Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5462/2021 22.11.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5462/2021 (Açar sözlər: torpaq sahəsinin boşaldılması, vindikasiya iddiası, ekspert rəyi, tələbin sübuta yetməməsi) Bakı şəhəri, 22 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair mülkiyyət hü ququna edilən maneələrə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-198/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının və ailə üzvlərinin birgə mülkiyyətlərinə 0,24 hektar həyətyanı torpaq sahəsi verilmişdir
2. Cavabdeh iddiaçının qardaşı olmaqla, cavabdehin mülkiyyətində olan həyətyanı torpaq sahəsi iddiaçının toroağının qonşuluğundadır.
3. Mübahisə həmin torpaq sahəsi ilə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhk əməsinə müraciət edərək, JN-247F Kod 40712018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə üzrə onun və ailə üzvlərinin birgə mülkiyyətində olan, İsmayıllı rayon Qalınçaq kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinin qərb tərəfindən zəbt edilmiş 0,08 hektar hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneələrə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən əlavə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qərb tərəfdən 0,08 hektar hissəsini zəbt edərək istifadə edir.
6. İddiaçı cavabdehə dəfələrlə irad bildirsə də nəticəsi olmamışdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozmaqda dav am edir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 139.1, 146.2, 152.1-152.4, 157.2, 157.4 və 239.2-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Bu faktın müəyyən edilməsi üçün ekspertiza keçirilməlidir.
8. Birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinin zəbt edilib-edilməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu vermişdir.
9. Mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində yerləşən JN 247F nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,24 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq özünün istifadəsindədir və həmin həyətyanı torpaq sahəsinin qərb tərəfindən 0,08 hektar hissəsindən Cavabdeh isti fadə etmir.
10. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-254/2020 nömrəli, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ekspertiza xərci iddiaçıdan tutulmuşdur. (hakim Rəfayel Şirinov)
11. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadən hesab edib ki, hazırki mübahisənin predmeti olan həyətyanı torpaq sahəsinin qərb tərəfindən 0,08 hektar hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi faktı öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir.
12. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.
14. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmənin rəsmi müraciətinə əs asən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi 29 iyun 2020-ci ildə mübahisəli torpaq sahələrinə yerində baxış keçirərək düzgün olmayan bir mütəxəsis rəyi vermişdir; - mütəxəsis tərəfindən yerində müayinə aparılarkən həyətyanı torpaq sahəsinin şərq tərəfindən axan çayın yatağı, habelə çay yatağından şərq tərəfdə yerləşən qonşu həyətin bir hissəsi iddiaçının həyətyanı torpaq sahəsinin tərkib hissəsi kimi göstərilməklə iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə 0,24 ha olmaqla düz olduğu barədə əsassız və səhv rəy verilmişdir; - rəydə cavabdehə məxsus həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə 0,41 ha olması, cavabdehə məxsus torpağın 0,06 ha artıq olması məlum olsa da, iddiaçının torpaq sa həsinin cavabdeh tərəfindən zəbt edilmədiyi barədə səhv qənaətə gəlinmişdir; - eyni zamanda cavabdehin həyətyanı torpaq sahəsi faktiki vəziyyətdə 0,55 hektardan artıqdır. Lakin mütəxəsis 0,41 ha kimi göstərmişdir. Rəydə cavabdehin 0,14 ha bələdiyyə torpağını zəbt etdiyi qeyd edilməmişdir. Bu da rəyin düzgün tərtib edilmədiyini təsdiq edir; - məhkəmə isə bu hallara hüquqi qiymət yermədən mütəxəsis rəyinə istinad edərək, yerində baxış keçirmədən, mübahisənin düzgün və ədalətli həlli üçün vacib olan prosessual hərəkətləri etmədən iddianı əsassız olaraq rədd etmişdir.
15. Cavabdeh apellyasiya baxışında göstərmişdir ki, rəsmi sənədlə 0,35 ha torpağı olsa da, faktiki olaraq 0,41 ha torpaqdan istifadə edir. Amma əlavə zəbt etdiyi 0,06 ha torpağın iddiaçının torpağına aidiyyatı yoxdur.
16. Apellya siya məhkəməsi 01 dekabr 2020-ci il tarixli qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin etmiş, ekspert qarşısında torpaq sahələrinin sənədlərdəki koordinatlarının naturada üst-üstə düşməsi, torpağın zəbt edilib-edilməməsi məsələlərini aydınlaşdırmaq üçün müvafiq suallar qoyulmuş, ekspertizanın aparılması “X1” MMC-yə həvalə edilmişdir. 17. “X1” MMC-nin 26 fevral 2021-ci il tarixli, 31 nömrəli rəyinə əsasən: - mübahisəli torpaq sahələrinin naturada qeydə alınan koordinatlarının ərazinin ümumi xəritə materialları əsasında aparılan müqayisəli dəqiqləşdirilmə işləri nəticəsində İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-247F, kod-********) əsasən İddiaçı mülkiyyətində olan 0.24 hektar həyətyanı torpaq sahəsinin həmin şəhadətnamən in planında göstərilən ölçüləri və koordinatları faktiki yerindəki ölçüləri və koordinatları ilə qismən üst-üstə düşməsi müəyyən olunmuşdur. Yəni, JN-247F saylı şəhadətnamənin plan hissəsində göstərilən ölçü və coğrafi yerləşməsi müvafiq olaraq naturadakı ölçü və coğrafi yerləşməsi ilə qismən uyğun gəlir. Belə ki, mübahisəli torpaq sahəsinin şimal-şərq hissəsinin ölçüləri və konfiqurasiyasının fərqli olması müəyyənləşirilmişdir. - İsmayıllı rayonu, Qalınçaqkəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-2475F, kod-********) əsasən Cavabdeh mülkiyyətində olan 0.35 hektar həyətyanı torpaq sahəsinin həmin şəhadətnamədə göstərilən ölçüləri və koordinatları faktiki yerindəki ölçüləri və koordinatları ilə qismən üst-üstə düşməsi müəyyən olunmuşdur. Yəni, JN-247F saylı şə hadətnamənin plan hissəsində göstərilən ölçü və coğrafi yerləşməsi müvafiq olaraq naturadakı ölçü və coğrafi yerləşməsi ilə qismən uyğun gəlir. Belə ki, mübahisəli torpaq sahəsinin şimal-şərq hissəsinin ölçüləri və konfiqurasiyasının fərqli olması müəyyənləşdirilmişdir. - İddiaçı məxsus torpaq sahəsinin ölçü və planında (eskiz planında) göstərilən coğrafi yerləşməsi ilə Cavabdeh məxsus torpaq sahəsinin ölçü və planında (eskiz planında) göstərilən coğrafi yerləşməsi üst-üstə düşmür. - Hüquqmüəyyənedici sənədə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.24 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi halı aşkarlanmamışdır.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-198/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməmiş, İsm ayıllı Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(037)-254/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmış, ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Gündüz Abbasov, Mirbahəddin Hüseynov)
19. Apellyasiya instansiyası ekspert rəyinə istinadən müəyyən etmişdir ki, elektron bazada iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin qanuni sahibliyində olan torpaq sahələri üst-üstə düşmür və bununla da zəbt halının olması sübut edilmir.
20. Apellyasiya instansiyası ekspertizanın verdiyi rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşıb.
21. Apellyasiya instansiyası aparılmış araşdırma nəticəsində, belə qənaətə gəlib ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə mütəxəssis tərəfindən verilən rəyin düzgün olmamasına, yenidən ekspertiza keçirilməsi barədə vəsatətinin təmin edilməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. Kassasiya şikayətinə yazılı etira z daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Tərəflər məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərə findən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya b ilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
30. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
31. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
32. İşin birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsasən müəyyn etmişdir ki, İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində yerləşən JN 247F nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,24 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq onun öz istifadəsindədir və həmin həyətyanı torpaq sahəsinin qərb tərəfindən 0,08 hektar his səsindən Cavabdeh istifadə etmir.
33. İddiaçı apellyasiya şikayətində mütəxəssis rəyinin əsassız olmasını dəlili kimi göstərmiş, apellyasiya məhkəməsi həmin dəlillə bağlı ekspertiza təyin etmiş və keçirilmiş ekspertiza ilə iddiaçının dəlilləri təksiz edilmiş, iddiaçının torpaq sahəsinin qərb tərəfdən 0,08 hektar hissəsindən Cavabdeh istifadə etməsi təsdiqini tapmamışdır.
34. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. İddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan 0,24 hektar torpaq s ahəsinin qərb tərəfindən 0,08 hektar hissəsinin Cavabdeh qanunsuz sahibliyində olması halı işə mahiyyəti üzrə baxan məhkəmələrin tədqiq etdiyi sübutlarla müəyyən edilməyib.
37. Bu baxımdan, iddianın sübuta yetirlməməsi əsası ilə rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini – mütəxəssis rəyinin düz olmaması – əsassız sayır. Belə ki, iddiaçının bu dəlilini yoxlamaq üçün apellyasiya məhkəməsi ekspertiza təyin etmiş və ekspert rə yi ilə həmin dəlil təsdiqini tapmamışdır.
40. Yenidən ekspertiza keçirilməsi barədə vəsatətinin təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə rəyin əsassız sayılması, eləcə də, əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas ola bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
41. Bundan başqa, hazırki işdə iddiaçı yenidən ekspertiza təyin edilməsi barədə vəsatət verdiyini bildirsə də, məhkəmə iclas protokolundan görünür ki, belə bir vəsatət verməmişdir. Buna görə də iddiaçının bu dəlili iş materialları ilə təkzib olunur.
42. Mə hkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-198/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.