Məhkəmə qərarları › İş №2(102)-5419/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5419/2022

13.12.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5419/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 və digərlərinin cavabdeh "xxxx" MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)4494/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, "xxxx" MMC-nin 30 noyabr 2021-ci il tarixli, 495/21 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 49, mənzil 33-ün ilkin satış qiyməti 90.000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 57.375 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir; Buna dair xx.xx.2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 17/71- CM58 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-338/2Ü16 saylı. xx.xx.2076-cı il tarixli qərarına əsasən, cavabdeh (borclu) “X7 Təsərrüfatı” MMC dən Cavabdeh2 ASC-nin xeyrinə cəmi 253.653.59 ABŞ dolları borc ödəniş günü manata məzənnə ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1518 ha torpaq sahəsində yerləşən, 49 nömrəli evin, 5 mərtəbəli binada, 2-ci mərtəbəsində, 60.1 kv m ümumi, 47 kv m yaşayış sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzilə, X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.0696 ha torpaq sahəsində yerləşən 16 nömrəli evin, 5 mərtəbəli binada, 5-ci mərtəbəsində, 45 3 kv.m ümumi, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzilə və X1 məxsus Sumqayıt şəhəri Novxanı bağ massivində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96.8 kv.m yaşayış, 86.65 kv.m köməkçi sahədən ibarət B-2201 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1518 ha torpaq sahəsində yerləşən, 49 nömrəli evin, 5 mətəbəli binada 2-ci mərtəbəsində. 60.1 kv.m ümumi, 47 kv m yaşayiş sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 90000 (doxsan min) manat. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.0696 ha torpaq sahəsində yerləşən, 16 nömrəli evin 5 mərtəbəli binada 5 ci mərt əbəsində. 45.3 kv.m ümumi 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat və Sumqayıt şəhəri Novxanı bağ massivində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2mərtəbəli, 4 otaqlı 96.8 kv.m yaşayış. 86.65 kv.m köməkçi sahədən ibarət B-2201 nömrəli hağ evinin açıq hərracda ilkin satış qiyməti 165 000 (bir yüz altmış beş min) manat müəyyən edilməsi, mənzillər və bağ evinin satılması və əldə ediləcək vəsait cavabdeh “X7 təsərrüfatı” MMCnin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafiq olaraq cavabdehlər X3, İddiaçı1, X1 qaytarılması, mənzillər və bağ evi hərracdan satıldıqdan bir ay cavabdehlər oranı bir ay ərzində tərk et məli və ekspertiza tədqiqatının dəyəri olan 600 manat məbləğində pul cavabdeh “X7 Təsərrüfatı" MMC-dən alınaraq dövlət büdcəsi hesabına ödənilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 24 sentyabr 2020-ci il tarixli 495/21 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 90.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 20 oktyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. "xxxx" MMC-nin 22 oktyabr 2021-ci il tarixli 495/21 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 765.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 10 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Azərbay can Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 49, mənzil 33 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-2201V Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət hüququ üzrə ********** q eydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X MMC tərəfindən X mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.06 ha torpaq sahəsində yerləşən b-2201 nömrəli bağ evinə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 537/21 saylı hərrac protokolunun və İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektindəki 49 nömrəli evin 33 nömrəli mənzilinə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı hərrac protokolunun etibarsız hesab edilməsinə və onlardan yaranan hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə qəbul edilm əsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı ıl tarixli 2(005)-338-2016 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, H58KTN nömrəli, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh “X7 təsərrüfatı“ MMC-dən bankın xeyrinə 178690 ABŞ dolları əsas, 74963.59 ABŞ dolları faiz, cəmi 253.653,59 ABŞ dolları borcun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 49 nömrəli evin, 33 nömrəli mənzilinə, X məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində 16 nömrəli evin, 59 nömrəli mənzilinə və X məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində B-2201 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakları n açıq hərraca çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 49 nömrəli evin, 33 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 90000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində 16 nömrəli evin, 59 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75000 manat və Sumqayıt şəhəri, Novxanı bağ massivində 01 nömrəli bağ evinin açıq hərracda ilkin satış qiymətinin 165000 manat müəyyən edilməsi, əmlakların satılması və əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafiq cavabdehlərə qaytarılması, əmlaklar satıldıqdan bir ay sonra cavabdehlərin oranı tərk etmələri, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni q üvvəsini almış və aidiyyəti üzrə hazırkı iş üzrə cavabdeh Sumqayıt şəhər İcra Şöbəsinə göndərilmişdir. Sumqayıt İcra Şöbəsi tərəfindən hərrac keçirilməsi üçün iş hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə göndərilmişdir. Təəssüflər olsun ki, cavabdeh hərrac mərkəzi tərəfindən hərrac hərəkətləri "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanunun) tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, hərrac keçirilən zaman açıq hərrac keçirilməli və hərrac barədə elan verilməli olsa da hərrac mərkəzi bunu etməmiş, hərracda kənar şəxslərin iştirakının qarşısı alınmışdır. İstər cavabdeh "xxxx" MMC, istərsə də Cavabdeh2 bu yolla mənzilə əlavə təkliflərin qarşısını almış və torpaq sahəsinin, eləcə də mənzilin dəyərindən qat-qat aşağı qiymətə balansa keçirilməsinə nail olmuşl ar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2022 saylı, 12 aprel 2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, cavabdeh “X" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı Hərrac protokolunun, alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin “İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 49, mənzil 33-ə dair keçirilmiş hərrac protokolunun ləğv edilməsi hissəsinə” münasibət bildirərək qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərə məhkəmə tərəfindən baxış keçirilərk ən İddiaçı1 hərracın keçirilmə vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı təsdiq edilmir. Bu səbəbdən iddia ərizəsi İddiaçı1na münasibətdə təmin edilməli, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı hərrac protokolu etibarsız hesab edilməlidir. “Cavabdeh “X" MMC tərəfindən İddiaçı2 Cəfər oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.06 ha torpaq sahəsində yerləşən b-2201 nömrəli bağ evinə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 537/21 saylı hərrac protokolunun etibarsız hesab edilməsi” hissəsində iddia tələbini etibarsız hesab edir. Belə ki, qeyd edilən hərraca dair hərrac sənədləri məhkəməyə təqdim edilməmiş və iddia bu hissədə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 337.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən İddiaçı2 və Cavabdeh2 ASC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İddiaçı2 qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Cavabdeh2 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)4494/2022 nö mrəli qətnaməsi ilə (hakimlərX sədrlik edən, məruzəçi, X və x) İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 ASC-nin apellyasiya şikayətinin təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın qismən təmin edildiyi cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı Hərrac protokolunun, alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə h esab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı İddiaçı1 münasibətdə təmin etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada İddiaçı1 yaşadığı və qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş, birinci hərrac barədə bildirişi şəxsən almış, ikinci hərrac barədə “ünvan düzgün deyil”, “bu ünvanda yaşamır” “bina sökülüb” qeydi yazılmaqla bildirişlərlər geri qaytarılmışdır(bax.i.v.53;55). Bundan əlavə, birinci hərrac barədə "X" qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli saytlarında, ikinci hərrac barədə “x” qəzetlərində(bax.i.v.59-63) elan verilmişdir. Buna baxmayaraq ipoteka qoyanın bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı ü çün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki,...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Ona görə mənzilin və evin hərrac yolu ilə satılması iddiaçıların hüququna və mənafeyinə zidd hesab edilə bilməz. İddiaçının qeyd olunan qəzetlərin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir. Digər İddiaçı2 isə icra sənədi üzrə nə ipote ka qoyan, nədə borcalan olması işdən görünmür və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İkincisi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış mənzilin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin mənzili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin mənzili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur. Bununla yanaşı, artıq tələbkar bankın hər iki ipoteka predmetinə dair mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Üçüncüsü, qeyd olunduğu kimi İddiaçı1 vəsatətlə məhkəməyə müraciət edərək apellyasiya şikayətləri ünvanına göndərilmədiyindən məlumatsız olduğunu, buna görə də öz hüquqlarını həyata keçirə bilmədiyini, vəkillə müqavilə bağlamaq niyyətində olduğunu, lakin vaxt baxımından bunu edə bilmədiyini, buna görə də məhkəmə baxışının təxirə salınmasını və apellyasiya şikayəti ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edi r. İşə əlavə edilmiş məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, qeyd olunan sənədlər elektron kabinetə 26 may 2022-ci ildə saat 16:48-də yerləşdirilmiş və prosessual qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2021-ci ildə qeydiyyatdan keçdiyindən məhkəmə sənədləri də onun həmin sistemdə yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Buna görə də İddiaçı1 26 may 2022-ci ildən 20 iyun 2022-ci ilədək 25 gün keçməsinə baxmayaraq apellyasiya şikayətləri ünvanına göndərilmədiyindən məlumatsız olduğunu, buna görə də öz hüquqlarını həyata keçirə bilmədiyini, vəkill ə müqavilə bağlamaq niyyətində olduğunu, lakin vaxt baxımından bunu edə bilmədiyini, məhkəmə baxışının təxirə salınmasını və apellyasiya şikayəti ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş etməsi əslində açıqaşkar hüquqdan pis niyyətlə sui-istifadə etmə xarakteri daşıyır. Əks halda İddiaçı1 qeyd olunan müddətdə göstərdiyi hüquqlarından istifadə etməyə heç bir maneə yox idi. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1, 43.5, 44-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsinə icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri Kassasiya şikayətlərinin dəlilləri İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilib və işin yeni apellyasiya b axışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Belə ki, açıq hərracın keçirilməsi qaydası pozulub və hərrac barədə elan verilməli olsa da Xi bunu etməmiş, bu yolla da hərracda kənar şəxslərin iştirakının qarşısı alınmışdır. İstər "xxxx" MMC, istərsə də Cavabdeh2 ASC bu yolla mənzilə əlavə təkliflərin qarşısını almış və torpaq sahəsinin, eləcə də mənzilin dəyərindən qat-qat aşağı qiymətə balansa keçirilməsinə nail olmuşlar. Bu isə iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına və onun mülkiyyət hüququndan məhrum edilməsinə səbəb olmuşdur. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilib və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün yanaşmamış, hüququ düzgün tətbiq etməmiş, kassatorun həm əldə etməkdə üstünlük həmdə ki, effektiv məhkəmə müdafiəsi hüququnu pozmaqla dolayısı ilə mülkiyyət hüququnun pozulmasına göz yummuşdur. İpoteka predmetlərinin artıq açıq hərrac yolu ilə cavabdehin balansına keçməsi barədə qətnamədə qeyd edilənlər əsassız və qanunsuzdur. Əgər hərrac mərkəzinin bildirişi oferta hesab edilirsə, bu ofertanı qəbul etməyə üstünlük hüququ mənzilin mülkiyyətçisinə məxsusdur. Yəni bu üstünlük qanundan irəli gələn üstünlükdür. Bu səbəbdən cavabdeh Hərrac təşkilatı bilərəkdən iddiaçının ünvanını zərflərdə səhv qeyd etməklə ona bildirişin çatmasına mane olmuşdur. Cavabdeh Hərrac təşkilatının iddiaçılara göndərdiyi bildirişdə müqavilənin mühüm şərtləri, hətta predmet və ünvanlanan şəxslərin dairəsi düzgün göstərilməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh2 ASC iddiaçıların kassasiya şikayətlərinə yazılı etiraz təqdim edərək iddiaçıların kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıların kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisələndirdiyi hissələrdə işə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azə rbaycan Respublikası Mülki Məcəlləsinin Maddə

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aş ağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzər də tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətlərində iddiaçılar qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, apellyasiya ipnstansiyası məhkəməsi qeyd etmişdi r ki, birinci instansiya məhkəməsi iddianı İddiaçı1 münasibətdə təmin etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada İddiaçı1 yaşadığı və qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş, birinci hərrac barədə bildirişi şəxsən almış, ikinci hərrac barədə “ünvan düzgün deyil”, “bu ünvanda yaşamır” “bina sökülüb” qeydi yazılmaqla bildirişlərlər geri qaytarılmışdır. Bundan əlavə, birinci hərrac barədə “X” qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli saytlarında, ikinci hərrac barədə “X” qəzetlərində elan verilmişdir. Buna baxmayaraq ipoteka qoyanın bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya M əhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki,...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Ona görə mənzilin və evin hərrac yolu ilə satılması iddiaçıların hüququna və mənafeyinə zidd hesab edilə bilməz. İddiaçının qeyd olunan qəzetlərin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir. Digər İddiaçı2 isə icra sənədi üzrə nə ipoteka qoyan, nədə borcalan olması işdən görün mür və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İkincisi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış mənzilin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin mənzili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin mənzili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu pros esləri süni surətdə uzatması hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur. Bununla yanaşı, artıq tələbkar bankın hər iki ipoteka predmetinə dair mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Üçüncüsü, qeyd olunduğu kimi İddiaçı1 vəsatətlə məhkəməyə müraciət edərək apellyasiya şikayətləri ünvanına göndərilmədiyindən məlumatsız olduğunu, buna görə də öz hüquqlarını həyata keçirə bilmədiyini, vəkillə müqavilə bağlamaq niyyətində olduğunu, lakin vaxt baxımından bunu edə bilmədiyini, buna görə də məhkəmə baxışının təxirə salınmasını və apellyasiya şikayəti ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edir. İşə əlavə edilmiş məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, qeyd olunan sənədlər elektron kabinetə 26 may 2022-ci ildə saat 16:48-də yerləşdirilmiş və prosessual qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2021-ci ildə qeydiyyatdan keçdiyindən məhkəmə sənədləri də onun həmin sistemdə yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Buna görə də İddiaçı1 26 may 2022-ci ildən 20 iyun 2022-ci ilədək 25 gün keçməsinə baxmayaraq apellyasiya şikayətləri ünvanına göndərilmədiyindən məlumatsız olduğunu, buna görə də öz hüquqlarını həyata keçirə bilmədiyini, vəkillə müqavilə bağlamaq niyyətində olduğunu, l akin vaxt baxımından bunu edə bilmədiyini, məhkəmə baxışının təxirə salınmasını və apellyasiya şikayəti ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş etməsi əslində açıqaşkar hüquqdan pis niyyətlə sui-istifadə etmə xarakteri daşıyır. Əks halda İddiaçı1 qeyd olunan müddətdə göstərdiyi hüquqlarından istifadə etməyə heç bir maneə yox idi. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiy a vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı h ərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsasla ndırma ilə razılaşıb hesab edir ki, iddiaçılar ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsələr də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyiblər. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etm əlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçıların kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərində göstərdikləri digər dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquq i qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)-4494/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar