Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5408/2022 14.10.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) xx.xx.2022-ci il Bakı şəhəri. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-577/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinitinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİM: İddiaçı (vəkil X1) kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-577/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırki işdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin olması müəyyən edilmir. İş materillarında olan qətnamə 2(103)-577/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixlidir. Mülki Prosessual Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1.3-cü maddəsinə əsasən şikayət olunan məhkəmə aktını qəbul etmiş məhk əmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti kassasiya şikayətində göstərilməlidir. 407.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətinə şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şə xs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdi r. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, qeyri-mümkün hesab olunmalı, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 408.1.3 və 407.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-577/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil X1) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5408/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5408/2022
14.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver