Məhkəmə qərarları › İş №2(102)-5427/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5427/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5427/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının X-nin cavabdehlər Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1572/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 48 ay müddətinə, illik 24% ödənilməklə 30000 manat məbləğində kredit verilmişdir.

2. Həmin kredit müqaviləsinin təminatı olaraq, İddiaçı bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus X kəndində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97,2 kv.m yaşayış, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 70000 manat məbləğində müəyyən edilmişdir.

3. İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin 18 yanvar 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh 18 yanvar 2018-ci il tarixə əsas kredit borcu 30000 manat, faiz borcu 25803,60 manat, dəbbə borcu 9868,63 manat, cəmi borcu 65672,23 manat təşkil edir.

4. Məhkəmə-mühasibatlıq ekspertizasının 01 oktyabr 2019-cu il tarixli, 30397 saylı rəyindən görünür ki, Cavabdeh iddia tələbi tarixinə, yəni 18 yanvar 2018-ci il tarixə İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə olan borcu ümumilikdə 49865 manat məbləğində, o cümlədən əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 19865 manat müəyyən edilir. 5. "xxxx" MMC-nin 01/122 saylı, 07 fevral 2020-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh məxsus X kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 70000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10 fevral 2015-ci il tarixli 282 saylı kredit müqaviləsinə xitam verilməsi; 18.01.2018-ci il tarixinə hesablanmış Cavabdeh iddiaçının xeyrinə 30 000 manat əsas borc, 25803.60 manat məbləğində faiz borcu, 9868.63 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65672.23 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması; tələbin DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi 280600759, seriya MN 0000863) 06.07.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus X kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş evin ilkin satış qiymətinin 70 000 manat məbləğində müəyyən edilməsi, həmin yaşayış evində yaşayan şəxslərin evdən çıxarılması, DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi **********, seriya RX 0735064) 07.10.2015-ci il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus X kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması,satışdan əldə olunan vəsaitdən «Xyə olan borcunun ödənilməsi, vəsaitin artıq qalan hissəsinin cavabdeh tərəfə qaytarılması barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X ilə Cavabdeh oğlu arasında 10 fevral 201 5-ci il tarixli kredit müqaviləsi bağlanmış, X tərəfindən fərdi ev təmiri məqsədilə Cavabdeh oğluna əsasən 48 ay müddətinə illik 24% olmaqla, 30 000 manat kredit ayrılmışdır. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq 978.06 manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş 06.07.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Xi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən,48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuş,10 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və bununla bağlı 07.10.2015-ci il tarixli Çıxarış verilmişdir. X müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etmiş və kreditin məbləğini Cavabdeh vermişdir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə, şifahi və yazılı xəbərdrlığların edilməsinə baxmayaraq, öhdəliyini tam icra etməmişdi. Nəticədə 18.01.2018-ci il tarixinə cavabdehin X 30 000 manat əsas borcu, 25803.60 manat məbləğində faiz borcu, 9868.63 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65672.23 manat məbləğində qalıq borcu yaranmışdır.

8. Quba Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(027)-71/2020 saylı qətnaməsi ilə (hakim R.Həsənov) İddiaçı bank olmayan kredit təşkilatı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, İddiaçı bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 10.02.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 19865,00 manat, dəbbə puluna görə 500 manat olmaqla, cəmi 50365,00 manat məbləğində pulun tutulması, borc ödənilmədikdə İddiaçı bank olmayan kredit təşkilatı MMC-nin tutma tələbinin Cavabdeh mülkiyyətində olan X kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97,2 kv.m yaşayış sahəsindən, 48 kv,m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsait hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır..

10. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab etmişdir ki, iddiaçının cavabd ehdən tələb etdiyi 9868.63manat məbləğində dəbbə pulu əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Buna görə də, dəbbə pulunun 500 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olan əmlakı ipotekaya qoyulmaqla, həmin əmlak kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır.

12. Bundan başqa "xxxx" MMC-nin 07 fevral 2020-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 70000 manat müəyyən edilmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279, 295, 317.1, 319.1, 421.2, 442, 443.1, 445.1, 445.2, 448.1, 449.1, 449.4, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 34.1, 36.1, 39.3.3, 41.1, 41.2-ci, Mülki Prossesual Məcəllənin 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1572/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) Cavabdeh qızının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(027)-71/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır k i, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, 2015-ci ilin noyabrından sonra ödəniş aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 19865,00 manat, dəbbə puluna görə 500 manat olmaqla, cəmi 50365,00 manat məbləğində pulun tutulması, borc ödənilmədikdə İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin tutma tələbinin Cavabdeh oğlunun mülkiyyətində olan X kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsait hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi nəticəsinə gəlmişdir.

17. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin likvid dəyəri deyil, bazar dəyəri müəyyən edilsə d ə, Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməmiş, iddiaçı təşkilat da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmışdır.

18. Cavabdeh apellyasiya şikayətində İddiaçı bank olmayan kredit təşkilatı MMC tərəfindən kredit müqaviləsi üzrə əsas borc və faiz borcu düzgün göstərilmədiyindən və o, həmin borcla razı olmadığından yenidən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli olmasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01 oktyabr 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh 18 yanvar 2018-ci il tarixə İddiaçı bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə olan borcu ümumilikdə 49865 ma nat məbləğində, o cümlədən əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 19865 manat müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmamasını, ödədiyi hansısa məbləğin ekspert tərəfindən nəzərə alınmaması ilə əsaslandırmamışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə-mühasibatlıq ekspertizasının 01 oktyabr 2019-cu il tarixli rəyi əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

27. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)

28. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrası nı tələb etmək hüququ vardır. (maddə 385.1)

29. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

30. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

31. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

32. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

33. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) ba şa düşülür. (maddə 442)

34. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

35. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

36. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467) “İpoteka haqqında” Qanun

37. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəl dilə bilər. (maddə 33)

38. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

39. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

40. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1).

41. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. (maddə 47.4) Mülki Prossesual Məcəllə

42. Məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

43. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

44. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

45. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşd ırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə-mühasibatlıq ekspertizasının 01 oktyabr 2019-cu il tarixli rəyinin əsassız olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. 50. “X1rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız e lmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1572/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar