Məhkəmə qərarları › İş №2(102)-5462/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5462/2020

23.09.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5462/2020 23.09.2020 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva X1 Rayon Məhkəməsinin 2(049)-1541/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı qeyri yaşayış obyektinə 2-ci elektrik xəttin bərpa olunması və vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1985-ci il tarixdən Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “Lalə” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyul ması və dəymiş 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyanın cavabdeh “xxxx” ASC tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1541/2020 nömrəli qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1541/2020 nömrəli qərardadı ilə təmin edilməyərək həmin şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qərara gəlir ki, işin icraata qəbul olunmasından imtina edilməli və iş şikayətlə birlikdə Lənkəran Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, şikayət vəkil tərəfindən imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və y a kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci və 408.1.3-cü maddələrinə əsasən həmin maddələrin tələblərinə əməl olunmadıqda kassasiya şikayəti geri qayt arılır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3 və 407.4-cü maddələrinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 407.4, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Lənkəran Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar