Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5432/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdeh x1na qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5432/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı-nin cavabdeh x1na qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, artıq qalan vəsa itin isə cavabdehə qaytarılması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1097/2021 nömrəli, 04.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə x1 arasında 21.10.2015-ci il tarixli 433 saylı kredit müqaviləsi bağlanmış, BOKT tərəfindən fərdi ev təmiri məqsədilə x1na 36 ay müddətinə, illik 23% olmaqla, 5.000 ABŞ dolları kredit ayrılmış, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışla x1nun mülkiyyətində olan Quba rayonu Vəl-Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin ipotekaya qoyulmuşdur. Borcalan müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh x1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Quba filialı ilə x1 arasında bağlanmış 21 oktyabr 2015-ci il tarixli, 433 saylı kredit müqaviləsinin ləğv edilməsi, 06.10.2017-ci il tarixə hesablanmış kreditin əsas borcu 4902,22 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 2506,40 ABŞ dolları, dəbbə pulu 1207 ABŞ dolları olmaqla, cəmi 8615.62 ABŞ dolları məbləğdə borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin x1ndan alınaraq, İddiaçı-nin xeyrinə tutulması, borcun kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş AR DƏDRX tərəfindən verilmiş 18.11.2011-ci il tarixli, RX-0303691 saylı çıxarışa əsasən x1nun mülkiyyətində olan Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitdən İddiaçı-yə olan borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat məhkəmə rüsumunun əvəzinin ödənilməsi, vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir.
3. İddiaçı «PSG FİNANS” BOKT MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə x1 arasında 21 oktyabr 2015-ci il tarixli, 433 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə x1na İddiaçı-nin Quba filialı tərəfindən fərdi ev təmiri məqsədilə 5000 ABŞ dolları məbləğində pul ayrılmışdır. X3 Əliheydər oğlu illik 23% faiz olmaqla, 36 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə (aylıq ödəniş 193,55 ABŞ dolları) ödəməli olduğu halda, ödəniş qrafikinə uyğun öhdəliyini yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi **********, RX ******* saylı) 18.11.2011-ci il tarixli çıxarışa əsasən, X1 tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ipotekaya qoyulmuş, bununla bağlı tərəflər arasında 21 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309-cu və “İpot eka haqqında “AR Qanununun 10.4-cü maddələrinə uyğun olaraq, ipoteka müqaviləsi Azərbaycan Respublikası DƏDRX-nin müvafiq Ərazi İdarəsində Dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı 17.08.2017-ci il tarixli, RX ******* saylı çıxarış verilmişdir. İddiaçı-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini x1na vermişdir. Lakin borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamışdır. Onunla dəfələrlə görüşlərin keçirilməsinə və xəbərdarlıqların edilməsinə baxmayaraq öhdəliyini tam icra etməmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən, tərəflər ipoteka predmetinin qiymətini 12000 ABŞ dolları məbləğində qiymətləndirmişlər.
4. Quba Rayon Məhkəməsinin 2(027) -1880/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi (hakim R.Həsənov) ilə iddia qismən təmin edilmiş, «PSG FİNANS” BOKT MMC ilə x1 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 433 saylı kredit müqaviləsi ləğv edilmiş, x1ndan «PSG FİNANS” BOKT MMC-nin xeyrinə əsas borc üzrə 4188,34 ABŞ dolları, faiz borcu üzrə 2506,40 ABŞ dolları, dəbbə puluna görə 20 ABŞ dolları olmaqla, cəmi 6714,74 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutulması, borc ödənilmədikdə «PSG FİNANS” BOKT MMC-nin tutma tələbinin AR DƏDRX tərəfindən verilmiş 18.11.2011-ci il tarixli, RX0303691 saylı çıxarışa əsasən cavabdeh x1nun mülkiyyətində olan Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 15000 manat müəyyən edilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 442, 443.1, 445.1, 445.2, 448.1, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh x1 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qa fari və T.Məmmədov) 2(105)-1097/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)1880/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi x1nun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh x1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh x1 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üç ün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, onun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxləsin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanınım təsiri altına düşür. Lakin bank bunu nəzərə almamış və müvafiq tədbirlər görməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların işt irakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
15. Maddə. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
16. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə k hüququ vardır.
17. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə. 445.2.1. Uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
19. Maddə. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
20. Maddə. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
21. Maddə. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
22. Maddə.
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbl əği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» AR Qanunu:
23. Maddə. 34.1.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
24. Maddə. 36.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə x1 arasında 21.10.2015-ci il tarixli 433 saylı kredit müqaviləsi bağlanmış, BOKT tərəfindən fərdi ev təmiri məqs ədilə x1na 36 ay müddətinə, illik 23% olmaqla, 5.000 ABŞ dolları kredit ayrılması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışla x1nun mülkiyyətində olan Quba rayonu Vəl-Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin ipotekaya qoyulması, x1nun müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində İddiaçı BOKT-a əsas borc üzrə 4188,34 ABŞ dollar manat, faiz borc üzrə 2506,40 ABŞ dollar borclu qalması sübuta yetirilir.
29. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının kredit borcunun problemli kredit borcu kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Preziden tinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi və bu səbəbdən də banka faiz borcunun olmaması barədə x1nun dəlili əsassızdır, çünki cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bankın təqdim etdiyi məlumata görə cavabdehin bir neçə kredit borcu olduğu üçün onun borcu yuxarıda qeyd olunan Fərmanın təsiri altına düşməmişdir.
30. İddia qaldırılan zaman, yəni 06 oktyabr 2017-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 4902,22 ABŞ dolları təşkil etmişdir. Lakin cavabdehlə İddiaçı arasında rəsmiləşdirilmiş kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fər manın (Fərman) əhatə dairəsinə düşdüyündən kredit borcunuzun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2941,20 manat (bu kredit müqaviləsinə 1213,60 manat) məbləğində kompensasiya ayrılmışdır. Bundan sonra isə, 28 sentyabr 2020-ci il tarixli maliyyə arayışı ilə İddiaçı cavabdehdən tələb edilən əsas borcu 4188,34 ABŞ dollarına endirmişdir, yəni kompensasiya məbləği iddiaçı tərəfindən nəzərə alınmışdır. Bununla belə, x1nun kredit təşkilatları qarşısında olan kreditlər üzrə həmin tarixlərə ümumi qalıq borcu 10000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) və ya 17000 manatdan artıq olduğu üçün restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmiş dir. Başqa sözlə, kredit müqaviləsi üzrə qət edilən borc məbləği işin faktiki hallarına, habelə qüvvədə olan normalara uyğundur.
31. Bundan əlavə, ipoteka predmetinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdehin bu dəlili üzrə araşdırma aparmış, özünün 02 aprel 2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, nəticədə müəyyən edilmişdir ki, ipoteka predmetinin 22 aprel 2021-ci il tarixinə orta bazar qiyməti 11000 manat, likvid dəyəri 10000 manat təşkil edir. Lakin qət edilən əmlakın satış dəyərinin azaldılması barədə iddiaçı tərəfindən şikayət verilmədiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, onun ilkin satış qiyməti məhz qətnamədəki qiymət, yəni 15000 manat məbləğində müəyyən edilməlidir.
32. Nəzərə almaq lazımdır ki, kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh x1nun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1097/2021 nömrəli, 04.06.2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvə yə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova