Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5458/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, maddi və prossesual hüquq normalarının pozuntusunun yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cə fərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-95/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı kredit müqaviləsinə görə pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 19 iyun 2015-ci il tarixli, 04/0044/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 132.234.28 ABŞ dolları məbləğində əsas borc, kredit müqav iləsinin 4.2-ci bəndinə əsasən 23971,15 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 156,205,43 ABŞ dolları məbləğində və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması, tutmanın cavabdehlər Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171,0 kv metr yardımçı sahəsi 259,1 kv.metr olan fərdi yaşayış evinə, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə, qeyd olunan hər iki növ daşınmaz əmlak qiymətləndirilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğin cavabdehin 19 iyun 2015-ci il tarix li 04/0044/OBK saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə olan borcunun ödənilməsinə yönəldilməsi, qətnamə qüvvəsini aldıqdan sonra 1 ay müddətində mənzil və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə bağlanmış 19 iyun 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qızından 132.178,20 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 87.866,50 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 220.044,7 ABŞ dolları məbləğində və ödənilmiş 31 manat dövlət rüsumu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 30 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə, tutma Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanılmış 19 iyun 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDR-nin RX seriyalı 31 oktyabr 2013-cü il qeydiyyat tarixi çıxarışa əsasən mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinə, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiym əti 336.000 (üç yüz otuz altı min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin ilkin satış qiyməti 381.000 (üç yüz səksən bir min) manat müəyyən edilməsi, tələb cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayş evinə və Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunmuş məbləğ hesabına cavabdehlərin borcu olan borcunun ödənilməsi təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli əlavə qətnaməsi ilə (hakim S.M.Quliyeva) ekspertiza xərci 94 manat iddiaçı "xxxx"dan tutulub X1nə (VÖEN 210005, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(012)-453/2019 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 05 iyul 2021-ci il tarixli 2(105)95/2021 saylı qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 29 aprel 2019-cu i il tarixli 2(012)-608/2019 saylı qətnaməsinin əmlakın qiymətləndir ilmə hissəsində dəyişdirilməsi, Cavabdeh1 ilə bağlanmış 19 iyun 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qızından 132.178,20 ABŞ dolları məbləğində əsas borc, 87.866,50 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 220.044,7 ABŞ dolları məbləğində və ödənilmiş 31 manat dövlət rüsumunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 30 manat dövlət rüsumu tutulub iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanılmış 19 iyun 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDR-nin RX seriyalı 31 oktyabr 2013-cü il qeydiyyat tarixi çıxarışa əsasən mülkiyyə t hüququ ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Ə.Sabir küçəsi ünvanında yerləşən ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinə, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Ə.Sabir küçəsi ünvanında yerləşən ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinin likvid qiymətinin 221.000 (iki yüz iyirmi bir min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin likvid qiymətinin 72.000 (yetmiş iki min) manat müəyyən edilməsi, tələbin cavabdehlər Cavabdeh3 və Cav abdeh4 qızına məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayş evinə və Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunmuş məbləğ hesabına cavabdehlərin borcunun ödənilməsinin təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pulun Cavabdeh3 alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi və iş üzrə aparılmış məhkəmə əmttəşünaslıq ekspertizasının dəyəri 1000 (min) AZN manatın Cavabdeh3 alınıb "xxxx" MMC-nin h /hesabı AZ06Aİİ******************** VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ013501**********1944 Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-95/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakim Abiddin Hüseynov) 08.06.2021-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-95/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi və işin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardadda qeyd olunmuşdur ki, kassasiya şikayətində işin halları sadalanmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması göstərilsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)-95/20 21 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadının ləğv edilərək işin kassasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını bir cümlə ilə belə əsaslandırmışdır ki, guya Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etmək mümkün deyildir. Bankdan pul alarkən pulun ABŞ dolları ilə verilməsini xahiş etməmiş, manatla pul almaq niyyətində olmuş, Bank qanunsuz olaraq xarici valyuta ilə pulu ayırması başa düşülən deyil, kredit müqaviləsi üzrə bank tərəfindən xarici valyutada pulun verilməsi kobud qanun pozuntusudur, iş üzrə bir-neçə ekspertizalar keçirilmiş, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə dair ilk olaraq 381.000 manat, sonradan 45.000 manat, 40.000 manat, 72.000 manat, 110.500 manat müəyyən olunmuş qiymətlər mövcuddur, həmin qiymətlərin içindən məhkəmə hansı səbəbdən məhz 72.000 manat olan qiyməti seçməsi aydın deyil, həmçinin, iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində külli miqdarda ödədiyi vəsaitlər bank tərəfindən faizlərə çıxaraq əsas məbləğ yerində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkə mə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayətini təmin et mədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Qanunvericiliyin tələblərinə əsasən kassasiya şikayətində maddi və prossesual hüquq normasının pozuntusunun nədən ibarət olduğu ətraflı əsaslandırılmalıdır. Kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verildiyi, həmin normanın pozuntusunun nədən ibarət olması, onun pozulmasının iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnməsi və s. əsaslandırılmamışdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qərardad qəbul edilərkən mülki prossesual hüquq normalarının tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 408.1.5, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-95/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.