lə olması hissəsində iş üzrə mütəxəssis və onun təkrarlayan ekspert rəylərinə məhkəmə kollegiyası tənqidi yanaşır. Belə ki, daha öncə qeyd olunduğu kimi iddiaçının torpaq sahəsinin hazırda qüvvədə olan hüquqmüəyyənedici sənədindəki kordinatlarla həmin sənədin verilməsi üçün əsas olmuş sənəddəki kordinatlar arasında uyğunsuzluq vardır. Məhkəmə baxışı zamanı dindirilmiş rəy vermiş mütəxəssis X də bildirdi ki, yalnız ilkin torpaqayırma sənədi əsas götürüldüyü təqdirdə müdaxilə faktı vardır. Hazırda qüvvədə olan və iddiaçıya tələb hüququ verən plan və ölçüyə əsasən isə zəbt faktı inkar olunur.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı yuxarıda qeyd edilmiş normalara əsasən ona məxus 1,05 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 24 aprel 2018-ci il tarixli qeydiyyat və onun tərkib hissəsi olan Torpaq sahəsinin planı və ölçüsündəki texniki uyğunzuluqların aradan qaldırılması və mülkiyyətində olan torpaq sahəsinə dair daha əvvəlki ilkin torpaq ayırma sənədlərindəki koordinatlar nəzərə alınmaqla torpaq sahəsinin yeni planı və ölçüsünün tərtib edilməsilə bağlı müvafiq quruma müraciət etməlidir və yalnız yeni hüquq müəyyənedici sənədi əldə etdikdən sonra, bu torpaq sahəsinin zəbt edilib-edilməməsilə bağlı hər hansı iddia qaldıra bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdehlər kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini. apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

32. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir

33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

34. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

35. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

38. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (maddə 152.1)

39. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2) Mülki Prossesual Məcəllə

40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

41. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir. (maddə 77.1)

42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

43. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş ma terialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-229/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar