Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5424/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5424/21 (Açar sözlər: evdən çıxarılma, həmin evə köçürülmə) Bakı şəhəri, 22 noyabr 2021-ci il 22.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və onun həmin evə köçürülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021 il tarixli 2(107)-1023/202 1 nömrəli qətnaməsindən Cavabdeh qızının kassasiya şikayətinə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir.
2. Cavabdeh iddiaçının qardaşının keçmiş arvadıdır.
3. Mübahisə qeyd edilən torpaqda inşa edilmiş yaşayış sahəsi ilə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Çökək kəndində, mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi yaşayış evindən Cavabdeh çıxarılması və özünün həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələ bi onunla əsaslandırılıb ki, iddiaçı Muğanlı kənd sakini olmaqla, İİ qrup əlildir. İddiaçı və bacısı X6 kəndində mərhum atalarından onlara vəsiyyət edilən evdə qardaşının ailəsi ilə birlikdə yaşamışlar.
6. Cavabdeh ilə aralarında tez-tez ailə-məişət zəmnində münaqişələr yarandığına görə iddiaçı kənar ərazidən torpaq sahəsi alıb, ev tikərək həmin evə köçüb, bacısını da yanına gətirərək yaşamaq qərarına gəlmişdir.
7. Bu məqsədlə iddiaçı bir neçə il əvvəl Zaqatala rayonu, Çökək kəndi ərazisində torpaq sahəsi alıb, 2017-ci ilin mart ayından həmin torpaq sahəsində ev tikdirməyə başlamışdır. X7 başda olmaqla iddiaçı digər yaxın ailə üzvlərinin də maddi dəstəyi ilə bu ilin may ayında nəhayət evi müəyyən qədər yaşamalı vəziyyətə gətirərək həmin evə köçmüşdür.
8. Bir neçə ay yaşadıqdan sonra, iddia çı avqust ayının 22-də evinə gələrkən cabvabdehin 2 uşağı ilə evinə yerləşdiyini görmüşdür.
9. Cavabdeh həmin evin ona məxsus olduğunu və evdən çıxmayacağını bildirmişdir.
10. İddiaçı bu barədə Zaqatala rayon Polis Şöbəsinə müraciət etsə də, şikayətinin ciddi nəticəsi olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmin evin torpaq sahəsinin mülkiyyət hüququna dair iddiaçının çıxarışı vardır və öz adına qeydiyyatdadır. Evi isə iddiaçı bacısının və digər yaxınlarının maddi dəstəyi ilə tikdirmişdir.
11. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - 2001-ci ilin noyabr ayında Muğanlı kənd sakini X5 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra qayınatasının Muğanlı kəndində yerləşən evinə gəlin köçmüşdür. Birgə nikahdan 2002-ci ildə qızı Zahidət Hüseynli, 2003-cü ildə isə oğlu İdris Hüsey nli dünyaya gəlmişdir. Ailə qurduqdan sonra, əri Vidadi Hüseynov hər il yaz aylarında Rusiyaya işləməyə gedib payız aylarında qayıtmışdır. Vidadinin Rusiyadan gətirdiyi pula o, Muğanlı kəndində heyvandarlıq təsərrüfatı qurmuşdur; - təsərrüfatlarında 170 baş xırdabuynuzlu, 5 baş iribuynuzlu heyvan olmuşdur. Təxminən 2013-cü ilin əvvəllərində əri Vidadi ilə Zaqatala şəhərində torpaq alıb ev tikmək qərarına gəlmişlər və ev tikintisi üçün almaq məqsədi ilə Zaqatala şəhərində torpaq axtarmağa başlamışlar. Həmin ərəfədə Vidadi Rusiyaya getmişdir. Vidadi Rusiyaya getdikdən sonra onunla bir evdə yaşayan baldızları Fatma və Məsumə Zaqatala rayonu Çökək kəndində münasib qiymətə torpaq tapdıqlarını bildirmişlər; - qısa zaman ərzində baldızları Fatma və Məsumə ondan xəbərsiz Rusiyada olan əri Vidadi dən pul götürüb Çökək kəndindəki 0,03 ha torpaq sahəsini almışlar; - o, baldızları Fatma və Məsumənin torpaq sahəsini Vidadinin adına aldıqlarını düşünmüş və 2013-cü ilin payız ayılarında əri Vidadi Rusiyadan qayıtdığı zaman o, torpağın baldızı Məsumənin adına alındığını bilmişdir. Buna görə narazılığını bildirdiyi üçün əri Vidadi tərəfindən döyülmüşdür. Həmin vaxt o, atası evinə qayıtmışdır. Sonra Vidadi ondan üzr istəmiş və bacısının adına almış olduğu torpaq sahəsində övladları üçün ev tikəcəyini bildirmişdir. Buna görə də o, Vidadi ilə barışmışdır. X10 kəndindəki fermalarını və təsərrüfatlarında olan heyvanlarını ev tikmək üçün satmışdır. Daha sonra, 2017-ci ildə Vidadi ilə o, baldızı Məsumənin adına almış olduqları torpaq sahəsində ev tikməyə başlamışlar; - həmin ərəfədə Vidadi heç bi r səbəb olmadan onu döyməyə, söz-söhbət etməyə başlamışdır. Buna görə də o, 2018-ci ilin noyabr ayında övladları ilə birlikdə yaşadığı evdən çıxıb atası evində yaşamağa başlamışdır. 2019-cu ildə Çökək kəndindəki evin tikintisi başa çatmışdır; - 2019-cu ilin iyul ayında o, Zaqatala şəhərində kirayə ev götürüb orada övladları ilə yaşamağa başlamışdır. Həmin vaxt övladları ilə Çökək kəndindəki evin qazı, işığı, suyu çəkilmədiyi üçün orada məskunlaşa bilməmişdir; - 22.08.2020-ci il tarixdə o, kirayə haqqını ödəyə bilmədiyi üçün övladları ilə birlikdə Zaqatala rayonu Çökək kəndindəki evə gəlib orada məskunlaşmışlar. Hazırda da övladları ilə birlikdə həmin evdə yaşayır.
12. Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edil miş, Cavabdeh İddiaçı mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilidən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Tural Həsənov)
13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən şahid ifadəsinə istinadən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh baldızı olmaqla aralarında qohumluq münasibətləri mövcuddur. Cavabdeh 2001-ci ildə iddiaçının qardaşı olan X5 ilə ailə həyatı qurmuş və iddiaçının valideynlərinin mülkiyyətində olan Zaqatala rayonu Muğanlı kəndində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə İddiaçı tam mülkiyyəti kimi 02.10.2013-cü il tarixdə qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində 2 mərtəbəli 4 otaqlı tikili inşa edilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Tikilinin qaz və elektrik enerjisi təchizatı ilə bağlı müvafiq olaraq İddiaçı “Azəriqaz” X9 İstismarı İdarəsi və X2 abonent bazalarında abunəçi kimi qeydiyyatdan keçmişdir. 22.08.2020-ci il tarixdə cavabdeh övladları ilə birlikdə Zaqatala rayonu, Çökək kəndindəki İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikilmiş evə gəlib hazıradək orada yaşayır. Şahid qismində dindirilmiş X1 rayonu Çökəkoba kəndində yerləşən torpaq sahəsinin bacısı İddiaçı tərəfindən alındığını və onun mülkiyyətində olduğunu və həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin də iddiaçının hesabına inşa edildiyini bildirmişdir.
14. Məhkəmə he sab edib ki, İddiaçı Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0264 hektar torpaq sahəsinin tam mülkiyyətçisidir və onun öz əmlakından istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh heç bir əsas olmadan iddiaçıya məxsus olan torpaq sahəsi üzərində tikilmiş tikilini zəbt etmişdir. Cavabdehin həmin tikili üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir və mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində yerləşən, gözlənilən mülkiyyət hüququ olan tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin tikilidən çıxarılmalıdır.
15. Birinci instansiya məhkəməsi həmçinin hesab edib ki, iddia tələbi iddiaçının Zaqatala rayonu, Çökəkoba kəndində öz mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş tikiliyə köçürülməsi hissəsində təmin edilə bilməz. Çünki iddiaçı qeyd olunan tələblə bağlı iş üzrə cavabdeh olmayan, yalnız həmin tikilini zəbt etmiş şəxsə qarşı belə bir iddia ilə müraciət etmişdir.
16. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” iş üzrə 22 iyun 2004-cü il tarixli və “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat 17.Cavabdeh qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti nin dəlilləri ondan ibarət olub ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, faktlara əhəmiyyət verməmişdir.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1023/2021 nömrəli, 20 may 2021 il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Hüseynov)
20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən tikilinin (yaşayış sahəsinin) iddiaçının mülkiyyətində olan torpaq sahəsində və onun vəsaiti hesabına tikilməsi tamamilə sübut olunmuşdur. Cavabdeh tərəf iddia tələbinin əsassız olmasını, mübahisəli evin, yəni kənd təsərr üfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilinin ona məxsus olmasını və özü tərəfindən inşa edildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh qızı kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri: - yaşayış sahəsindən şəxsin çıxarılması üçün ilk növbədə ev üzərində sərəncam vermək hüququnun olub-olmaması yoxlanılmalıdır; - məhkəmə üzərində mülkiyyət hüququ tanınmayan evə iddiaçının sərəncam vermək hüqu nun tanımışdır; - hazırda cavabdehin mübahisəli torpaq sahəsində tikdiyi evdə yaşamasına iddiaçının etirazı məhz cavabdehin keçmiş əri ilə ər-arvad münasibətlərinin pozulmasından sonra baş verib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
24. İddiaçı və Cavabdeh qızı məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə
157. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətn amə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
29. İddia tələbi cavabdehin xüsusi mülk iyyətdə olan torpaq sahəsi üzərində inşa edilmiş evdən cavabdehin çıxarılması barədədir.
30. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində və onun vəsaiti hesabına tikilmişdir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları, yəni mübahisəli evin əri (iddiaçının qardaşı) ilə birgə nikah vaxtı ümumi vəsait hesabına özləri üçün inşa edildiyi hallarını işə mahiyyəti üzrə baxan məhkəmələrdə müvafiq sübutlarla sübut edə bilməmişdir.
31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən qanunvericilik normalarının dispozitiv şərtləri baxımından iddiaçıya məxsus torpaq sahəsinin üzərində tiklimiş evdən cavabdehin çıxarılması barədə iddianın təmin edilməsinə əsas vermişdir.
32. Məhkəmə kollegiyası iddiaçının ev üzərində mülkiyyət hüququnun olmaması, bu səbəbdən də iddiaçının evə dair sərəncam vermək hüququnun olmaması barədə kassasiya şikayətinin dəlilini qətnamənin ləğvi üçün əsas hesab etmir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə ən azı evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Mülki Məcəllənin 239.2-ci maddəsinə görə də fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021 il tarixli 2(107)1023/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.