Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5417/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, dəbbə pulunun azaldılması.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-393/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2015-ci il tarixli, 1-G1-1-0-624-15 nömrəli kredit müqaviləsi ilə kreditor borcluya illik 25% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 19000 ABŞ dolları məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 30.07.2015-ci il tarixli, ipoteka müqaviləsinə əsasən kredit m üqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş, ipotekanın yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 30.07.2015-ci il tarixli, 1-G1-1-0-624-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə ilə ilk ödəniş tarixi 30.08.2015-ci il son ödəniş tarixi isə 30.07.2018-ci il tarixidir. Aylıq ödəniş 755,44 ABŞ dolları, son ay üçün isə 755,28 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 19.04.2019-cu il tarixli bildirişlə bank tərəfindən borcun ödənilməsi tələb olunmuş, əks halda tutmanın ipoteka predmetin ə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ASC (bundan sonra – iddiaçı və ya bank) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə 30 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12341,73 ABŞ dolları əsas, 9280,89 ABŞ dolları faiz, 1552,02 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 30.07.2018-ci il tarixdən 01.07.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 593,9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23768,54 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39.7 kv.m ümumi, 27.0 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli evin 16 nömrəli mənzilinə (bundan sonra – ipoteka predmeti və ya mübahisəli mənzil) yönəldilməsi, mübahisəli mənzilin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin erasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma ipoteka predmetinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 Kiçin qı zının mübahisəli mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. 30 iyul 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabd eh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-eü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda. Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 01.07.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nə 30.07.2015-ci il tarixli, 1-G1-1-0-624- 15 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 12341,73 ABŞ dolları, faiz borcu 12218,16 ABŞ dolları, cərimə borcu 1552,02 ABŞ dolları təşkil edir. Cavabdehlər məhkəmə iclasında ayrı-ayrıqlıda izahat verərək iddia tələbini qismən qəbul etdiklərini bildirm iş, eyni zamanda maddi vəziyyətlərinin aşağı olması səbəbindən borc məbləğini birdəfəyə deyil, hissə-hissə ödəyə biləcəklərini qeyd etmişlər. Birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin 18 sentyabr 2019-cu il tarixli, ƏEM/S27-831/19 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin 18.09.2019-cu il tarixə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiyməti 82000 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22840 saylı 14 oktyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 30.07.2015-ci il tarixli, 1- G1-1-0-62415 saylı kredit müqaviləsi üzrə banka olan əsas borcu 15754,27 ABŞ dolları, faiz borcu 6016,02 ABŞ dolları təşkil edir. Ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kim i, Cavabdeh1 tərəfindən 23.08.2019-ci il tarixədək 1114,35 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 30.07.2018-ci il tarixə göstərildiyindən 1114,35 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş 22.11.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 30.07.2015-ci il tarixli, 1-G1-1-0-624- 15 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 11754,13 ABŞ dolları, faiz borcu 13396,43 ABŞ dolları, cərimə borcu 2070,5 ABŞ dolları təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)-167/2020 saylı iş üzrə 03.02.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 11754,27 AB Ş dolları əsas, 5180,16 manat faiz, 300 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 829,35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18063,78 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın mübahisəli mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 82000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunan vəsaitin hesabına borc banka ödənilməsi, mübahisəli mənzili satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavab deh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və iddiaçıya borcu yaranmışdır. Məhkəmə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 11754,27 ABŞ dolları əsas, ekspert rəyi ilə hesablanmış 6294,51 ABŞ dollarından sonradan ödənilmiş 1114,35 ABŞ dolları çıxılmaqla qalan 5180,16 manat faiz, 300 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 829,35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18063,78 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı bankın xeyrinə tutulmalıdır. Məhkəmə əsas borcun məbləğini iddiaçı tərəfindən təqdim edilmiş son maliyyə arayışına əsasən 11754,27 ABŞ dolları müəyyən etmiş, faiz borcunu müəyyən edərkən ekspert rəyinə istinad etmiş (rəydən sonra cavabdehin ödədiyi məbləğ çıxılmaqla), tələb edilən 1552,02 ABŞ dolları dəbbə pulun tənasübsüz surətdə yüksək hesab edərək 300 ABŞ dollarına azaltmış, gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 829,35 ABŞ dolları müəyyən etmişdir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəy yən edərkən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 18 sentyabr 2019-cu il tarixli, ƏEM/S27-831/19 saylı ekspert rəyini nəzərə alaraq mənzilinin ilkin satış qiyməti 82000 manat etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 448.1, 269.1, 279, 295-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3, 59.4-cu maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya qaydasında işə baxılan zaman apellyasiya instansiyası məhkəməsinin 21 avqust 2020-ci il tarixli qəra rdadına əsasən mübahisəli mənzilin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, mübahisəli mənzilinin bazar dəyəri 77000 manat, likvid dəyəri isə 70000 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 2(103)-393/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli mənzilinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, mənzilinin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlərin apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə ilə həmçin in məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi borcun tutulması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının ekspert rəyi ilə razılaşmaması mülahizə xarakteri daşıyır və ekspert rəyinin qeyri-mötəbərliyi hər hansı sübutla təsdiq edilmir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi borcun hesablanması ilə bağlı mötəbər sübut kimi həmin ekspert rəyinə əsaslanmaqda haqlı olmuşdur. İpoteka predmetini ilkin satış qiyməti mübahisələndiriliyindən apellyasiya instansiyası məhkəməsi təkrar qiymətləndirici cəlb etmiş və mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin likvid dəyəri 70000 manat müəyyən olunduğundan məhkəmə hesab etmişdir ki, mübah isəli mənzilinin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilməlidir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə, həmçinin ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin faiz borcunun məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdeh bankdan 19000 ABŞ dolları kredit almış və bu vaxtadək həmin kredit üzrə gecikmələrlə yanaşı az mə bləğdə ödənişlər aparmışdır. Əlavə olaraq bank tərəfindən təqdim olunan maliyyə arayışında cavabdehin əsas borcu 11754,13 ABŞ dolları olduğu halda ekspert əsas məbləğini 15754,27 ABŞ dolları olduğu barədə rəy vermişdir. Göründüyü kimi ekspert cavabdehin banka olan əsas borc məbləğini əsasız olaraq artırmış, faiz borc məbləğini isə azaltmışdlır. Bununla bağlı rəydə olan anlaşılmamazlıqlara aydınlıq gətirilməsi, ekspertə əlavə sualların verilməsi ilə bağlı tədqiqat aparmış ekspertin məhkəmə iclasına dəvət olunması və ya təkrar-mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət edilsə də, vəsatət təmin olunmamışdır. Bu səbəbdən də ekspertin nəyə əsasən bu qənaətə gəlməsi ekspert rəyində öz əksini tapmamışdır, rəy mötəbər deyil. Bundan başqa məhkəmə dəbbə pulunun h əcmini əhəmiyyətli azaldarkən Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, onun ikinci hissəsini - “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 300 ABŞ dolları məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Bundan başqa məhkəmə qətnamənin qət etdi hissəsində cavabdehdən tutulan faiz borcunun valyutasını texniki səhvə yol verərək, 5180,16 ABŞ dolları əvəzinə 5180,16 manat kimi göstərmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə ko llegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hə r hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Girov və ipoteka hüququ girov qoy anın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürül müş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddiaçı yalnız borc məbləğinin düzgün hesablanmamasını mübahisələndirir. Ona görə də, qətnamə iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi hissələrdə kassasiya qaydasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının möv qeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissələrdə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissələrdə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlillərindən göründüyü kimi, iddiaçı borc məbləğinin düzgün hesablanmadığını, ekspert rəyinin mötəbər olmadığını və dəbbə pulunun azaldılması zamanı kreditorun mənafeyinin nəzərə alınmayaraq dəb bə pulunun çox azaldılmasını qeyd edir. Ekspert rəyinin mötəbər olmaması məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. İddiaçı əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatətinin təmin edilmədiyini qeyd etmişdir. İşdən görünür ki, bu hal iddiaçının apellyasiya şikayətinin dəlilinin əsasın ı təşkil etmiş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilə münasibət bildirmiş, ekspert rəyinin qeyrimötəbərliyinin hər hansı sübutla təsdiq edilməyini müəyyən etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmiş, iddiaçının etirazının əsası kimi istinad etdiyi dəlilə münasibət bildirmişdir. Dəbbə pulunun azaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Nəzərə alınmalıdır ki, dəbbə pulu öhdəliklərinin icrasının təmin edilməsinin üsull arından biridir. Belə ki, yaranmış öhdəliyin icrasının təmin edilməsi, həmin öhdəliklərin icrasının təmin edilməsi forması kimi çıxış edir. Bu da borclunun kreditor qarşısında götürmüş olduğu öhdəlikdən yayınmaması üçün əhəmiyyətlidir. Amma müəyyən edilmiş dəbbə pulu götürülmüş öhdəliyə münasib olmaqla öhdəliyin gələcəkdə də icrasına əhəmiyyətli dərəcədə maneə yaratmamalıdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən dəbbə pulunu azaltmaqla nəzərə almışdır ki, kredit müqaviləsinə görə istənilən dəbbə pulu kredit müqaviləsinə görə yaranmış borca tənasüb olmamaqla gələcəkdə də həmin öhdəliyin icrasına əhəmiyyətli dərəcədə maneə yaradacaqdır. Bu isə öhdəliyin icrası üçün qəbul edilmiş məhkəmə aktının icrasını xəyali etməklə, kreditorun da mənafeyinə mənfi formada təsir edəc əkdir. Belə ki, həmin məbləğin vaxtında icra edilməsinə maneə yaratmaqla müəyyən edilmiş məbləğdən əlavə gəlir əldə etməyinə mənfi təsir edəcəkdir. Qeyd edilənlərə məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən istənilən cərimə pulu (1552,02 ABŞ dolları) hissəsində birinci instansiya məhkəməsi tərəfindən həm iddiaçının, həm də cavabdehin əmlak mənafeləri nəzərə alınmaqla (300 ABŞ dolları) yekun nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə gəlmiş olduğu yekun nəticədə iddia tələbinin qismən təmin edilməsi mövqeyi ilə razılaşaraq gəlinmiş nəticəni qanuni və əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində faiz borcunun ABŞ dolları ilə deyil, manatla göstərilməsi ilə bağlı məhk əmə kollegiyası qeyd edir ki, iddiaçının özünün də qeyd etdiyi kimi bu hal texniki səhv olmaqla iddiaçının müraciəti və ya işə baxan birinci instansiya məhkəməsinin özünün təşəbbüsü qətnamədə yol verilmiş yanlışlıqla düzəldilə bilən məsələdir və məhkəmə qətnaməsinin o hissədə ləğvinə əsas verəcək prosessual pozuntu deyildir. Çünki qətnamədə ümumi borcun məbləğinin valyutası ABŞ dolları ilə göstərilmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-393/2021 nömr əli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.