Məhkəmə qərarları › İş №2(102)-5438/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5438/2019

01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5438/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli 2(103)-1056/2018 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC İddiaçı KB və cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-3334/2016) iddiaçı QSC İddiaçı KB-nın cavabde hlər X2 və qeyrilərinə qarşı borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər X1, Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada 4.500.000 ABŞ dolları məbləğındə əsas borc, 279.714,76 ABŞ dolları məbləğində faiz borcu, 5000 ABŞ dolları cərimə borcu, cəmi 4.784.714,76 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı QSC İddiaçı KB-nın xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmə nzəminli küçəsində yerləşən 450.8 kv.m ümumi, 164.7 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 57 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında olan 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı QSC İddiaçı KB-nın borc tələbinin ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan N küçəsində yerləşən 450.8 kv.m ümumi, 164.7 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 57 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 4.519.680 manat məbləğində, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında olan 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi ki mi müəssisənin açıq hərracda ilkin satış qiymətinin 720.000 manat məbləğində müəyyən edilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin ipoteka qoyanlar Cavabdeh1 və Cavabdeh2 qaytarılması, Cavabdeh1 mülkiyyətində olan N küçəsində yerləşən 450.8 kv.m ümumi, 164.7 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 57 nömrəli fərdi yaşayış evi və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında olan 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisə açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən və əmlak kompleksi kimi müəssisədən çıxmazsa, onların məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Baxışova və N.Ç.Cəfərov) cavabdehlər X4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3334/2016 saylı, 08 iyul 2016-cı il tarixli qətnaməsi «ünvan 2 ünvanda olan 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034,83 kv.m olan əmlak kompleksinin ilkin satış qiymətinin məbləğinə, əsas borcunun məbləğinə və həmin müqavilə üzrə ümumilikdə 4.784.714,76 ABŞ dolları məbləğinə» aid hissələrdə dəyişdirilmiş, əsas borc məbləği 4.494.206,55 ABŞ dolları müəyyən edilmiş, ipoteka predmeti olan ünvan 2 ünvanda olan 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034,83 kv.m olan əmlak ko mpleksinin ilkin satış qiyməti 1.000.000 manat məbləğində müəyyən edilmiş, qətnamə cavabdehlər X4 və Cavabdeh2 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən QSC İddiaçı KB-nın “Korporativ” filialı tərəfindən cavabdeh X2 illik 15 faiz ödənilmək şərti ilə 16 ay müddətinə 4.500.000 ABŞ dolları məbləğində kredit verilmiş, 01 dekabr 2014-cü il tarixli əlavə sazişə əsasən kreditin son ödənilmə tarixi 01 aprel 2016-cı il tarixə kimi müəyyən edilmişdir. 02 dekabr 2014-cü tarixli zaminlik müqaviləsi əsasında “xxxx” MMC, 18 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclu öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. 02 deka br 2014-cü il tarixli sonrakı ipoteka müqavilələrinə əsasən Cavabdeh1 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan N küçəsində yerləşən 450,8 kv.m ümumi, 164,7 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 57 saylı fərdi yaşayış evi və Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda olan 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034,83 kv.m olan əmlak kompleksi kimi müəssisə ipotekaya qoyulmuşdur. 2016-cı ilin aprel ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən cavabdehlərdən müştərək qaydada ümumilikdə 4.864.093,14 ABŞ dolları məbləğində pulun bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsinə və s. dair qətnamə qəbu l edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı ləğv prosesində olan QSC İddiaçı KB kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandır ılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətlərində qətnamənin qanuniliyi yalnız ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən, koll egiya hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmalıdır. İşdən görünür ki, tərəflər 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpo teka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası müstəqil qiymətləndirici təyin etmiş və “Əmlak Eksperti Mərkəzinin” 14.03.2017-ci tarixli qiymətləndirmə hesabatında Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinin bazar dəyəri 2.000.000 manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanda olan 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034,83 kv.m olan əmlak kompleksinin bazar dəyəri 1.800.000 manat məbləğində, “xxxx” MMC-n in 24.10.2018-ci il tarixli rəyinə əsasən isə müvafiq olaraq 3.000.000 və 1.000.000 manat müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən əmlak kompleksinin dəyərini 1.000.000 manat müəyyən edən 24 oktyabr 2018-ci il tarixli qiymətləndirmə rəyini ağlabatan və ədalətli hesab etmiş, digər əmlaka münasibətdə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar