Məhkəmə qərarları › İş №2(102)-5439/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5439/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5439/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5439/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin vəkili Vnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2864 /2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2012-ci il tarixli 100/00/14699/11 nömrəli kedit müqaviləsi üzrə cavabdehdən 37.599,89 avro məbləğində əsas borc, 11.735,30 avro məbləğində faiz borcu, 2.712,92 avro məbləğində cərimə borcu, 1.195,38 avro məbləğ ində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 avro məbləğində borcun və 30 manat məbləğində dövlət rüsümunun tutulması, 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə depozit əmanətinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2012-ci il tarixli 100/00/14699/11 nömrəli kedit müqaviləsi üzrə cavabdehdən 37.599,89 avro məbləğində əsas borc, 11.735,30 avro məbləğində faiz borcu, 2.712,92 avro məbləğində cərimə borcu, 1.195,38 avro məbləğində Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 avro məbləğində borcun və 30 manat məbləğində dövlət rüsümunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, 04 aprel 2012-ci il tarixdə Cavabdeh QSC “Bank Standard” KB-nə ərizə ilə müraciət edərək, ona 50.000 avro məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə Cavabdeh arasında 04 aprel 2012-ci il tarixində kredit verilməsi haqqında 100/00/14699/11 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 14 faiz ödəniiməsi şərti ilə 79 ay 19 gün müddətinə 50.000 avro məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh bankda 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə əmanət 04 aprel 2012-ci il tarixli 100/00/14699/11 nömrəli girov müqaviləsi ilə girov qoyulmuşdur. Lakin hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 37.599,89 avro məbləğində əsas borc, 11.735,30 avro məbləğində faiz borcu, 2.712,92 avro məbləğində cərimə borcu, 1.195,38 avro məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 53.243,49 avro məbləğində borc u qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, cavabdeh şəxs tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 sentyabr 2020-ci il tarixli e-2(005)-2092/2020 nömrəli qətnaməsi ilə (hakim – Gültəkin Əsədova) iddia tələbi qismən təmin eidlərək, Cavabdeh 04 aprel 2012-ci il tarixli 100/00/14699/11 nömrəli kedit müqaviləsi üzrə 37.599,89 avro məbləğində əsas borc, 11.735,30 avro məbləğində faiz borcu, 500 avro məbləğ ində cərimə borcu, 1.195,38 avro məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 51.030,57 avro məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nın xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-dan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas, faiz və gecikdir ilmiş müddət üçün faiz borcu hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddianın əsas borca hesablanmış 2.712,92 avro məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 500 avro məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nın xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 448.1, 449.1, 462.1, 465.2, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 217.3, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 2(103)-2864/2021 saylı 15 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2092/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən - “cavabdeh X1 1.488,69 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləğinin Cavabdeh 1.195,38 avro məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbi təmin edilməməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan 37599,89 avro məbləğində əsas və 11735,30 avro faiz borcunu tutmaqda haqlı olmuşdur. Belə ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi borc məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Apelyasiya şikayətində qeyd olunan tutmanın depozit əmanətinə yönəldilməli olması dəlilə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında aydın olur ki, iddiaçı ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tutmanın 119 nömrəli depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********10050603 nömrəli hesab üzrə depozit əmanətinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək həmin hissəni iddia tələbindən çıxarmış, birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçının tələbləri üzrə qətnamə qəbul edilmişdir. Bununla belə kollegiya, qətnamənin mübahisələndirilən digər hissəsini, yəni apelyatordan “gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1195,38 avro faiz məbləğinin tutulması” hissəsini əsassız hesab edir. Belə ki, müəyyən olunur ki, məhkəmənin məhkəmənin 04.10.2016-cı il tarixli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Mübahisəli kredit müqaviləsinin müddəti isə 23.11.2018-ci il tarixdə bitmişdir. Göründüyü kimi hazırki iş üzrə iddiaçı QSC “Bank Standard” KB ləğv prosesində olmaqla mülki hüquq qabliyyətli hüquqi şəxs kimi çıxış etmir. İddiaçı hazırki tələbində 10.07.2019-cu il tarixədək hesabladığı 1195,38 avro məbləğində faiz borcunun tutulmasını tələb edir ki, hə min dövr iddiaçının aktiv bank fəaliyyəti dövrünə aid edilmir. İddiaçı 04.10.2016-cı il tarixdən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdi, dolayısı ilə iddiaçı kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən apelyasiya kollegiyasının iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəmə sinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklər uzun müddət tərəfindən vaxtlı vaxtında yerinə yetirilmişdir. Lakin daha sonra maliyyə vəziyyəti pisləşmiş və kredit öhdəliklərini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edildi. Demək olar ki, bütün vəsaitləri "xxxx" QSC-də olduğundan həmin vaxtdan başlayaraq maliyyə vəziyyətinin əsaslı dərəcədə pisləşməsi ilə əlaqədar o, artıq kredit öhdəliklərini icra edə bilməmişdir. Hesab edir ki, işə baxan məhkəmələr bankla onun arasında bağlanmış depozit müqaviləsi üzrə depozit əmanətinin girov qoyulmasını nəzərə alaraq tutmanın həmin girov hesabına təmin edilməsi barədə qərar qəbul etməli idi. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şi kayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə dax il olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlill əri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı ka sasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Apelyas iya şikayətində olduğu kimi, kasasiya şikayətində də cavabdeh maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar borcunu ödəmədiyini, tutulmalı borcun əmanət müqaviləsi üzrə əmanətə qoyulmuş məbləğə yönəldilməli olduğunu göstərmişdir. Qeyd olunanlarla bağlı qeyd edilməlidir ki, şəxsin maddi vəziyyətinin pisləşməsi onu öhdəliklərinin icrasında azad etmir. Tələbin girov predmetinə yönəldilməsinə gəldikdə isə, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, iddiaçının bu barədə tələbi olmadığından və birinci instansiya məhkəməsi də iddia tələbindən kənara çıxmaq səlahiyyətinə malik olmadığından tələbi girov predmetinə yönəltməməkdə düzgün hüquqi mövqedə olmuşdur. Hazırki kasasiya şikayətində cavabdeh həmçinin apelyasiya kollegiyasının hər hansı maddi və ya prosessual hüquq normasının pozuntu suna yol verilməsinə də istinad edə bilməmişdir. Ümumi kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2864/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar