Məhkəmə qərarları › İş №2(102)-5456/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5456/2022

29.09.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5456/2022 29.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-5456/22 Açar sözlər: məhkəmə aidiyyətinin dəyişdirilməsi Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-849/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh1 və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh1 qeydiyyat ünvanı ünvan 1lması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsini xahiş edir.

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətə münasibət bildirərək əsassız olduğunu və iddianın cavabdehlərdən biri olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin hüquqi ünvanı üzrə düzgün olaraq Bakı şəhəri Niz ami rayon məhkəməsinə verildiyini bildirmişdir.

4. İşə baxan məhkəmə işdə iştirak edən şəxsi dinləyib iş materiallarını araşdıraraq hesab etmişdir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

5. Qərar qəbul edərkən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1., 25.2., 26.2., 26.1-ci maddələrinə istinad etmişdir.

6. Həmin qərardadla razılaşmayan Cavabdeh1 qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdehlərdən biri olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi publik səlahiyyətlərə malik inzibati orqandır, ona qarşı yönələn tələb inzibati mübahisədir və həmin tələbə inzibati məhkəmədə baxılmalıdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

10. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xara kteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

13. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

14. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

15. Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.

16. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aid iyyəti olmamasını aşkara çıxara bilər.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Se ntyabr 2020-ci il tarixli Qərarı: 19. 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını təl əb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. 20. 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlı q subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

23. İş materiallarından və iddianın mahiy yətinin göründüyü kimi, mübahisə "xxxx" MMC-nin payçıları arasında payların alqı-satqısı ilə bağlı yaranmış mübahisədir. Əslində hazırkı işdə əsas tələb məhz payçılar arasındakı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbidir ki, bu tələb kommerisa mübahisəsidir və kommersiya məhkəməsində baxılan tələbdir.

24. Beləki, şirkətin bir payçısı (iddiaçı) özünə məxsus olanq payı digər payçıya (cavabdehə) satdığını bildirərək həmin əqdin etibarsız hesab olunması ilə bağlı mübahisə açmışdır. Yuxarıda qed olunan maddi hüquq normaları və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 18 Sentyabr 2020-ci il tarixli Qərarının müddəaları nəzərə alındıqda həmin işə kommersiya məhkəməsində baxılmalıdır.

25. Əqd etibarsız hesab olunduqdan sonra iddiaçının payının yenidən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qeydə alınması əslində birinci tələbin hüquqi nəticələridir.

26. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subye ktinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (§20).

27. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin məhkəmə aidiyyətini müəyyən edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

28. Qeyd olunanları nəzərə alaraq kassasiya kollegiya belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 24.2, 26, 32 və 416-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-849/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar