Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5428/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər:müqavilənin ləğv edilməsi və pul tələbinə dair 13.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)3671/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı “alqı-satqı müqaviləsi”nə əsasən, satıcı Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 1 ünvanda, “C” saylı binada 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 249,11 kv.metr olan 100 saylı mənzili alıcı İddiaçı satmağı, sonuncu isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini Cavabdeh MMC-nə ödəməyi öhdəsinə götürüb. Müqavinin 1.2-ci bəndinə görə, satıcı Cavabdeh MMC satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul edib razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürüb. Müq avilənin 2-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılaşmasına əsasən alıcı İddiaçı müqavilənin 1.1-ci bəndində göstərilən mənzilin hər kv.metri üçün 1.000 ABŞ dolları ödəməyi öz öhdəsinə götürüb. Müqavilənin ümumi məbləği 249.110 ABŞ dolları müəyyən edilib. Alıcı İddiaçı ümumi məbləği müqavilə imzalanan gün, yəni 24 mart 2015ci il tarixdə Milli Bankın müvafiq kursu ilə manatla ödədi. Bu müqavilə üzrə hesablaşmalar manatla həyata keçirilir. 24 mart 2015-ci il tarixli “kassa mədaxil orderi”nin qəbzinə əsasən, X2 tərəfindən mənzilin alqı-satqısı üçün Cavabdeh MMC-nə 261.565 manat pul ödənilib. 24 mart 2015-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589cu məhəllə, H.B.ünvan 2 ünvanda inşa edilmiş yaşayış binası Cavabdeh MMC-nə məxsusdur. Həmin binanın 21-ci mərtəb əsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 249,11 kv.metr olan 100 saylı mənzilinin dəyəri İddiaçı tərəfindən tam məbləğdə ödənilib və onun mənzilə görə Cavabdeh MMC-nə borcu yoxdur. 05 aprel 2019-cu il tarixdə memar X5 tərəfindən İddiaçı məxsus olan sözügedən mənzilin memarlıq layihələndirməsi həyata keçirilib, mənzilin planı təsdiq edilib və mənzilin ümumi sahəsinin 213,97 kv.metr olduğu müəyyən edilib və bunun üçün İddiaçı tərəfindən memar X3 200 manat pul ödənilib. 09 avqust 2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC-nə məktub göndərilərək, mənzildə təmir işləri aparmaq üçün dəvət etdiyi memar X5 tərəfindən mənzilə baxış keçirilərkən, sözügedən mənzilin sahəsinin 249,11 kv.metr deyil, faktiki olaraq 213,97 kv.metr, yəni müqavilədə nəzərdə tutulan sahədən 35,14 kv.metr az olduğu mü əyyən edilib. Bu səbəbdən də mənzilə görə ödədiyi 250.000 ABŞ dollarının 5 bank günü müddətində nağd qaydada ona geri qaytarılmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 (bundan sonra iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra cavabdeh) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanda, “C” saylı binada, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair onunla cavabdeh arasında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı “alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, mənzilə görə (sahəsi 249.11 kvadrat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2.050 manat olmaqla) ödədiyi 510.675 manat, memar X3 “mənzilin planı”na görə ödədiyi 200 manat və dövlət rüsumuna görə ödədiyi 30 manat olmaq la, cəmi 510.905 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, onunla cavabdeh arasında sözügedən mənzilin alqı-satqısına dair 24 mart 2015-ci il tarixli, 113 saylı müqavilə imzalanıb. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satılan mənzilin hər kv.metrinin qiyməti 1.000 ABŞ dolları müəyyən edilib. Müqavilənin ümumi məbləği isə 250.000 ABŞ dolları olması şərtləndirilib. Mənzilin tam dəyəri 24 mart 2015-ci il tarixdə nağd şəkildə cavabdehə ödənilib və mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh tərəfindən onun adına maliyyə arayışı verilib. Mənzilin təmirinə başlamaq üçün dəvət etdiyi memar X5 tərəfindən mənzilə baxış keçirilərkən, aparılmış ölçü işləri nəticəsində müəyyən etmişdir ki, 100 saylı mənzil in faktiki sahəsi 213.97 kv.metrdir. Yəni, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan sahədən 35,14 kv.metr azdır. Bu çatışmayan sahə bir otaqlı mənzilin sahəsinə bərabərdir, hansı ki, bu sahədən öz tələbatına uyğun istifadə edə bilməyəcəyinin səbəbi də cavabdehin yalan məlumatları müqaviləyə daxil edərək, onu istehlakçı kimi aldatması olub. Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 24 mart 2015-ci il tarixli, 113 saylı müqavilədə mənzilin ümumi sahəsi 249,11 kv.metr göstərilib. Lakin, müqavilədə qeyd olunan sahənin cizgisi, o cümlədən ekspert vəsatətində qeyd olunan binanın işçi layihəsi təqdim olunmadığı üçün layihə-cizgi əsasında mənzilin sahəsinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmayıb. Azərbaycan Respublikası Şəhə rsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 1 ünvanda inşa edilmiş 21 mərtəbəli yaşayış kompleksinin, “C” binasının, 21-ci mərtəbəsində yerləşən 100 saylı mənzilin ümumi sahəsi faktiki olaraq 213,97 kv.metr təşkil edir. Belə ki, ekspert, mənzilin faktiki sahəsi olan 213,97 kv.metrlə 24 mart 2015-ci il tarixli, 113 saylı müqavilədə göstərilən 249,11 kv.metr sahə arasındakı fərqin 35,14 kv.metr oluduğunu müəyyən etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixl i qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 1 ünvanda inşa edilmiş 21 mərtəbəli yaşayış kompleksinin, “C” binasının, 21-ci mərtəbəsində yerləşən 100 saylı mənzilinə dair tərəflər arasında bağlanmış 24 mart 2015ci il tarixli, 113 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən mənzilə görə sahəsi 249,11 kv.metr olan mənzillərin hazırda orta bazar qiymətinin 2.050 manat olmaqla 510.675 manat, memar X3 tərtib etdiyi mənzilin planına görə ödənilmiş 200 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 510.905 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı alqı-satqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia təmin edilməlidir. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisikəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan mənzilin hər kvadrat metrinin dəyəri kifayət qədər pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan Mülki Məcəllənin 437.1-ci maddəsinə əsasən, iddiaçı hazırki iddianı verməkdə haqlı olub. Çünki alqı-satqı müqaviləsi bağlanarkən, cavabdeh öz üzərinə iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) mənzil verməyi, sonuncu isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürüb. Cavabdeh iddiaçıya müqavi lə üzrə şərtləşdirilmiş qaydada 249,11 kv.metr sahədən ibarət mənzil satmalı olduğu halda, ekspertin rəyinə görə sahəsi 213,97 kv.metr olan mənzil satıb. Bu da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğunu göstərir. İddiaçı mənzilin müqavilədəki dəyərinin onun 249,11 kv.metr sahəsinə uyğun olaraq müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 250.000 ABŞ dolları dəyərləndirilməsini özü üçün münasib dəyər hesab edib və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq verib. Bu baxımdan iddiaçı, müqavilənin ləğv edilməsini tələb etməklə yanaşı, mənzilin hazırki bazar qiymətinin hər kv.metr üçün 2.050 manat olmaqla 510.675 manat, habelə “mənzilin planı”na görə ödədiyi 200 manat pulun geri qaytarılmasını tələb etməkdə haqlı olub. Müqavilə bağlan arkən mənzilin real bazar qiyməti 250.000 ABŞ dolları civarında olmasına baxmayaraq, hazırda iddiaçı müqavilənin ləğv edilməsini tələb etdiyi üçün onun dəyərinin hazırki bazar qiyməti ilə geri qaytarılmasını tələb edir. Belə ki, mülki qanunverciliyə görə mənzilin sahibi kimi iddiaçı, mənzilin bazar qiymətini müəyyənləşdirməkdə sərbəstdir. Bu baxımdan iddiaçıya sözügedən mənzilin dəyərinin müqavilədə qeyd olunan 250.000 ABŞ dolları məbləğində qaytarılması onun mənafeyinə ziddir. Belə olan halda, mənzilin hazırki real dəyərinin geri qaytarılması barədə iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehin iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi barədə ərizəsi də əsassızdır. Belə ki, cavabdeh daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzr ə iddia müddətinin altı il olduğunu qeyd edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin, hazırki iddiada müqavilənin etibarsızlğı deyil, ləğv edilməsi tələb olunur, habelə iddiaçı ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyindən, hazırki mübahisəli məsələyə iddia müddəti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 423.2, 424.3, 424.4, 568.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, kassa mədaxil qəbzində manatın dolların rəsmi məzənnəsinə uyğun qəbul edilməsi ilə bağlı hər hansı bir qeyd yoxdur. Çünki satıcı ilə əməliyyatlar manatla aparılıb, müqavilədə isə yalnız alıcının təkidi və xahişi ilə xarici vətəndaş olması nəzərə alınaraq simvolik olaraq dollarla qeyd edilib. Baxmayaraq ki, alıcı kassaya pulu manatla gətirib və mədaxil edib. Buna baxmayaraq məhkəmə, hər dəfə pulun dollarla ödənildiyini qeyd edir, bununla da qanunvericiliyin tələblərini pozur. Məhkəmə ekspert rəyində qeyd edilən xüsusatları araşdırmadan birbaşa mənzilin sahəsinin 35,14 kv.metr əskik olduğu qənaətinə gəlib. Baxmayaraq ki, rəydə 8-13 saylı şərti işarələnmiş sahələrin faktiki yerində 20 kv.metr təşkil edir, lakin ekspert hesablama əmsalı tətbiq edərək 9,07 kv.metr qeyd edib. Bununla da, alıcıya təhvil verilmiş mənzil in yerində faktiki olaraq sahəsi 213,97 kv.metr deyil, 225 kv.metr təşkil edir və çatışmayan sahə 24,11 kv.metrdir. Buna səbəb isə mənzilin mülki iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə sənədlərinə əsasən oxdan oxa hesablanması səbəb olub. Yəni, onlar iddiaçıdan alınmış vəsait hesabına inşa edilmiş mənzilin təhvil verilməsini həyata keçiriblər və faktiki kv.metr və divarlar nəzərə alınmaqla oxdan oxa satış ediblər. Tərəflər arasında başqa qayda nəzərdə tutulmadığından, müqavilə ilə üzərlərinə götürdükləri öhdəlik həcmində məsuliyyət daşıyırlar. Mənzilin dəyəri müəyyən edilərkən məhz qarşı tərəfin təqdim etdiyi həmin binadan başqa digər binalarda qeyd edilən qiymətlər əsas götürülərək iddia təmin edilib. Halbuki, araşdırma aparılsaydı həmin bin ada mənzillərin 1 kv.metrinin 1.300 manata satıldığı müəyyən edilərdi. Çünki hər bir binada onun fasadına, daxili təmirinə, mənzilin mərtəbəsinə və digər xüsusiyyətlərinə görə qiymət müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi- cavabdehdən iddiaçının xeyrinə 249.11 kv.metr sahəsi olan mənzilə görə 510.675 manat pulun tutulması hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulan həmin məbləğin 249.110 ABŞ dolları qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə müəyyən edilməsi və qalan his sədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Nəticə etibarilə, qətnamə üzrə cavabdehdən iddiaçının xeyrinə 249.11 kv.metr sahəsi olan mənzilə görə 249.110 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə, mənzilin planına görə ödənilmiş 200 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat və ekspertiza xərcinə görə 50 manat pulun tutulması müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdeh sözügedən alqı-satqı müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğundan iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi- kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə pre dmeti mənzil olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan mənzilin hər kv.metrinin dəyəri kifayət qədər pul edir, o zaman alıcı kimi iddiaçıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olub. Sözügedən alqı-satqı müqaviləsi bağlanarkən, cavabdeh öz üzərinə iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) mənzil verməyi, iddiaçı isə həmin mənzilin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürüb. Həmin müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 249,11 kv.metr sahədən ibarət mənzil satmalı olduğu halda, ekspert rəyi ilə də müəyyən olunduğu kimi cəmi 213,97 kv.metr sahədən ibarət mənzil satıb. Bu da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. İddiaçı mənzilin müqavilədəki dəyərinin onun 249,11 kv.metr sahəsinə uyğun olaraq müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 250.000 ABŞ dolları dəyərləndirilməsini özü üçün münasib dəyər hesab edərək, həmin şərtlərlə müqaviləni imzalamağa razılıq verib. Belə olan vəziyyətdə tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsi ləğv edilməlidir. Məhkəmə bunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı müqavilənin ləğv edilməsini və bağlanmış müqavilənin dəyərinin əvəzi kimi mənzilin hazırkı bazar qiyməti olan (hər 1 kv.metr üçün 2.050 manat olmaqla) 510.675 manat pulun geri qaytarılmasını, həmçinin 200 manat “mənzilin planı”na görə ödədiyi məbləği tələb etməkdə haqlı olub. Müqavilə bağlandığı zaman mənzilin real bazar qiyməti nin 250.000 ABŞ dolları civarında olmasına baxmayaraq, hazırda iddiaçı müqavilə ləğv edildiyi halda, onun dəyərinin hazırki bazar qiyməti ilə geri qaytarılmasını tələb edir. Mülki qanunverciliyə görə, mənzilin sahibi kimi iddiaçının mənzilin qiymətini müəyyənləşdirməkdə sərbəstdir. Bu baxımdan iddiaçıya mənzilin dəyərinin müqavilədə qeyd olunan 250.000 ABŞ dolları məbləğində qaytarılması onun mənafeyinə ziddir. Belə olan halda, əmlakın hazırki real dəyərinin geri qaytarılması tələbi əsaslıdır və təmin olunmalıdır. Birinci instansiya məhkəməsi göstərilənlərlə yanaşı iddia müddətinin tətbiqi barədə cavabdehin təqdim etdiyi ərizəni də əsassız sayıb və Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 376, 377.1, 377.2, 378-ci maddələrini rəhbər tutaraq imübahisəli hüquq münasibətinə iddia müddətinin tətb iqini mümkün saymır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxarkən Mülki Məcəllənin 21.1, 578.1-ci maddələrinin tələbi pozulub. Belə ki, həmin maddələrin tələbinə görə iddiaçı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməməsi əsası ilə ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququna malik olsa da, bu zərərin əvəzi müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması şəklində deyil, mənzilin sahəsində olan əskikliyin, azalmanın əvəzinin tutulması qaydasında ödənilməlidir. Məhkəmə, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, müqavilədə göstəriləndərdən az miqdarda (ölçüdə) sahə əldə edən iddiaçı öz seçim hüququna əsaslanaraq, ya ona çatışmayan miqdarda əşya verilməsini tələb edə, ya da verilmiş əşyadan və onu ödəməkdən imtina edə, ya da əşyanın dəyəri ödənilmiş olduğu halda ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Hazırki işdə, iddiaçı qanunla ona verilmiş bu seçim hüququndan istifadə edərək verilmiş mənzildən imtina etməklə ödənilmiş mənzilin dəyərinin qaytarılmasını tələb edə bilər. İddiaçının belə bir tələb irəli sürməsinin səbəbi cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada yerinə yetirilməməsi olub. Göründüyü kimi, iddiaçı cavabdehin vurduğu zərər nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub. Mənzilin sahəsi 35,14 kv.metr olan hissəsi kəmiyyət baxımından kifayət qədər böyük sahədir və nəticə etibarilə 249,11 kv.metr ümumi sahəyə malik olan mənzilin keyfiyyət göstəricilərinə də təsir edir. Birinci in stansiya məhkəməsi müqavilənin ləğv edilməsi ilə bağlı hissədə iş üzrə düzgün nəticəyə gəlsə də, bağlanmış müqavilənin dəyərinin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə mənzilin hazırkı bazar qiymətini (hər 1 kv.metr üçün 2.050 manat olmaqla) təşkil edən 510.675 manat pulun tutulmasını qət edərkən yanlışlığa yol verib. Belə ki, Mülki Məcəllənin 578.1-ci maddəsi iddiaçıya yalnız ödədiyi pul məbləğinin qaytarılmasını geri tələb etmək hüququ verir. İddiaçı tərəfindən müqavilə üzrə 510.675 manat deyil, 249.110 ABŞ dolları həmin vaxtdakı məzənnə üzrə manatla cavabdehə ödənilib. Ona görə də, qətnamə göstərilən hissədə dəyişdirilməli və mübahisələndirilən alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 249.110 ABŞ dolları qətnamənin icra olunduğu vaxt q üvvədə olan məzənnə üzrə manatla müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421, 422, 423, 424, 578.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələbinin “249.110 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə tutulması” hissəsində) ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 510.675 m anat pulun tutulması barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiya məhkəməsi onun müqavilənin ləğv edilərək, mənzilin dəyərinin geri qaytarılması barədə iddiaının cavabdeh tərəfindən könüllü ödənilməməsi xüsusatını nəzərə almayıb. Belə ki, mənzilin dəyəri məhkəmənin qətnaməsinin çıxarıldığı dövr üçün real bazar qiymətləri ilə hesablamalı və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qüvvəsində saxlamalı olduğu halda, yanlışlığa yol verərək, müqavilə üzrə ödənilmiş məbləğin satıcı kimi cavabdehdən tutulmasını qət edib. Apellyasiya instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli ol duğu halda, qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməyib və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək, iddia tələbini “510.675 manat pulun tutulması hissəsində dəyişdirərək, həmin məbləği 249.110 ABŞ dolları məbləğində müəyyən edilsin” hissəsində təmin edərkən, işin faktiki və həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandıra bilməyib. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işi düzgün araşdırmadan maddi və prossesual hüquq normalarını pozmaqla qətnamə qəbul edib. Məhkəmə sübutları hərtərəfli araşdırmalı olduğu halda mənzilin dəyərini müəyyən etmədən və qiymətləndirici təyin edib bazar dəyərini müəyyən etməməklə pozuntuya yol verib. Bundan əlavə, mənzilin faktiki ölçüsü müəyyən edilmədən, iddiaçı ona dəymiş ziyanın ödənilməsini tələb edə bilməz. Ona dəymiş ziyan isə mənzilin sahəsində olan azalma ilə ola bilərdi. Məhkəmə isə ödənilmiş vəsaitdən ikidəfə cox vəsaitin ödənməsini qət edib. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməyib, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qismən dəyişdirərək qətnamə qəbul edib. İşə baxan məhkəmələr cavabdeh tərəfindən verilən kass a mədaxil qəbzlərinə qiymət verilməyib. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən,...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə görə, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edi lməsi yolu ilə razılaşdırıla bilər; 577.2-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır; 578.1-ci maddəsinə görə, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə öhdədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləndirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləndirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin h üquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 59.2-ci maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyekt iv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə m üəyyən edilir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normalara görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi iddianın təmin olunmayan hissəsində, cavabdehin kassasiya şikayətində isə apellyasiya insiansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, bu hissədə iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum yoxdur. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Lakin, kassa siya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayıb. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzla şmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdən görünür ki, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona 24 mart 2015ci il tarixli, 113 saylı müqavilə üzrə təhvil verilmiş 100 saylı mənzilin sahəsinin müqavilədə göstərilən 249,11 kv.metr sahədən 35,14 kv.metr az, faktiki 213,97 kv.metr olduğuna istinad edərək, müqavilənin ləğv edilməsini, hazırki orta bazar qiyməti nəzərə alınmaqla mənzilə görə ödədiyi cəmi 510.675 manat, mənzilin planına görə ödədiyi 200 manat, dövlət rüsumuna görə ödədiyi 30 manat olmaqla, cəmi 510.905 manat pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçıya sözügedən müqaviləyə uyğ un sahəsi olan mənzil verdiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, işə baxan məhkəmələr hazırki mülki mübahisə üzrə gəldikləri nəticəni Mülki Məcəllənin “müqavilənin ləğv edilməsini tənzimləyən” 421.1, 421.2, 422, 422.1, 423.2, 424.3, 424.4-cü maddələrinin, alqı-satqı münasibətlərini tənzimləyən 578.1-ci maddəsinin, habelə “zərərin əvəzinin ödənilməsi”ni tənzimləyən 21.1-ci maddəsinin və sair normaların tələbləri ilə əsaslandırsalar da, tərəflər arasında bağlanmış sözügedən müqavilənin şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təfsir etmədən, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, başqa sözlə, hazırki öhdəlik hüquq münasibətlərinin konkret olaraq hansı müqavilədən, yəni alqı-satqı və ya podrat müqavilələrindən irəli gəlib-gəlmədiyini araşdırmadan, yalnız müqavilədəki söz və ifadələrin hərfi mənasına əsaslanaraq, tərəflər arasında alqı-satqı münasibətlərinin olduğu və cavabdehin həmin müqavilənin şərtlərini pozaraq iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən 35,14 kv.metr az sahə verdiyi qənaətinə gəlib. Halbuki, tərəflər, sözügedən müqaviləni alqı-satqı müqaviləsi adlandıralar da, həmin müqavilənin predmetini təşkil edən şərtlər, alqı-satqı münasibətlərindən daha çox podrat münasibətlərinə uyğun gəlir. Belə ki, sözügedən müqavilənin 1.2-ci bəndində göstərilir ki, cavabdeh satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra iddiaçıya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib razılaşdırılmış dəyərini müqaviləyə əlavə ed ilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində cavabdehə ödəməyi öhdəsinə götürüb. 24 mart 2015-ci il tarixli maliyyə arayışından isə görünür ki, sözügedən mənzilin dəyəri iddiaçı tərəfindən tam məbləğdə ödənilib və onun mənzilə görə cavabdehə borcu yoxdur. Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinin, 752.1-ci maddəsində isə podrat müqaviləsinin anlayışları verilib. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Podrat müqaviləsində isə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Göründüyü kimi, podarat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məh z iş görməsindən irəli gəlir. Bu keyfiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən, o cümlədən alqı-satqı müqaviləsindən fərqlənir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə sözügedən müqavilənin şərtləri düzgün təfsir edilməli, tərəflərin hansı hüquqi münasibətdə olmaları aydınlaşdırılmalı və hazırki mübahisəyə hansı maddi hüquq normalarının tətbiq edilməli oluduğu müzakirə olunmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Digər tərəfdən, işə əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli ekspert rəyində ekspert, sözügedən müqavilədə göstərilən sahənin cizgisi, o cümlədən binanın işçi layihəsi təqdim olunmadığı üçün layihə-cizgi əsasında mənzilin sahəsinin nə qədər təşkil etməsini müəyyən etm əyin mümkün olmadığını qeyd etdiyi halda, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə istinad edərək, mənzilin ümumi sahəsinin faktiki olaraq 213,97 kv.metr; müqavilədə göstərilən 249,11 kv.metr sahə arasındakı fərqin isə 35,14 kv.metr olduğunu müəyyən edib. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin ed ilə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ekspert sözügedən rəyi, müqavilədə göstərilən sahənin cizgisi, o cümlədən binanın işçi layihəsi təqdim edilmədən verdiyi üçün, həmin rəy hazırki mübahisənin obyektiv həlli baxımından mötəbər yazılı sübut kimi qəbul edilə bilməz və həmin rəy də digər sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bununla belə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli halcavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olub. Qeyd edilməlidir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlm əsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Mülki prosessual qanunverciliyə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2-ci maddələri). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi). Hazırki işdə iddiaçı, mübahisəli hala dair sübut kimi sözügedən müqaviləyə, mənzildə təmir işləri aparmaq üçün memar X1 təqdim etdiyi sənədlərə, habelə ekspert rəyinə istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini iddia edir. Sözügedən rəyin təsviri hissəsinə görə isə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydaların 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparıb. İşə baxan məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxsl ərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək tərəflər arasında bağlanmış sözügedən müqavilə üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmayıblar. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya veribvermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir. O da nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verib və Mülki Məcəllənin 773, 776.1-ci maddələrinin mənasına görə, əgər sifarişçi məmulatın qüsurl u olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, tərəflərin hansı hüquqi münasibətdə olmaları müəyyən edildikdən sonra, yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edibetmədiyinə, yaxud bu qüsur üzrə onun hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə də mülki qanunvericiliyin n ormaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddianın təmin olunan hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qay dasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli, qalan mübahisələndirilən (iddianın rədd olunduğu) hissəsində qətnamə dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)-3671/2022 saylı qətnaməsi qismən- iddia nın təmin olunan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən (iddianın rədd olunan) hissədə qətnamə dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5428/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5428/2022
13.12.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver